Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 
87

Heç vaxt məhv olmaz (Allah-Təala) və həmişə olmuşdur. Onun 
başlanğıcı olmadan hər bir şeydən  əvvəl olmuşdur. Sonu və 
qurtaracağı olmadan da hər şeydən sonradır. 

Hər bir şey onun müqabilində mütidir və  hər  şey onunla 
qalacaqdır. Hər möhtacı ehtiyacsız edən, hər zəlilə izzət bəxş 
edən və hər gücsüzə qüdrət verəndir. (Allah-Təala) 

Həqiqətən, ilahi təqva sizin qəlblərinizin xəstəliyinin dərmanı 
və canlarınızın çirkabını pak edəndir. 

Həqiqətən təqva bu gün sığınacaq və qalxan, sabah isə Cənnətə 
tərəf yoldur. Onun yolu aydın, yolçusu qalibdir. 

Hər bir ümidvar axtarandır, hər bir qorxaq isə qaçan. 

Hər kim camaatla xoşlamadığı  tərzdə  rəftar etsə, camaat onun 
barəsində bildikləri şeyləri danışacaq. 

Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə  və batildən 
başqa heç nədən üz döndərmə. 

Heç vaxt yerinə yetirilməsi barəsində özünə arxayın olmadığın 
vədi vermə. 
 

Hər ayın üç gününü: ayın birinci və sonuncu cümə axşamını və 
orta çərşənbəsini, eləcə  də  Şaban ayını oruc tutmaq sinədəki 
vəsvəsəni və qəlbin pərişanlığını aradan aparar. 

Hökmdarların ən pisi günahı olmayanın ondan qorxanıdır. 

Həlimlik vüqara səbəb olur. 

Hər kim öz yaxşılığını tamamlayıb inkişaf etdirməsə onu məhv 
etmişdir. 

Heç bir pislik yalan qədər  pis deyil. 

Heç bir yoxsulluq, nadanlıq qədər deyil. 


 
88

Haqla üzbüüz gələndə  və haqq olduğunu biləndə onun 
barəsində  səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan 
görərsiniz. 

Heç bir bəzənən Allaha ibadət kimi bir zinətlə bəzənməyib. 

Haqq çətin və ağırdır, batil yüngül və asan. 

Həya və abır örtülüdür, birindən şey istəməklik bu örtüyü açır. 
Bax gör kimin yanında açırsan bu örtüyü. 

Hər kişinin malına iki şərik var: vərəsələr və hadisələr. 

Həsəd aparmamaq bədənin sağlamlığıdır. 

Hər kim süstlük etsə çox şey itirər.  

Hər kəs həya libası geysə xalq onun eybini görməz. 

Hər bir qabı doldurmaq olar, elm qabından başqa. 

Hikmətdə susmağın xeyri yoxdur. Nadanlıqla danışmağın da 
həmçinin. 

Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis 
fikirləşərlər. 

Həqiqətdə iki gözlü üçün sübh işıqlıdır. 

Hər kişi qədrini bilməsə, məğlubdur. 

Hikmət möminin itgisidir, bu itgi iki üzlü adamda da olsa onu 
götürün. 

Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar. 

Hər bildiyin şeyi demə, bu sənin nadanlığın üçün kifayətdir. 

Hər kimin əqli azdırsa, oyunu və zarafatı çox olar. 

Hər kim axirət işini islah eləsə, Allah onun dünyasını islah edər. 

Hər kəs zülmün qılıncını qaldırsa, o qılıncla da məhv olar. 


 
89

Hər kim öz rəyini bəyənsə, yolunu itirər. 

Hər kim camaata böyüklük satsa xar olar. 

Hər kəs alimlərlə oturub-dursa ehtiram tapar. 

Hər kim şərəfsizlərlə oturub-dursa qədir-qiymətini itirər. 

Hər kim çox zarafat etsə, hörmətsiz olar. 

Hər kimin danışığı çoxdursa, səhvi də çoxdur. 

Hər kimin səhvi çox olsa utanmaq bilməz. 

Hər kim fikirləşsə ibrət götürər. 

Hər kim ibrət götürsə pisliyindən çəkinər. 

Hər kim kiçik müsibəti böyük bilsə, Allah-Təala onu ondan da 
böyüyünə düçar edər. 

Həlimli olmaq (burada siyasət) böyük bir qəbiləyə bərabərdir. 

Hər kəs «bilmirəm» sözünü tərk etsə, rusvay və həlak olar. 

Hər kəsin sonu ya şirindir, ya da acı. 

Hər  şirinliyin bir acılığı  və  hər acılığın bir şirinliyi var, vaxtı 
sovuşanda elə bil heç biri olmayıb. 

Hər kəs töhmət gələn yerə getsə, dalınca danışanı  məzəmmət 
etməsin. 

Haqqdan uzaqlaşanın ömrü qısalar. 

Hər kəs səbr edə bilməsə tabsızlıq- dözümsüzlük onu puç edər. 

Hər kəs qısa  əli ilə  bəxşiş etsə uzun əli ilə  bəxşiş alar (Allah 
yolunda az bəxşiş də versən mükafatın çox olar).  

Haqqında yaxşı gümanda olanın zənnini doğrult. 

Hər kəs şərəfini əldən versə, atasının şərəfi ona kömək eləməz. 


 
90

Hər kəs mömin adama dərdini desə, elə bil Allaha deyir, hər kəs 
kafirə gileylənsə, sanki Allahdan şikayət edir. 

Həsəd aparmayın. Həsəd imanı yeyər necə ki, od odunu 
yandırıb yeyir. 

Hiylə  və aldatma oddur, Allahdan həmişə qorxun, hiylə 
işlətməyin. 

Hər kəs düşmənçilik toxumu səpsə, həmişə süst olar. 

Hər kəs nifaq salsa, çarə yollarını üzünə bağlayar. 

Heç kəsin sirrini faş etmə, lap o özü öz sirrini faş etsə belə. 

Hər kəs sənə yaxşı güman aparsa gümanını doğrult. 

Heyva zəif ürəyə qüvvət verər, mədəni ətirləndirər, huşu iti və 
övladı gözəl edər (hamilə qadınlar üçün). 

Hər kəs ölçüb-biçmədən işə başlasa, axırda peşman olar. 

Hər kəs başqasının xasiyyətini ləkələsə, öz şəxsiyyətini 
ləkələmiş olar. 

Hər təcrübə yeni bir elmin mənbəyidir. 

Hər kəsin xasiyyəti tünd olsa, ailəsi həmişə narahat olar. 

Hər axtaran tapmaz. 

Hər kəs Allahdan qorxsa zülm etməz. 

Heyhat!  Əgər Allahdan qorxmasaydım bütün ərəblərdən 
siyasətçi olardım (Əli ə.). 

Hər kəsin öz daxili ona tanışdır. 

Hər kəs zəmanəyə etimad göstərsə, zəmanə ona xəyanət edər. 

Hər kəs xörəyə duzla başlasa Allah-Təala yetmiş  dərdi ondan 
uzaqlaşdırar. 

Həris olan adam naümid olar. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə