Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

 
141
layiqli  şəxsdir. Buna görə  də camaatın səndən gizlin eyblərini 
axtarıb çox dərinə getmə. 

Malı ilə sənə kömək etməyən şəxsi dost sayma. 

Möminin üzünün gözəlliyi Allahın ona olan 
hüsnrəğbətindəndir. 

Möminin sevinci üzündə, qüdrəti dilində, kədəri qəlbindədir. 

Möminlərin ehtimalından və gümanlarından qorxun. Çünki, 
Allah-Təala həqiqəti onların dillərində qərar vermişdir. 

Məzlumların fəryadına çatmaq və  qəmlinin qəmini dağıtmaq 
böyük günahların kəffarəsindəndir. 

Mənimlə əlaqədar iki nəfər məhvə uğradı: ifrata varan dost və 
kinli düşmən. 

Mənim üçün, müsəlman qardaşıma onun işinə yarayan bir 
hədiyyə vermək, həmin  şeyin mislini sədəqə verməkdən daha 
xoşdur. 

Mal-dövlətin və övladların çoxluğu xeyir və yaxşılıq demək 
deyil.  Əslində, xeyir sənin dərin elmə  və böyük səbrə malik 
olmağın, Rəbbinə ibadət etdiyinə görə xalq arasında baş 
ucalığın və  iş gördüyün zaman Allaha zikr etməyin və pislik 
edəndə Rəbbindən bağışlanmağını diləməyindir. 

Müdriklər hikməti  əhli olmayanların ixtiyarına verəndə onu 
pozdular. 

Mömin, hətta ona qarşı insaflı olmayanla da, insaflı davranar. 

Məbada, öz ömrünüzü sizə qalacaq bir şey üçün hədərə 
verəsiniz. Çünki keçən ömür geri dönməz. 

Malında xəsislik edən xar, dinində xəsislik edən kəs isə başıuca 
olar. 


 
142

Məndən sonra xəvariclə döyüşməyin (onları öldürməyin) çünki 
haqqı  tələb edən və ona çatmayan, batil axtaran və onu əldə 
edən kimi deyildir. 

Məbada özündən razı olasan. Belə olan halda səndən narazılar 
çox olar. 

Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir. 

Mömin dünyaya ibrət gözüylə baxar və çarəsizlik qədəri ondan 
yemək götürər. 

Maaşa şad olmaq  sonda iffətə səbəb olar. 

Mötədillik həyatı təminatlı edər. 

Mötədillik az malı çoxaldar, israf isə çoxu yox edər. 

Mənəm dünyanı xar və heç sayan. 

Mən Allahın Peyğəmbərinin mehriban yoldaş 
və 
yardımçısıyam. Mənəm islamda öncül, bütləri sındıran, 
kafirlərlə vuruşan və din düşmənlərini məhv edən. 

Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, 
bəxşiş və comərdlik dəryası və ağıl dağıyam. 

Mən Allah tərəfindən Cənnətlə  Cəhənnəmi bölüşdürənəm. 
Mənim bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil 
olmaz. Mənəm böyük ayıran (haqq ilə batili bir-birindən 
ayıran), mənəm özümdən sonrakı insanların imam və rəhbəri və 
məndən qabaq olmuş kəs tərəfindən onu əda edən. 

Mən Allahın elmiyəm. Mən xəbərdar qəlbi, onun natiq dili, 
gözü və tərəfiyəm. Mən Allahın əliyəm. 

Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və 
yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən 
bütün zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə içində 
olan hər bir kəsin pənahgahıyam; mən möminlərin cənnətə 


 
143
aparan bələdçisiyəm; mən Allahın  ən möhkəm ipi və  təqva 
kəlməsiyəm; mən Allahın gözü, doğrucul dili və əliyəm. 

Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə 
vuran ilk kəsəm. 

Mən islamı qəbul edən ilk şəxsəm. 

Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm. 

Mən Allahın Peyğəmbəri (s) vəfat edən zamandan həmişə 
zülmə məruz qalmışam. 

Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs 
görməyib. 

Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat 
valiyə zülm edir. 

Mömin  şadlıq və asayiş zamanı zikr edən, bəla və  çətinlik 
zamanı səbrli, naz-nemət içində olan zaman isə qorxu içindədir. 

Mömin sadə qəlbli (hiylə-kələksiz) və alicənabdır. Öz nəfsindən 
arxayındır və həmişə qorxu (Allah qorxusu) və qəm içindədir. 

Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir. 

Mömin öz dinini dünyası ilə  təmizləyən kəsdir. Günahkar o 
şəxsdir ki, dünyasını dini ilə qoruyur. 

Möminlərin  ən yaxşısı can, ailə  və malını Allah yolunda daha 
çox təqdim edəndir. 

Möminlərdən o şəxsin imanı daha üstündür ki verdiyi və aldığı, 
qəzəbi və sevinci Allaha görədir. 

Müsəlmanın əleyhinə kömək edən şəxs islamdan uzaqdır. 

Malı nahaq yerə xərcləmək israf və zay etməkdir. 

Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur. 


 
144

Mənimlə zorba adamlarla danışılan kimi danışmayın habelə 
məndən tez əsəbləşən hakimlərdən çəkininən kimi çəkinməyin. 
Mənimlə süni rəftar etməyin. 

Mənim üçün qocalığın vüqarı, gənclik  şadlığından daha 
sevimlidir. 

Məscidin hərimi (hüdudları) qırx zirədir, mənzildən hər dörd 
tərəfə qırx ev də qonşu sayılır. 

Məclisin başında yalnız üç xislətə malik olan şəxs – sual 
soruşulanda cavab verən, başqaları danışa bilməyəndə danışa 
bilən və məclisdəkilərin xeyrinə olan fikir söyləyən oturmalıdır. 
Bu xislətlərə malik olmayan lakin məclisin başında oturan şəxs 
axmaqdır. 

Məclisin ən yuxarı yerinə tələsmə. Çünki yuxarı çəkildiyin yer, 
aşağı endirildiyin yerdən daha yaxşıdır.  Şərab içilən süfrədə 
oturmayın. Çünki bəndə ölümünün nə vaxt çatacağını bilmir. 

Məbada, Allahın düşmənləri ilə dostluq edəsən, ya da qəlbini 
Allahın dostlarından qeyrisinə bağlayasan. Çünki, Qiyamət 
günü hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına çəkiləcək. 

Mənimlə  əlaqədar iki dəstə  məhv və  həlak oldu: ifrata varan 
dost və kin bəsləyən düşmən. 

Mərdlik mülayimlik və xoş rəftarla kamilləşər. 

Mədrdlik sədaqət və doğruluqla kamilləşər. 

Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə 
olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı 
qəbul deyil. Ərz etdilər: Ey Əmir-əl-möminin! Məscidin 
qonşusu kimdir? Həzrət (ə) buyurdu: Məsciddə namaz qılmaq 
üçün dəvət səsini eşidən şəxs. 

Məscidin  ətrafı  qırx zirədir, məscidin qonşuluğu isə  hər tərəfə 
qırx evdir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə