Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

 
69

Əsl alim anlamalıdır ki, bilmədiyi bildiyindən çoxdur. 

Əxlaqsız adamın şərəfi olmaz. 
 
 
 
 
 
 
 
 
 
 
 F– 
 

Fəzilət adətlərə üstün gəlməkdir. 

Fəqihlərin (alimlərin) bəlası pəhrizkarlıq etməməkdir.  

Fasiq, əxlaqsız, günahkar şəxslərlə yoldaşlıq etməkdən çəkin. 

Fasiqlərlə (günahkarla) yoldaşlıq etməkdən çəkin. Çünki pislik 
pisliyə bağlanar. 

Fədakarlıq ən ali insani sifətdir. 

Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir. 

Fədakarlıq yaxşılıqların  ən gözəli və iman dərəcələrinin  ən 
üstünüdür. 

Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür. 


 
70

Fəzilətlərin zirvəsi elmdir. 

Fitnə üç şeydədir: qadın sevmək- bu şeytanın qılıncıdır,  şərab 
içmək- bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət- bu 
isə şeytanın oxudur. Kim qadın sevən olsa, ömrünün faydasını 
görməz, kim şərab sevən olsa, cənnət ona haram olar. Kim dinar 
və dirhəmə məhəbbət bəsləsə dünyanın nökəri olar. 

Fitnə vaxtı, minmək üçün arxası  və gücü, nə  də südünü 
sağmağa döşü olan ikiyaşlı erkək dəvə kimi ol. 

Fürsət tez keçən və gec tapılandır. 

Fürsət qənimətdir. 

Fürsəti əldən vermək kədərin mayasıdır. 

Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik 
və ahəstəlik nadanlığın nişanəsidir. 

Fasiq (günah edən) alimləri, savadsız hakimləri və kirayə haqqı 
ödəməyən kirayəçiləri həbs etmək İmama vacibdir. 

Fitnələr üç növdür: Qadın sevgisi; bu şeytanın qılıncıdır… Kim 
çox qadın sevən olsa həyatından bəhrə götürməz. 

Fikr saf və  işıqlı ayinədir. Bu ayinədən ibrət götürmək isə 
nəsihət edicidir. 

Fürsət bulud kimi ötüb keçəndir, yaxşı fürsəti əldən verməyin. 

Fəqət dəvə balasıdır ki, böyüməmiş səsləri çıxmaz (böyüməmiş 
qışqırırsan). 

Fürsət nə qədər ki, qüssəyə çevrilməyib onu qoru. 

Fəqir olduğumuz vaxtda da sədəqə verib Allah ilə müamilə 
(alver) ediniz. 

Fürsət nə qədər ki, qüssəyə çevrilməyib onu qoru. 

Fikr təmiz və saf ayinədir. 


 
71

Fürsəti əldən vermək qüssə gətirər. 
 


 
72
 G– 
 

Günahların arasında  şəhvətə tabe olmaqdan şiddətlisi yoxdur. 
Buna görə ona itaət etməyin ki, sizi Allahdan qafil edər.  

Gülərüzlülük azədə insanın xislətidir. 

Göz yaşları yalnız daşlama səbəbindən qoruyur və  qəlblər 
yalnız günahların çoxluğundan daşlaşır. 

Günahlardan amanda qalmağın amillərindən biri də budur ki, 
Allaha qarşı məğrur olmayın (və ona boş yerə tamah salmayın 
və özünüzü onun əzabından amanda sanmayın). 

Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid 
olana heyrət edirəm. 

Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki, 
günahlarınızın iyi sizi rüsvay etməsin. 

Günah işləri davam etdirə-etdirə  əfv diləməyin özü, yeni 
günahdır. 

Güzəşt qələbənin zəkatıdır. 

Güzəşt alicənab insanı islah etdiyi kimi, alçaq insanı da bir o 
qədər korlayar. 

Göz qəlbin qasididir. 

Göz qəlbin xəfiyyəsi və ağlın qasididir. 

Gözlərin baxışları şeytanın torlarıdır. 

Gözün korluğu çox baxmaqdan  daha yaxşıdır.  

Gözünü aşağı dikən kəs qəlbini rahat edər. 

Gözünün cilovunu buraxan şəxs həyatını çətinliyə salar. 

Görmək baxmaqla eyni deyil. Çünki gözlər bəzən sahiblərini 
aldadırlar. Lakin ağıl ondan nəsihət istəyəni aldatmır. 


 
73

Gözü itirmək bəsirəti itirməkdən asandır. 

Günahsız adama böhtan atmaq səmadan da böyük və ağırdır. 

«Güclünün bəlası düşmənini zəif saymaqdır.» 

Gözəl ədəb ən üstün əsil-nəcəb və ən yüksək qohumluqdur. 

Gözəl ədəb əsil nəcabət şərəfini əvəz edir.  

Gözəl  ədəb əxlaqın paklaşmasına səbəb olar. 

Gözəl əxlaq möminin kitabının sərlövhəsidir. 

Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir. 

Gözəl əxlaqdan ləzzətli həyat yoxdur. 

Gözəl  əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaq, halal 
dalınca getmək, ailənin asayişini və rifahını təmin etmək. 

Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət 
axtaranların) gülüstanıdır. 

Gülərüzlülük dostluq kəməndidir. 

Gülərüzlülük azad insanın xislətidir. 

Gülərüzlülük məhəbbət kəndiridir. 

Gülərüzlülük sənin alicənablığın və  nəfsinin kəramətinin 
nişanəsidir. 

Günahlar xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar 
(bağışlanmaq) diləmək və  şəfası bir daha o günahı  təkrar 
etməməkdir. 

Gözlərin yaşı  rəhmsizlikdən qeyri bir səbəbdən qurumadı, 
qəlblər də yalnız günahların çoxluğundan rəhmsiz oldular. 

Günahlardan çəkinməkdən gözəl səngər yoxdur. 

Günahlardan çəkinmək qalxandır. 


 
74

Günahlardan çəkinməyin nəticəsi nəfs və dinin düzəlməsidir. 

Günahlardan çəkinmək haramları yerinə yetirməyə mane olar. 

Günahlardan çəkinmək təqvanın təməlidir. 

Günahlardan çəkinməklə müşayiət olunmayan ibadətdə xeyir 
yoxdur. 

Günahlardan çəkinməyin kökü günahlardan uzaqlaşmaq və 
haramdan çəkinməkdir. 

Günahlardan çəkinmək (haramlıq etimalı olan) şübhəli  şeylə 
qarşılaşan zaman dayanmaqdır. 

Gözəl əməl himmətin yüksəkliyindən xəbər verir. 

Günah meydanını onlar üçün genişləndirdi, onlara gələbə 
vədəsi verdi və bu vaxt onları alovun ağuşuna atdı. 

Gözəlliyin zəkatı iffətli olmaqdır. 

Günahlardan çəkinmək sağ ikən sənin ismət qaynağın və 
qoruyucun, ölümdən sonra isə  məqamının  Allaha 
yaxınlaşmasına səbəb olar. 

Gərək qardaşınla  əlaqəni kəsmək imkanı  sənin ona birləşmək 
imkanından çox olmasın. Həmçinin gərək onun pislik etmək 
qüdrəti sənin yaxşılıq etmək qüdrətindən artıq olmasın. 

Göz yaşları  qəlblərin sərtliyindən qeyri səbəbdən qurumadı, 
ürəklər də günahların çoxluğundan başqa səbəbə sərtləşmədi. 

Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz 
keçmişlərinizdən öyüd götürün. 

Günün keçəni səndən gedəndir, gələcəyi  şübhəlidir və indiki 
zaman isə fürsətdir. 

Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar. 

Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə