Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

 
159

Öz nəfsini ibadət etmək üçün aldat, onunla mülayim rəftar et 
onu zorla ibadətə vadar etmə. Yalnız sənə vacib edilmiş 
ibadətlərdən başqa, onu asudə  və şad vaxtı ibadətə tut. Belə ki, 
vacibləri vaxtında yerinə yetirməli və onlardan ehtiyatlı 
olmalısan. 

Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü 
çox yad edin ki, müsibətlər sizə asan olsun. 

Öz şəxsiyyətinə hörmət qoyan kəs, xar olmaz. 

Özünə hörmət qoyan kimsənin gözündə  nəfsi istəklər dəyərsiz 
olar. 

Öz  şəhvət və  nəfsi istəklərinin ixtiyarı  əlində olmayan kəs öz 
ağlının da sahibi olmaz. 

Özün tərəfindən özünə nəzarətçi, gözətçi təyin et ki, özünün və 
dilinin mühafizə edən olsun. 

Öz dini, fikri, əxlaqı və tərbiyəsindəki nöqsanları hesablamaqla 
onları öz sinəsində, ya da yazılı surətdə toplayıb və aradan 
götürülməsi şəxsin öhdəsinə düşür. 

Öz ordusuna kömək etməkdən  əl çəkən  şəxs düşmənlərinə 
kömək edib. 

Ölümlə dünya başa çatır. 

Ölüm axirətin darvazasıdır. 

Ölüm üçün hazırlıq görün. Çünki ölüm öz kölgəsini başınızın 
üstünə tutmuşdur. Elə bir dəstə kimi olun ki, onların üstünə 
qışqırdıqda yuxudan ayıldılar və dünyanın onların sarayı 
olmadığını başa düşdüklərinə görə  də onu (başqa dünya ilə) 
dəyişdilər. 

Ölümdən və onun çətinliklərindən  əvvəl bir iş görün və o 
çatmamış, onun hazırlığını görün. O aşağı enməmiş hazır olun. 


 
160

Ölümün vəsf edilməkdən, ya da dünya əhlinin ağlı ilə 
ölçülməkdən xaric çətinlikləri var. 

Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu 
Allaha ibadət yolunda keçirəsən. 

Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin 
fikrini çək. 

«Özünü göstərməkdən Adəm övladına nə? Başlanğıcı nütfə və 
sonu murdar ətdir. Nə özünə ruzi verə bilər, nə  də ölümünün 
qarşısını ala bilər». 

Öz nəfsini fəzilətləri qəbul etməyə  məcbur et. Çünki fəzilətlər 
sənin təbiətində qoyulmuşdur. 

Öz rəyində inadkarlıq edən məhv olar, böyüklərdən məsləhət 
alan isə onların ağıllarına şərik olar. 

Öz etimad etdiyin kəsdən başqa heç kimə sirr vermə. 

Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini 
saxlamağa qüdrəti çatmaz.  

Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə 
verməklə müalicə edin. 

Övladlarınıza kimin süd verdiyinə diqqət yetirin. Çünki körpə 
ona süd verənin təbiəti ilə inkişaf edir. 

Öz körpənizi əxlaqsız və dəli qadınların südündən uzaqlaşdırın. 
Çünki süd öz təsirini göstərir. 

Özünüdərk ən faydalı tanımadır. 

Özünü dərk etməyə nail olmuş  şəxs  ən böyük qələbəni 
qazanmışdır. 

Özünü tanımayan kimsə başqasını necə tanıyacaq?. 

Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır. 

Özünü tanıyan Allahı da tanıdı. 


 
161

Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir. 

Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir. 

Özünə  əminlikdən çəkin. Çünki bu şeytanın  ən böyük 
tələlərindən biridir. 

Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyüyən 
itaətkardan daha yaxşıdır. 

Öz əlində olanı qorumağın, məndən ötrü başqasının əlində olanı 
istəməyindən yaxşıdır. Ümidini kəsmək də camatdan 
istəməkdən yaxşıdır. 

Özünü dostluqda sadiq et. Özünü camaatın zəhmətlərinə (və ya 
xiffətlərinə) dözməyə vadar et. 

Öz nəfsini yumşaqlıqla ibadətə vadar və onunla mülayimliklə 
rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa
onunla güclə danışma və sakit, şad olan vaxtı ibadət et. Belə 
hallarda onları yerinə yetirməli və vaxtında əda etməlisən. 

Ölkələr vətən sevgisi ilə abad olublar. 

Öz yaxşılığını öldürməklə (və unutmaqla) onu dirilt. 

Öz yoxsul qardaşlarınızı  təhqir etməyin. Çünki mömini həqir 
saysa, o, tövbə etməyincə Allah onların ikisini cənnətdə bir 
araya gətirməz. 

Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan 
kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm. 

Öz mallarınızı zəkat verməklə qoruyun. 

Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və  zəiflik heç vaxt. Azla 
kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç 
vaxt. 

Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz 
problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir. 


 
162

Öz qəlbindən pisliyi sildiyin kimi, başqasının da qəlbindən sil. 

Özünü bəyənmək ağlın azlığına dəlalət edir. 

Özünü bəyənmək şərəf və fəzilətin qarşısını alır. 

Öz qədrini bilən adama, ölüm qorxulu deyil. 

Özündən razı olan, istəyinə çatmaz. 
 
 
 P– 

Pak və müqəddəs Allahın kərəmi onun hikmətinə zidd deyil. 
Buna görə hər dua qəbul olunmur. 

Pak olan Allah ədaləti camaatın (həyatına) güc qüvvə verəninə, 
haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, islamda 
asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir. 

Pak və Uca Allaha pənah gətirənlərin istifadə etdiyi ən yaxşı 
vasitə Allaha, onun Rəsuluna iman, günahları pak edən gizli 
sədəqə eləcə də pis ölümün qarşısını alan aşkar sədəqədir. 

Pak və Uca olan Allahı tanımaq biliklərin ən üstünüdür. 

Pak və müqəddəs Allahın bəndələr üzərində qoyduğu haqqı 
bəndələrin Ona itaət etməsidir. Bunun müqabilindəsə  fəzl və 
lütfü ilə onlar üçün öz mükafatını  dəfələrlə artırmağı onların 
haqqı etmişdir. 

Peyğəmbərimizin  Əhli-Beytinə baxın, onların yol və 
üslubundan ayrılmayın. Onlardan qabağa keçməyin ki, yolu 
azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız. 

Peyğəmbər (s) bir kişinin göyərçin uçurtduğunu gördü. 
Buyurdu: «Şeytan şeytanın dalınca gedər». 

Peyğəmbərin (s) gülüşü təbəssüm idi. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə