Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   2   3   4   5   6   7   8   9   ...   44

 
10
itaətsizlik məsələsində heç kəsə tabe olmaq olmaz, ancaq yaxşı 
işlərdə (əmrə) tabe olmaq lazımdır. 

Allahım! Sən özün bilirsən ki, bizdən baş verənlər nə qüdrət 
əldə etmək üçün aparılan rəqabətə görə idi, nə  də dünya 
malından bir şey  əldə etmək üçün. Əksinə, biz Sənin zülmə 
məruz qalmış  bəndələrinin  əmin-amanlıq və rahatlıq 
tapmalarını və icra edilməyən hədd və hökmlərinin yenidən icra 
edilməsi üçün Sənin dininin nişanələrini öz yerinə qaytarmaq və 
Sənin vilayətlərində abadlığı üzə çıxarmaq istəyirdik. 

And olsun Allaha əgər müsəlmanların pərakəndə olmaları, 
küfrə qayıtmaları  və dində nöqsan yaranması qorxusu 
olmasaydı, imkanımız olan qədər mövcud şəraiti dəyişdirərdik. 

Allahdan qorxmağa  əmr edilmisiniz və (Allaha) itaət etmək 
üçün yaranmısınız. 

And olsun Allaha, dilini qorumayınca təqvasının xeyir verdiyi 
bir bəndə tanımıram. 

Allahdan xeyir istəyən-istixarə edən peşman olmaz. 

Allahdan xeyir istə  və belə etmədən heç bir işi seçmə! Çünki 
çox adam Allahdan xeyir istəmədən bir iş görüb və bu iş onların 
məhvinə səbəb olub. 

Allaha itaət hər düzgünlüyün açarı  və  hər fəsadın islah 
səbəbidir. 

Allahın rəhmətinə hamıdan çox layiq olan insan, ona hamıdan 
çox itaət edəndir. 

Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq 
asma ki, salamat qalasan. 

Ağıllı insan kamal istər, nadan isə var-dövlət axtarar. 

Alimlərin ağılları onların qələmlərinin uclarından təzahür edər. 

Allaha görə qardaşlıq etmək məhəbbəti saflaşdırar. 


 
11

Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki 
həmin dostluğa səbəb olan amil həmişə mövcuddur. 

Allah yolunda qardaşlıq etməklə qardaşlıq bar verər. 

Allahın bəndələrinə qarşı  qəddarlıqdan çəkin. Çünki, Allah 
qəddarlıq yolunu tutan hər kəsi sındırar. 

Ağıllı insanın yarısını dözüm və  səbr, digər yarısını isə göz 
yummaq  təşkil edir. 

Ağıllı olan qənaətcil olar. 

Allahın Peyğəmbəri (s) dünyaya görə  qəzəblənmirdi. Ancaq 
haqqa görə  qəzəblənsəydi, heç kəs onu tanımazdı  və haqqın 
intiqamını alana qədər heç nə onun qəzəbinin qarşısını ala 
bilməzdi. 

Ağ saçlar ölümün qasididir. 

Ağ saçlar xəbərdarlıq üçün kifayətdir. 

Aqil qocalanda əqli gəncləşər, nadan qocalanda nadanlığı 
cavanlaşar. 

Allah qorxusu Allahı tanıyanların köynəyidir. 

Allahın zülmündən qorxmayın (çünki O, heç  kəsə zülm etməz), 
özünüz özünüzə zülm etməkdən qorxun. 

Allahdan qorxduğun zaman ona tərəf qaçırsan, məxluqdan 
qorxduğun zaman isə ondan qaçırsan. 

Allahı xatırlayanı - eşidənin özü Allahı yad edəndir. 

Allah-Təala Qulağa haram eşitməməyi vacib etdi. 

Allah-Təalanın kitabını öyrənin. Çünki o sözlərin  ən yaxşısı, 
öyüdlərin  ən aydınıdır. Quranı başa düşün, çünki o, qəlblərin 
baharıdır və onun nurunda şəfa axtarın, çünki o, sinələrdəki 
xəstəliklərə  şəfa verəndir. Onu yaxşı oxuyun, o ən yaxşı 
əhvalatdır. 


 
12

Allah-Təala kasıbların yeməyini varlıların mallarında qərar 
vermişdir. Deməli, varlı adamlar onların haqqını   ödəsələr heç 
bir kasıb ac qalmaz. Allah bunun hesabını soracaqdır. 

Allaha və axirət gününə imanı olan şəxs  şübhə yaradan yerdə 
oturmamalıdır. 

Allah zikr olunan məclislərdə iştirak et. 

Avam insanın dostluğu dağılan buluda və  səhrada ilğıma 
bənzər. 

Aşiqin gözü məşuqun eyblərini görməyə kor, qulağı onun 
pislikləri barədə eşitməyə kardır. 

Allah-Təala bəndəni sevən zaman ibadət məhəbbətini onun 
qəlbinə salar. 

Allahdan, Onun bəndələri və torpaqları barəsində  də qorxun. 
Çünki siz hətta torpaqlara və heyvanlara görə  də cavabdeh 
olmalısınız. Allahdan qorxun və Ona itaətsizlik etməyin. 

Aqil insan var-dövlətin, qüdrətin, tərifin, və  gəncliyin 
məstliyindən çəkinməyə layiqdir. Çünki bu məstliklərin hər 
birinin əqli zəiflədən və vüqarı aparan çirkin küləkləri var. 

Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verər. 

Ağıl sahibləri üçün onların təcrübələri yetərli öyüddür. 

Allah bir bəndəni sevən zaman ona ibrətlərlə öyüd verər. 

Allah nəfsinə qarşı mübarizə aparmaqda kimə kömək etməsə, o, 
heç bir öyüd verənin öyüdündən xeyir əldə etməz. 

Allahın Peyğəmbəri (s) müşriklərin  şəhərlərini zəhərləməyi 
qadağan etmişdir. 

Allahın höccəti və  dəlili ona çatan, qulağı ilə onu eşidən və 
qəlbi ilə onu başa düşən şəxsə müstəzəf (zəif əqidəli) deyilməz. 


 
13

Allahın Rəsulu (s) nə  şam yeməyini, nə  də başqa bir yeməyi 
namazdan önə salmazdı. Namaz vaxtı çatanda, elə bil nə ailəsini 
tanıyardı, nə də mehriban dostunu. 

Allah gözəldir və gözəlliyi sevir. Həmçinin sevir ki, öz 
bəndəsində nemətin nişanəsini görsün. 

Allaha itaətdə səbr etməklə və ona qarşı itaətsizlikdə günahdan 
uzaqlaşmaqla onun sizə olan nemətlərini kamilləşdirin. 

Ağlın başı, nəfsi istəklərlə mübarizədir. 

Adətləri tərk etmək üstündə öz nəfslərinizlə onlara qalib 
gələnədək vuruşun və  nəfsi istəklərinizlə, onları  zəncirləyənə 
kimi mübarizə aparın. 

Ağlı kamil olan kimsə, şəhvət və nəfsi istəkləri xar sayar. 

Allah rəhmət eləsin öz  günahına nəzarət edən və Allahdan 
qorxan bəndəyə. 

Allahın hər bir kəsə bəxşişi, onun niyyəti qədərincədir. 

Allah Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü 
turşudan kəsə nifrət edir. 

Allah-Təalanın yanında yaradılmışların  ən mənfuru nadan 
şəxsdir. 

Allahın yanında Onun yaratdıqlarının  ən mənfuru o kəsdir ki, 
ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində  qəflətə 
düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü 
kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə 
həsr etməyib. 

Allahın Peyğəmbəri (s) bizə öz ölülərimizi  əməlisaleh 
adamların içində  dəfn etməyi  əmr etmişdir. Çünki ölülər də 
dirilər kimi pis qonşudan əziyyət çəkir. 

Allahın rəhməti olsun nəfslərini ölümə doğru atdığı addımlar 
olduğunu bilən və sonra əmələ tələsərək arzularını qısaldana. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə