Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   2   3   4   5   6   7   8   9   ...   157

___________________________________________________ 

 

8



tərmiş  və yadda qalan obrazlar yaratmışdır.  C.10- 55; C.17-

190. 


23.

 

 Adilə Namazova, Adilə  Əziz qızı Namazova (d. 

1926) - pediatr, kardioloq. Tibb elmləri doktoru, professor. 

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrası-

nın müdiri. Tədqiqatı,  əsasən, uşaqlarda revmatizm və ürək 

xəstəliklərinə  həsr olunmuşdur. Rusiya Tibb EA-nın müxbir 

üzvü, Azərbaycan MEA-nın akademiki, Azərbaycan Dövlət 

mükafatı laureatıdır. Azərbaycan Respublikasının “Şöhrət” or-

deni ilə təltif olunmuşdur. C.17- 145; C.22- 235. 



24.

 

 Adolf  Hitler  (1889-1945) - nasional-sosialist parti-

yasının füreri (rəhbəri), alman-faşist dövlətinin başçısı (1933-

cü ildən reyx-kansler). Almaniyada faşist rejiminin yaradıcısı. 

İkinci Dünya müharibəsinin  əsas təşkilatçısı olmuşdur.  İşğal 

olunmuş  ərazilərdə  hərbi  əsirlərin və dinc əhalinin kütləvi 

surətdə  məhv edilməsinin başçısıdır. Sovet ordusu Berlinə 

girəndə özünə  qəsd etmişdir. Nürnberq prosesində  hərbi cani 

elan edilmişdir. C.15- 354; C.27- 101, 103, 117, 120, 357. 



25.

 

 Afaq  Səfərova, Afaq Bəşir qızı Səfərova (d.1955) - 

Azərbaycan Respublikasının Xalq artısti. “Qızıl Dərviş” müka-

fatı laureatı. 1989-cu ildən Azərbaycan Dövlət Musiqili Kome-

diya Teatrında fəaliyyət göstərir. Prezident mükafatçısıdır. 



C.18- 326. 

26.

 

 Afiyəddin Cəlilov, Afiyəddin Cəlil oglu Cəlilov 

(1946-1994) - dövlət xadimi. 1993-1994-cü illərdə Azərbaycan 

Milli Məclisi sədrinin müavini idi. 1994-cü ildə Azərbaycanın 

dövlətçiliyinə  və müstəqiliyinə düşmən qüvvələr tərəfindən 

qətlə yetirilmişdir. C.10- 351; C.20- 319; C.22- 276. 

27.

 

 Ağ ev - Vaşinqtonda ABŞ Prezidentinin iqamətgahı 

və dəftərxanası (1800-cü ildən). 1792-1829-cu illərdə inşa edil-

mişdir. ABŞ hökumət evinə çox zaman Ağ ev deyilir. C.11

39, 40, 149, 217, 219, 222, 229, 234, 255, 337, 400; C.12- 37; 



C.20- 77-78, 150, 204, 330, 331, 351, 352; C.24- 228, 231, 

232, 235, 257; C.25- 68-70, 109, 137, 138, 141, 147, 154, 155, 

158, 174, 192, 218, 229, 244. 



___________________________________________________ 

 

9



28.

 

 Ağabacı Rzayeva, Ağabacı  İsmayıl qızı Rzayeva 

(1912-1975) - ilk azərbaycanlı qadın bəstəkarlarından biri. 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi. Yara-

dıcılığında mahnı  və romanslar mühüm yer tutmuşdur.  C.25

313. 

29.

 

 Ağabəyimağa Ağabacı (1781-1831) - Azərbaycan şairi. 

Qarabağ xanı  İbrahimxəlil xanın qızıdır. 1801-ci ildə  İran  şahı 

Fətəli  şah Qacara ərə  verilmişdir. Bir neçə  şeiri məlumdur. 

C.15- 229; C.25- 312. 

30.

 

 Ağacan  Əbiyev, Ağacan Qulam oğlu  Əbiyev (d. 

I937) - 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və 

İdman Akademiyasının rektoru. 1982-ci ildən A.Əbiyev Avro-

pa və Dünya Boks Federasiyasının üzvü, Avropa Boks Federa-

siyasının vitse-prezidenti və Hakimlər Komitəsinin sədri, Azər-

baycan Boks Federasiyasının prezidenti və Milli Olimpiya 

Komitəsinin Baş katibidir. C.21- 139. 

31.

 

Ağadadaş Qurbanov,  Ağadadaş Gülməmməd oğlu 

Qurbanov (1911-1965) - aktyor. Azərbaycan Respublikasının 

Xalq artisti. Dramatik səpkili aktyor olan A.Qurbanov komik 

və xarakterik rollarda da uğurla çıxış etmişdir. Eyni zamanda 

kino aktyoru olmuşdur. C.17- 190; C.18- 18. 

32.

 

 Ağalarov Həsən bəy (1812-?) - general-mayor.1890-

cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-

süvari polkunda xidmət etmişdir. 1852-ci ildə Həsən bəy Ağa-

larov Qafqaz müsəlman-süvari polkunun komandiri təyin olu-

nur. Ağalarov ömrünün axırına qədər döyüşən hissələrdə hərbi 

borcunu şərəflə yerinə yetirmişdir. С.16- 83. 



33.

 

Ağasadıq Gəraybəyli,  Ağasadıq Ağali oğlu  Gəray-

bəyli (1897-1988) - aktyor. Azərbaycan Respublikasının Xalq 

artisti. 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Milli 

Dram Teatrının artisti olmuşdur. Gəraybəylinin yaradıcılığında 

güclü dramatik, komik səpgili səhnə obrazları mühüm yer 

tutur. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş-

dur. C.17- 190; C.18- 18. 



___________________________________________________ 

 

10



34.

 

Ağasəlim Atakişiyev,  Ağasəlim İbrahim  oğlu Atakişi-

yev (1903-1978) - 1943-1953-cü illərdə Azərbaycan Dövlət 

Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini olmuşdur. C.10

335, 337. 



35.

 

Ağdam - Azərbaycan Respublikasında inzibati rayon.  

1930-cu ildə  təşkil edilmişdir. Sahəsi 1094 km

2

,  əhalisi 101,6 



min nəfərdir. 1993-cü ildə erməni qəsbkarları  tərəfindən işğal 

edilmişdir. C.23- 94, 101; C.24- 15, 258; C.25- 7. 



36.

 

Ağdam  şəhəri  - Azərbaycan Respublikasında  şəhər. 

Ağdam rayonunun mərkəzi. 1993-cü ildə erməni işğalçıları tə-

rəfindən işğal edilmişdir. C.24- 6, 9, 15; C.27- 119, 387; C.28

269. 


37.

 

Axundov adına Azərbaycan  Dövlət Kitabxanası- 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. Azərbay-

canda  ən böyük kitabxana, respublikada çap olunan əsərlərin 

dövlət kitabsaxlayıcısı, kitabxanaşünaslıq və biblioqrafiya üzrə 

elmi-metodik mərkəz. Milli Kitabxananın  əsası 1923-cü il 23 

mayda qoyulmuşdur. Kitabxananın indiki binası 1960-cı ildə 

akademik Mikayıl Hüseynovun layihəsi  əsasında tikilmişdir. 

Kitabxanada 13 oxucu zalı, fondunda isə 4516841 kitab var. 



C.13- 150-157, 216, 450, 454. 

38.

 

Akim Abbasov, Akim Əli oğlu Abbasov (1911-1996) 

- general-mayor. Böyük Vətən müharibəsində iştirak etmişdir. 

Müharibədən sonrakı illərdə polk komandiri, diviziya koman-

dirinin müavini və komandiri vəzifələrində  işləmişdir. Azər-

baycan SSR Ali Sovetinin deputatı olmuşdur. С.16- 86; C.22

257; C.28- 324. 



39.

 

Akixito (d.1933) - 1989-cu ildən Yaponiyanın İmpe-

ratorudur. C.14- 343-345, 356, 358, 459; C.15- 46. 



40.

 

Aksenenko Nikolay Yemelyanoviç (1949-2005) - 

dəmiryolçu mühəndis.1984-1994-cü illərdə bir sıra dövlət işlə-

rində çalışmışdır. 1994-1996-cı illərdə Rusiya Federasiyasında 

rabitə nazirinin müavini, 1996-1997-ci illərdə rabitə nazirinin 

birinci müavini, 1997-ci il apreldən isə nazir vəzifəsində  işlə-

mişdir. 1999-cu ildə Nazirlər Sovetinin birinci muavini, 2000-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə