Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə7/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   2   3   4   5   6   7   8   9   10   ...   72

  B i b l i o q r a f i y a      
 
27
 
 
Milli qeyrət 
 
Qəzənfər Paşayev haqqında dəfələrlə söz demək, yazı yaz-
maq istəmişəm, ancaq həmişə nə isə mane olub; bəlkə də, bu 
“nə isə” dediyim elə aramızdakı dostluqdur, illərlə davam edən 
səmimi ünsiyyətdir. Çünki yaxın saydığın, sənətlə bağlı 
düşüncələrini tez-tez bölüşdüyün adam haqqında yazmaq çə-
tindir. Elə bilirsən ürəyindən keçənlərin hamısını onun özünə 
deyib qurtarmısan, yazmağa bir şey qalmamışdır. Ancaq indi 
qələmi  əlimə alanda hiss elədim ki, əslində, hörmətli məslək-
daşıma heç nə deməmişəm, şifahi söylənilənlər uçub gedib. Bir 
də onu hiss elədim ki, Qəzənfər Paşayevin maraqlı  və  zəngin 
ədəbi-elmi yaradıcılığı, axtarışları, tərcümələri və  nəhayət
yüksək insani keyfiyyətləri barədə bir məqalədə demək istədik-
lərinin hamısını çatdırmaq çətindir. Evində, süfrəsinin başında, 
saz-söz məclislərində, ədəbi müzakirələrdə, yaradıcılıq gecələ-
rində, yollarda, yad ölkələrdə, dostların yaxşı və ya pis günlə-
rində  hər dəfə onun xarakterinin yeni, maraqlı bir tərəfini 
görmüşəm. Bunların hər biri haqqında ayrıca yazı yazmaq olar. 
Nə yaxşı ki, qələm dostları, müxtəlif nəsilləri təmsil edən ədib-
lər, tənqidçilər, qonşu ölkələrdən olan qələm sahibləri onun bu 
keyfiyyətlərinə dəyərli yazılar həsr ediblər. 
Həyat və yaradıcılıq yolları bir-birinə bənzəmir. Buna uy-
ğun olaraq, cəmiyyətdə tutulan yerlər də fərqlidir. Xalqın sər-
kərdəsi də var, fərarisi də, öz yurdunu hörmətə mindirəni də 
var, hörmətdən salanı da, dünya boyu millətin bayrağını ucal-
danı da var, siçovul kimi gizlicə  xəzinəsini dağıdanı da.... 
Ömrü xalqın taleyindən ayrılmayan, onun tarixini yaradan, ağır 
və xoş günlərdə hadisələrin kəsişmə nöqtəsində olan, millətinin 
bütün ağrılarını içindən keçirən, şəxsiyyəti və əməyi ilə maya-
ka çevrilən və bütün bunlara görə, təəssüf ki, daim qaragüru-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
28 
hun, cəhalətin hədəfində olan bir zümrə də var: Milli ziyalılar. 
Qəzənfər Paşayev bu ziyalılardan biridir. O, vətəndaş və alim 
vəzifəsini bütün ömrü boyu yorulmadan xalqına xidmət etmək-
də görmüşdür. Bunu görmək üçün ayrıca bir araşdırma apar-
mağa ehtiyac yoxdur. İş yerlərini, kitablarını, məqalə və çıxış-
larını, xeyriyyəçiliyini  ən ümumi şəkildə göz önünə  gətirsən, 
yetərlidir. Xalq şairi Bəxtiyar Vahabzadə onun kitablarını “xə-
zinə” adlandırmışdır. Qəzənfər Paşayevin İraqda tərcüməçi iş-
lədiyi illərdə burada yaşayan və özlərini türkman adlandırsalar 
da, Azərbaycan türklərinin bir parçası olan, bütün türk xalqları 
arasında məhz bizdən olduqlarını etiraf edən və sayları 3 mil-
yonu aşmış soydaşlarımızın dilini, dialektini öyrənməsi, şifahi 
xalq  ədəbiyyatını toplayıb Azərbaycanda, Türkiyədə,  İraqda, 
İranda dəfələrlə  nəşr etdirməsi böyük bir tarixi hadisə idi. 
Çünki ondan öncə İraqa səfər etmiş tək-tək şairlərimizin (Rəsul 
Rza, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə) qeydlərinə qədər 
xaricdə xalqımızın bu böyük qanadı haqqında məlumatımız 
yox idi. Faciəli İran-Osmanlı savaşlarının sonunda o vaxta qə-
dər həmişə Azərbaycanın sərhədləri daxilində və yurdumuzun 
bir parçası olmuş, yüz illər boyu Azərbaycan türklərinin yaşa-
dığı bu bölgə tarixin amansız yanlışlığı olaraq Cənubi Azər-
baycandan qopub İraqda qalmış  və Yaxın  Şərqə aparılan an-
titürk siyasəti sonucunda tədricən əlaqələrimiz qopub qırılmış-
dır. Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətinin ən dəyərli nə-
ticələrindən biri yurdun unudulmuş böyük parçasını Azərbay-
canın tarixi, mədəni, mənəvi, dil və folklor xəritəsinin içərisinə 
qaytarması olub. O, etnik sərhədlərimizin Urmiyanın cənubun-
dan deyil, Mosuldan, Ərbildən, Kərkükdən keçdiyini sübut et-
di. Məncə, təkcə bu işi onun bir ömür boyu üzüağ, başı uca 
gəzməsinə kifayət edər. Üst-üstə altı il İraqda yaşamış alim 
qardaşımızın əsas sənəti mütərcimlik olsa da, o, fürsətdən ya-
rarlanaraq həm Azərbaycan dilinin Kərkük dialektini araşdır-
mış, həm də İraq-türkman folklorunu toplayaraq bütun incəlik-


  B i b l i o q r a f i y a      
 
29
ləri öyrənmişdir. Sonradan bu mövzulardan birincisi onun dil-
çilik üzrə namizədlik işi, ikincisi ədəbiyyatçı-folklorşünas kimi 
doktorluq işi olmuşdur.  İngilis dili mütəxəssisi olsa da, Azər-
baycan dilinə  və folkloruna xidmət göstərdi. Üstəlik, “Altı il 
Dəclə-Fərat sahillərində” adlı publisistik kitabı ilə o həm 
bütövlükdə  İraqı, həm də  İraq türklərini bütun tərəfləri ilə 
Azərbaycan oxucusuna tanıtdırdı... 
Dostluğumuzun hansı ildən, hansı aydan başlandığını xa-
tırlamıram.  İlk növbədə, “Kərkük bayatıları” (Rəsul Rza ilə 
birgə) kitabından tanımışdım onu. O vaxt “Ədəbiyyat və incə-
sənət” qəzetində  işləyirdim və bu kitabın  ədəbi mühitdə necə 
böyük reaksiya doğurduğunun  şahidi idim. İraqda ikinci dəfə 
işləyib qayıdandan sonra tez-tez görüşürdük. “Yazıçı” nəşriy-
yatının baş redaktoru kimi “Altı il Dəclə-Fərat sahillərində” ki-
tabının əlyazmasını gözdən keçirəndə Qəzənfər bəyin istedadı-
nın başqa bir tərəfi, publisistikasının gücü məni sevindirmişdi. 
Təbii ki, o bu kitabı yazmazdan öncə də İraqda gördükləri ba-
rədə tez-tez söhbət açırdı. Amma bunlar yazılmasa, söhbət ola-
raq qalacaqdı. Qoy bu sözlərimi təvazökarlıqdan kənar sayma-
sınlar. Qəzənfər müəllimin mətbuatda yazdığı kimi, o bu əsərə 
mənim məsləhətimlə girişdi. İraqı oxucularımıza tanıtdıran bu 
kitab tezliklə ədəbi hadisəyə çevrildi, əl-əl gəzdi. 130 min tiraj-
la buraxılmasına baxmayaraq, dükanlarda tapılmadı. Bundan 
əvvəl və bundan sonra onlarla kitabı  nəşr olunsa da, “Altı il 
Dəclə-Fərat sahillərində” Qəzənfər Paşayevin yaradıcılıq yolu-
nun ən ciddi uğurlarından biri olaraq qaldı. Onu Azərbaycanın 
və  İraq türklərinin hər bir ailəsində tanıtdırdı  və sevdirdi. Bu 
ciddi elmi-bədii tanıtım kitabı macəra romanlarından çox 
oxundu və çox bəyənildi. 
Şair Qasım Qasımzadənin məqaləsində  Qəzənfər bəyin 
“yorulmaz işgüzarlığı” ayrıca vurğulanır. Doğrudan da, bu gün 
onun kitablarını, məqalələrini, elmi araşdırmalarını, tərcümələ-
rini, tərtib etdiyi topluları göz önünə gətirəndə mütərcimliklə
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
30 
pedaqoji işlə, xarici ölkələrə uzunmüddətli ezamiyyətlərlə ya-
naşı, bütun bunlara necə vaxt tapdığına heyrətlənirsən. Haqqın-
da yazan müəlliflərin dönə-dönə qeyd etdikləri kimi, o, doğru-
dan da, “Kərkük pərvanəsi”dir. Kərkük həyatının elə bir sahəsi 
yoxdur ki, onun diqqətindən kənarda qalsın. Məhz onun zəh-
məti nəticəsində İraq-türkman bayatıları, dastanları, mahnıları, 
atalar sözləri, tapmacaları və s. folklor inciləri, hər biri ayrıca 
kitab  şəklində Azərbaycan oxucusuna çatdırıldı. Bu kitablar 
təkcə bizdə yox, İraqda və qardaş Türkiyədə də yüksək qiymət-
ləndirildi. Bunu İraq alimlərinin məqalələri də aydın göstərir. 
“Kərkük pərvanəsi” ifadəsinin müəllifi mərhum folklorşünas 
alimimiz, prof. Bəhlul Abdulla, haqlı olaraq, Qəzənfər müəlli-
min  şəxsiyyətini, böyük hərflərlə yazılan  İNSAN obrazını 
bütün əsərlərindən yuxarıda tutur. Bu cəhət, özəlliklə Qəzənfər 
müəllimin xeyirxahlığı, etibarı, deyilən sözə sadiqliyi, alim və 
şair dostu Ayaz Vəfalının dediyi kimi, “bir gün duz-çörək kəs-
diyi yerə  qırx il salam vermək” qabiliyyəti bir çox yazılarda 
dönə-dönə vurğulanır və nəticə etibarilə gözümüz önündə yu-
xarıda qeyd olunan kimi əsl bir insan, dəyərli ziyalı obrazı can-
lanır. Mən onun bu xüsusiyyətlərini dostları ilə münasibətində 
dəfələrlə müşahidə etmişəm. Bu baxımdan onun ədəbiyyatşü-
naslığımızın patriarxlarından olan Abbas Zamanovla uzun illər 
davam edən ata-oğul münasibətini xatırlayıram. Biz Abbas 
müəllimin evində tez-tez görüşürdük. Abbas müəllimin qapısı 
İraqdan, Türkiyədən, digər türk ellərindən gəlmiş qonaqların 
üzünə  həmişə açıq idi. O dadlı-duzlu məclislərdə  Qəzənfər 
müəllimin yeri ayrı idi.  
Qəzənfər Paşayev Kərkük folklorunu toplayıb nəşr etmək-
lə yanaşı, həm də araşdırmış və bu zəngin xəzinəyə neçə-neçə 
elmi əsər həsr etmişdir. Bu baxımdan onun namizədlik və dok-
torluq dissertasiyaları ilə yanaşı, “Kərkük folklorunun foneti-
kası”, “İraq-türkman ləhcəsi”, “İraq-türkman folkloru” əsərləri 
ayrıca qeyd olunmalıdır. Sonuncu monumental əsər Bakıda, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə