Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

210 
(7.43) qeyri-səlis üstünlük münasibəti mövzu sahəsində 
sistemin axtarış maşınlarının səriştəliliyi haqqında məlu-
matlar nəzərə alınmaqla 


j
i
s
,d
d
ψ
k
 qeyri-səlis münasibət-
ləri sinfinin vahid yekun qeyri-səlis münasibətə "yığılma-
sı" deməkdir. Beləliklə, sənədlərin bir neçə üstünlük mü-
nasibətləri ilə seçilməsi məsələsi sənədlərin yeganə üstün-
lük münasibəti ilə seçilməsi məsələsinə  gətirilir. Bu mə-
sələnin həlli üçün sənədlər çoxluğunda 


j
i
,d
d
η
 ümumi-
ləşmiş qeyri-səlis üstünlük münasibətləri  əsasında mü-
vafiq sənədlər çoxluğu müəyyən edilir: 
 

 



,d
d
η
,d
d
η
d
η
i
j
j
i
D
d
i
n
j




sup
1
~

     (7.44) 
Nəhayət, bu çoxluqdan üstün olan sənədlərin qeyri-səlis 
alt çoxluğu tapılır: 
 
 




 
j
i
i
n
i
n
d
d
d
d
,
,
~
min




.
     (7.45) 
Bu çoxluğa daxil olan sənədlər axtarış sistemi tərəfin-
dən verilmiş daha relevant sənədləri özündə birləşdirir. 
Aşağıdakı düsturla onlar arasından  ən relevant olan bir 
sənədi müəyyən etmək mümkündür: 
 
 


 
max
i
n
D
d
d
d
i




*
 
 
 
(7.46) 
Beləliklə, paylanmış informasiya axtarışı üçün təklif 
olunan üsul informasiya fəzasının bütün sənədləri arasın-
dan ayrı-ayrı axtarış sistemləri tərəfindən tapılıb verilmiş 
sənədlər çoxluğundan müqayisəli təhlil yolu ilə daha üstün 
və ən relevant sənədlərin tapılmasını təmin edir. 


VIII FƏSİL  
İNTERNETDƏ İNFORMASİYA 
AXTARIŞI  
İnternetdə informasiyanın axtarılması və əldə eilməsi 
üsulları  
İnternetin informasiya-axtarış sistemləri 
İnternetin informasiya-axtarış sistemlərinin təsnifatı 
(Tematik kataloqlar, axtarış maşınları, meta-axtarış sistemləri) 
İnternetin informasiya ehtiyatlarının
indeksləşdirilməsi və təqdim olunması mexanizmləri 
Axtarış spamları və onlara qarşı mübarizə 


212 
8.1.  İnternetdə informasiyanın axtarılması və əldə 
edilməsi üsulları 
İnternetin informasiya ehtiyatlarının həcminin və müx-
təlifliyinin kəskin artması  səbəbindən bu nəhəng fəzada 
lazım olan informasiyanın axtarılması  və tapılması çox 
ciddi problemə çevrilmişdir. Aydındır ki, gündəlik prakti-
ki fəaliyyətində müəyyən informasiyaya tələbatı yaranan 
hər bir insan bu tələbatını ödəmək üçün informasiya mən-
bələrinə, o cümlədən internetə müraciət edir, müvafiq ax-
tarış sorğusunu formalaşdırır və informasiya xidmətlərinə 
təqdim etməklə özünə lazım olan informasiyanı axtarır. 
İnternetdə informasiyanın axtarılması  və  əldə edilməsi 
bir neçə yolla həyata keçirilə bilər. Bu üsullar axtarışın ef-
fektivliyini və keyfiyyətini, eləcə də əldə olunub götürülən 
informasiyanın növünə görə  əhəmiyyətli dərəcədə  fərqlə-
nirlər.  İnformasiya axtaran şəxsin məqsəd və  vəzifələrin-
dən asılı olaraq, internetdə informasiyanın axtarılması  və 
əldə olunması üçün əsas üç üsuldan (yanaşmadan) istifadə 
olunur:  
-  URL-ünvanın daxil edilməsi
-  hiperəlaqələr üzrə hərəkət (naviqasiya); 
-  informasiya-axtarış sistemlərinin istifadəsi. 
Birinci yanaşma internetdə lazım olan informasiyanı 
əldə etmək üçün onun yerləşdiyi saytın URL-ünvanını da-
xil etməklə informasiya ehtiyatına birbaşa qoşulmanı  və 
ya müraciəti nəzərdə tutur. Bu üsul informasiya axtarışının 
ən sadə və tez başa gələn üsuludur, lakin informasiya ehti-
yatının və ya onun yerləşdiyi saytın ünvanı dəqiq məlum 
olduqda bu üsuldan istifadə etmək mümkündür. Belə ki, 
bu halda istifadəçi lazım olan məlumatların harada yerləş-


213 
diyini, saxlanma formasını, girişə (istifadəyə) icazə və ya 
qeydiyyat (əgər tələb olunursa) üçün hara müraciət etmək 
lazım olduğunu, sistemin iş prinsiplərini, konkret informa-
siyaya daxilolma və onun əldə edilməsi üsullarını  dəqiq 
bilməlidir. Yalnız bu halda o, kompüter arxasında işləmək 
və şəbəkə vasitəsilə informasiya sisteminə qoşulmaq yolu 
ilə lazımi informasiya ehtiyatlarına birbaşa daxil olur və 
zəruri informasiyanı əldə edir.  
İkinci yanaşma hər hansı internet saytında mövcud hi-
peristinadlardan istifadə etməklə lazım olan zəruri infor-
masiya ehtiyatına keçilməsini nəzərdə tutur. Web-fəzada 
bütün saytlar bir-biri ilə məzmunca hiperistinadlarla bağlı 
olduqlarına görə informasiya axtarışı web-səhifələrin bu 
əlaqələr vasitəsilə ardıcıl baxılması yolu ilə həyata keçirilə 
bilər. Əl ilə axtarış prinsipinə əsaslanan bu üsul milyonlar-
la saytlar üzrə adi baxma yolu ilə lazım olan informasiya-
nın axtarılması əlverişli deyildir, lakin axtarışın son mər-
hələsində, informasiya-axtarış sistemləri tərəfindən veril-
miş  nəticələrin baxılması, konkret mövzu sahəsinə aid 
saytda lazım olan məlumatın axtarılması, daha dərin məz-
mun təhlilinə zərurətin yaranması zamanı çox faydalı olur. 
Aydındır ki, informasiya ehtiyatının ünvanı istifadəçiyə 
bəlli olmadıqda bu üsuldan istifadə rahatdır. Belə yanaş-
mada axtarışa başlamanın ilkin nöqtəsi kimi məşhur web-
portallardan istifadə edilə bilər.  
Üçüncü yanaşma internetdə sənədlərin axtarışının apa-
rılması üçün əsas və ən çox istifadə olunan üsullardan bi-
ridir.  İnternetin informasiya-axtarış sistemləri internetin 
informasiya ehtiyatları haqqında  əvvəlcədən, xüsusi for-
mada hazırlanmış  məlumat bazası, bu bazanı yaradan və 
daim yeniləşdirən proqram təminatı, axtarış sorğularının 
daxil edilməsi və nəticələrin istifadəçiyə təqdim olunması 


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə