Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə15/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

  B i b l i o q r a f i y a      
 
63
təkcə bu əsər onun bir ədib kimi şöhrət qazanması üçün kifayət 
idi. Kitabı Azərbaycan dilində olduğu kimi, ərəb dilində  də 
ürəksiz, həyəcansız oxumaq mümkün deyildir. 
Vasim Məmmədəliyev, 
akademik 
 
Qəzənfər Paşayev bizim nəslə gözəl  əxlaqı ilə nümunə 
olub, örnəyə çevrilib. O, gözəl ziyalı, gözəl ailə başçısı  və 
gözəl  əmi obrazıdır. Bütün məqamlarda adının, milli kimliyi-
nin qarşısında bu epiteti işlətmək olar. 
Qənirə Paşayeva, 
millət vəkili 
 
Bizim nəsil üçün İraq Füzulidən, Füzuli Kərbaladan başla-
dığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır. 
Yaşar Qarayev, 
AMEA-nın müxbir üzvü, professor 
 
Altıillik səmərəli zəhmətin  əbədiləşən səhifələrini nəzər-
dən keçirdikcə Q.Paşayevin  şəxsində istedadlı dilçi, ədəbiy-
yatşünas, tarixçi, etnoqraf alimlə, sosioloq və jurnalistlə,  ən 
ümdəsi də bütün bunları özündə cəmləşdirən, görüb-götürmüş 
şərqşünas bir mühasiblə üz-üzə dayanırıq. 
Qasım Qasımzadə, 
professor, şair-alim 
 
Həqiqətən bu gün azərbaycanşünaslıqda kərkükşünaslıq 
adlı müstəqil bir elm sahəsi var. Bu elm sahəsi Kərkük-
türkman elinin, dilinin, folklorunun, tarixinin bir sintez şəklin-
də  təqdimidir. Onun qurucusu prof. Qəzənfər Paşayevdir... 
Prof. Q.Paşayevin monoqrafiyaları  və  tərtib etdiyi kitabların 
sayı 40-dan artıqdır. Düşünmək olardı ki, o, folklorşünas, ədə-
biyyatşünas, tərcüməçi, publisist kimi xalq arasında yaxşı ta-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
64 
nındığına, bu sahədə nüfuz sahibi olduğuna görə bir daha dilçi-
lik aləminə qayıtmaz. Lakin belə deyilmiş. “Dilimiz-varlığı-
mız” kitabını (Bakı-2011) oxuduqca gözlərimiz önündə  qə-
dirşünas bir dilçi alim canlanır. 
Tofiq Hacıyev, 
AMEA-nın müxbir üzvü, professor 
 
Tanınmış elm və maarif xadimi, f.e.d., prof. Qəzənfər Pa-
şayev iraqlı soydaşlarımız olan kərküklülərin folkloru, dili və 
ədəbiyyatı haqqında yazdığı  dəyərli  əsərləri ilə turan elində 
böyük ad-san qazanmışdır. 
Ağamusa Axundov, 
akademik 
 
Prof. Sula Benetin çox maraqlı “Necə yaşayasan yüzü haq-
layasan”  əsərini ingilis dilindən Azərbaycan dilinə  Qəzənfər 
Paşayev yüksək peşəkarlıqla tərcümə etmişdir.  Əsər azərbay-
canlı oxuculara layiqli töhfədir.  Əlçatmaz, ünyetməz uzaq 
Amerikanın bu töhfəsini bizə yaxın edən, doğma edən Qəzən-
fər Paşayevə minnətdarıq. 
Teymur Bünyadov, 
akademik 
 
Bir zamanlar tək vahid torpaq halında olan Kərkük və 
Azərbaycan indi iki ayrı ada halına gəlmişdir. Bu gün bu iki 
adanı bir-birinə bağlayan körpünün memarı məhz Qəzənfər Pa-
şayevdir... İftixarla söyləyə bilərik ki, artıq o, Əta Tərzibaşı qə-
dər dəyərli bir araşdırıcımızdır. 
Mahir Naqib, 
professor 
 
Gözəl niyyətlə yazılan və gerçəyi olduğu kimi ortaya qo-
yan çox qiymətli “Altı il Dəclə-Fərat sahillərində” kitabı İraq-


  B i b l i o q r a f i y a      
 
65
Azərbaycan dostluğunun tarixinə çağlar boyuna işıq tutacaq və 
bu iki ölkə arasındakı ədəbi əlaqələrin də sürətli bir biçimdə in-
kişafına kömək göstərəcəkdir. Kitabı ərəb dilinə tərcümə edə-
rək Bağdadda çap etdirməyimiz, hər  şeydən  əvvəl bununla 
bağlıdır. 
Dr. Əbdüllətif Bəndəroğlu, 
ədəbiyyatşünas-alim
 
 
Professor Qəzənfər Paşayev “İraq türkman ocağı”nın həm 
maddi, həm də  mənəvi memarıdır. Hər  şey onun əsəri sayılır. 
Tabloların, rəsmlərin, bəzənmiş salonların təmir işlərinin xərcini 
özü çəkmişdir. Muzeyi əhatə edən kitabları alim İraq və Türki-
yədən gətirmişdir... Türkman folkloru mütəxəssisi prof. Q.Paşa-
yevin hazırladığı proqram son dərəcə dinamik və təsiredici idi. 
İhsan Doğramacı söz və nəğmələrlə bəzənmiş səhnələr qarşısın-
da dərin bir səssizliyə dalmışdı və xatirələrin həzin səsləri altın-
da ruhunu dinləyirdi... Bu hisslər Doğramacını illərin, ayların 
dolaylarına götürmüşdü... Müğənnilərin oxuduğu Kərkük mah-
nılarının qucağında yer-göy Kərkük, Ərbil olmuşdu. 
Cəlal Ərqut, 
professor 
 
Qəzənfər Paşayevin “İraq türkman folkloru” kitabı bilim-
səl və orijinal bir şəkildə  Kərkük və Azərbaycan folklorunun 
müştərəkliyini ortaya qoyan müstəsna və nadir bir çalışmadır. 
İzzəttin Kərkük, 
“Kərkük” vəqfinin təsisçisi və başqanı 
 
Prof. Qəzənfər Paşayev,  əslində, azərbaycanlılara Kərkük 
dünyası üçün bir pəncərə açdı  və Bakıda  İraq türkmanlarının 
bir elçisi oldu. 
Suphi Saatçı, 
professor 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
66 
 “Altı il Dəclə-Fərat sahillərində” kitabı məndə dağ seli ki-
mi coşğun hisslər, xatirələr oyatdı. Oradakı  zəngin məlumat, 
yeri düşdükcə incə yumor, səlis, ahəngdar dil, dost ölkəyə sə-
mimi hörmət və məhəbbət hissi son on-on beş ildə oxuduğum 
xatirə oçerklərinin, publisistik kitabların içərisində bir oxucu 
və  həmin ölkəni tanıyan, bilən və sevənlərdən biri kimi məni 
çox həyəcanlandırdı. Ona görə də kitabın müəllifinə səmimi tə-
şəkkürümü bildirirəm. 
Əzizə Cəfərzadə, 
yazıçı, professor 
 
İraq türkmanlarının folklorunu azərbaycanlı qardaşlarımı-
za tanıtmaq üçün bir çox araşdırmalar yapan Q.Paşayevin əsər-
ləri Oğuz kökündən və soyundan olan Azərbaycan türkləriylə 
İraq türklərinin dil və folklor baxımından nə qədər bir-birlərinə 
bağlı olduqlarını açıqca göstərməkdədir. 
Mustafa Arqunşah, 
professor 
 
“Bilmirəm haralıyam, torpağım, daşım qərib” – deyən kər-
küklülərin bayatılarından, xalq mahnılarından, atalar sözlərin-
dən, tapmacalarından ibarət nəfis nəşrlər (biz hələ “Altı il Dəc-
lə-Fərat sahillərində“ adlı  məşhur kitabı demirik) son illərdə 
oxucularımızın kitab rəflərini bəzəməkdədir. Bütün bunlar 
uzun illərdən bəri kərküklülər içərisində işləyən Qəzənfər Pa-
şayevin Kərkük folklorunu toplamaq sahəsində gördüyü gərgin 
işinin, fədakar yaradıcı əməyinin nəticəsidir. 
Azad Nəbiyev, 
AMEA-nın müxbir üzvü, professor 
 
“Altı il Dəclə-Fərat sahillərində” azərbaycanlı alim, pro-
fessor Qəzənfər Paşayevin nəinki ölkəmizə məhəbbətini, hətta 
müəllifin İraqın mədəni, tarixi və siyasi əhəmiyyətini dərk et-


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə