Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

214 
üçün interfeys, xüsusi axtarış mexanizmləri (açar sözlərə 
görə axtarış  və ya mövzü kataloqları üzrə axtarış) olan 
proqram kompleksidir. Bu sistemlər axtarışın nəticəsi ola-
raq istifadəçiyə onların sorğusuna relevant olan sənədlərin 
siyahısını təqdim edir. Həmin siyahıda təqdim olunan sə-
nədlərin müəyyən hissəsi (bəzən əksəriyyəti) əslində isti-
fadəçiyə lazım olmur. Ümumiyyətlə, nəticədə verilən sə-
nədlərin diqqətlə araşdırılması lazım gəlir.  İnternetin in-
formasiya-axtarış sistemləri növbəti bölmələrdə  ətraflı 
baxılacaqdır. 
İnternetdə lazımi informasiyanın axtarılması  və  əldə 
olunması üçün yuxarıda göstərilən üsullardan əlavə prak-
tikada tez-tez istifadə olunan daha iki yanaşmanı qeyd et-
mək olar: 
-  yeni informasiya ehtiyatlarının təhlili; 
-  xüsusi proqramların tətbiqi yolu ilə  zəruri informa-
siya ehtiyatının axtarılması. 
İnternetdə yeni yaranmış informasiya ehtiyatlarının ba-
xılması və təhlili təkrar axtarışların aparılması, ən yeni in-
formasiyanın tapılması və ya haqqında informasiya lazım 
olan obyektin inkişaf tendensiyasının izlənməsi zamanı 
çöx əlverişli olur. Bu zaman həmin mövzu sahəsi ilə bağlı 
bütün informasiya ehtiyatlarının baxılmasına ehtiyac ol-
mur, istifadəçini yalnız internetdə yeni dərc olunmuş mə-
lumatlar maraqlandırır.  
İnformasiyanın ilkin axtarışının aparılması üçün xüsusi 
proqramların tətbiqi effektiv və avtomatlaşdırılmış üsul he-
sab edilir. Yuxarıda ikinci yanaşmada təklif olunan əl ilə hə-
yata keçirilən hiperistinadlar üzrə  hərəkət burada avtomat-
laşdırılır. Konkret mövzu sahəsi üzrə verilmiş sözlər (termin-
lər) üzərində qoyulmuş hiperistinadların göstərdiyi web-sə-
hifələrin baxılması spayder adlanan xüsusi proqramlar vasi-


215 
təsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə proq-
ramlar üçüncü yanaşmada təqdim olunan informasiya-axta-
rış sistemlərinin robot proqramlarının xüsusi formasıdır. Bu 
yanaşmaya, həmçinin, dar mövzu sahəsində informasiya ax-
tarışını həyata keçirən xüsusi proqramlar da aid edilir. Təbii 
ki, bu yanaşma nəticəsində təqdim olunan sənədlərin də is-
tifadəçi tərəfindən dəqiq emalı tələb olunur.  
Ümumiyyətlə, internetdə informasiya axtarışı dedikdə 
mövcud informasiya-axtarış sistemləri, eləcə də hər hansı 
saytın və ya informasiya sisteminin axtarış mexanizmləri 
vasitəsilə lazım olan məlumatın axtarılıb tapılması nəzərdə 
tutulur. Bu halda istifadəçi ona hansı informasiyanın lazım 
olduğunu bilir, lakin bu informasiyanın harada, hansı in-
ternet saytında və ya informasiya sistemində yerləşdiyini 
bilmir.  İnternetdə axtarış aparmaq üçün istifadəçi zəruri 
axtarış sorğusunu formalaşdıraraq müvafiq informasiya-
axtarış sisteminə və ya axtarış mexanizmi olan informasi-
ya sisteminə ötürür. İstifadəçi sorğusunun cavabında axta-
rış sistemi tərəfindən tapılmış informasiya ehtiyatlarının 
siyahısını (adları və ya ünvanları göstərilməklə) alır. 
Əvvəlki URL-ünvanın daxil edilməsi yolu ilə lazım 
olan saytın açılması, hiperistinadlar üzrə  hərəkət etməklə 
zəruri informasiya ehtiyatına keçid və yeni informasiya 
ehtiyatlarının təhlili kimi yanaşmaları isə sadəcə internet-
də naviqasiya adlandırmaq olar.  
8.2.  İnternetin informasiya-axtarış sistemləri 
İnternetin informasiya-axtarış sistemi – axtarış mexa-
nizmləri ilə  təchiz olunmuş  və yalnız verilmiş sistem 
(sayt) daxilində deyil, eləcə  də  şəbəkə vasitəsilə internet 


216 
informasiya fəzasında mövcud olan bütün saytlar, sistem-
lər, məlumat bazaları  və digər informasiya ehtiyatlarında 
axtarışının aparılması üçün nəzərdə tutulmuş informasiya 
sistemidir. Sadəlik naminə  gələcəkdə informasiya-axtarış 
sistemi anlayışında istifadə edəcəyik. 
Ümumiyyətlə,  İAS-a internetin informasiya fəzasında 
informasiya xidmətlərinin istifadəçiləri üçün bələdçi kimi 
baxmaq olar. Adətən, istifadəçilər özlərinə hansı informa-
siyanın lazım olduğunu yaxşı bilir, lakin bu informasiya-
nın  şəbəkədə mövcud olmasına baxmayaraq, onu harada 
və necə tapmağın mümkün olduğunu bilmirlər. Məhz belə 
problemin həlli və istifadəçilərin informasiyaya olan tələ-
batının ödənilməsində onlara yardım göstərən bələdçi ro-
lunu oynayan vasitəçi proqram sistemlərindən, yəni  İAS-
dan istifadə olunur. İAS müxtəlif yollarla (informasiya eh-
tiyatlarının tematik kataloqlarını və ya avtomatik indekslə-
rini yaratmaq, onların sahiblərindən, o cümlədən serverlər-
dən zəruri informasiyanı sifariş etmək yolu ilə və s.) inter-
net  şəbəkəsində olan informasiya ehtiyatlarının kontenti, 
yəni məzmunu haqqında "bilikləri" öz bazasına toplayırlar. 
İnternetin müasir informasiya xidmətlərinin, o cüm-
lədən İAS-ın əsasında ənənəvi İAS-ın yaradılması və isti-
fadəsi sahəsindəki təcrübə durur.  
İnternetin informasiya ehtiyatlarının xüsusiyyətlərini 
nəzərə alaraq, yaradılan informasiya axtarışı vasitələrinə, 
o cümlədən İAS-a qoyulan əsas tələblər aşağıdakılardır:
-  İnternetin informasiya ehtiyatlarının maksimal dərə-
cədə dolğun əhatə olunması; 
-  İnternetdən alınmış (götürülmüş) informasiyanın 
doğruluğunun təmin edilməsi və ziddiyyətliliyinin 
aradan qaldırılması; 


 
 
217 
 
-  informasiya ehtiyatlarının avtomatik indeksləşdiril-
məsi və tematik kataloqlarının yaradılması üçün in-
tellektual üsulların reallaşdırılması;  
-  istifadəçiyə vaxtında və dolğun cavab vermək üçün 
onun sorğusuna uyğun olaraq axtarış sistemi tərəfin-
dən yüksəksürətli axtarışın aparılmasının təmin 
edilməsi; 
-  axtarışın nəticəsinin dəqiqliyinin və pertinentliyinin, 
yəni alınmış nəticələrin istifadəçinin tələbatına tama-
milə uyğun olmasının təmin edilməsi
-  istifadəçi ilə  əks  əlaqənin qurulması imkanlarının 
reallaşdırılması; 
-  təbii dilə yaxın olan istifadəçi interfeysinin 
reallaşdırılması. 
Qeyd olunan tələblərin ödənilməsi üçün İAS tərəfindən 
aşağıdakı əsas məsələlərin həlli təmin edilməlidir: 
-  sənədlərin (informasiya ehtiyatlarının) indeksləşdiril-
məsi, onların axtarış obrazlarının yaradılması  və 
İAS-ın indekslər bazasında təqdim olunması, saxla-
nılması və yenilənməsi; 
-  terminlərin, sinonimlərin, tezaurusların və assosiativ 
sözlərin tələb olunan rubrikatorlarının, lüğətlərinin, so-
raqçalarının, eləcə  də məlumat bazalarının yaradılması; 
-  sənədlərin tematikalarının müəyyənləşdirilməsi, on-
ların tematik kataloqlarının yaradılması, eləcə  də 
müəyyən olunmuş rubrikatora görə sənədlərin müva-
fiq tematik kataloqlar üzrə paylanması; 
-  strukturlaşdırılmış indekslər bazasının və meta-veri-
lənlər bazalarının yaradılması; 
-  istifadəçi ilə axtarış sistemi arasında intellektual in-
terfeysin qurulması; 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə