Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

 
131

Kişinin  şücaəti onun səyi, qeyrəti isə zillətə getməməyi 
qədərdir. 

Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer 
verməsin. 

Kim tamah libasını əyninə geysə, özünü xar edər. 

Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, 
özbaşına buraxdı. 

Kimsə öz nəfsinin  şərafətini başa düşsə, onu dünyanın 
çirkabından təmiz saxlamağa layiqdir. 

Kim Allahı tanıyarsa, mərifəti kamilləşər. 

Kim düzgün təcrübə öyrənsə, ölüm-itimlərdən salamat çıxar, 
təcrübələrdən ehtiyacsız olmağa çalışan isə  işlərin sonunu 
görməz. 

Kim təkəbbürlü olsa, alim olmaz. 

Kim özünü camaata böyük kimi göstərsə xar olar. 

Kim təqva ağacları  əksə, hidayət (doğru yola yönəlmə) 
meyvələri dərər. 

Kim təqvalı olsa kəsilmiş lütf və ehsan yağışı yenidən ona 
yağar, qaçmış  rəhmət ona tərəf qayıdar, qurumuş nemət 
bulaqları yenidən onun üçün qaynayar və asılmış bərəkət yağışı 
yenidən onun üçün yağar.  

Kim öz zəhmətinə hakim olsa, təqvalıdır. 

Kim süstlüyə tabe olsa, haqqını puç edər. 

Kim özünü Cənnətdən başqa bir qiymətə satsa dərdi-sərə düşüb. 

Kim Allaha itaəti öz malı etsə, ticarət etmədən qazanclar ona 
tərəf gələr. 

Kim varlı bir şəxsin yanına getsə  və varlılığına görə onun 
qarşısında təzim etsə, dininin üçdə ikisi aradan gedər. 


 
132

Kim Allaha etimad etsə, Allah şadlığı ona göstərər. Kim Ona 
təvəkkül etsə, Allah onun işlərini təmin edər. 

Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin 
təhlükəsinə atar. 

Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar. 

Kim vəsiyyət etsə və (öz vəsiyyətində) zülm etsə, (varisə) ziyan 
vurması, onu (vəsiyət etdiyi malı) öz sağlığında sədəqə vermiş 
şəxs kimidir. 

Kimin hakimiyyəti zülmkarlıqla olsa, dövləti çökər. 

Kim yeməyə  və  ya  su  içməyə başlayanda Allahın adını dilinə 
gətirsə, sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində 
ondan heç vaxt sual soruşulmaz. 

Kim öz üzünə ehtiyacı başqasından istəmək qapısını açsa, Allah 
onun üzünə yoxsulluğun bir qapısını açar. 

Kim zəmanəyə  əmin olub ona etimad edərsə  zəmanə ona 
xəyanət edər. 

Kim zəmanəni böyük bilərsə, zəmanə onu xar edər. 

Kim zəmanə ilə döyüşsə, zəmanə onu xar edib yerə sərər. Kim 
zəmanəyə təslim olsa, amanda  olmaz. 

Kim zəmanə ilə döyüşsə həlak olar. Kim zəmanəni məzəmmət 
etsə, özü qəzəbə gələr. 

Kim fitrə  zəkatı verərsə, bu əmələ görə, Allah-Təala həmin 
şəxsin malından verdiyi zəkatın yerini doldurar. 

Kim zülm etsə, zülmü onu məhvə sürükləyər. 

Köməklik ehtiyac qədər olar. 

Kişilərin qiyməti çətin məqamda bilinər. 


 
133

Kişinin qiyməti onun hümməti qədərdir, doğruçulluğu mərdliyi 
qədər,  şücaəti həya və heysiyyəti qədər, iffəti – paklığı isə 
qeyrəti qədərdir. 

Kişi evini və ailəsini idarə etmək üçün təbiətinə zidd olsa belə 
üç iş görməlidir: xoş  rəftar, qaydasında  əliaçıq, qeyrət və 
namus. 

Kişinin gözəlliyi vüqarıdır. 

Kimsə öz sözlərinin əməlləri sırasında olduğunu (və sorğu-sualı 
olacağını) bilsə, onun sözləri faydalı olan saya qədər azalar. 

Kim nahaq yolla mal qazanarsa, onları  əcri olmayan yollarda 
xərcləyər. 

Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş 
səhlənkarlığa tərəf çəkər. 

Kim başını  xəyanətlə qarışdırsa, zəmanə onu  özünə  məşğul 
edər. 

Kim çox zarafat edərsə, yüngül olar. 
 
 
 


 
134
 Q– 
 
 

Qəlbin islah olmasının və  təmizlənməsinin kökü şəxsin Allahı 
yad etməsindədir.  

Qane olan qul azaddır, tamahkar azad isə quldur. 

Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar. 

Qalib həvəslərə əsir olan nə qədər ağıl var. 

Qəlb gözün kitabıdır. 

Qane olun ki, əziz olasınız. 

Qoyulan hər bir bidətə görə bir sünnə  tərk edildi. Bidətlərdən 
çəkinin və aydın yolu tutun!  Ən yaxşı  iş keçmişi olan işdir. 
Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır. 

Qorxu bəladır. 

«Qoşunun bəlası başçısının əmrindən çıxmaqdır.»  

«Qazilərin bəlası tamahdır.» 

«Qənaətin bəlası xəsislikdir.» 

«Qüdrətin bəlası yaxşılıq etməməkdir.» 

«Qüdrətin bəlası zülmkarlıq və itaətsizlikdir.» 

Qiyamət günündə  ən  şiddətli  əzabı Allahın qəzavü-qədərinə 
qəzəblənən və narazılıq edən şəxs görəcək. 

Qadının cihadı ərinə yaxşı qulluq etməkdir. 

Qiyamət günü camaat bir neçə dəstəyə bölünər: onların bəziləri 
qısa müddətdə haqq-hesab olunar və  şad halda öz ailələrinin 
yanına qayıdarlar. Bəziləri vücudlarında dünyavi çirkabdan heç 
bir  şey olmadığına görə haqq-hesab olunmadan cənnətə daxil 
olar. Burada dünya çirkabına bulaşan orada haqq-hesaba 


 
135
çəkiləcək. Bəziləri də xurma çəyirdəyinin arxasının çalası  və 
xurma ilə  çəyirdəyi arasında olan nazik qabıq barədə (yəni, 
əməllərinin  ən xırda cüziyyatı xüsusunda) sorğu-sual olunacaq 
və şölələnən əzab alovuna düşəcəklər. 

Qəzəbin  şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın 
qəzəbindən amanda saxlar. 

Qardaşınızın eybini üzünə deməkdə sizin üçün heç bir maneə 
yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən 
qorxmaqdan savayı. Siz axirəti uzağa atmaq və dünyayla 
dostluqda bir-birinizlə dostlaşmısınız. 

Qardaşını ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə 
ona bəxşiş etməklə cavab ver. 

Qüdrətli olduqda güzəştcil, çətinlik və kasıblıq vaxtı  əliaçıq, 
yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə 
yetişsin. 

Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başıdır. 

Qardaşlarınızla görüşən zaman bir-birinizə  əl verin, onlara 
gülərüzlülük və  təbəssüm göstərin ki, ayrılarkən günahlarınız 
tökülsün. 

Qadın mürtəd olarsa öldürülməz, ömürlük həbsə  məhkum 
olunar. 

Qətldə ittiham olunmaqdan başqa, heç bir ittiham üçün həbs 
yoxdur. 

Qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı 
edər. 

Qeyrətlilik himmətlərin miqdarındadır. 

Qələminin ucunu yar, lələyini qalın et və onu sağ tərəfdən kəs 
ki, xəttin qəşəng olsun. 

Qəlbdə kin və paxıllığın olmaması bəndənin xoşbəxtliyidir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə