Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

225 
Yerinə yetirdikləri funksiyalara müvafiq olaraq interne-
tin axtarış maşınları  tərkibində  aşağıdakı komponentləri 
birləşdirir (şək.8.1):  
-  robot proqramı  – internetin informasiya ehtiyatlarını 
indeksləşdirərək onların obrazlarını yaradan proqramdır; 
-  indekslər basası – internetin informasiya ehtiyatları-
nın obrazlarını (indekslər çoxluğunu) özündə saxla-
yan məlumat bazasıdır; 
İnformasiya ehtiyatları - 
Web saytlar, FTP arxivlər,
proqram saxlancları 
Интерфейс  
Ахтарыш  
и
РОБОТ 
Şək.8.1. internetin axtarış maşınının ümumi 
arxitekturası 
İndekslər  
bazası 
Əvvəl daxil 
olmuş 
sorğuların 
Müştəri  
proqramı 
İnterfeys 
proqramı 
Axtarış  
maşını 
ROBOT 


226 
-  axtarış maşını – istifadəçilərin sorğularına əsasən ax-
tarış sisteminin indekslər bazasında zəruri informa-
siyanın axtarışını həyata keçirən proqram sistemidir
-  interfeys proqramı  – lazım olan informasiyanın ax-
tarılması üçün istifadəçilərə informasiya-axtarış dili-
nin və CGI-skriptlərin köməyi ilə öz sorğularını for-
malaşdırmaq və axtarış sisteminə ötürmək, eləcə  də 
axtarışın nəticəsini istifadəçiyə  təqdim etmək üçün 
nəzərdə tutulur; 
-  müştəri proqramı – internet vasitəsilə istifadəçilərin 
İAS-a, daha doğrusu onların serverlərinə qoşulması-
na imkan verən proqram təminatıdır. Bu proqram is-
tifadəçilərin kompüterinə yüklənir. Web-səhifələrin ba-
xılması (brauzer) proqramları (Internet Explorer, Net-
scape Communicator, Opera, Google Chrome və s.) 
adlanan bu proqramlar İAS-da istifadəçilər üçün nə-
zərdə tutulmuş interfeys pəncərəsinin istifadəçinin 
ekranına çıxarılması, web-səhifələrin açılması, bağ-
lanması, köçürülməsi və digər funksiyaları  həyata 
keçirilir.  
Göründüyü kimi, internetin informasiya-axtarış sistem-
ləri proqram təminatı və məlumat bazaları kompleksindən 
ibarətdir. İAS-ın hər bir alt sistemi müstəqil blok olub bir-
biri ilə sıx qarşılıqlı əlaqədə işləyir. 
8.3.3.  Meta-axtarış sistemləri  
Məlum olduğu kimi, ayrı-ayrı axtarış maşınları tərəfin-
dən internetin informasiya fəzasının eyni səviyyədə əhatə 
olunması, eləcə də onların formalaşdırdıqları indekslər ba-
zalarının kəmiyyət və keyfiyyət baxımından fərqli olması 


227 
səbəbindən onların eyni sorğuya verdikləri cavablar da 
eyni olmur. Belə ki, ayrı-ayrı axtarış maşınları tərəfindən 
tapılıb verilmiş eyni sənədlərin relevantlıq dərəcələri müx-
təlif olur. Bununla yanaşı, axtarış maşınları tematik yö-
nümlü ola bilər ki, bu da axtarışın nəticəsinə təsir edə bi-
lər. Ona görə də müxtəlif axtarış maşınlarının eyni sorğu 
üzrə apardığı axtarış  nəticəsində tapdıqları  sənədlər çox-
luqlarının müqayisəli təhlili və onlar arasından daha mü-
nasib (relevant) sənədlərin seçilməsi məsələsi böyük ak-
tuallıq kəsb edir.  
Digər təfərdən kifayət qədər nadir məlumatların tapıl-
ması  məqsədilə bir sıra axtarış sistemlərinə müraciət et-
mək zərurəti yaranır. Aydındır ki, ayrı-ayrı axtarış sistem-
lərində internet saytların əhatə olunması, indeksləşdirilmə-
si səviyyələri, eləcə də axtarış sorğularının tərtib edilməsi 
qaydaları bir-birindən fərqlənir. Ona görə  də istifadəçilər 
həmin sistemlərə növbə ilə müraciət etmək, sorğuların tər-
tib olunması zamanı onlar xüsusiyyətlərini nəzərə almaq 
kimi çətinliklərlə üzləşirlər. 
Məhz bu səbəbdən internetdə axtarış maşınlarından və 
tematik kataloqlardan prinsipial olaraq fərqlənən meta-ax-
tarış sistemlərindən istifadə olunur. 
Meta-axtarış sistemləri – internet üçün reallaşdırılan, 
özlərinin məxsusi indekslər bazası olmaya xüsusi növ ax-
tarış sistemləridir. Onlar istifadəçi ilə interfeysi reallaşdı-
rır, daxil olan axtarış sorğusunu bir neçə axtarış serverinə 
göndərir, həmin serverlərdən aldığı cavabları xüsusi şəkil-
də təhlil edərək nəticəni istifadəçiyə təqdim edir. 
Meta-axtarış sistemləri faktiki olaraq paylanmış infor-
masiya axtarışını həyata keçirir. Onlar axtarış üçün zəruri 
olan aşağıdakı əsas xarakteristikaları yaxşılaşdırmağa im-
kan verir:  


228 
-  paralellik – axtarış maşınlarını müxtəlif informasiya 
massivlərində və kolleksiyalarda paralel yerinə yetir-
məklə axtarış prosesinin tezləşdirilməsi; 
-  avtonomluq – sistemin uzaqda olan komponentlərini 
cəlb etmədən müstəqil  şəkildə lokal axtarışların 
aparılması; 
-  modulluluq – axtarış maşınlarının işlənib hazırlan-
masının və fəaliyyətinin bir-birindən asılı olmaması, 
sistemin genişləndirilməsinin asanlığı və s.; 
-  sıradan çıxmaya davamlılıq – bir axtarış maşınının 
və ya onun qoşulduğu rabitə kanalının sıradan çıx-
ması digər axtarış maşınlarının, həmçinin bütövlükdə 
sistemin işinin dayanmasına səbəb olmur;  
-  şəbəkə və zaman resurslarının qənaət olunması və s. 
Meta-axtarış sisteminin funksional struktur sxemi 8.2 
saylı şəkildə göstərilmişdir. Şəkildən göründüyü kimi, isti-
fadəçi özünün informasiya tələbatına uyğun olaraq axtarış 
sorğusunu formalaşdırır və meta-axtarış sisteminə ötürür.  
Meta-axtarış sisteminin agenti aldığı axtarış sorğusunu 
müəyyən edilmiş axtarış maşınlarının formatlarına uyğun-
laşdırır, müvafiq qaydada axtarış sorğularını tərtib edir və 
həmin axtarış serverlərinə ötürür. Həmin axtarış serverləri 
sorğuya uyğun axtarış aparır, nəticələri meta-axtarış siste-
minə göndərirlər. Həmin nəticələr meta-axtarış sisteminin 
nəticələrin təhlili bloku tərəfindən ümumiləşdirilərək təhlil 
olunur və meta-axtarış sisteminin ümumi nəticəsi kimi 
istifadəçiyə təqdim edilir. 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə