Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə4/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   2   3   4   5   6   7   8   9   ...   72

  B i b l i o q r a f i y a      
 
15
ruma, Dərbəndə... qədər uzanan böyük coğrafiyanın ədəbiyya-
tına, folkloruna və tarixinə, ləhcəsinə dair qiymətli  əsərləri 
onun elmi-ədəbi düşüncəsinin universallığına, genişliyinə  və 
bütövlüyünə də nümunədir. Qəzənfər Paşayevin böyük mənada 
vətəndaşlığın və universal düşüncəsinin kamil ifadəsi olan 
əsərləri seçilmiş mövzuya dərin,  əsaslandırılmış professional 
elmi münasibətin də real göstəricilərindəndir. Azərbaycan  
oxucusuna təqdim edilmiş yeddicildlik “Seçilmiş əsərləri” Qə-
zənfər Paşayevin 75 illik ömür yolunun, zəngin  həyat təcrübə-
sinin, müdriklik və kamilliyinin, zəhmətkeşlik və  fədakarlığı-
nın nümunəsi kimi meydana çıxmışdır. Bu, Azərbaycan  ədə-
biyyatşünaslıq elmində yaranan ilk yeddicildlik kimi də 
mühüm əhəmiyyətə malikdir. Heç şübhəsiz, universal düşüncə-
yə, coxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Qəzənfər Pa-
şayevin yarım  əsrlik fəaliyyətində  İraq-türkman mühiti, 
Kərkük dünyası ilə bağlı sanballı  tədqiqatlar aparıcılıq təşkil 
edir. Haqlı olaraq onu “Kərkük sevdalı ədəbiyyatşünas”, “Kər-
kükün mənəvi səfiri” kimi dəyərləndirirlər. Tərcümeyi-halının 
cəmisi 6 ili İraq-türkman elləri ilə bağlı olan Qəzənfər Paşayev 
artıq yarım əsrdən çoxdur ki, Kərkük mövzusunda eyni sevda 
ilə yazıb-yaratmaqda davam  etməkdədir. Fikrimcə, Qəzənfər 
Paşayev Azərbaycan kərkükşünaslıq elminin qüdrətli yaradıcı-
sıdır. Qəzənfər Paşayevin digər mövzularda yazılmış  əsərləri-
nin əhəmiyyətini heç aşağı salmadan bütün yazdıqlarını tərəzi-
nin bir gözünə qoysaq, yenə də Kərkük tədqiqatları ağır gələr. 
Yarım  əsrə yaxındır ki, İraq-türkman  ədəbiyyatı, Dəclə-Fərat 
sahilləri, Kərkük-ədəbi mühiti, folkloru, ləhcəsi deyiləndə, ilk 
növbədə  Qəzənfər müəllim göz önünə  gəlir. Böyük bir qismi 
keçmiş sovet rejiminin sərt ideoloji qadağaları dövründə yaran-
mış bu sanballı əsərlər bu gün də öz aktuallığını və elmi səviy-
yəsini saxlayan Azərbaycan ədəbiyyatşünaslığının çox sanballı 
Kərkük cildlərindən ibarətdir. Qəzənfər Paşayev İraq-türkman 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
16 
ədəbiyyatının Azərbaycandakı səlahiyyətli səfiridir. Hesab edi-
rəm ki, Azərbaycan kərkükşünaslığının görkəmli yaradıcısı 
olan Qəzənfər Paşayev, ümumiyyətlə, kərkükşünaslıqda söz 
sahibi olan alimdir. Nəinki Azərbaycanda, yaxud da dünyanın 
başqa bir yerində, hətta Kəkükdə belə  kərkükşünaslıqda Qə-
zənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı göstərmək 
çətindir. Vaxtilə  İraq-türkman  ədəbiyyatının və elmi-ictimai 
fikrinin görkəmli nümayəndəsi Əbdüllətif Bəndəroğlu da etiraf 
etmişdi ki, “Qəzənfər Paşayevin “İraq-türkman folkloru” kita-
bına bənzər bir kitab indiyə qədər nə İraq türkmanları tərəfin-
dən, nə də İraq türkmanlarının folkloru ilə məşğul olan xarici 
alim və tədqiqatçılar tərəfindən yazılmamışdır”. Digər sahələri, 
fərqli coğrafiyaları əhatə edən və ya Azərbaycan ədəbiyyatına 
həsr olunmuş sanballı elmi əsərlərini yüksək qiymətləndirmək-
lə  bərabər, eyni zamanda, etiraf edilməlidir ki, professor Qə-
zənfər Paşayev Kərkük ağırlıqlı görkəmli Azərbaycan ədəbiy-
yatşünasıdır. O, Kərkük ağırlıqlı Azərbaycan ədəbiyyatşünaslı-
ğının fədakar müəllifidir. “Əsərləri”nin yeddicildliyinə “Azər-
baycan kərkükşünaslığının banisi” adlı sanballı bir ön söz yaz-
mış akademik Tofiq Hacıyevin dəqiq ifadə etdiyi kimi, Qəzən-
fər Paşayevin ardıcıl və mükəmməl tədqiqatları ilə “kərkükşü-
naslıq elm sahəsinin yaranması” hadisəsi baş vermiş, 
kərkükşünaslıq “öz zilinə” çatmışdır. Fikrimcə, Azərbaycan 
kərkükşünaslığının yaradılması bütövlükdə elm tariximizin 
əhəmiyyətli hadisələrindəndir. Ayrı-ayrı vaxtlarda Kərkük 
mövzusunda yazılmış  əsərlərini ilk dəfə olaraq toplu şəkildə 
bir yerdə əks etdirən yeddicildlikdəki tədqiqatlar ədəbiyyatşü-
naslıq elmimizin kərküknaməsi kimi dərin mənaya malikdir. 
Kərkük sözünün etimologiyasından tutmuş  Kərkük ellərində 
yaşayan türkmanların mənşəyinə, tarixinə, soykökünə, dil-ləh-
cə xüsusiyyətlərinə, milli mənsubiyyətinə,  əlaqələrinə, folklo-
runa, etnoqrafiyasına və yazılı  ədəbiyyatlarına, coğrafiyasına 


  B i b l i o q r a f i y a      
 
17
qədər hər nə varsa, hamısı haqqında Qəzənfər müəllimin əsər-
lərində dəqiq, elmi cəhətdən əsaslandırılmış və zəhgin biliklər 
öz əksini tapmışdır. Bu qiymətli əsərlər möhtəşəm bir kərkük-
şünaslıq ensiklopediyasının elmi-məlumat bazasını  təşkil edə 
bilər. Qəzənfər Paşayev həmin zəngin ədəbi-tarixi məlumatla-
rın, folklor nümynələrinin, etnoqrafik məlumatların bir çoxunu 
özü toplayıb, ilk dəfə elmi dövriyyəyə gətirmiş, həm də nəzəri 
cəhətdən dəyərləndirib qiymətləndirmişdir. O, Azərbaycan 
kərkükşünaslığının Fərhadıdır.  Əksər məqamlarda Qəzənfər 
Paşayev bir neçə toplayıcının, mətnşünasın və  tədqiqatçının 
işini təkbaşına görmüşdür. Yeddicildlik “Seçilmiş  əsərlər”də 
xüsusi yer tutan “İraq-türkman folkloru” monoqrafik tədqiqatı 
“ölümsüz bir tarixə” sahib olan yarım milyondan çox əhalisi 
olan Kərkük elatının milli ruhunun ifadəsi kimi yaranmış folk-
lorun toplanılması  və  tədqiqinə  həsr olunmuş  “şah  əsərdir” 
(Bəndəroğlu). Müəllif  İraq-türkman folklorunu “Azərbaycan 
folklorunun qüdrətli qolu” kimi görsə  də, bu coğrafiyada for-
malaşmış  şifahi xalq ədəbiyyatı nümunələrinin özünəməxsus-
luqlarını da müəyyən etmiş və təhlil edib dəyərləndirərək ümu-
miləşdirmişdir. “İraq-türkman folkloru” monoqrafiyası  İraq 
coğrafiyasındakı türkman folklorunun elmi cəhətdən ümumi-
ləşdirilmiş salnaməsidir. Mövzu etibarilə bu əsəri daha da zən-
ginləşdirən və tamamlayan “Kərkük  folklorunun janrları” mo-
noqrafiyası ilə birlikdə hər iki əsər Azərbaycan kərkükşünaslı-
ğının elmi abidəsidir. Xalq şairi Rəsul Rzanın 1959-cu ildə 
Kərkükə  səfərindən sonra ədəbi-ictimai fikrə ayaq açan 
Kərkük folkloru mövzusu Qəzənfər Paşayevin geniş  həcmli, 
sistemli tədqiqatları sayəsində məxsusi bir elmi istiqamətə çev-
rilmişdir. XX əsrin yetmiş-səksəninci illərindən etibarən  İraq-
türkman ədəbiyyatı nümunələrini ayrı-ayrı janrlar üzrə toplaya-
raq kitablar halında ardıcıl olaraq nəşr etdirən Qəzənfər Paşa-
yev Azərbaycan folklorşünasları üçün zəngin bir müqayisə və 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
18 
araşdırma bazası yaratmağa müvəffəq olmuşdur. Bu zəmində 
meydana çıxan tarixi-filoloji tədqiqatların  əsasında Qəzənfər 
müəllimin zəngin toplama materialları və tədqiqatları dayanır. 
Qəzənfər Paşayev kərkükşünaslığının bünövrəsi olan “Kərkük 
dialektinin fonetikası” monoqrafiyasından başlanan yolu ildən-
ilə genişlənərək kərkükşünaslığın təməlinə çevrilən elmi əsər-
lərlə daha da möhkəmləndirmişdir. Bizə görə  “İraq-türkman 
folkloru” və “Kərkük folklorunun janrları” monoqrafiyaları ilə 
birlikdə “Kərkük dialektinin fonetikası” kitabları geniş mənada 
İraq-türkman dünyasının qiymətli trilogiyasıdır. Əhatəli və sis-
temli araşdırmalarla yanaşı, həm də böyük bir sevgi ilə yazıl-
mış “Kərkük dialektinin fonetikası” monoqrafiyası özünün də-
rin qatları etibarilə orijinal bir “Kərkük dialektinin  poetikası” 
təsiri bağışlayır. Tədqiqatçı İraq türkmanları dialektinin fonetik  
xüsusiyyətlərini öyrənmək  əsasında bu zəngin  şivədə poetik 
semantikanın özünəməxsusluqları haqqında da aydın elmi tə-
səvvürün formalaşmasına zəmin hazırlamışdır. Yeddicildlik 
“Seçilmiş  əsərlər”dəki “Könüldən-könülə yollar görünür”, 
”Kərkük dünyası” bölməsində toplanan tədqiqatlar  İraq-
türkman ədəbiyyatının müxtəlif dövrlərinə, ayrı-ayrı ədəbi şəx-
siyyətlərinə, Kərkük türkmanlarının şifahi və yazılı ədəbiyyatı-
nın aktual məsələlərinə həsr olunmuşdur. Xüsusən, tədqiqatla-
rındakı “İraq-türkman ədəbiyyatının altun çağı”, yaxud “Füzuli 
çağı” haqqındakı elmi araşdırmalar ümumtürk ədəbiyyatının 
həmin mərhələsinə dair təsəvvürlərin daha da dərinləşdirilmə-
sinə xidmət edir. “Füzulinin məzarı haqqında şayiə və həqiqət” 
məqaləsindən dahi şairin tərcümeyi-halının bir çox səhifələrini 
öyrənmək mümkün olur. Görkəmli alim Nəsirəddin Tusinin 
tərcümeyi-halının  İraq səhifələrinə  də  Qəzənfər Paşayevin 
araşdırmaları  işıq salır. Bundan başqa,  İraq-Azərbaycan  ədəbi 
əlaqələrinin tarixi və inkişaf yolu məsələsi də elmimizə bu 
bölmədəki məqalələr vasitəsilə  Qəzənfər Paşayev tərəfindən 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə