Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə9/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

  B i b l i o q r a f i y a      
 
35
 
 
Şаh əsər 
 
Hər bir хаlqın fоlklоru  о  хаlqın güzgüsüdür. О güzgüdə 
хаlqın tаriхi, dili, inаncı, inаnışı, аdət və ənənələri görünür. Bir 
хаlqı еyicə аnlаmаq üçün о хаlqın, hər şеydən əvvəl, fоlklоru-
nu öyrənməк  gərəkdir. Qаrdаşımız Qəzənfər Pаşаyеv  İrаqdа 
yаşа- dığı uzun illər bоyuncа həm İrаq хаlqını yахındаn tаnıdı, 
həm də İrаqdа yаşаyаn – qоnuşduqlаrı dilin Аzərbаycаn dilin-
dən fərqli  оlmаyаn  İrаq türkmаnlаrının  ədəbiyyаt və  fоlklоru 
üzrə tədqi- qаtını dаvаm еtdirdi. İrаq türkmаnlаrının fоlklоrunu 
azərbаyаnlı  qаrdаşlаrımızа  çаtdırmаq üçün tədqiqаtçı  аlim, 
fоlklоrşünаs Qəzənfər Pаşаyеv böyük çətinliklərə  qаtlаndı. 
Yоrğunluq bilmə- dən yаrаdıcılığını sürdürdü. Gözəl və unu-
dulmаyаn  əsərlər  оrtаyа  аtdı. Qəzənfər Pаşаyеvin  İrаq 
türkmаnlаrı ilə  əlаqəli çаp  еtdirdiyi qiymətli fоlklоr kitаblаrı, 
oğuz kökündən və  sоyundаn  оlаn  аzərbаycаnlılаrlа  İrаq 
türkmаnlаrının nə  qədər bir-birilərinə dil və  fоlklоr bахımın-
dаn bаğlı  оlduqlаrını - yüz illər bоyuncа  zаmаnın qоpаrtdığı 
qаnlı və dumаnlı qаsırğаlаrа bахmаyаrаq, yenə də dədə mirаsı-
nа, Dədə  Qоrqudа,  əzаbkеş  Nəsimiyə, Kərbəlаnın müqəddəs 
tоrpаğındа uyuyаn böyük Füzuliyə  оlаn bаğlılıqlаrını göstər-
mək üçün ölümsüz bir tаriхdir. Bu gеrçək tаriхi bizdən sоnrа 
gələn nəsillər  охuduqcа öz хаlqlаrınа, dillərinə, tаriхlərinə, 
аdət-ənənələrinə, milli mirаslаrınа, dоğmа tоrpаğın müqəddəs-
liyinə sаyğılаrını аrtırаcаqlаr.  
Qəzənfər Pаşаyеvin “İrаq-türkmаn fоlklоru” kitаbınа bən-
zər bir kitаb indiyə qədər nə İrаq türkmаnlаrı tərəfindən, nə də 
İrаq türkmаnlаrının fоlklоru ilə məşğul оlаn хаrici аlim və təd-
qiqаtçılаr tərəfindən yаzılmışdır. Qəzənfərin yаzdığı bu əsər 
bizim üçün, yəni İrаq türkmаnlаrı üçün sеvgi və sеvinc dоğu-
rаn, кönüllərdə yаşаyıb, unudulmаyаn, işıqlаrlа dоlu bir hаdisə 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
36 
kimi qаlаcаqdır. Bu əsər bizim fоlklоr аrаşdırıcılаrımızın yоl-
lаrını işıqlаndırmаq, аydınlаndırmаq və yеni bir mеtоdlа, yеni 
tədqiqаtlаr аpаrmаq sаhəsində dоğru və düzgün bir yоl оlаcаq-
dır.  Аğlа  sığmаyаn yоrğunluqlаrın məhsulu  оlаn bu misilsiz 
əsəri İrаq türkmаnlаrı аrаsındа fоlklоr çərçivəsində bir şаh əsər 
kimi qiy- mətləndirmək dаhа dоğrudur. Bu günə qədər bizdə - 
İrаq türkmаnlаrındа, Türkiyədə  və  Аzərbаycаndа  fоlklоrumu-
zun bu biçimdə tədqiqi, incələnməsi və аrаşdırılmаsı оlmаmış-
dır. Əlimizdə bulunаn bütün kitаblаr – bir nеçəsi istisnа оlun-
mаqlа  tоplаmа yöntəmindən çıхmаmışdır. Rеdаktоrluğunu 
yаpdığım bu Şаh  əsərin işıqlаrını gözümün işıqlаrı ilə  Аzər-
bаycаndаn  İrаq və  İrаq türkmаnlаrınа  çаtdırmаqlа özümü 
хоşbəхt sаyаcаğаm.  
 
Dr. Əbdüllətif Bəndəroğlu, 
İrаq-türkmаn tədqiqаtçısı 
 


  B i b l i o q r a f i y a      
 
37
 
 
Atama etiraf 
 
Əziz atam, həyat yoluna həsr olunmuş “Fotodastan”nın 
başlanğıcına qəlbimdən keçən bir neçə xoş kəlmə yazmaq üçün 
sakitliyə çəkilmişəm. Amma həmişə olduğu kimi səninlə bağlı 
duyğularımı hətta bu sakitlikdə, özümlə bölüşməyə belə çətin-
lik çəkirəm. Çünki sənə olan sonsuz istəyimi ifadə eləməyə 
qüdrəti çatan söz tapa bilmirəm. Ata, sən böyük filoloq alim-
sən, fikrimi anlayarsan, bəlkə də övladın ataya olan məhəbbəti-
ni ifadə edən söz dünya dillərinin lüğət tərkibində yoxdur. Hər 
halda, illər uzunu ürəyimdə qalan və hər dəfə yadıma düşdükcə 
məni həyəcanlandıran duyğuları gücüm çatan dərəcədə dilə gə-
tirmək istəyirəm.  
Bəlkə  də etiraf üçün bir qədər gecikmişəm, amma yenə 
də  sənin səksən illik böyük ad günündə danışmağı özümə 
borc bilirəm. 
Nədir bu etiraflar? Əvvələn, deyim ki, zamanında səni də-
rindən anlaya bilməmişdim. Hələ bu azmış kimi səni hamıdan 
çox istədiyimdən hamıya qısqanmışam...  İcazənlə, fikirlərimə 
bir qədər aydınlıq gətirim. 
2017-ci ilin yayında mənim 36 yaşım oldu, sən isə 80-nə 
çatdın. Hesablayıram, aramızda nə az, nə çox, düz 44 yaş fərq 
var. Kitablarından birində yazırsan ki, insanın ən ağıllı övladı 
müdrik çağda doğulanıdır. Demək istəmirəm ki, övladlarının 
içərisində  ən ağıllısı  və  ən çox sənə  bənzəyəni mənəm. Hər-
çənd ki, belə söyləyənlər də var. İllər sonra sənin  əsərlərini 
oxuduqca keşməkeşli uşaqlığın, yeniyetməliyin, gəncliyinlə 
bağlı xatirələrlə tanış olduqca, bir həqiqəti dərk elədim ki, mə-
nim atam bu qocaman dünyaya ilkin başlanğıcdan müdrik ola-
raq gəlib. Bu nə yaşla, nə də başqa bir səbəblə bağlıdır. 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
38 
Bilirsənmi, lap balaca olanda daha çox nəyə həsəd aparmı-
şam? Başqa ataların uşaqlarını qucaqlayıb öpməsinə, atalarla 
balaların hay-küylü, deyib-gülən sevinclərinə. Mən də başqa 
ataların uşaqları  kimi  öz  atamın boynuna sarılmaq istəmişəm.  
Yəqin yadındadı, dərslərimizdən razı qalanda sadəcə başımızı 
sığallayıb alnımızdan öpərdin, indi də elədi. Hərdən mənə elə 
gəlirdi ki, bizi başqa atalar öz uşaqlarını istədiyi qədər istəmir-
sən. Ona görə də imkansız qohum-əqrəbanın uşaqlarına qayğı 
göstərəndə, onların ailəsinə maddi-mənəvi kömək eləyəndə, 
sözün düzü, acığım tuturdu. Elə bilirdim, sən onları bizdən çox 
istəyirsən. Bilirsən, bunları nə ilə bağlayırdım, düşünürdüm ki, 
biz dörd bacıyıq, qardaşımız yoxdu, bəlkə ona görə atam bi-
zimlə belə məsafəli, ciddi davranır. O zaman mən Allaha yal-
vardım ki, bizə bir qardaş versin, atamın muradı gözündə qal-
masın. Deyirlər ki, Allah uşaqların dualarını tez eşidir. Sənin 
oğlun oldu, bizim qardaşımız. Adını mən qoydum, Murad! Sən 
azca gülümsədin, başımı sığalladın, alnımdan öpüb, sən deyən 
olsun, qızım, söylədin. Və  sən oğlandı deyə Muradı bizdən 
üstün tutmadın, aramızda zərrə qədər fərq qoymadın. 
 Anam sanki duyğularımı gözümdən oxuyurmuş. Artıq ağ-
lım kəsən yaşda idim. Bir gün ana-bala dərdləşirdik. O dedi ki, 
bilirsənmi, Təriş, sən doğulanda atan iki erkək toğlu kəsdirib 
kasıb-kusuba payladı. Sözünün davamında anam sənin körpə-
lik illərindən, anasız böyüməyindən danışdı. 
Sən gözümdə böyüdükcə böyüdün! Ana oldum, anamı an-
ladım, iş adamı oldum, sənin bizə şəxsi nümunəndə göstərdiyin 
işgüzarlığın, böyük məsuliyyətin,  ən başlıcası geniş ürəkli və 
xeyirxah, başqalarının, daha doğrusu, xalqın maraqlarını öz 
maraqlarından üstün tutmağın nə demək olduğunu anladım.  
 Bilirəm ki, sözümü qəribçiliyə salmayacaq, qəbahətim ol-
sa, bağışlayacaqsan, çünki sənin ciddiliyinin arxasıda mərhə-
mət dolu kövrək ürəyin var. Bunu hamı bilir! 
Mən səni kitablara, yazı masana, balaca yazı otağına çox 
qısqanmışam. Bəzən o kitablara paxıllığım tutub, bəzən onları 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə