Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

 
65

Əgər dözümlü deyilsənsə  də, özünü dözümlü kimi göstər. 
Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə 
çevrilməyən çox az adam tapılar. 

(«Ədalət üstündür, yoxsa səxavət?» sualına cavabında): Ədalət 
hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. 
Ədalət  əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və 
məhdud sayda fərqlərə şamil olunur). Deməli, ədalət onların ən 
şərafətlisi və üstünüdür. 

(Əziz övladı  Həsənə  (ə) tövsiyyəsindən) : Sənə varlı  və ya 
yoxsul olanda Allahın qarşısında təqvalı olmağı  və dosta-
düşmənə qarşı ədaləti gözləməyi tövsiyyə edirəm.  

Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir. 

Ədəb insanın kamalıdır. 

Ədəb xislətlərin ən gözəlidir. 

Ədəb öyrən! Çünki o, əsil nəcabət şərəfinin ziynətidir. 

Ədəbdən xeyirli şərəf yoxdur. 

Ədəbi olmayanın əsil nəcabət şərəfi puç olar. 

Ədəb insanda kökü ağıl olan ağac kimidir. 

Ədəb kimi zinət yoxdur. 

Ədəb zehnin itiliyinə səbəb olur. 

Ən yaxşı  ədəb insanın öz həddində qalması  və  həddini 
aşmamasıdır. 

Ən yaxşı  ədəb səni xoşagəlməz  (və haram) işlərdən 
saxlayandır. 

Əhdlər qiyamət gününə  qədər boyunlardan asılacaq xaltadır. 
Onlara riayət edənə Allah-Təala yaxşılıq edər. Kim onlara xilaf 
çıxarsa, Allah ona yardımlarını  əsirgəyər. Hər kim əhdini 


 
66
yüngül sansa, əhdi ondan əhdə sadiqliyə  təkid edən və öz 
yaratdıqlarından, onları qorumağı istəyən kəsə şikayət edəcək.  

Əxlaqi kəramətləri  əldə etmək yolunda çiddi və sabitqədəm 
olun. 

Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə 
getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir. 

Ən üstün kəramət və səxavət, neməti (bir kəsə) tamamlamaqdır. 

Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin.  

Əxlaqı pis olanın ruzisi az olar. 

Ən çox ehtirama layiq olan şəxsiyyət səxavətli, faydası daha 
artıq olan şəxsiyyət isə ədalətli olandır. 

Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl 
xasiyyətlərin də üzə çıxmasını gözləyin. 

Ən yaxşı ehsan və yaxşılıq, qardaşların dərdinə şərik olmaqdır. 

Əmanətdarlıq güclənən zaman düzlük artar. 

Əsirə yemək vermək və onunla xoş davranmaq vacib 
haqlardandır, hətta onu sabah öldürməli olsan belə. 

Əylənməyə meyil salmaq mehriban Allahı  qəzəbləndirər, 
şeytanı sevindirər və Quranı yaddan çıxarar. 

Əyləncə ciddi qərarları puç edər. 

Əyləncə məclisləri imanı korlayar. 

Əylənməyi çox olanın ağlı az olar. 

Ən üstün ibadət, Uca olan Allahı zikr və yad etmək üçün gecə 
oyaq qalmaqdır. 

Ən üstün təqva xoşgümanlıqdır. 


 
67

Əgər Allah-Təala ona itaətsizlik olunduğuna görə insanları 
(əzabla) qorxutmasaydı belə, yenə də bəxş etdiyi nemətlərə görə 
ona itaət etmək vacib olardı. 

Ən pis günah günahkarın onu yüngül (kiçik) sanmasıdır. 

Əgər kəramət və alicənablıq istəyirsənsə, haramlardan uzaqlaş. 

Ən gözəl əxlaqi xüsusiyyət haramlardan çəkinməkdir. 

Əgər Allah-Təala nalayiq işləri qadağan etməsəydi belə, ağıllı 
insan yenə də onlardan çəkinməlidir. 

Əbədi qalan şeylərə  əməl etmək və yox olub aradan gedən 
şeyləri alçaq bilmək bütün xeyirlərin cəmidir. 

Əlində olana xəsislik etmək Tanrı barəsində bədgümanlıqdır. 

Ən pis xəyanətlərdən biri, tapşırılan şeylərə xəyanət etməkdir.  

Ən böyük xəyanət xalqın xəyanəti və  ən pis hoqqabazlıq 
rəhbərlərin hoqqabazlığıdır. 

Əməllər Uca olan Allaha ərz edilən zaman həqiqi xoşbəxt  əsl 
bədbəxtdən ayrılar. 

Ən xoşbəxt insan ötəri ləzzəti, əbədi ləzzətə görə tərk edəndir. 

Ən xoşbəxt insan bizim fəzilət və  məqamımızı tanıyan, bizim 
vasitəmizlə Allaha yaxınlaşan, bizə  məhəbbətdə  səmimi və 
ixlaslı olan, dediklərimizə əməl edən və qadağan etdiyimizi tərk 
edəndir. Belə insan bizdəndir və  əbədiyyət sarayında 
(Cənnətdə) bizimlədir. 

Ən xoşbəxt insan, hamıdan təqvalı olandır. 

Ən rahat həyat məşəqqət və  çətinliklə görülən işləri kənara 
atmaqdır. 

Ən xoş həyat qənaət etməkdədir. 

Ən xoş  və asudə  həyatı o şəxs yaşayır ki, Allah-Təala ona 
qənaətçil, pak və ləyaqətli həyat yoldaşı əta etmiş olsun.  


 
68

Ən üstün ibadət günahlardan çəkinməkdir. 

Ən üstün ibadət adətə qalib gəlməkdir. 

Ən üstün ibadət dünyaya meyl etməməkdir. 

Əgər özünün tələb etdiyin keçmiş ömründən ibrət götürsən, 
şübhəsiz ki, qalan ömrünü qorumusan. 

Əməllər iffətlə paklaşar (və ya çoxalar və onların mükafatı 
artar). 

Əməli xalisləşdirmək  əməlin özünü yerinə yetirməkdən çətin, 
əməl edənlər üçünsə niyyəti fəsaddan və qarışıqdan  
təmizləmək  uzunmüddətli cihaddan daha ağırdır. 

Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar 
olmazdı. 

Əgər iman təkcə söz olsaydı oruc, namaz, halal və haram nazil 
olmazdı. 

Əlaqə telləri insafın olması nəticəsində davam edir.  

Ədəb bu qədər kifayətdir ki, sevmədiyin  şeyi başqası üçün də 
istəməyəsən. 

Əqlin təzahürü xalq ilə xoş rəftar etməkdir. 

Ədəb əxlaqın yüksək səciyyəsidir. 

Ən böyük ehtiyacsızlıq ürəyi arzulara tabe etməməkdir. 

Əql kamilləşəndə söhbət azalar. 

Əxlaqın rəhbəri pəhrizkarlıqdır. 

Əfv edənlərin layiqlisi imkanlılardır. 

Əhd peymanın şərtlərini möhkəmlədin, əhdə vəfa edin. 

Ədəblə ürəyini işıqlandır, necə  ki, odu odunla alovlandırırlar. 

Əvvəl yoldaşını tap, sonra yolu axtar. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə