Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

 
79

Haqqa qarşı  çıxan elə bir batil yoxdur ki, haqq ona qalib 
gəlməsin. Allah-Təala da buyurmuşdur ki, əslində haqqı batilin 
başına çırparıq ki, onu parça-parça etsin. 

Həqiqətən, haqq ağır, amma safdır. Batil isə yüngül və asan olsa 
da, öldürəndir. 

Həzrət Rəsulun (s) qılınclarından birinin dəstəyində belə 
yazılmışdır: Haqqı de, hərçənd özünə qarşı olsa da. 

Haqq  şəxsiyyətlərlə tanınmır. Haqqın özünü tanı ki, onun 
yolçularını da tanıyasan. 

Hamam nə gözəl saraydır: Cəhənnəmdəki odu yada salar və 
çirki (bədəndən) aparar. 

Haqq-hesaba yetişmək cəzadan  əvvəldir, mükafat isə haqq-
hesabdan sonra. 

Hər kəs, xörək yeyən vaxt Allahın adını  çəkərsə, heç vaxt o 
yeməyin neməti barədə sorğu-sual olunmayacaq. 

Həqiqəti bildikdən sonra həbs etmək zülmdür. 

Həcc hər bir zəifin cihadıdır. 

Həcc yolunda xərclənən bir qurban (onun savabı) min dirhəmə 
bərabərdir. 

Həcc və ümrə  zəvvari Allahın qonağıdır və Allah ona 
bağışlanmağı hədiyyə edər. 

Hərislik əbədi əziyyətdir.  

Hərislik mərdliyə ləkə gətirər. 

Hərislik dərdin miniyidir. 

Hansı  zəlillik daha pisdir?- sualına cavab olaraq buyurur: 
Dünyaya hərislik. 

Həris əsarətin baxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz 
bir əsirdir. 


 
80

Həris bütün dünyaya malik olsa belə möhtacdır. 

Həris olan kimsə özünü bədbəxtlik və  əziyyət uçurumuna 
atmışdır. 

Həris qane olmaz. 

Hərislik ruzini artırmaz,  əksinə  məqamı  və  qədir-qiyməti yerə 
vurar. 

Həqiqətən, Adəm övladı ona qadağan olunmuş şeylərə hərisdir. 

Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir. 

Həya bütün yaxşılıqların açarıdır. 

Həyanın zirvəsi, insanın özü-özündən həya etməsidir. 

Hikmət-müdriklərin gülzarı və aqillərin seyrəngahıdır. 

Hikmət-qəlbdə bitən və bar verən bir ağacdır. 

Hər kəs   hikmətinə görə tanınarsa, gözlər ona vüqarlı  və 
əzəmətli nəzərlərlə baxar. 

Hikmət möminin itkisidir, onu müşrikin yanında olsa belə 
axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız 
çatır. 

Hikmət möminin itkisidir. Onu münafiqlərdən də olsa öyrənin. 

Hikmətin ilk addımı  ləzzətləri tərk etmək, son addımı isə fani 
olan hər bir şeyi özünə düşmən bilməkdir. 

Haqqa bağlılıq və haqqa yoldaş olan kəsə itaət etmək hikmətin 
əsasıdır. 

Hikmət günahdan çəkinməkdən başqa heç bir yolla əldə 
olunmaz. 

Hikmət hər kimin qəlbində yer taparsa ibrət götürən olar. 

Həlimliklə vüqar yüksək himmətdən doğan yaxşılıqlardır. 


 
81

"Hökm ancaq Allaha məxsusdur!" deyən Həruriyyənin 
cavabında buyurdu: «(Bəli həqiqətən,) hökm Allaha məxsusdur. 
Yerdə  də hakimlər vardır. Amma onlar deyirlər: «Hökmdara 
ehtiyac yoxdur, halbuki insanların hökumətdən başqa bir çıxış 
yolu yoxdur ki, mömin onda öz işini görsün, günahkar və kafir 
öz payını alsın. Allah onun zamanında hər bir kəsi öz təyin 
edilmiş əcəlinə çatdırır. 

Höccət sahibi olan qüvvə, qüdrətə sahib qüvvədən daha 
böyükdür. 

Həqiqi xoşbəxtlik insanın işinin xoşbəxtliklə sonuclanmasıdır. 
Həqiqi bədbəxtlik isə insanın içinin bədbəxtliklə 
nəticələnməsidir. 

Heç bir tənhalıq xudpəsəndlik qədər doğru yaradan deyil. 

Hər kim ağıllı olsa, iffətli olar. 

Hər kim iffətli olsa, günah yüngülləşər və Allahın yanında 
məqamı yüksələr. 

Heç vaxt bir-birinə zidd iki dəvət olmayıb ki, onlardan biri 
azğınlığa tərəf olmasın. 

Həqiqətən, mən sizi sizdən qabaq özüm yerinə yetirdiyim 
itaətdən başqa bir şeyə vadar etmək və sizdən qabaq özüm 
çəkindiyim günahdan başqa bir günahdan çəkindirmirəm. 

Həqiqətən, mən heç vaxt müharibə  və cihad meydanından 
qaçmamışam və mənimlə döyüşə kim gəlibsə yeri onun qanı ilə 
doydurmuşam. 

Həqiqətən, mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm 
ki, onun ətrafına gələn onun nurundan faydalanar. 

Haqq mənə göstərilən zamandan bəri heç vaxt onun barəsində 
şəkk etməmişəm. 

Həqiqətən, imama Allahın onun öhdəsinə verilən  şeylərdən 
başqa heç nə vacib deyil (və onlar ibarətdir): moizə  və öyüd-


 
82
nəsihət verməkdə 
səhlənkarlıq etməməli, xeyirxahlıq 
istiqamətində çalışmalı, sünnəni dirçəltməli, layiq olan kəslər 
barəsində Allahın müəyyənləşdirdiyi ilahi haqq və cəzaları icra 
etməli və (beytül maldan) payı olan kəslərə çatdırmalıdır. 

Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə 
edəndə  və ya ona bir nemət veriləndə halı  dəyişməsin, onun 
rəiyyətlə  rəftarının dəyişməsinə  səbəb olmasın. Allahın ona 
nəsib etdiyi nemətlər onun Allah bəndələrinə yaxınlaşmasını və 
qardaşlarına mehribanlığını artırsın….. 

Həqiqətən, imamlar Allah tərəfindən insanların işlərini idarə 
edənlər və onun bəndələri barəsində  (əmrlərinin) icraçılarıdır. 
Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa 
heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və 
onların da inkar etdikləri kəs daxil olar. 

Heç bir bəndənin imanı onun, Allahın yanında olanlara inam və 
etimadı öz əlində olanlardan çox olmayınca düz deyil. 

Hər kimdə üç şey olsa imanı kamildir: ağıl, səbr və elm. 

Heç bir bəndə ona çatan şeyi çatmamasının qeyri-
mümkünlüyünü, həmçinin ona çatmayan şeyin çatmasının 
qeyri-mümkünlüyünü, eləsə də xeyir və ziyanın ancaq və ancaq 
Allah-Təalanın  əlində olmasını bilməyincə imanın tamını 
dadmaz. 

Həqiqətən, bizim işimiz çətin və gec tapılandır. Qəlbi iman 
üçün Allah tərəfindən imtahan edilən (xalisləşdirilən) mömin 
bəndədən başqa, kimsə ona dözməz. 

(Həqiqətən, Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir, 
ayəsi barədə  Əli (ə) buyurub:) Ədalətlilik insaflı olmaqdır, 
yaxşılıq isə səxavət əlinin açılmasıdır. 

Həqiqətən, bu islam Allah-Təalanın özü üçün seçdiyi dindir. Öz 
nəzarəti altında tərbiyə etdiyi yaradılmışların  ən yaxşısına onu 
təbliq etməyi əmr etdi. Onun sütunlarını öz məhəbbəti üzərində 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə