185
Uzun arzu axirəti insanın yadından çıxarar.
Uzaqgörənliyin bəlası iş-işdən keçməsidir.
Uca olan Allaha aşkar surətdə itaətsizlik etmək, cəzaları
tezləşdirər.
Uca olan Allahın yanında ən böyük günah, günahkarın
nəzərində kiçik sayılan günahdır.
Utancaqlıq məhrumiyyətə yaxındır.
Utancaqlıq ruzinin yolunda maneədir. Kim haqqı deməyə
utanırsa axmaqdır.
Uca və müqəddəs Allah insanların haqqını öz haqqından üstün
tutmuşdur. Belə ki, hər kəs Allah bəndələrinin hüququna riayət
edərsə, bu Allahın hüququna riayət etməklə nəticələnər.
Uğurdan ən uzaq insanlar, əyləncə və zarafat vurğunu
olanlardır.
Uca olan Allah, öz bəndələri ixtiyar sahibi olduqları halda
onlara əmr etmişdir. Onları xəbərdarlıq etmək üçün saxlamışdır.
İlahi vəzifələrini asan etmişdir və çətin vəzifə qoymamışdır. Az
işə böyük mükafat verər. Ona nə güclə itaətsizlik olunar, nə də
ikrah və məcburiyyətlə itaət. Peyğəmbərləri oyuncaq kimi
göndərmədi, bəndələri üçün boş yerə səmavi kitab nazil etmədi.
Göyləri, yeri və onların arasında olanları batilliklə yaratmadı.
Bu küfr edənlərin gumanıdır. Vay olsun, odda yanacaq
kafirlərə!..
Uğurun afəti tənbəllikdir.
Uğur (ilahi) qayğı və köməkdir.
Uğur nemətin başlanğıcıdır.
Uğur kimi bələdçi yoxdur.
Uşaqlıq dövrü özünü əziyyətə və çətinliyə salmayan şəxs,
böyüyəndə şərəfə çatmaz.
186
Uşaqlığında soruşan böyüyəndə cavab verər.
Uşaqlığında öyrənməyən böyüyəndə inkişaf etməz.
Uzaqgörənlik zirəklikdir.
Uzaqgörən şəxs ehtiyatlı, uzaqgörənliyi tərk edən isə qorxusuz
olar.
Uzaqgörənliyi olmayan əzm və qərarda xeyir yoxdur.
Uzaqgörənlik aqibəti düşünmək və müdriklərlə
məsləhətləşməkdir.
Uzaqgörənliyin kökü, şübhə yarananda dayanmaqdır.
Uzaqgörən şəxs odur ki, dünyanın aldadıcı mənzərəsi onu
axirət naminə çalışmaqdan çəkindirməsin.
Uzaqgörən şəxs özünə yaxşı dost seçər. Çünki, insana öz dostu
ilə qiymət verilir.
Uzaqgörən şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün
çalışmaqdan saxlamasın.
Uzaqgörən şəxs odur ki, qəzəbin şölələri şahə qalxanda cəza
verməyi təxirə salsın və ilkin fürsətdə yaxşılığın əvəzini
(yaxşılıqla) ödəməyə tələssin.
Uca olan Allahın onu gördüyünü yəqinliyi ola-ola, yenə də
itaətsizlik göstərən, heç şübhəsiz ki, Allaha ən aşağı gözlə
baxmışdır.
Uzun-uzadı arzu edənlərin işləri çətinləşər.
Uzun ömürün məhsulu xəstəlik və qocalıqdır.
Uca olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da
görünmədən Özünü bəndələrinə göstərmişdir.
187
Uşaqlarınıza elmləri öyrədin ki, düşmənin hiyləsinə
aldanmasınlar.
Uca Allah yeməyi imkanlıların var-dövlətində vacib
buyurmuşdur. Buna görə də, imkanlı insan onun haqqına sahib
çıxmasa, heç bir kasıb ac qalmaz.
Uzun-uzadı arzu edənlərin işləri çətinləşər.
188
– Ü–
Ürəyi yəqinliyin sərinliyini dadmış insan necə gə böyük
səadətə qovuşmuşdur.
Üç şey alicənablıq əlamətidir: baxışları aşağı salmaq, səsi
astadan çıxarmaq və yolu rahat yerimək.
Üç dəstə heç vaxt digər üç dəstədən onlara qarşı insaflı olmağı
tələb etməz: ağıllı ağılsızdan, yaxşı əməl sahibi pis əməl
sahibindən, alicənab alçaqdan.
Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək,
təvazökarlıq və sədəqə vermək.
Üç şey mövcud olarsa heç bir əməl qəbul olunmaz: «Şirk, küfr
və rəy». Ərz etdilər: «Ey Əmirəl-möminin! Rəy dedikdə
məqsəd nədir?» Buyurdu: «Allahın kitabını və peyğəmbərin
sünnəsini kənara qoyub öz rəyinə əməl etmək.»
Üzrü təkrar etmək, günahı təzələməkdir.
Üç nəfərə sirr vermək olmaz: (zəif) qadına, söz gəzdirənə və
axmağa.
Ürək gözün Quranıdır.
Üç xasiyyət dostluğu çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və
təvazökarlıq.
Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və əsil-nəcabətlərin)
böyüklüyü ilə deyil, gözəl kamal və əxlaqla ölçülür.
Üç şey xeyirlərin cəmidir: nemət bəxş etmək, əhd-peymana
sadiq olmaq və sileyi-rəhim.
Üç sifət qadınlar üçün ən yaxşı, kişilər üçün ən pisdir: Qürur,
qorxaqlıq və xəsislik. Qadın məğrur olsa özünü naməhrəmin
ixtiyarına verməz. Xəsis-tutumcul olsa, özünün və ərinin malını
189
saxlayar, qorxaq olsa başına gələn bədnamlığına səbəb olan hər
şeydən qorxar.
Ürək gözün kitabıdır.
Ürəyini möizə ilə dirilt və onu hikmətlə nurlandır.
Üzrü təkrar etmək, günahı təzələməkdir.
190
– V–
Vaxtının çoxunu öz övlad-uşağına sərf etmə. Çünki onlar
Allahın dostları olmuş olsalar, Allah Öz dostlarını öz hallarına
buraxmaz. Əgər Addahın düşməni olmuş olsalar, fikir xəyalın
nəyə görə Allahın düşmənlərinin qeydinə qalmaq olmalıdır.
Vəzirlərin bəlası düşmənçilikdir.
«Vəfalılığın bəlası əhdi pozmaqdır.»
Var-dövlət və övladlar dünya əkini, yaxşı əməllər isə axirətin
tarlasıdır. Bəzən Allah-Təala insanlar üçün bu iki neməti
birlikdə bəxş edər.
Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbinin qaralığına
görə heç kəsə etimad etməyən və pis pəftarına görə də heç kəsin
etimad etmədiyidir.
Var-dövlətin çoxluğu dinin puçluğuna və qəlbin sərtliyinə səbəb
olar.
Var-dövləti axtardım və onu qənaətdən qeyri bir şeydə
tapmadım. Qənaətcil olun ki, var-dövlət sahibi olasınız.
Vermək istədiyin sədəqənin azlığından utanma, çünki dilənçini
məhrum etmək ondan daha pisdir.
Vaxtı çatmamış işlərdə tələsməkdən, vaxtı çatanda iş görməkdə
lənglikdən, onlar mübhəm olanda və tanınmayanda tərslikdən,
aşkar və aydın olanda süstlükdən çəkin. Buna görə də hər şeyi
öz yerinə qoy.
Var-dövlət istəklərin mənbəyidir.
Var-dövlət arzuları gücləndirər.
Var-dövlət qürbətdə vətən, yoxsulluq isə vətəndə qüdrətdir.
Var-dövlətin çoxluğu ürəkləri korlayar və günahları yaradar.
191
Var-dövlət odur ki, camaata xeyri dəysin.
Vəd iki köləlikdən biridir. Vəd yerinə yetirmək iki azadlıqdan
biridir.
Vəfalılıq ağalıq qalasıdır.
Vəfalı olmaq dindarlığın çoxluğunun və güclü əmanətçiliyin
nişanəsidir.
Vəsiyyətdə zülm və haqsızlıq etmək böyük günahlardandır.
Vəd verən adam vədə verənə qədər azaddır.
Varlılıq qürbətdə vətən, yoxsulluq vətəndə qürbətdir.
Vüqar ağlın zinətidir.
Vüqarlı olana ehtiram göstərilər.
Vüqar üçün yalnız heybətdən kömək istənilər.
Varlının zəkatı qonşularına yaxşılıq və sileyi-rəhim etməkdir.
Varlılıq qərib yerdə vətəndir, yoxsulluq isə öz vətənində
qəriblik.
Vədəyə xilaf çıxmaq düşmənçilik gətirər.
Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur.
Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi
Cənnətə çatdırsın.
– Y–
Yalnız ağlı azca azalanlardan başqa, kimsə zarafat etmədi.
Yaxşıya mükafat ver və pisdən keç. Bu şərtlə ki, dinə ziyan
vurmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin.
Yəqinliyin bəlası şəkkdir.
192
«Yaxşılığın bəlası pis həmdərddir.»
Yaxşı əməllərə - ehsana tələsmək böyük insanlara məxsusdur.
Yer üzündə Allahın ən çox sevdiyi iş duadır.
Yeməyi az olanın düşüncəsi saf olar.
Yaxşı əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini
pislikdən saxla.
Yaxşıları islah etmək onlara ehtiram göstərməklə, pis əməl
sahiblərini islah etmək isə cəzalandırmaqladır.
Yol azuqəsini zay etmək fəsad törədən (və israf yaradan)
hallardandır.
Yırtıcı şir zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzun
müddətli fitnələrdən daha yaxşıdır.
Yaxşı iş, pis işdən asandır.
Yaxşılıq və pislik yalnız insanlarla tanınar. Yaxşılığı tanımaq
istəsən yaxşılıq et ki, onun əhlini tanıyasan. Pisliyi tanımaq
istəsən pislik et ki, onun da əhlini tanıyasan.
Yaxşılıqdan, yalnız onun mükafatı daha yaxşıdır.
Yazıq Adəm övladı! Əcəli məxvi, xəstəliyi gizli, əməlləri isə
yazılıb. Ağcaqanad incidir, boğazda qalan qurtum onu əldən
salır və tər onu iyləndirir.
Yəqinlik qəm-qüssəni necə də gözəl yox edər.
Yəqinliyi şəkkə, haqqı batilə və axirəti dünyaya satan kəs məhv
oldu.
Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə
yaxın və yaxını uzaq göstərəcək.
Yaxşı niyyətin özü bir əməldir.
193
Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri
budur ki, özünü öyməyin və lovğalığın aşiqi kimi tanısınlar və
rəftarları təkəbbürlülük sayılsın.
Yalnız nadan öz rəyinə vurğun olar.
Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə
olmasıdır. Ondan da pisi qəlbin (mənəvi baxımdan) xəstə
olmasıdır.
Yersiz yerə səni tərifləyib mədh edəndən çəkin. Çünki çox
keçməz ki, yenə də yersiz yerə (onun tərəfindən) hörmətin abrın
tökülər.
Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir.
Yoldan azdıran üç amil var: qadınları sevmək (şeytanın
qılıncıdır), şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara
məhəbbət (bu da şeytanın oxudur).
Yalnız alçaq şəxs təkəbbürlülük edər.
Yəqinliyin həqiqəti təvəkküldədir.
Yaxşılıq etmək, məzluma kömək etmək və qonaqpərvərlik
sərvət vasitələridir.
Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni həmişə qalandır və
yaxud da həmişəlik əbədi olan qiyamət gününün ehtiyatıdır.)
Yaxşı işlərə dəvət insanların gördüyü ən üstün işdir.
Yaxşı əməlləri əmr edib özləri ona ərinənlərə, çirkin əməllərdən
çəkindirib özləri onu törədənlərə Allahın lənəti olsun.
Yaxşılıq etmək sənin işin olsun ki, bu ən yaxşı əkin və ən xeyir
gətirən maldır.
194
Yalandan kənar olun. Çünki imandan kənardır. Doğru danışan
nicat və kəramətin sahilində yalançı isə uçurumun və zəlilliyin
astanasındadır.
Yalan, zarafat və onun ciddisini tərk etməyən heç bir bəndə
imanın dadını dadmadı.
Yalanın nəticəsi dünyada xarlıq, axirətdə isə əzabdır.
Yalan nifaqla nəticələnər.
Yalan danışan kimsə öz mürvətini puç edər.
Yalançı kimi tanınana etimad azalar, yalan deməkdən çəkinənin
sözlərinə inanılar.
Yalançı öz yalanları ilə üç şeyi qazanar: özünə qarşı Allahın
qəzəbi, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı
düşmənçiliyini.
Yalana aludə olmaq yoxsulluq gətirər.
Yalan danışma ki, böyüklüyünü itirərsən.
Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü
çiyinlərinə ağırlıq edər.
Yaxşılıq etməklə qəlblər ələ alınar.
Yalan xəyanətdir.
Yoxsullarla otur ki, (Allaha) zikr etməyin artsın.
Yalançı həqir və zardır.
Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun
faydalarını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün
tutardı.
Yediyin şey gedəcək, yedirtdiyin şey bol və bərəkətli olacaqdır.
Yəqinliyin gücü dinin (dindarlığın) ölçüsüylədir.
Yəqinliklə yatmaq, şəkkilə qılınan namazdan yaxşıdır.
195
Yəqinliyin ən son həddi ixlas, ixlasın sonu isə xilas və
qurtuluşdur.
Yoxsulluq böyük ölümdür.
Yoxsulluq zirək adamın ağzını da öz qəlbini demək üçün
yumar. Kasıb insan, öz şəhərində də qəribdir.
Yoxsul öz doğulduğu yerdə belə qəribdir.
Yoxsulluğun ziyanı imkanlılığın məstliyindən (baş
gicəllənməsindən) bəyəniləndir.
Yoxsulluğa sədəqə və bəxşişlə dərman edin.
Yoxsulluğun ziynəti iffətdir (əl açmamaq).
Yaxşı dost qohumdan əzizdir.
Yalan danışmadım, yalan danışılmadı, yolumdan azmadım və
heç kimi də azdırmadım.
Yadda saxlayın ki, ləzzətlər gedəcək, günahlar isə yerdə
qalacaq.
Yetim ata-anası ölənə deməzlər, yetim o adamdır ki, əqli
olmaya və ata-anası məlum olmaya.
Yoxsulluq zirək adamı lal edər.
Yaradanın əzəmətini tərk etmək, yaranmışı sənin gözündə
kiçildər.
Yurdsuzlar və fəqirlər Allahın elçiləridir, hər kim onlara kömək
etsə, Allaha kömək edir, hər kim onları incitsə Allahı incidir.
Yaxşı əməl sahibi pis əməl sahibindən öz haqqını tələb etməz.
Heç bir alim nadandan haqqını tələb etməz.
Yalançının qəlbində məhəbbət olmaz (Yalan olan yerdə
məhəbbət olmaz).
Yalançının insafı, mürvəti olmaz.
196
Yalançı namərd olar.
Yeməkdən əvvəl yuyunmaq bədənin möhkəmliyi və Allahın
razılığına səbəbdir.
Yalançılıqdan alçaq xasiyyət yoxdur.
197
– Z–
Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və
qüdrətində uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər
yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına
çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur»
desə Allah cəza verməyə tələsməz. Çünki Allah-Təalanı
vahidliyi ilə mədh etmişdir.
«Zənginliyin bəlası xəsislikdir.»
Zəqqum və quru tikan cəhənnəm əhlinin qarnında qaynayan su
kimi qaynamağa başlayanda onlar su istəyərlər. Bu zaman
onlara ğəssaq və sədid (çirk və irin) verərlər. Onlar əziyyətlə
onu qurtum-qurtum içərlər və hər tərəfdən ölüm onları haqlayar,
amma ölməzlər.
Zülmkar və rəhmsiz hökmdar, daimi olan fitnədən (hərc-
məclikdən) yaxşıdır.
Zəmanəyə və xalqa doğruluq, paklıq hakim olanda kimdənsə bir
günah əməl görmədiyi surətdə onun barəsində bədgüman
olarsa, ona zülm etmişdir. Ancaq, fəsad və ədalətsizlik
zəmanəyə-xalqa hakim kəsiləndə hər hansı bir şəxsi yaxşı qəbul
edib nikbin olarsa, aldanmışdır. (ehtiyatı əldən vermə)
Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz.
Zirək adam hər şeydən öyüd götürər.
Zahidlik və dünyaya etinasızlıq ən böyük rahatlıqdır.
Zəkat yaxşılıq etməyin qələbəsidir.
Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.
Zahidlik təqvalıların xasiyyəti və daim tövbə edənlərin
xislətidir.
198
Zahidliyə ən layiqli şəxs dünyanın eybini və nöqsanını biləndir.
Zahid, insanlardan qaçan zaman onun ardınca get, zahid,
insanlar axtaran zaman sən ondan qaç.
Zəmanəsini hamıdan yaxşı tanıyan insan, onun hadisələrindən
təəccüblənməyəndir.
Zəmanəsinə etimad edən yerə yıxılar.
Zəmanə öz sahibinə xəyanət edər və onu məzəmmət edəndən
razılıq istəməz.
Zəmanənin eybini tutan şəxsin eyb tutmağı uzun çəkər.
Zarafatın yerində kin qalar.
Zina yoxsulluq gətirər.
Zirək odur ki, özünü tanısın və əməlini (Allaha xatir)
xalisləşdirsin.
Zirək odur ki, bu günü dünənindən yaxşı olsun və özünü
məzəmmətdən saxlasın.
Zorakılıq neməti aradan aparır.
Zorakılıq və itaətsizlikdən çəkin. Çünki zorakılıq (insanı) çox
tez torpağa sərər və zorakılıq işlədiyi ibrətə çevirər.
Zülmkarlıq ən murdar alçaqlıqdır.
Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və
ümmətləri məhvə sürükləyər.
Zorba təbiətli adamın əməli pak və öyünməli deyil.
Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşa
gəlməz oldu.
Zəifə zülm etmək, zülmün ən murdar növüdür.
Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha
ağırdır.
199
Zülm və sitəm edən üçün, barmağını dişləyən gün gələr.
Zarafat çox vaxt kin-küdurət gətirər.
Zülm edən şəxs özünü məhvə doğru aparır.
Zalım üçün ədalətli məhkəmə qurulan gün, onun məzluma
verdiyi əziyyətli gündən ağır olar.
Zəhmətsiz muzd istəmək, oxsuz kaman atmaq kimi bir şeydir.
200
Dostları ilə paylaş: |