Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə5/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   2   3   4   5   6   7   8   9   ...   72

  B i b l i o q r a f i y a      
 
19
gətirilmişdir. Nəticə etbarilə Qəzənfər Paşayev tarixi, adət-ənə-
nələri, folkloru, görkəmli elmi-ədəbi  şəxsiyyətləri ilə 
bütövlükdə İraqın Azərbaycana iraq olmadığını, yaxın, doğma, 
dost ölkə olduğunu elmi cəhətdən əsaslandırır. Qəzənfər Paşa-
yev özü də yarım əsrdən çoxdur ki, Azərbaycan-İraq əlaqələri-
nin möhkəmlənib inkişaf etməsinə şərəflə və məsuliyyətlə xid-
mət edir. Onun Bakıda yaratdığı “İraq-türkman kitabxanası” bu 
qədim  Şərq ölkəsinin Azərbaycanda öyrənilməsinə, təbliğinə, 
əlaqələrin inkişaf etdirilməsinə geniş imkan yaradır. Ələlxüsus, 
Qəzənfər Paşayev-Əbdüllətif Bəndəroğlu dostluğu Azərbay-
can-İraq  əlaqələri tarixində böyük körpü olmuşdur. Qəzənfər 
müəllimin sözləri ilə desək, “xalqının, ədəbiyyatının, mədəniy-
yətinin layiqincə öyrənilməsi, araşdırılması  və yayılması yo-
lunda alışmaq istedadına” malik olan rəhmətlik  Əbdüllətif 
Bəndəroğludan bəhs edən “Qan və  qələm qardaşımız” və 
“Heyf sənə, Bəndəroğlu” məqalələri xeyli vaxt bundan əvvəl 
yazılmasına baxmayaraq, indi də  İraq-türkman ictimai-ədəbi 
fikrinin görkəmli  nümayəndəsi olan bu fədakar  şəxsiyyətdən 
söz açan mənalı və təsirli epitafiya təsiri doğurur. İraq-türkmən 
folklorunun görkəmli tədqiqatçısı  Əta Tərzibaşını yarım  əsr 
bundan qabaq ilk dəfə Azərbaycan ictimaiyyətinə təqdim edən 
professor Qəzənfər Paşayev 2017-ci ildə bu böyük folklorşüna-
sa həsr etdiyi monoqrafiya ilə bütün zamanlarda Kərkük sevda-
sına sədaqətli olduğunu bir daha nümayiş etdirir. Qəzənfər Pa-
şayev-Abbas Zamanov-Ayaz Vəfalı-Əbdüllətif  Bəndəroğlu 
dostluğu və əməkdaşlığı Azərbaycan-İraq ədəbi əlaqələrinin ta-
rixində xüsusi mərhələ təşkil edir. Çətin şəraitdə “İraqda yaşa-
yan vətəndaşlarımızla sıx  əlaqə saxlayan” böyük vətəndaş 
alim, professor Abbas Zamanovun da, görkəmli şərqşünas Va-
sim Məmmədəliyevin də bu istiqamətdəki xidmətlərini nəzərə 
alsaq, həmin mərhələnin mühüm bir tarixi dövr səviyyəsinə 
çatdığını düşünməyə əsas verər. Qəzənfər Paşayevin çoxcildli-
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
20 
yinin  şah damarını  təşkil edən Kərkük-türkmən  ədəbiyyatına 
və İraq-Azərbaycan əlaqələrinə həsr olunmuş cild-cild kitablar 
ölkələrarası əlaqələrin, xalqlararası daxili-mənəvi bağlılığın və 
münasibətlərin həmin tarixi dövrdəki tam mənzərəsini elmi su-
rətdə canlandırır. “Altı il Dəclə-Fərat sahillərində”  əsəri pro-
fessor Qəzənfər Paşayevin tərcümeyi-halının və çoxcəhətli fəa-
liyyətinin  əfsanəsidir. Bu, Bağdad cəmiyyətinin,  İraqdakı 
türkman elatının Qəzənfər Paşayev tərəfindən yaradılmış das-
tanıdır. XX əsrin səksəninci illərinin  əvvəllərində yazılmış 
“Altı il Dəclə-Fərat sahillərində” kitabı İraq haqqında mükəm-
məl bir publisist-bələdçi kitabdır. Bütövlükdə Azərbaycan cə-
miyyəti Bağdad-İraq elləri ilə  bu əsər vasitəsilə yaxından tanış 
olmaq imkanı qazanmışdır. Ölkəmizdə böyük əks-səda doğur-
muş  həmin  əsər vaxtilə  əldən-ələ  gəzmiş, öz müəllifinin cə-
miyyətə  sanballı təqdimatına çevrilmişdir. Məhz bu əsərlə Qə-
zənfər Paşayevin Azərbaycan miqyasında ədəbi-ictimai mühit-
də özünəməxsus imkanlara malik yazıçı-tədqiqatçı və fərqli bir 
publisist olması birdəfəlik isbat olunmuşdur. “Altı il Dəclə-Fə-
rat sahillərində”  əsəri,  əslində, Qəzənfər Paşayevin dərin mə-
nalı və cəlbedici İraq-türkman dastanının proloqu kimi meyda-
na çıxmışdır. Lakin illər keşdikcə bu möhtəşəm əsər yeddicild-
likdə  Qəzənfər Paşayevin Kərkük sevdasının  epopeyası kimi 
görünür. Sanki müəllifin  İraq-türkman mövzusuna həsr olun-
muş digər sanballı əsərləri “Altı il Dəclə-Fərat sahillərində” ki-
tabından doğulmuşdur.  İraq ellərini geniş miqyasda əhatə et-
mək, cəmiyyət həyatının bütün əsas sahələrinə işıq salmaq ba-
xımından bu kitab geniş ümumiləşdirmə imkanlarına malik 
olan ədəbi-ensiklopedik əsər təəssüratı yaradır. Tam halda “Al-
tı il Dəclə-Fərat sahillərində” əsəri professor Qəzənfər Paşaye-
vin  İraq-türkman serialının ümumiləşdirilmiş adı kimi də 
görünür. Məhz bu əsər Qəzənfər Paşayevin  İraq-türkman 
mövzusunda yazılmış  əsərlərini öz mahiyyətində  cəmləşdirə-


  B i b l i o q r a f i y a      
 
21
rək epopeyaya çevirir. Bütövlükdə  Kərkük dünyası  Qəzənfər 
Paşayevin elmi araşdırmalarının baş mövzusudur. Fikrimizcə
Qəzənfər müəllimin Azərbaycan folkloruna, aşıq sənətinə ya-
xınlıq və doğmalığının da əsasında doğulub boya-başa çatdığı 
Qazax-Tovuz mühiti ilə eyni səviyyədə, həm də Kərkük sevda-
sı dayanır. Alimin “Sazlı-sözlü dünyamızdan” başlığı altında 
təqdim olunmuş folklorşünaslıq nümunələri sanki Kərkük do-
laylarına həsr olunmuş  tədqiqatların davamıdır. Azərbaycan 
folkloruna həsr olunmuş  əsərlərində, daha çox aşıq  şeirindən, 
xüsusən sağlığında klassikləşən ustad aşıq-şair Mikayıl Azaflı-
dan, “aşıq sənətinin memarlarından biri” kimi dəyər verdiyi 
Dədə  Şəmşirdən, Aydın Çobanoğludan bəhs edən tədqiqatla-
rında, o, geniş dünyagörüşlü müdrik bir folklorşünas olaraq us-
tad alim sözü deyə bilir. Aşıq  şerinin poetikasını  şərh edən 
əsərlərində Qəzənfər Paşayev folklorda sənətkarlıq məsələləri-
ni nəzəri cəhətdən açıqlayan professional, təcrübəli bir folk-
lorşünas sözünü elmi mühitə təqdim edir. Bu gün Qəzənfər Pa-
şayev Azərbaycan folklorşünaslarının ön cərgəsində “A” qru-
punda təmsil olunur. Qəzənfər Paşayevin Azərbaycan klassik 
ədəbiyyatına dair tədqiqatlarında da Kərkük motivi görünmək-
dədir.  Ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq “Nəsimi 
divanının İraq nüsxəsi”ni o aşkara çıxarıb nəşr etdirmiş və təd-
qiq edib öyrənmişdir. İmadəddin Nəsimiyə həsr olunmuş araş-
dırmalarında Nəsimi-İraq notları üstünlük təşkil edir. Klassik 
Azərbaycan və Kərkük ədəbiyyatına dair əsərlərində Qəzənfər 
müəllim mövzunu dərindən öyrənməsi, materiala yaxından bə-
lədliyi, səviyyəli şəkildə təqdim etməsi ilə yadda qalır.  
Müasir Azərbaycan  ədəbiyyatının tədqiqi məsələlərinə 
həsr olunmuş  əsərlər də  professor Qəzənfər Paşayevin tədqi-
qatlarında geniş yer tutur. Xalq yazıçısı Elçin haqqındakı araş-
dırmaları sistemli monoqrafik elmi əsərdir. O, görkəmli yazıçı 
və  ədəbiyyatşünas Elçin haqqında müasir ədəbiyyatşünaslığın 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
22 
yüksək tələbləri səviyyəsində sanballı elmi söz demişdir. El-
çindən bəhs edən məqamlarda da müəllif Kərkük motivinin 
mövzuya dair məqamlarına diqqət yetirir. Baş nazirin müavini 
Elçin Əfəndiyevin rəhbərliyi ilə İraqda Füzuli günlərinin keçi-
rilməsi hadisəsinə, xalq yazıçısının  əsərlərinin  İraq nəşrlərinə 
də diqqət yetirən Qəzənfər Paşayev bütövlükdə müasir Azər-
baycan ədəbiyyatının əsas yaradıcılarından biri olan bu sənət-
karın yaradıcılıq özünəməxsusluğunu müəyyən edən ana xətlə-
ri seçib ayırmışdır. Xalq şairləri Səməd Vurğuna, Rəsul Rzaya, 
Bəxtiyar Vahabzadəyə, Hüseyn Arifə, Nigar Rəfibəyliyə, Fik-
rət Qocaya, Hüseyn Kürdoğluya, Zəlimxan Yaquba, nəsr us-
tadları  Fərman Kərimzadəyə,  İsi Məlikzadəyə, yazıçı  Qərib 
Mehdiyə və başqalarına aid məqalələr çağdaş ədəbiyyatımızın 
inkişaf yollarına, təkamül proseslərinə gur işıq salır. Çağdaş 
ədəbiyyatdan bəhs edəndə Qəzənfər Paşayev müasirliyi, vətən-
pərvərliyi, milli düşüncəni, sənətkarlıq özünəməxsusluğunu 
araşdırmaların mərkəzinə çəkir. Hər sənətkardan bəhs edərkən 
həmin yazıçının  ədəbiyyatdakı yerini və mövqeyini doğru-
dürüst müəyyənləşdirməsi, tərcümeyi-hal faktları ilə ədəbi pro-
sesləri üzvi surətdə əlaqələndirməsi Qəzənfər Paşayevin müa-
sir  ədəbiyyata dair araşdırmalarının səciyyəvi xüsusiyyətləri-
dir. Ədəbiyyatşünaslar haqqında yazılarında Qəzənfər Paşayev 
Azərbaycanda ədəbiyyat haqqında elmin tarixində və taleyində 
görkəmli yeri olan elm xadimlərinin xidmətlərinin ictimaiyyə-
tin diqqət mərkəzinə  çəkilməsinə, onların yüksək vətəndaşlıq 
xüsusiyyətlərinin yeni nəsillərə çatdırılmasına xüsusi  fikir ve-
rir. Akademik Bəkir Nəbiyevdən söz açan “Ədəbiyyatşünaslıq 
elminin patriarxı” monoqrafiyası müasir ədəbiyyatşünaslıqda 
yaşanan proseslərlə yaradıcı şəxsiyyətin münasibətinin əlaqəsi, 
tarazlığı, elmi nəticələri kimi  məsələlərin fonunda açılır. 
Böyük vətəndaş-alim, professor Abbas Zamanova, “ədəbiyyat-
şünaslıq elmimizin iftixarı” Yaşar Qarayevə, professor Yavuz 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə