Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə16/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

  B i b l i o q r a f i y a      
 
67
diyini nümayiş etdirir. Bu kitabın vətənimizin tarixi ilə ilk dəfə 
tanış olan əcnəbi oxucular üçün yazılmasına baxmayaraq 
müəllifin İraqın ictimai-ədəbi həyatına ekskursiyalarının təfsi-
latları kitabı iraqlı oxucular üçün xüsusi bir layihə ilə süsləndi-
rir… Kitab bizi oba-oba gəzdirir,  İraqın elm və  mədəniyyət 
mərkəzləri ilə tanış edir. Əsər iraqlı oxucuda bu ölkəyə mənsub 
olması  fəxr hissi və kitabın hörmətli müəllifinə  və mütərcim 
dostumuz  şair  Əbdüllətif Bəndəroğluna dərin minnətdarlıq 
hissləri oyadır. 
Əbdülhəmid Həmudi, 
“Əs-Saura” (İnqilab) qəzeti, Bağdad 
 
İraq türkmanlarının ədəbiyyat və folkloru ilə ilgili yazıları-
nızla bizi çox məmnun edirsiniz. Bu qymətli incələmələrinizi 
çox diqqətlə oxuyuruq… Söz vermişdim, sizə Azərbaycan-
Kərkük  ədəbi birliyinə dair bir yazı göndərim. Amma “Azər-
baycan” dərgisindəki yazıları oxudum və vaz keçdim. Söylə-
məyə bir söz buraxmamışsınız. 
Mövlud Taha Qayaçı, 
    İraq-Kərkük Azərbaycan Yazıçılar Birliyinin üzvü 
 
Professor Q.Paşayevin elmi-ədəbi fəaliyyəti ən müxtəlif is-
tiqamətlərdə ayrıca tədqiqat mövzusu, araşdırma obyekti olma-
ğa layiqdir. Görkəmli alimin folklorşünaslıq,  ədəbiyyatşünas-
lıq, tərcüməçilik fəaliyyətinin hər biri geniş bir tədqiqat 
mövzusudur. Lap elə İraq türkmanlarının dili, folkloru və ədə-
biyyat sahəsindəki çalışmalarının özündən ayrıca bir dissertasi-
ya işinin yazılması ancaq və ancaq qədirşünaslıq kimi dəyər-
ləndirilə bilər. 
Məhərrəm Qasımlı, 
 professor 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
68 
Q.Paşayev  İraq türkmanlarının həyat və  məişətini ağız 
ədəbiyyatı ilə birlikdə araşdıra-araşdıra, bu yöndə kitablar ya-
za-yaza bizi də  Kərkük sevdasına mübtəla etdi. Böyük sevda 
şairi M.Füzulini yetirən el-oba, Q.Paşayev Kərküknaməsindən 
sonra bizim üçün Şəki, Şirvan, Qarabağ, Naxçıvan kimi əlça-
tan, ünyetən el-oba oldu. 
Muxtar İmanov, 
professor 
 
Xatirəni yaratmaq da, yaşatmaq da çətindir. Dəqiq desək, 
xatirəni yaratmaq üçün də, yaşatmaq üçün də şəxsiyyət olmaq 
lazımdır. Prof. Qəzənfər Paşayev  ədəbi-ictimai mühitdə sayı-
lıb-seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də 
dünyasını  dəyişmiş unudulmazlara yüksək qədrşünaslıq bildi-
rən belə şəxsiyyətlərdən biridir… Onun “Borcumuzdur bu eh-
tiram” kitabına başda Ulu öndər Heydər Əliyev olmaqla iyirmi 
beş ziyalı dövlət xadimi, alim, müəllim, yazıçı və şair haqqında 
portret oçerklər toplanıb. Kitaba daxil olan bütün oçerklər 
böyük səmimiyyətlə yazılıb, hər biri şirin layla kimi, nurlu ele-
giya kimi oxunur… Müxtəlif illərdə qələmə alınan bu yazıların 
hamısını qəmli bir “…ölümündən sonra” fəryadı birləşdirir. 
Nizaməddin Şəmsizadə, 
professor 
 
Görkəmli folklorşünas və  ədəbiyyatşünas Qəzənfər Paşa-
yevin həm imzası, həm  əsərləri, həm də efirdən və ekrandan 
eşidilən fikir və düşüncələri geniş oxucu kütləsinə, elmi və 
ədəbi ictimaiyyətə yaxşı  məlumdur… Elmi araşdırmalar alə-
mində keçən  əlli ildən artıq dövrün uğurları  və  dəyərləri ilə 
diqqəti cəlb edən  ədəbiyyatşünas alim, pedaqoq, dilçi, tərcü-
məçi, professor Q.Paşayev çox maraqlı və olduqca zəngin hə-
yat və yaradıcılıq yolu keçmişdir. 
Vaqif Arzumanlı, 
 professor 


  B i b l i o q r a f i y a      
 
69
Azərbaycanda, humanitar fikir aləmində Q.Paşayevi tanı-
mayan, hətta deyərdim, sevməyən adam tapılmaz. Çünki o qə-
dər işıqlı adamdır ki, inanmıram, bu işığın nuruna kimsə paxıl-
lıq eləyə… O, görkəmli alimdir. Hansını deyim? O, dilçidi, 
folklorşünasdı, ədəbiyyatşünasdı, tərcüməçidi, publisistdi… 
Vaqif Yusifli, 
filologiya elmləri doktoru 
 
Qəzənfər Paşayevi ilk dəfə “Kərkük bayatıları” ilə tanı-
dım. Onu tanımağım həm də böyük bir millətin ayrı düşmüş 
parçasını tanımağım idi. “Kərkük bayatıları“ ilə İraq türkman-
ları kəşf olunmuşdu. Bəlkə də bu kitab olmasaydı mən 1969-cu 
ildə radioda “Bulaq“ verilişini yaratmazdım. O zaman məndən 
bir addım qabaqda olan bir neçə sağlam düşüncəli adama sı-
ğınmışdım. Qəzənfər Paşayev də bu düşüncəni yaşadan ziyalı-
lardandır. 
Mövlud Süleymanlı, 
Xalq yazıçısı 
 
Azərbaycanda kərkükşünaslığın banisi sayılan professor 
Qəzənfər Paşayev çoxsaylı elmi əsərlərin, kitabların müəllifi-
dir. Ədəbiyyatşünas alimlər, yazıçı və şairlər barəsində də ayrı-
ca kitablar, monoqrafiyalar yazıb. Müəllifin bu portret kitabları 
elmiliyi ilə bərabər, səmimiyyəti, dərinliyi və qəhrəmana bəs-
lənən ehtiramı ilə seçilib. Bu səbəbdən, Qəzənfər Paşayevin 
təqdimatı həmişə inandırıcı olub. Çünki yazdıqlarının hamısını 
ürəyinin diktəsilə araşdırıb və mükəmməl bir nəticəyə gəlib.  
Flora Xəlilzadə, 
Əməkdar jurnalist 
 
İraqlı alimlər cənab Qəzənfər Paşayevin tədqiqatlarına 
böyük qiymət verir və ondan istifadə edirlər. Biz onu nəinki 
İraqşünas tədqiqatçı  və yazıçı kimi tanıyırıq, eyni zamanda 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
70 
Azərbaycanın İraqda səfiri kimi qəbul edirik. Məlumdur ki, in-
diyə  qədər Azərbaycanın  İraqda rəsmi təmsilçisi yoxdur. Qə-
zənfər Paşayev uzun illər boyu apardığı  dərin tədqiqatları ilə 
İraq və Azərbaycan xalqlarını  ədəbi və  mədəni  əlaqələr baxı-
mından bir-birinə möhkəm tellərlə bağlamışdır. O, İraq xalqı-
nın dostu və qardaşıdır. 
Fərrux Salman Davud, 
İraqın Azərbaycandakı  sabiq səfiri 
 
Nyu-Yorkdakı “İnsanı Tədqiq edən Elmi-Tədqiqat İnstitu-
tu”nun  əməkdaşı, prof. Sula Benet uzun müddət (1970-1975) 
Qafqazda uzunömürlülük məsələsi üzrə  tədqiqat aparmış  və 
“Necə yaşayasan yüzü haqlayasan” adlı çox maraqlı kitab ya-
zaraq çap etdirmişdir (Nyu-York, 1976). Bu qiymətli kitabı 
ABŞ-da  üzə çıxaran və zəhmət çəkib doğma dilimizə tərcümə 
edən Qəzənfər Paşayevə öz minnətdarlığımızı bildiririk. 
     Mehdi Sultanov, 
tibb elmləri doktoru, professor 
 
Prof. Qəzənfər Paşayev ömrünün kamillik və müdriklik 
zirvəsindədir. O zirvənin fəthi heç də asan olmamışdır. Onun 
bundan sonrakı amalı həmin fəth olunmuş zirvədə, zəngin yük-
səklikdə tab gətirə bilməsidir. Onu tanıyanlar inanır ki, tab gə-
tirəcək və Azərbaycan xalqı hələ bundan sonra da öz ziyalı oğ-
lunun nur çeşməsindən bəhrələnəcəkdir. 
Zeydulla Ağayev, 
professor 
 
Qəzənfər Paşayev uzun illərdən bəri M.F.Axundov adına 
Pedaqoji  İnstitutunda Xarici dillər kafedrasına rəhbərlik edib. 
Əmək kitabçasından məlumatlar: Adı iki dəfə SSRİ-nin  İraq 
Respublikasındakı  səfirliyinin Fəxri kitabına salınmışdır. O, 
SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanı, İraq Respublikasının 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə