Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

205 
Beləliklə,  






)
(d
μ
D
d
d
D
i
pr
T
i
i
Q
Q
  
;
;
   (7.38) 
sənədlər alt çoxluğu sorğuya relevant olan sənədlər çoxlu-
ğunu təşkil edir və axtarışın nəticəsi kimi istifadəçilərə ve-
rilir. Daxilolma funksiyası 


)
(d
μ
)
μ(d
i
pr.
T
D
d
*
Q
Q
i

 max
    (7.39) 
olan 
*
d
 sənədi onlar arasında ən relevant sənəd olacaqdır. 
İnformasiya axtarışı üçün təklif olunan üsul daha rele-
vant olan, yəni istifadəçinin tələbatını daha dəqiq ödəyən 
sənədləri tapmağa imkan verir. Başqa sözlə, bu üsul inter-
netin informasiya fəzasının axtarış sistemi tərəfindən in-
deksləşdirilmiş bütün sənədlərini bir-biri ilə müqayisə 
edərək onlar arasından daha üstün olanlarını tapır. Bu za-
man sənədlər arasındakı münasibətlərlə yanaşı, terminlərlə 
sənədlər, habelə terminlərin özləri arasındakı münasibətlər 
də nəzərə alınır. 
Burada nəzərə alınmalıdır ki, təklif olunan üsul məhdud 
sənədlər çoxluğu tətbiqi üçün tətbiqi daha səmərəli 
nəticələr verir. Belə ki, qapalı (yuxarıdan məhdud olan) 
sənədlər çoxluğunda cüt-cüt müqayisənin aparılmasını 
daha asan reallaşdırmaq mümkündür. 
7.5.  Qeyri-səlis üstünlük münasibətləri əsasında 
paylanmış informasiya axtarışının təşkili 
Yuxarıda qeyd olunduğu kimi, internetdə çoxlu sayda 
axtarış sistemləri mövcuddur. Bu sistemlər müəyyən üstün 
və çatışmayan cəhətlərə malik olurlar. Müxtəlif axtarış 
maşınları informasiya ehtiyatlarını (web-səhifələri, məlu-


206 
mat bazalarını, fayl arxivlərini və s.) özlərinə məxsus şə-
kildə indeksləşdirirlər [95]. Nəticədə, tərtib olunmuş eyni 
sorğular üzrə ayrı-ayrı  İAS tərəfindən aparılan axtarışlar 
müxtəlif nəticələr verir. Həmçinin, axtarış nəticəsində ay-
rı-ayrı axtarış maşınları tərəfindən tapılmış eyni sənədlərin 
relevantlıq əmsalları fərqli ola bilər. Bundan əlavə, axtarış 
sistemləri tematik baxımdan istiqamətlənmiş ola bilər ki, 
bu da öz əksini axtarışın nəticəsində tapa bilər. 
Ona görə də müxtəlif axtarış sistemlərinin əldə etdikləri 
nəticələrin müqayisəli təhlili və onlar tərəfindən eyni sor-
ğuya verilmiş sənədlər arasından daha münasib (relevant) 
sənədlərin seçilməsi məsələsi böyük aktuallıq kəsb edir. 
Qeyd olunmalıdır ki, axtarış maşınları  tərəfindən tapılıb 
verilmiş  sənədlər çoxluğu informasiya fəzasında olan və 
axtarış sistemləri tərəfindən  əhatə edilən sənədlər çoxlu-
ğundan xeyli azlıq təşkil edir. Güman etmək olar ki, ax-
tarış sistemləri tərəfindən tapılıb verilmiş  sənədlər çoxlu-
ğunun təhlili və emalı paylanmış informasiya axtarışını 
həyata keçirməyə və axtarışın nəticəsini xeyli yaxşılaşdır-
mağa imkan verə bilər. 
Paylanmış informasiya axtarışının təşkili İAS-ın aşağı-
dakı əsas xarakteristikalarını yaxşılaşdırmağa imkan verir:  
-  altsistemlərin paralel yerinə yetirilməsi yolu ilə axta-
rışın tez həyata keçirilməsi; 
-  sistemin uzaqda olan komponentlərini cəlb etmədən lo-
kal qərarların müstəqil qəbul edilməsinin mümkünlüyü
-  modulluluq – altsistemlərin işlənib hazırlanmasının 
bir-birindən asılı olmaması, sistemin genişləndiril-
məsinin asanlığı və s; 
-  sıradan çıxmaya davamlılıq – sistemin bir altsiste-
minin və ya onun qoşulduğu rabitə kanalının sıradan 


207 
çıxması digər altsistemlərin, eləcə  də bütövlükdə 
sistemin işinin dayanmasına səbəb olmur;  
-  şəbəkə və zaman resurslarının qənaət olunması və s. 
Paylanmış axtarışın təşkili bir çox alt sistemlərdən (ax-
tarış maşınlarından və robotlarından) ibarət paylanmış 
İAS-ın – multi-axtarış sisteminin yaradılması zamanı daha 
böyük əhəmiyyət kəsb edir. Alt sistemlər tərəfindən veril-
miş lokal qərarlar təhlil olunur, ümumiləşdirilir və bundan 
sonra onlar arasında seçim aparılır. Nəticədə, seçilmiş sə-
nədlər multi-axtarış sisteminin nəticəsi kimi qəbul olunur 
və istifadəçiyə təqdim edilir. 
Bu paraqrafda axtarış alt sistemlərinin lokal qərarlarının 
müqayisəli təhlili və onlar arasında olan qeyri-səlis üstün-
lük münasibətlərinə görə ümumi qərarın qəbul edilməsi 
yolu ilə paylanmış informasiya axtarışının təşkili üsuluna 
baxılır. Başqa sözlə, çoxlu sayda axtarış maşınlarından 
ibarət olan multi-axtarış sisteminin yaradılması və bu ax-
tarış maşınlarının verdikləri nəticələr əsasında ümumi qə-
rarın qəbul edilməsi məsələsi tədqiq olunur.  
Tutaq ki, 


m
k
s
S
k
,
1
,


 –  multi-axtarış sisteminin
axtarış maşınları çoxluğu, 


n
i
d
D
i
,
1
,


 –  arasından
daha relevant olanların seçilməsi tələb olunan sənədlər 
çoxluğu, 
m
k
D
k
,
1
,

 – 
k
s
 axtarış maşını  tərəfindən 
tapılmış sənədlər alt çoxluğu, Q – istifadəçi sorğusudur.  
Qeyd olunmalıdır ki, 
m
k
D
k
,
1
,

 alt  çoxluqları  aşa-
ğıdakı şərtləri ödəyirlər:  
1.
m
D
D
D
D



...
2
1

;
2.


j
i
D


j
i


 üçün.


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə