Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə8/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

  B i b l i o q r a f i y a      
 
31
Bağdadda, İstanbulda və Tehranda nəşr edilmişdir və bu kitab 
haqqında xeyli dəyərli məqalə yazılmışdır. Bundan başqa, o, 
danışıq lüğətləri, ayrı-ayrı qələm sahibləri haqqında portret ki-
tablar hazırlamaq kimi ciddi bir işlə də məşğul olmuşdur. Qə-
zənfər müəllimin yurdşünaslıq fəaliyyəti yüksək qiymətləndiri-
lir. Doğrudan da, o, ömrü boyu gəzdiyi, çalışdığı ölkələrdə 
Azərbaycanla bağlı heç nəyi gözdən qaçırmamışdır. Aleksandr 
Dümanın “Qafqaz səfəri”, Sula Benetin “Necə yaşayasan yüzü 
haqlayasan”, İrəc Pərsinecadın “M.F.Axundovun kritikası” ki-
tablarını məhz bu mülahizəni əsas götürərək dilimizə çevirmiş-
dir. Görkəmli alim həmkarları arasında böyük hörmət və nüfuz 
qazanmışdır. Onun əsərləri haqqında söz deyənlər arasında 
Azərbaycanın və xarici ölkələrin çox nüfuzlu alimləri var. 
Unudulmaz folklorşünas alimimiz Məmmədhüseyn Təhmasib-
dən başlamış  Kərkükün ağsaqqalı  və  dəyərli elm xadimi Əta 
Tərzibaşıya qədər. 
“Professor Qəzənfər Paşayev  Şərq və  Qərb ziyalı tipinin 
ən yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalıları-
mızdandır” (Bəkir Nəbiyev); “Qəzənfər müəllim öz nəcib fəa-
liyyəti ilə Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşma-
sında mühüm rol oynamış, indinin özündə  də beləcə davam 
edir” (Vasim Məmmədəliyev); “Miqyaslı,  şöhrətli alim olan 
Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü 
məntiqə, aydın təfəkkürə, dərin müşahidə qabiliyyətinə malik-
dir” (Teymur Bünyadov); “Bizim nəsil  üçün İraq Füzulidən, 
Füzuli Kərbəladan başladığı kimi, Kərkük də  Qəzənfər Paşa-
yevdən başlayır” (Yaşar Qarayev); “Qəzənfər Paşayevin 
“İraq-türkman folkloru” kitabına bənzər bir kitab indiyə qədər 
nə İraq türkmanları tərəfindən, nə də xarici alim və tədqiqatçı-
lar tərəfindən yazılmışdır. Bu misilsiz əsəri  İraq türkmanları 
arasında folklor çərçivəsində  şah  əsər kimi qiymətləndirmək 
daha doğrudur” (Əbdüllətif Bəndəroğlu); “Bir zamanlar tək
vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ayrı 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
32 
ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan 
körpünün memarı  məhz Qəzənfər Paşayevdir. Onun məna və 
ciddiyyət dolu, ədalətli və birləşdirici çalışmalarını təkcə Azər-
baycan və  Kərkük deyil, bütün Türk dünyası minnətdarlıq və 
təşəkkürlə anacaqdır” (Mahir Naqib); “Biz Azərbaycanda Qə-
zənfər Paşayevin  İraq türkmanlarının böyük elçisi olduğunu 
qəbul edirik. Ölümsüz xidmətləri ilə onun həm özu, həm də 
İraq türkmanları əbədiyyətə qədər yaşayacaqdır” (Süphi Saat-
çı); “Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslığının banisi-
dir” (Tofiq Hacıyev); “Qəzənfər Paşayev bizim alimlərimiz 
içərisində, bəlkə də, ən çox iş görən və ən təvazökar tədqiqatçı-
lar- dandır. O, böyük bir institutun görə bilməyəcəyi işi 
görmüşdür. Bu qədər böyük işləri başqa birisi görmüş olsaydı, 
yəqin, onun ədası yerə-göyə  sığmazdı. Onun yazdıqları  təmiz 
və pak ürəyin, intellektin səsidir. O bizim folklorumuzun 
Müşfiqidir” (Nizami Cəfərov); “İraq-türkman folkloru” əsəri 
oğuz kökündən və soyundan olan Azərbaycan türkləriylə İraq 
türklərinin dil və folklor baxımından nə  qədər bir-birlərinə 
bağlı olduqlarını açıq- ca göstərməkdədir” (Mustafa Arqun-
şah, Türkiyə); “İraq-türkman folkloru” folklorşünaslığımızın 
son nailiyyətlərindəndir” (Məhərrəm Cəfərli); “Qəzənfər Pa-
şayev fenomeni elmi və  ədəbi ictimaiyyət, eləcə  də oxucular 
arasında mötəbər nüfuz rəmzinə çevrilmişdir” (Nahid Hacıza-
). Görülən iş, çəkilən zəhmət elə-belə izsiz-soraqsız itib-bat-
mır. Sözün, sənətin, yaradıcı əməyin, xeyirxahlığın, insanlığın 
qədrini bilənlər yaşadıqca bu zəhmət minnətdarlıqla xatırlana-
caq. Yaşı yetmiş beşi adlamış görkəmli alimin yaradıcılığında 
Azərbaycan-türk coğrafiyası bütövləşib. Bu yaradıcılığa veri-
lən qiymət də bu bütövlüyə uyğundur. Onu Cənubi Azərbay-
canda da, Kərkükdə də, Türkiyədə də oxuyur və sevirlər. İraq 
və Türkiyə mətbuatında mötəbər müəlliflər tərəfindən yazılmış 
yazılar, Qəzənfər müəllimin yaradıcılığının çoxdan bəri ulus-
lararası bir hadisə olduğunu, bütövlükdə türk dünyasının ədəbi 


  B i b l i o q r a f i y a      
 
33
hadisəsinə çevrildiyini aydın göstərir. O, doğrudan da, ensiklo-
pedik bir bilik sahibidir. Türk, ərəb, rus, ingilis dillərinin geniş 
dünyası ona açıqdır. Onun maraq dairəsinin bir başında dörd 
misralıq bayatı dayanırsa, digər başında dörd misralıq Nostra-
damus katrenləri dayanır. Biri türk xalq təfəkkürünün möcüzə-
si, digəri Nostradamusun peyğəmbəranə uzaqgörənliyinin qıfıl-
bəndi. Bir tərəfdə müdrik sadəlik, digər tərəfdə yozulduqca ye-
ni qatları açılan öngörmələr... Əslində, ilahi möcüzələrə, kaina-
tın qanunauyğunluqlarına, astrologiyaya maraq da Qəzənfər 
Paşayev istedadının bir özəlliyidir. Onun maraq dairəsinin 
Nostradamusa qədər genişlənməsi təsadüfi deyil və  çəkinmə-
dən deyirəm ki, bu dahi görücünün katrenlərini  şərh etməyin 
özu də bir görücülükdür, Allah vergisidir. Çünki “Nostradamu-
sun möcüzəli aləmi” adlı kitabında Qəzənfər müəllim özünə 
qədər yazılanları araşdırmaqla kifayətlənmir və nəticədə onun 
özünün də astrologiya, dünya tarixi və  gələcək haqqında bir 
görücü təfəkküru ilə yazdığı ortaya çıxır... Bu onun fitri isteda-
dının, təmiz, halal, xeyirxah insan – əsl Allah adamı olmağının 
təbii nəticəsi – sonucudur!.. Fədakarlığı, Kərküklə Bakı arasın-
da birliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlər, Niza-
mi adına Azərbaycan  Ədəbiyyatı Muzeyində yaratdığı  “İraq-
türkman” guşəsi, öz hesabına nəşr etdiyi kitablar, xəstələrə, 
ədəbiyyat adamlarına əl tutması – ona gənc yaşlarından bir ağ-
saqqal hörməti, şöhrəti qazandırmışdır. Unudulmaz dostumuz, 
böyük ədəbiyyatşünas alim, tənqidçi və filosof Yaşar Qaraye-
vin öz həmkarı haqqında dedikləri heç vaxt köhnəlməyəcək bir 
aforizm kimi səslənir: “Qəzənfər müəllim bir daha sübut edir 
ki, mənəvi dəyərə və sərvətə, milli qeyrətə və savaba, tamahsız 
xeyrə sərf olunanda ömür və səhhət heç zaman tükənmir”. Ya-
şar Qarayevin bu dəqiq müşahidəsindən bir ifadəni vurğula-
maq istəyirəm: Milli qeyrət! Çox vaxt namus sözu ilə yanaşı 
işlənsə  də, Qeyrət təkcə Namusun sinonimi deyil, o həm də 
mərdliyin, mərhəmətin, vətəndaşlığın, kişiliyin, insanlara əl 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
34 
tutmaq qabiliyyətinin, fədakarlığın, millət yolunda çıraq kimi 
yanmaq ifadəsinin sinonimi, ekvivalentidir. Qəzənfər müəlli-
min ömrü boyu gördüyü bütün işlərin də, həyatının və yaşayış 
tərzinin ən dəqiq qiyməti də elə budur: Milli qeyrət! Qəzənfər 
müəllimin öz böyük zəhməti, çoxcəhətli yaradıcılığı ilə xalq 
arasında qazandığı hörmət,  şöhrət hər kişiyə  nəsib olan xoş-
bəxtlik deyil. Onun sənətkar ömrünün Kərkük xoyratları ilə 
birgə Yer üzünün Nostradamusun işıq saldığı uzaq gələcəyinə-
dək uzanacağına inanıram.      
 
Sabir Rüstəmxanlı,  
Xalq şairi  


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə