Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

 
57

Ey Allahın bəndələri! Allahdan qorxun fikr qəlbini öz halına 
qalmağa məşğul edən, Allah və qiyamət gününün qorxusu 
bədənini zəyiflədən, gecə ibadəti az olan, yuxusunu da əlindən 
alan alimin qorxduğu kimi qorxun. 

Ey eşidən! Öz məstliyindən ayıl, qəflət yuxusundan oyan və 
tələskənliyini azalt. 

Evdə  qəsb edilmiş daşın olması, həmin evin dağılmasının 
zaminidir. 

Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı 
tövsiyə edirəm. Təqva azuqə və sığınacaqdır, (istənilən mənzil 
başına) çatdıran azuqə və nicat verən sığınacaq! 

Ey tacirlər! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin!  

Ey dəllallar! Az and için! Çünki bu iş malın satılmasına səbəb 
olsa da, (həqiqi) xeyir və mənfəəti aradan aparar. 

Ehtiyacsız olsa, məst və aldanmış olar. Ehtiyac olduqda 
ümidsizliyə və süstlüyə qapanar. 

Eyblərin böyüyü odur  ki, səndə ola-ola başqasında axtarasan. 

Ey Adəm övladı, öz qüvvəndən və ruzundan artıq nə  qədər 
qazansan başqalarına qismət olacaq. 

Ehsan etmək pis niyyətli adamların dilini kəsər. 

Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı 
tövsiyə edirəm. Çünki təqva cilov və dayaqdır. Buna görə  də
onun möhkəm bağlarına yapışın və onun həqiqətlərindən bərk 
tutun. 

Ehtiyac bacarıqlı adamı da zəiflədər, (əqidəsindən döndərər). 

Eyblərin böyüyü odur  ki, səndə ola-ola başqasında axtarasan. 


 
58
 Ə– 
 

Əmanəti sahibinə qaytarın, əgər o iynə və sap da olsa. 

Əmanəti sahibinə qaytarın,  əgər o Peyğəmbər övladının qatili 
də olsa. 

Ədavət qəlb üçün böyük yükdür. 

Əxlaqsız adamın şərəfi olmaz. 

Əsl alim anlamalıdır ki, bilmədiyi bildiyindən çoxdur. 

Əvvəl yoldaşını tap, sonra yolu axtar. 

Ədəblə ürəyini işıqlandır, necə  ki, odu odunla alovlandırırlar. 

Əhd peymanın şərtlərini möhkəmlədin, əhdə vəfa edin. 

Əfv edənlərin layiqlisi imkanlılardır. 

Əxlaqın rəhbəri pəhrizkarlıqdır. 

Ədəb əxlaqın yüksək səciyyəsidir. 

Ən böyük ehtiyacsızlıq ürəyi arzulara tabe etməməkdir. 

Əqlin təzahürü xalq ilə xoş rəftar etməkdir. 

Ən böyük dövlət ağıldır, ən böyük yoxsulluq isə nadanlıq. 

Ədəb böyük mirasdır, məsləhət isə böyük arxa. 

Əgər xislətlər bir-birindən seçilib ayrılsa, hökmən doğruluq 
şücaətlə və qorxaqlıq yalanla birgə olar. 

Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən 
qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə 
(onun günahı ilə) bir olmaz. 

Əql kamilləşsə, danışıq azalar. 

Əməllərin fəzilətlisi onun çətinliyindədir. 


 
59

Ən böyük sərvət xalq malına göz dikməkdir. 

Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir. 

Ən gözəl məslək səni insanlarla qaynayıb-qarışdıran, onların 
arasında səni gözəl göstərən və acı dillərini səndən 
çəkindirəndir. 

Əqlinin bir hissəsini çölə atandan başqa, heç kim zarafat 
etmədi. 

Ən üstün zahidlik, zahidliyi gizli saxlamaqdır. 

(Əsl)  İmkanlılıq və yoxsulluq əməllər Allah dərgahına təqdim 
olunanda bilinər. 

Ən böyük yoxsulluq, ağlın azlığıdır. 

Əşyaları əzəli bir maddədən və əbədi nümunələrdən yaratmadı. 
Əslində yaratdığını yaratdı, hüdudları (ölçülərini) təyin etdi, 
surət verdiyinə surət verdi və surətlərini  ən gözəl  şəkildə 
yaratdı. 

Əziyyətlərdən biri də insanın yığdığı malı yeməməsi və tikdiyi 
binada yaşamamasıdır. Sonra da Allah-Təalanın yanına maldan 
və binadan məhrum olduğu halda köçəcəkdir. 

Əgər yaxşılıq etsən, özünə hörmət qoyub özünə yaxşılıq 
etmisən,  əgər pislik etsən özünü xar etmiş özünə  zərər 
yetirmisən. 

Ən yaxşı ehsan odur  ki, yaxşılara edilsin. 

Ən üstün əmanətçilik əhdlərə vəfalı olmaqdır. 

Ən üstün doğruçuluq əhdlərə vəfalı olmaqdır. 

Əhdinə vəfalı olmayan şəxsin doğruluğuna etimad etmə. 

Ən yaxşı mal odur  ki, onun vasitəsilə abır-həya qorunsun və 
hüquqlar təmin olunsun. 

Ən böyük var-dövlət camaatın malında gözü olmamaqdır. 


 
60

Ən böyük bəla ümidsizlikdir. 

Əməlsiz axirətinə  (savabına) ümid bağlayanlar kimi olma. 
Sağlam olanda xudpəsənd olar, çətinliyə düşəndə ümidini itirər. 

Ən çox qazancı dünyanı verib axirəti alan şəxs əldə edib. 

Əgər təəssübkeşliyə  məcbursunuzsa, ondan şağa kömək və 
məzluma yardımda öz təəssübünüzü göstərin. 

Əzm və iradə ilə süstlüyə qarşı mübarizəyə çıxın. 

Əvvəli bir nütvə, sonu isə leş, bu ikisinin arasında isə  nəcasət 
kisəsi olan insan övladının belə  təkəbbürlü olmasına heyrət 
edirəm. 

Ən çox şükr edən insan hamıdan çox qane və nemətlərə görə ən 
naşükür insan, hamıdan tamahkar olandır. 

«Ədalətli hakimlərin bəlası  pəhrizkarlığın azlığıdır.» 

«Ədalətliliyin bəlası güclü zalimdir.» 

Ən böyük dərdi-səri dünya olan kəsin bədbəxtliyi və qəmi uzun 
çəkəcək. 

Əgər dinini dünyana tabe etsən, dininin və dünyanın hər ikisini 
itirəcək, axirətdə isə ziyana uğrayanlardan olacaqsan. Amma öz 
dünyanı dünyaya tabe etsən, dinini və dünyanı hər ikisini əldə 
edəcək və axirətdə də nicat tapanlardan olacaqsan. 

Əli (ə) buyurdu: Bu tövsiyədən sonra qəzavət işi mənim üçün 
çox asanlaşdı. Peyğəmbər (s) mənim üçün bu duanı etdi: İlahi! 
Qəzavəti ona anlat. 

Ən şücaətli insan hamıdan səxavətli olandır. 

Ən şücaətli insan dözümlə nadanlığa qalib gələndir. 

Ən güclü insan, öz nəfsinə daha çox hakim olandır. 

Əqlin kökü qüdrət, onun meyvəsi isə sevincdir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə