Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   2   3   4   5   6   7   8   9   ...   44

 
22

Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının 
tez gəlməsi üçün zülmdən təsirli heç nə yoxdur. Çünki Allah-
Təala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır. 

Allah alçatdığı bəndədən elm və biliyi əsirgəyər. 

Alimlərin düz sözü dərman, səhv sözü isə dərddir. 

Az bəxşiş verməkdən çəkinmə, naümid etmək ondan da azdır. 

Aclıq zamanı mərd adamın hücumundan qorxun, toxluq zamanı 
isə ləim adamın. 

Arzulara çatmağa tələsən, əcəli ilə üzləşər. 

Aciz adam odur ki, dost qazana bilməyə,  ən böyük acizlik isə 
dostu itirməkdir. 

Az danışanın xətası da az olar. 

Ağıllı adam odur  ki, işin aqibətini qabaqcadan fikirləşə. 

Ağıllı odur  ki, nadanın sevdiyi şeyləri sevməyə. 

Alim cahili tanıyar, ona görə  ki, özü əvvəl cahil olub. 

Acizlik təhlükə və bəladır. 

Ağıllıların sinəsi öz sirrinin xəzinəsidir. 

Allaha görə görülən  əməllərin gözəlliyi, onun gizli 
olmasındadır. 

Axmağın dili onun ağlındadır, ağıllının dili isə onun 
ürəyindədir. 

Axmaq adamla dostluq etmə, o istəyər öz işini sənə sevdirsin və 
səni öz gününə salsın. 

Ataların dostluğu övladlar üçün qohumluğa çevrilər. 
Qohumların isə dostluğa ehtiyacı vardır. 

Ağıllı kişilər sözləri ilə elə işlər görürlər ki, həmin işləri qılınc 
və kötək gücünə görmək mümkün deyil. 


 
23

Ağıl o qədər kifayətdir  ki, zülmətlərdən səni işıqlığa çıxardır. 

Arzulara bənd olmayın, insanları aldadandır. 

Acizə zülm etmək ən böyük zülmdür. 

Ağıllı adamlar ədəblə yola gedərlər, dörd ayaqlılar kötəklə. 

Ağarmış tükləri çıxartmayın, onlar nurdur. 

Ağıldan böyük gözəllik yoxdur. 

Aramlıqla ruzi tapmayan; əsəbiliklə heç tapmaz. 

Ağıllı adam uzaqgörən olar. 

Acıqlanmayın! Acıqlandırmayın. Hamısına Salam deyin, 
xoşdilli olun. 

Ağıllı üçün ədalətli güzəşt, kötək yeməkdən ağırdır. 

Ayrılıq insan üçün zillət və xarlıqdır. 

Ağıllı adamın zənni də gerçək olar. 

Allahın təqdiri yerinə yetən vaxta bəndənin tədbiri itir. 

Ağıldan bəhrələnməsən də  səxavətli dostu itirmə, öz ağlınla 
onun görkəmindən  istifadə et.  

Az ittifaq düşər bir adama ki, doyunca yeyə, lakin 
xəstələnməyə. 

Ataların dostluğu övladlar üçün qohumluğa çevrilər. 
Qohumların isə dostluğa ehtiyacı vardır. 

Ağıldan böyük gözəllik yoxdur. 

Ağıllı adam uzaqgörən olar. 
 
 


 
24
 B– 
 

Bazara daxil olarkən insanların (alverlə) məşğul olduğunu 
görəndə Allahı çox yad edin. Çünki bu əməl günahları aparar, 
yaxşılıqları artırar və adlarınız qafil olanların sırasında 
yazılmaz.  

Bilin! Siz, arxasında  əcəl olan arzunun mühasirəsindəsiniz. 
Buna görə də kim əcəli çatmamış arzu günündə iş görsə işi ona 
xeyir verər və əcəli ona ziyan vurmaz. 

Bil ki, dünya sınaq və çətinlik sarayıdır. Bu sarayda insanın elə 
asudə və bekar bir saatı yoxdur ki, qiyamət günündə onda həsrət 
yaratmasın 

Bilin ki, dinin (şəriət) hökmləri vahid və yolları  məqsədə 
çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və 
xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və 
peşiman olar. 

Bu islam, Allahın dinidir. Onu özü üçün seçdi… və onun 
əsaslarıyla azğınlığın əsaslarını viran qoydu. 

Boş işlərdən əl çəkməklə ağlını artır. 

Bilin ki, arzu ağılı  qəflətə salır və  Allahı xatırlamağı ona 
unutdurur. 

Bəndənin günah işlərdə israr edə-edə Allahdan bağışlanmasını 
arzulaması, Allaha qarşı məğrur olmaqdır. 

Belə isə öz çirkin əxlaqından qorx ki, bəlkə bu yolla hidayət 
olasan. 

Bəndənin Uca olan Allaha yaxınlaşması, onun niyyətlərini 
xalisləşdirilməsi ilə mümkündür. 

Bil ki, Allahın müqabilində  zəlil olmayan kimsə izzət sahibi 
deyil. 


 
25

Bilin ki, kim camaatla insafla rəftar etsə, Allah-Təala onun 
izzətini artırar. 

Batil hiyləgər və aldadıcıdır. 

Batili mütləq parçalayaram ki,  haqq onun böyründən çıxsın. 

Batilə kömək edən kəs haqqa zülm edib. 

Bilin! Haqq ilə batil arasında yalnız dörd barmaq fasilə var……  
Batil «eşitdim» deməyin, haqq isə  «gördüm» deməyindir. 

Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur. 

Bəsirətli eşidərək düşünən, baxaraq görən, ibrətlərdən 
bəhrələnən, sonra aydın yolları qət edən və beləliklə uçurumlara 
düşməkdən çəkinən şəxsdir. 

Bidətlər kimi heç nə dini vurub məhv etməyib. 

Bidət qoyanlar Allahın  əmri, Onun kitabı  və Peyğəmbəri ilə 
müxalifət edərək öz rəy və    nəfsi istəkləri  əsasında  əməl 
edənlərdir, hərçənd ki, belələrinin sayı çoxdur. 

(Başqalarının) Eybləri eşələməyin özü bir eybdir. 

Başqalarının səhvinə heç vaxt şad olma. Çünki sən də həmişəlik 
xətadan qorunmamısan. 

Bəla zalımın ədəblənmə amilidir. 

Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran. 

Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur. 

Bayram günündə  Əmirəl-mömininin (ə) yanına getdim. 
Gördüm ki, Həzrətin qarşısında açılmış süfrədə bir az buğda 
çörəyi, bir qab firni və bir qaşıq var. Ərz etdim: «Ey Əmirəl-
möminin! Bayram günündə firni?» Həzrət buyurdu: « Bu 
bağışlanan kimsənin bayramıdır». 

Bizim  şiələrdən hər biri qadağan etdiyimiz bir iş görərsə
ölməmişdən qabaq onun malına, ya övladına və ya özünə bəla 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə