Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

 
34

Bir şeyi vəd  edən şəxs, vəd verənə kimi azaddır. 

Biz Əhli-Beyti xatırlamaq hər bir narahatçılıq, xəstəlik və şəkk-
şübhə gətirən vəsvəsənin dərmanıdır. 

Bilin ki, yaxşı  işlərə  dəvət və pis işlərdən çəkindirmək nə 
kimsənin əslini yaxınlaşdırıb, nə də kimsənin ruzisini kəsib. 

Bir dəstənin rəftarı ilə razı olan, onlarla birgə həmin işi görən 
kimidir. Kim batil rəftara əl atarsa iki günah törətmiş olar: onu 
yerinə yetirməyin günahı və ona razı olmağın günahı. 

Bəndələrə yaxşılıq etmək axirət üçün nə gözəl azuqədir. 

Bəndələrin xörəyi qida məhsullarıdır, canların (ruhun) xörəyi 
isə yemək yedirtmək. 

Bir saat zillət, bir ömür izzətə dəyməz. 

Bilmədiyin  şeyi danışma, hər bildiyini də demə. Ona görə 
Allah-Təala bədənin hər üzvünə bir hökmü vacib edib  ki,  
qiyamət günü onlar ilə sənə dəlil gətirəcək. 

Bir gündə illik ruzi haqqında düşünmə. Bil  ki, hər günün ruzisi, 
həmin gün üçün kifayətdir. Bəs Allah-Təala hər təzə başlanan 
səhərin ruzisini qismət edir. Əgər o ili yaşamaq qismətində 
yoxsa, onun qüssəsini nahaq çəkirsən. 

Bolluqda iştaha az olar. 

Bəxşiş et, israfçılıq etmə. 

Bəyənilmiş xasiyyətlər köhnəlməyən geyimdir. 

Bir suala bir neçə cür cavab vermək həqiqəti itirər. 

Bəzən dərman dərd olur, dərd isə dərman. 

Bəzən pis adam xeyirxahlıq edər, nəsihət verən xəyanətkarlıq. 

Bəzən az, çoxdan bərəkətli olur. 

Bəzən qardaşına acıqlanmaq mehribançılıqdan yaxşıdır. 


 
35

Bığın tüklərini gödəltmək paklıq və Peyğəmbərin 
adətlərindəndir. 

Bir nemət zay olmasa başqa nemət ələ gəlməz. 

Başqasının dilindən də danışsan, xoşagəlməz söhbət etmə. 

Bəla gələndə qorxu keçirtmək möhnəti artırar, tnsanı savabdan 
məhrum edər. 

Başqalarının övladlarına yaxşılıq və mehribanlıq et ki 
övladlarının gələcəyi hifz olunsun. 

Bəyənilmiş xasiyyətlər köhnəlməyən geyimdir. 

Bütün canlılara məhəbbət bəslə, ta seviləsən.  


 
36
 C– 
 

Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər. 

Camaat! Siz məndən  əvvəlkilərlə beyət olunduğu  kimi 
mənimlə  də beyət ediniz. İnsanlar beyət edəndən qabaq azad 
ixtiyar sahibidirlər. (Amma beyət etdikdən sonra mənə tabe 
olmaq məcburiyyətindədirlər.) 

Cavablar qarışıq və çox olarsa, doğru cavab gizli qalar. 

Cahilin müqabilində səbr və təmkin göstərsən, şübhəsiz ki, ona 
ən yaxşı cavabı vermiş olarsan. 

Cəhənnəm odunun kükrəyən alovundan, yandırıb-yaxan 
hərarətindən və daim təzələnən əzabından qorxun. 

Cənnət ən üstün məramdır. 

Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır. 

Cavab verməkdə tələsən şəxs, doğru cavabı tapmaz. 

Comərd insanın  şəxsi rəftarlarının  ən yaxşısı bildiklərindən 
(camaatın səhvləri və pislikləri) bəzilərini görməməzliyə 
vurmasıdır. 

Cənnətin qiyməti saleh və yaxşı əməldir. 

Cənnətin qiyməti qəlbdən dünya məhəbbətini silməkdir. 

Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır. 

Cənnətin səkkiz qapısı var: Bir qapısından peyğəmbərlər və 
siddiqlər (haqq sözü danışanlar), digərindən  şəhidlər və  əməli 
saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr 
və bizi sevənlər qalan bir qapıdan Allahın vahidliyinə  şəhadət 
verən və  qəlblərində biz əhli-beytə qarşı  zərrə  qədər 
düşmənçiliyi olmayan müsəlmanlar keçəcəklər. 


 
37

Cihad Allah-Təalanın özünün məxsus övliyaları üçün  açdığı 
Cənnət qapılarından biridir. Cihad təqva libası, Allahın 
möhkəm zirehi və Onun yenilməz qalxanıdır. 

Cihad dinin sütunu və xoşbəxt insanların işıqlı yoludur. 

Cihad İslamdan sonra ən şərəfli əməldir. Cihad dinin davamının 
mayasıdır. Cihadın izzət güc-qüdrət gətirməklə yanaşı böyük 
əcri də var. Cihad yürüş etməkdir. Onda yaxşılıqlar və savab da 
var, şəhadətə çatdıqdan sonra gələn Cənnət müjdəsi də. 

Cihad dörd hissəyə bölünür : Əmr be məruf (yaxşı işlərə dəvət); 
nəhy əz münkər (pis işlərdən çəkindirmək); döyüş meydanında 
mətanətli və dözümlü olmaq; günah edənlərlə mübarizə 
aparmaq. 

Cəzanın heç bir növündə zəmanət yoxdur. 

Comərdlik himmətin yüksəkliyinin nəticəsidir. 

Camaatın  əlində olandan gözünü çəkmək bağışlamaqdan 
üstündür. 

Cəmiyyətin  əksəriyyəti ilə birgə olun. Çünki Allahın  əli 
camaatladır. Bir-birinizdən ayrılmayın ki, sürüdən ayrı düşən 
qoyun canavara yem olduğu kimi insanlardan ayrı düşən də 
şeytana yem olar. 

Camaatdan ayrılan, Uca Allahın həmdəmi olar. 

Camaat! Özünüz də öyüd qəbul edən nəsihətçinin çırağının 
şöləsindən işıq və suyu gil və çöküntüdən durulmuş zülal 
bulaqdan götürün. 

Cümə imamı xütbə oxuyanda söhbət etmək və namazda üzü 
icazə verilən həddən artıq qiblədən çevirmək olmaz. 

Camaat! Nəfslərinizin tərbiyəsi ilə  məşğul olun və onu 
hərislikdən saxlayın. 


 
38

Cənnət arzusunda olan kimsə  şəhvət və  nəfsi istəklərə göz 
yumar. 

Cihadın savabı ən üstün savabdır. 

Camaat! Kim Allahı özünə nəsihətçi görərsə, uğur qazanar, kim 
Onun sözünü özünə  bələdçi götürsə çox möhkəm yol və dinə 
yönələr. Çünki Allahın qonşusu amanda, düşməni isə qorxu 
içindədir. 

Camaatla elə  rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar. Sağ 
qalsanız isə (və ya olmasanız) sizinlə görüşməyə müştaq 
olsunlar. 

Camaatla öz diliniz və  bədəninizlə qaynayıb-qarışın, qəlb və 
əməllərinizlə onlardan uzaq durun. 

Canını  və malını qardaşına fəda et. Ədalət və insafını isə 
düşməninə  hədiyyə et. Xoş sifətini və yaxşılığını bütün 
insanlara bağışla. 

Cənnətin mövcud olduğuna görə yoxsul, cəhənnəmin var 
olduğuna görə isə  varlı yoxdur. 

Camaatla elə rəftar edin  ki, sağlığında sizinlə oturub dursunlar, 
ölüm yatağında isə sizə ağlasınlar. 

Camaat  üçün bir gün gələcək «Quran»dan bir şey ortada olmaz, 
məgər rəsmiyyəti qalar. İslamdan bir şey qalmaz, məgər adı 
qalar. Məscidlər o zaman bina cəhətdən gözəl olar, ibadət 
cəhətdən isə viran. Onları bina və abad edən ibadət əhli olmaz. 
 
 Ç– 
 

Çox kişilər gecənin əvvəlində taxt-tac sahibi olublar, səhər isə 
onları torpağa tapşırıblar. 

Çox üzr gətirməklik paxıllığın əlamətidir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə