Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   2   3   4   5   6   7   8   9   ...   44

 
6

Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir 
bəxşiş edin və  bəxşiş verməkdən Allaha xatir çəkinin. Allahın 
düşmənləri ilə  əlaqəni kəsin və Allahın dostları ilə  əlaqə 
yaradın. 

Allah-Təala qadının çöhrəsini  (gözəlliyini) onun üzündə kişinin 
çöhrəsini isə onun qəlbində qoyub. 

Allah yanında ən böyük günah, israrla olunan (dəfələrlə, təkrar) 
günahdır. 

Allah-Təala günahdan ləzzət alan kimsəni zəlil edər. 

Allah-Təala bəndəyə xəstəlik göndərdikdə xəstəliyinin miqdarı 
qədər onun günahlarından təmizləyər. 

Allahın rəhmət  əli, Qazinin başının üstündə  hərəkətdədir. Nə 
vaxt zülm və haqsızlıq etsə, Allah onu öz halına buraxar. 

Allah yanında ən üstün insan odur ki, haqq onun üçün  zərərli 
və qüssəli, batil isə  mənfəətli və artımlı olsa da, haqqa əməl 
etməyi çox sevsin. 

Allah-Təala insanların qibləsi olan öz evinin ziyarətini sizə 
vacib etdi. Onlar (suya daxil olan) heyvanlar tək oraya daxil 
olar və (öz yuvalarına qayıdan) göyərçinlər kimi oraya üz 
tutarlar. Allah-Təala o evi xalq üçün Öz əzəməti qarşısında 
itaət, Öz qüdrəti və izzətinin etirafının nişanəsi etmişdir. 

Allahın evinin ziyarətinə getsəniz, Allahın peyğəmbərini (s) 
ziyarət etməklə  həccinizi kamala yetirin ki, Peyğəmbərin (s) 
ziyarətini tərk etmək, ona  zülm etmək deməkdir. Sizə bu iş əmr 
olunmuşdur və haqqı Allah tərəfindən sizə lazım buyurulmuş 
qəbirləri ziyarət etməklə  Həccinizi kamala çatdırın və bu 
qəbirlərin yanında Allahdan ruzi diləyin. 

Allah-Təala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət 
günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha 
böyükdür. 


 
7

Allahın peyğəmbəri (s) müşriklərin bəxşişlərini qəbul etməyi 
qadağan edib. Bu hədiyyə müharibə edən müşriklərin hədiyyəsi 
idi. 

Alçaq adamın himməti olmaz. 

Allahın qalib hizbindən olmaq istəyirsənmi? Ədalətli ol.  

Allah-Təalanın yer üzündə kitabından daha aydın və  qəti 
höccəti, hikməti yoxdur. 

Allah-Təalanın vacib buyurduğu hüquqların arasında ən mühüm 
hüquq, rəhbərin xalq üzərində və xalqın rəhbərə olan haqqıdır. 

Allaha xatir dostluq və Allaha xatir düşmənçilik etmək, Allaha 
xatir sevmək və Allaha xatir nifrət etmək bütün xeyirlərin 
cəmidir. 

Allah bəndənin xeyrini istədikdə ona qənaətçilik nemətini bəxş 
edər və zövcəsini ləyaqətli edər. 

Allah yanında  ən yaxşı mükafat, xəstəliyi yoluxan elə 
kimsənindir ki, qardaşına baş çəkməyə getsə, onun yanında az 
müddət qalsın. Yalnız xəstənin özü bunu istəsə  və daha çox 
yanında qalmasını ondan xahiş etsə. 

Allahın Rəsulundan (s) eşitdim ki, axirəz-zamanda az yaşlı, 
quşbeyin bir camaat baş qaldırar. Sözlərin  ən yaxşılarını 
danışar, sizdən çox namaz qılarlar, Quran oxuyarlar. Amma, 
onların imanı hülqumlarından aşağı getməz. Ox kamandan 
çıxan kimi onlar da dindən çıxacaqlar. Onlarla vuruşun. 

Alimlərlə oturub-dur ki, xoşbəxt olasan. 

Adəm övladının xudpəsəndliklə nə işi? Başlanğıcı iylənmiş bir 
su, sonu murdar bir leş, bunların arasında isə  nəcasətlərin 
kisəsidir. 

Allah bəndəni sevəndə ibadətin gözəlliyini onun qəlbinə salar. 


 
8

Allahın iblisə etdiyindən nəsihət götür. Belə ki, onun uzun 
müddətli əməlini və böyük səylərini bir anda bərbad etdi. 

Allahın  əzabından, sizdən  əvvəlki asi xalqlara göndərdiyi bəla 
və cəzalardan ibrət götürün. 

Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq fəhlə 
işlətməyi qadağan edib. 

Allah yolunda cihad edib şəhid olan kimsənin  əcri, günah 
etməyə qadir olsa da, iffətli olanın  əcrindən çox deyil. Pak, 
iffətli insan Allahın mələklərindən olmağa yaxındır. 

Astadan danışmaq, baxışları  aşağı salmaq, rahat yol yerimək 
imanın və gözəl dindarlığın nişanələrindəndir. 

Arzularını azalt, əməllərin xalis olar. 

Allaha and olsun, zənnimcə, bu camaat tezliklə sizə qalib 
gələcək. Çünki onlar öz batil əqidələrində həmrəy və bir-biri ilə 
müttəfiqdir. Sizsə, öz haqq əqidənizdə  təfriqəyə  və 
parçalanmaya düçar olmusunuz. 

Ay camaat! Həqiqətən, mən sizin aranızda fironun adamları 
olan Harun, həmçinin Bəni İsrailin arasında olan Hittə qapısı və 
Nuhun qövmü arasında Nuhun gəmisi kimiyəm. Mənəm  ən 
böyük xəbər və  ən böyük doğruçu. Tezliklə  vəd olunduğunuz 
şeyi görəcəksiniz. 

Allahın Peyğəmbəri (s) buyurub:  Ya Əli! Əgər sən olmasaydın 
məndən sonra möminlər  tanınmazdılar. 

And olsun Allaha gecəni səhərə kimi dəvə tikanının üstündə 
oyaq qalmaq və zəncirlərlə çiyinlərimdən bağlanaraq çəkinmək 
mənə qiyamət günü Allah və onun Peyğəmbərinə zülm edən 
kimi qovuşmaqdan daha xoşdur…..                                                             

And olsun Allaha əgər yeddi iqlimi göylərin altında olan 
şeylərlə birlikdə mənə versələr ki, qarışqanın azğından arpanın 
qabığını  almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm. 


 
9

Allahın  əmrini (ilahi hökmün icrasında) baş verməyən, geri 
çəkilməyən və  (şəxsi) mənafe dalınca getməyən kəsdən başqa 
heç kəs icra və bərpa edə bilməz. 

Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər 
buyurmuşdur ki, qiyamət gününgə onların vasitəsilə sənə qarşı 
şəhadət veriləcək. 

Axirətin qiymətini bilməyən kəs dünyaya necə arxa çevirə bilər. 

Az ittifaq düşər bir adama ki, doyunca yeyə, lakin 
xəstələnməyə. 

Abırlı olub ümüdsüz qalmaq, əl açıb dilənməkdən yaxşıdır. 

Alma yemək mədəni ətirli edər. 

Allah məni öz yaratdıqlarının imam və başcısı etdi. Buna görə 
də  mənə yeyib-içmək və geyimimdə yoxsullar kimi olmağımı 
əmr edib ki, yoxsul öz yoxsulluğunda mənimlə  təsəlli tapsın, 
varlını öz zənginliyi azğınlıq və itaətsizliyə çəkməsin. 

Allah yanında ən pis adam özü azğın olduğu halda camaatı da 
azğınlığa salan zülmkar rəhbərdir. Çünki o əməl olunan sünnəni 
öldürür, tərk edilmiş və atılmış büdəti dirildir.  

Allahın Peyğəmbərinin belə buyurduğunu eşitmişəm: Qiyamət 
günü zülmkar rəhbər bir arxa və hamisi olmadan gətiriləcək. 
Beləliklə, Cəhənnəm oduna atılacaq və orada dəyirman daşı 
kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənəcəkdir. 

Allahın Peyğəmbəri bir qoşun göndərdi və bir nəfəri onların 
başçısı  təyin etdi. Qoşuna onun göstərişlərinə tabe olmağı  və 
ona itaət etməyi tapşırdı. Həmin  şəxs ocaq qalayıb qoşuna 
özlərini onun içinə atmaq göstərişi verdi. Onların bir dəstəsi oda 
girməkdən imtina edərək dedi: Biz oddan qorxuruq. Başqa bir 
dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın 
Peyğəmbərinə çatdı. O Həzrət buyurdu: Əgər onlar oda daxil 
olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu: Allaha 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə