Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə10/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

  B i b l i o q r a f i y a      
 
39
görən gözüm olmayıb. Çünki sən işdən evə gələn kimi yeməyi-
ni yeyib kabinetinə keçirdin. Biz isə səninlə danışmaq, deyib-
gülmək istəyirdik. Budur, aradan illər keçib, yenə  də zahirən 
atamın davranışlarında hər  şey dəyişmədən qalır. Amma indi 
mən əvvəlki illərdən fərqli  düşünürəm və deyirəm, nə yaxşı ki, 
bu belədir. Dəyişən sadəcə  mənəm, mənim duyğularım, 
düşüncələrimdi. Əsl həqiqəti görə bilməyimdədir.  
Yadımdadı, beşinci, ya da altıncı sinifdə oxuyurdum. Ad 
günüm idi. Anam dedi ki, sənə bir sürprizim var. Əlində sənin  
tərcümə etdiyin “Necə yaşayasan yüzü haqlayasan” kitabı var-
dı. Dedi ki, bu kitab atanın sənə hədiyyəsidi. İncidim. Ürəyim-
də bu nə  hədiyyədi, dedim, evin hər yanı kitabdı, neynirəm 
mən bunu?  Anam, ay qızım, kitabın arasını bir aç bax, dedi. 
Ümidləndim, bəlkə sürpriz kitabın arasındadır? Açdım. Atamın 
imzası ilə bu sözlər yazılmışdı: Sevimli qızım Təranəyə. Bir 
zaman kitabın dəyərini biləcəyinə  əminliklə. Tarixə baxdım. 
13 iyul 1982-ci il. Atam bu avtoqrafı kitaba mənim bir yaşım 
olanda yazıbmış.  
Ata, 35 il əvvəl, ayağımın yer, dilimin söz tutmadığı, ağlı-
mın kəsmədiyi zamanda öz əlinlə avtoqraf yazıb mənə doğum 
günü hədiyyəsi etdiyin kitab indi evimin şah əsəridir, ən zəngin 
xəzinəmdir! 
Biz balaca olanda sənin günün Tovuzun yollarında keçirdi. 
Biz bunu istəmirdik. Sənə elə hey acığım tuturdu. Nə var axı 
bu kişi qalıb yollarda, filankəsin oğlunun toyudu, bir adamdan 
nəmər göndərsin, hüzürü düşən var, kömək eləsin, bu qədər iş-
gücün arasında gedir-gəlir, yorulur. Bizə zaman ayırmağa vaxt 
tapmır, amma Düzqırıxlını su  yolu eləyib, deyə düşünürdüm. 
Bağışla, ata, sənin ürəyinin genişliyinə, mərhəmətinin, xeyir-
xahlığının tükənməzliyinə heyranam indi. Sən kitab adamısan, 
ata, sən torpaq adamısan, sən insan sərrafısan və bütün varlığın 
el-obaya, insanlara sevgidən yoğrulub, ata! 
Doğru deyirsənmiş, insanın xasiyyəti onun qan yaddaşıdı. 
Uşaq vaxtı ayağımı sürüyə-sürüyə getdiyim o kənd – baba yur-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
40 
du bu gün məni maqnit kimi özünə çəkir. Vaxt tapan kimi ge-
dirəm. Mütləq məzarlığa baş çəkirəm. Kənd adamları  səliqəli 
məzarları bircə-bircə göstərib deyəndə ki, bunlar kimi-kimsəsi 
olmayan rəhmətliklərindi, bu məzarların üstünü Qəzənfər 
müəllim öz xərci ilə götüzdürüb, ürəyim köksümə sığmır, ata. 
Xeyirxah  əməllərinin  şahidi olduqca, səni dönə-dönə bağrıma 
basıb öpmək və uşaq düşüncələrimə görə məni bağışlamanı di-
ləmək istəyirəm. Nə qədər kimsəsizə əl tutmusan, nə qədər im-
kansızı oxutmusan. İndi anlayıram, sən bizə ayrılan vaxtı alma-
mısan, əksinə bəzən biz şıltaqlıq eləyib sənin hər anı yaxşılıq 
hissi ilə dolu zamanından oğurlamışıq. 
İndi mən təməlini qoyduğum və inkişaf etdirdiyim “Lo-
qos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəriyəm. Paytaxt-
da və onun rayonlarında, eləcə  də  Gəncə, Lənkəran, Xaçmaz 
və s. şəhərlərdə şirkətin filiallarında artıq yüksək ixtisaslı psi-
xoloqlar, psixopedaqoqlar, loqopedlər çalışır. Xalqın sağlam 
həyat tərzi naminə zəhmət çəkən iş adamıyam, işimlə, insanla-
ra az-çox xidmətimlə tanınıram. Amma hara getsəm, hansı 
böyük mərtəbədə olsam, mənim yeganə statusum var: Qəzən-
fər Paşayevin qızı  Təranə  Məmmədova! Bu statusu daşımaq 
böyük məsuliyyətdir, bunu yaxşı bilirəm. Bu status təkcə mə-
nim yox, bütün ailəmizin, nəslimizin, gələcəyimizin tanınma 
nişanıdır. Sənin insanlığınla, yaradıcı  əməyinlə, xalqa xidmə-
tinlə qürur duyuram!  
Hədiyyə verməyi sevirsən, amma kimdənsə hədiyyə alma-
ğı xoşlamırsan, bunu bilirəm. Səni azacıq da olsa sevindirmək 
istədim. Və səni nəyin daha çox sevindirə bilcəyinə əmin oldu-
ğum üçün bu “Fotodastan”ın yaradılması ideyasını səksən ya-
şına hədiyyə olaraq dəstəklədim. Dünyaya gəlişin mübarək, 
Qəzənfər müəllim! Hər bir azərbaycanlı kimi biz də  səninlə 
fəxr edirik! 
Təranə Məmmədova, 
psixologiya üzrə fəlsəfə doktoru 
 


  B i b l i o q r a f i y a      
 
41
 
 
Qəzənfər Paşayevin həyat və fəaliyyətinin 
əsas tarixləri 
 
1937  
Avqustun 27-də Tovuz rayonunun Düz-
qırıxlı kəndində anadan olmuşdur. 
 
1946-1956   
Orta təhsilini Düzqırıxlı kəndində almışdır. 
 
1957 - Azərbaycan Pedaqoji Dillər İnstitutunun 
ingilis-Azərbaycan dilləri fakültəsinə 
daxil olmuşdur. 
 
1962 - 
Azərbaycan Pedaqoji Dillər İnstitutunun 
ingilis-Azərbaycan dilləri fakültəsini  əla 
qiymətlərlə bitirmişdir. 
 
 - 
Əli Bayramlı rayonunun Vladimirovka 
kəndində ingilis dili müəllimi kimi işə 
başlamışdır. 
 
1962-1966 - 
İraq Respublikasında ingilis və rus 
dilləri üzrə tərcüməçi işləmişdir. 
 
1963 
-  İraq Respublikasındakı Sovet Səfirliyi-
nin Təşəkkürnaməsini almışdır. 
 
1964-1968 - 
M.F.Axundov adına Pedaqoji Dillər 
İnstitutunun Qrammatika və  tərcümə 
kafedrasında müəllim işləmişdir. 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
42 
1964  
-  İraq Respublikasındakı Sovet Səfirliyi-
nin Təşəkkürnaməsini almışdır. 
 
1968-1970 - 
Xaricə işə getməyə hazırlaşan mütəxəs-
sislər üçün xarici dillər üzrə Ali Təhsil 
Nazirliyinin nəzdində yaradılmış xüsusi 
kursların müdiri olmuşdur. 
 
1969 
- “Kərkük dialektinin fonetikası” adlı dis-
sertasiya müdafiə edərək filologiya elm-
ləri namizədi alimlik dərəcəsi almışdır. 
 
1970-1971 
Azərbaycan Pedaqoji Dillər İnstitutunun 
ingilis dili fakültəsində dosent, dekan 
müavini işləmişdir. 
 
1972-1975 - 
İraq Respublikasında tərcüməçi işləmişdir. 
 
1972-1989 - 
APDİ Xarici dillər kafedrasının müdiri 
olmuşdur. 
 
1974 - 
15 mayda İraq Respublikasındakı Sovet 
Səfirliyinin Təşəkkürnaməsini almışdır. 
 
 
- 23 iyulda İraqda  əmək fəaliyyətindəki 
müvəffəqiyyətlərə  və kollektivin ictimai 
həyatında fəal iştirakına görə SSRİ Nazir-
lər Sovetinin Xarici İqtisadi Əlaqələr Ko-
mitəsinin Fəxri Fərmanı ilə  təltif edil-
mişdir. 
 
1976 
-  İraq Respublikasının “Əməkdə  fərqlən-
məyə görə” medalı ilə təltif olunmuşdur. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə