Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə12/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

  B i b l i o q r a f i y a      
 
49
 
- Noyabr ayında Azərbaycan nümayəndə 
heyətinin tərkibində  Nəsiminin 640 illik 
yubileyi münasibətilə Suriyanın Hələb 
şəhərində keçirilən Nəsimi günlərində  və 
Beynəlxalq konfransda “Nəsiminin həyat 
və yaradıcılığına yeni baxış” mövzusunda 
məruzə etmişdir. 
 
2009 - 
15 dekabrda Bakıda Nəsimiyə  həsr 
olunmuş II Beynəlxalq konfransda “Nəsi-
mi irsinin tədqiqi və  nəşri tarixinə bir 
nəzər” məruzəsi ilə çıxış etmişdir. 
 
2010 
- 20 fevralda “Xalqın nüfuzlu ziyalısı” 
fəxri diplomu ilə təltif edilmişdir. 
 
  
-  Azərbaycan folklorşünaslıq elminin in-
kişafında xidmətlərinə görə “Borçalı”  İc-
timai Cəmiyyəti tərəfindən diplomla təltif 
edilmişdir. 
 
2011 
- Azərbaycan nümayəndə heyətinin tərki-
bində Hindistanda olmuşdur. Burada 
“Azərbaycan və Hindistan ədəbi-mədəni 
əlaqələri” mövzusunda məruzə ilə  çıxış 
etmişdir. 
 
 
2011-2015 - 
AMEA-nın Nizami adına Ədəbiyyat İns-
titutu nəzdində  fəaliyyət göstərən  Ədə-
biyyat üzrə ixtisaslaşdırılmış Doktorluq 
Müdafiə Şurasının həmsədri seçilmişdir. 
 
2012 - 
Sentyabr ayında İraq Yazarlar Birliyinin 
“Fəxri diplom”u ilə təltif edilmişdir. 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
50 
 
- Türkmeneli işbirliyi və Kültür Vaqfı 
tərəfindən “Fəxri ödül” verilmişdir. 
 
 
- 17 noyabr Nizami adına Ədəbiyyat İns-
titutunun Həmkarlar  İttifaqı  tərəfindən 
“Fədakar alim” fəxri diplomu ilə  təltif 
edilmişdir. 
 
 
- Noyabr ayında Azərbaycan nümayəndə 
heyətinin tərkibində Nizaminin 870 illik 
yubileyi tədbirlərində Hindistanda Bey-
nəlxalq konfransda olmuş, “Azərbaycan 
və Hindistan ədəbi-mədəni  əlaqələri” 
mövzusunda məruzə etmiş, bölməyə səd-
rlik etmişdir. Məruzəsi Dehlidə ingiliscə 
çap olunmuşdur. 
 
 
- 25 dekabrda anadan olmasının 75 illiyi 
münasibətilə AMEA Rəyasət Heyətinin 
Fəxri Fərmanı ilə təltif edilib. 
 
 
- Yeddi cildlik “Seçilmiş əsərləri” çapdan 
çıxmışdır. 
 
2013 - 
7 yanvarda “Avrasiya Beynəlxalq Araş-
dırmalar İnstitutu” İctimai Birliyi tərəfin-
dən Azərbaycan-İraq mədəni  əlaqələrin 
inkişafına verdiyi dəstəyə  və xidmətə 
görə “Fəxri diplom”a layiq görülmüşdür. 
 
 
- 16 fevralda Azərbaycan Ağsaqqallar Şu-
rasının üzvü seçilmişdir. 
 


  B i b l i o q r a f i y a      
 
51
 
Xalq yazıçısı Elçin Əfəndiyevə həsr etdiyi 
“Elçin haqqında düşüncələrim” kitabı 
“Təhsil” nəşriyyatında çapdan çıxmışdır. 
 
2013-2015 
- Folklor üzrə Respublika Problem (Əla-
qaləndirmə)  Şurasının sədri olmuşdur.
   
2014 - AMEA-nın Nizami adına  Ədəbiyyat 
İnstitutunda “İlin alimi” seçilmişdir. 
 
2015 - 
Yazıçı,  şair və  ədəbiyyatşünaslara ün-
vanladığı maraqlı məktublar toplusu olan 
“Ədəbi məktublar” kitabı çapdan çıx-
mışdır. 
 
2016 - 
AMEA-nın Nizami adına  Ədəbiyyat 
İnstitutu nəzdində  fəaliyyət göstərən  
Ədəbiyyat üzrə ixtisaslaşdırılmış Doktor-
luq Müdafiə Şurasının üzvü seçilmişdir. 
 
 - 
“Əta Tərzibaşının folklorşünaslıq fəaliy-
yəti” adlı monoqrafiyası “Təhsil” nəşriy-
yatında çapdan çıxmışdır. 
 
2017 - 
“Hüseyn Kürdoğlunun poetik dünyası” 
monoqrafiyası Bakıda çapdan çıxmışdır. 
 
 
- “Əta Tərzibaşının folklorşünaslıq fəaliy-
yəti” adlı monoqrafiyası Ankarada ərəb 
əlifbasında  nəşr edilmişdir. 
 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
52 
 
- Yazıçı,  şair və  ədəbiyyatşünaslara ün-
vanladığı maraqlı məktublar toplusu olan 
“Ədəbi məktublar” kitabı Tehranda ərəb 
əlifbası ilə çapdan çıxmışdır. 
 
 
- Avqust ayının 27-də anadan olmasının 
80 illiyi tamam olmuşdur. 
 
 
 -  Azərbaycan Yazıçılar Birliyinin İraq-
Türkman  ədəbiyyatı üzrə müşaviri təyin 
olunmuşdur. 


  B i b l i o q r a f i y a      
 
53
 
 
Professor Qəzənfər Paşayevin qələm dostları və 
ədəbiyyatımız haqqında düşüncələri 
 
Elçinin  məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya 
estetik zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşa-
ğında bərqərar olmuşdur. Yazıçının dili bulaq, bulud kimi 
axan, qəlbə yatan, insana rahatlıq gətirən, saf, duzlu, şirin, zən-
gin bədii dildir. 
Bədii yaradıcılığa Anar, Əkrəm Əylisli və bir çox başqaları 
ilə başlayan, buna və keçən əsrin 60-cı illərində birgə yaradıcı-
lıqlarında yeni yolla getdiklərinə görə  ədəbi aləmdə “60-cılar” 
kimi tanınan nəslin ən görkəmli nümayəndələrindən biri Elçin-
dir. Onun istedadı imkan verib ki, bədii  əsərlərində,  ələlxüsus 
romanlarında həyatın hər yazıçıya qismət olmayan qatlarına enə 
bilsin. Başqalarının görə bilmədiklərini görə bilsin, yeni yolla 
gedə bilsin, oxucuya bənzərsiz əsərlər bəxş edə bilsin”. 
 
*** 
Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, 
poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, 
Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən, fəlsə-
fi poeziyamızın  əsasını qoyan qüdrətli sənətkar  İmaməddin 
Nəsimi zəngin irs qoyub getmişdir. 
 
*** 
Elə şəxsiyyətlər var ki, haqqında söz demək istəyəndə ona 
layiq sözləri diqqətlə seçir, ifrata varmaqdan və oxucuların mə-
zəmmətindən çəkinirsən. 
Elə şəxsiyyətlər də vardır ki, haqqında ən mötəbər sözləri 
belə deməkdən çəkinmirsən. Bilirsən ki, verilən qiymət onlara 
ana südü kimi halaldır.  
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
54 
Neçə illərdən bəri əxlaqına, mədəniyyətinə, elminə, dünya-
görüşünə, sadəliyinə, təvazökarlığına, bir dost kimi sədaqətinə, 
poeziyamızı, musiqimizi, bir çox dilləri gözəl bilməyinə, in-
sanlarla bənzərsiz ünsiyyət qabiliyyətinə, bəlağətli nitqinə hey-
ran olduğum, üzündən, gözündən, kəlamından nur yağan pro-
fessor Vasim Məmmədəliyev belə şəxsiyyətlərdəndir. 
 
*** 
Fəxarətlə vurğulanmalıdır ki, ədəbiyyatşünaslığımızın, 
ədəbi tənqidimizin son yarım əsrlik inkişaf mərhələləri akade-
mik Bəkir Nəbiyevin adı ilə birbaşa bağlıdır. O, humanitar nə-
zəri fikrin, obyektiv tənqidin qaynar nöqtələrində totalitar in-
karçılıq stixiyasından uzaq, alim prinsipiallığı, ləyaqətli vətən-
daş mövqeyi ilə seçilən nadir şəxsiyyətlərdəndir. Bəkir Nəbi-
yev respublikamızda və onun sərhədlərindən kənarda elm təş-
kilatçısı və ədəbiyyat tarixçisi kimi də yaxşı tanınır. 
Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşün-
dürücü kəlamlarından, səmimiyyətindən, ziyalı  nəcibliyindən 
doymursan. Onlardan biri, bəlkə  də, birincisi akademik Bəkir 
Nəbiyevdir. 
Bəkir müəllim ömrünün mənasını yazıb-yaratmaqda, xalqa 
xidmətdə görür. Bu isə gənclərə, lap elə biz yaşlılara da örnək 
olmaq baxımından dəyər kəsb edir. Başqalarına örnək, nümunə 
olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi Bəkir müəllim alın təri, 
yuxusuz gecələri, halalca zəhməti ilə qazanmışdır - desək həqi-
qətdən kənar olmaz. 
 
*** 
Budaq müəllimin elmi fəaliyyətinə toxunmadan onun in-
sani keyfiyyətləri barədə söz açmağı özümə borc bildim. Bu-
daq müəllimi tanıdığım bütün bu illər ərzində onun əsl insana 
xas olan bir çox gözəl keyfiyyətləri məni valeh edib, daim ona 
oxşamağa çalışmışam. Söhbət Budaq müəllimin sadəliyindən, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə