Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

 
136

Qəlbi xuşu (daxilən Allahda qorxmaq) halında olanın bədən 
üzvləri də xuşu halında olar. 

Qüdrətin zəkatı insafdır. 

Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz. 

Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi 
deyil, bir güldür. Onu əzizləməkdə  də  həddini aşma və elə 
eləmə ki, sənin yanında kiməsə şəfaət etməyə cürət etsin. 

Qadınlara çox məftun olmaqdan və dünya ləzzətlərinə 
hərislikdən çəkin çünki qadınlara çox məftun olan əziyyət və 
töhmət içində, ləzzətlərə həris olan isə xar olar. 

Qardaşın dostluqda səndən güclü olmasın. 

Qardaşları, onların pəhrizkarlıqları qədərincə sev. 

Qardaşınla  əlaqəni kəsmək istəyəndə öz dostluğundan ona bir 
az qalıq saxla ki, bir gün həmin miqdar ona məlum olanda sənə 
qayıtsın. (onun qayıtması  və yenidən birləşməsi üçün bir yer 
saxla). 

Qardaşların  ən yaxşısı öz qardaşlarını başqalarına möhtac 
etməyən kəsdir. 

Qeybət etmək aciz insanın işidir. 

Qeybətə qulaq asan qeybət edən kimidir. 

Qeyrətli insan heç vaxt zina etməz. 

Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır. 

Qəbirstanlıqla qonşu ol  ki, ibrət alasan. 

Qəflət azğınlıqdır. 

Qafilliyi üçün çəkinənin ölümü sürətlənər. 

Qəflət kimə üstün gələrsə, onun qəlbi ölər. 

Qəflətin davam etməsi bəsirət gözünü kor qoyar. 


 
137

Qəflətdən və möhlətə aldanmaqdan çəkin. Çünki qəflət işləri 
korlayır. 

Qəm-kədər qocalığın yarısıdır. 

Qəm bədəni əridər. 

Qənaət, özünü saxlamağın və  nəfsin izzətinin həddindən 
asılıdır. 

Qənaətcil olan qəmgin olmaz. 

Qəzavü-qədər Allahın sirlərindən bir sirr, gizlinlərindən bir 
gizlin, Allahın pərdəsinin arxasında və xəlq etdiklərindən gizlin 
olan əlçatmaz qalalardan biridir. 

Qiyamət günü ən ağır əzab Allahın qəzavü-qədərinə sevinməyə 
görə veriləcək. 

Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan 
peşmançılıq çəkər. Əgər peşmançılıq olmasa, dəliliyi qətidir. 

Qəzəbinə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin. 

Qəm-qüssə qocalığın yarısıdır. 

Qonşunun hal-əhvalı ilə maraqlanmaq yaxşı qonşuluğun 
əlamətlərindəndir. 

Qorxaqlıq çatışmazlıqdır. 

Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən 
pak, uzaq olan Allaha qarşı  bədgümanlıqdan yaranan pis 
xislətlərdir. 

Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır. 

Qorxu nəfsi günahlardan çəkindirər və onun itaətsizliyinin 
qarşısını alar. 

Qorxusu (və ehtiyatı) çox olan az ziyan görər. 

Qorxunun meyvəsi asayişdir. 


 
138

Quran nə  qədər təkrarlansa və qulaqlara çatsa, yenə  də 
köhnəlməz. 

Qohumluğun dostluğa daha çox ehtiyacı var, nəinki dostluğun 
qohumluğa. 

Qəflət və qürurun məstliyi başdan,  şərabın məstliyindən geç 
çəkilib gedər. 

Qəflət pərdəsi öyüdlə  kənara çəkilir. 

Qardaşına sədaqətlə  nəsihət ver, həmin nəsihət istər ona xoş 
gəlsin, istərsə də yox! 

Qeyblərdən heç nə ölüm qədər yaxın deyil. 

Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə  və 
fikirləşmək sirr saxlamaqla əldə olunur. 

Qadının surəti onun sifətində, kişinin surəti onun sözlərindədir. 

Qəlbində Allahı tanımaq və  mərifət yuvasını salanın Allahın 
yaratdıqlarına ehtiyacı olmaz. 

Qorxaq tacir ruzidən məhrum qalar, cəsarətli tacirin ruzisi olar. 

Qəlbin peşman olması günahın üstünü örtər. 

Qələbə uzaqgörənlik və güclü iradə ilə qazanılar. 

Qardaşının üzrxahlığını qəbul et. Onun üzrü olmasa da, özün bir 
üzr fikirləş. 

Qarınqulu, yırtıcı, rəhmsiz heyvan qəddar zalım hökmdardan 
daha yaxşıdır. 

Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli 
şeyləri görməkdə kor olar. 

Qəflətən edilən gecə hücumundan qorxan şəxsin yuxusu azalar. 

Qəlbi dünyadan üzmək ən böyük rahatlıqdır. 

Qüdrətin zəkatı insafdır. 


 
139

Qeyrəti olan, heç vaxt zina etməz. 

Qənaətlə padişahlığa çatmaq olar, yaxşı xasiyyətlə naz və 
nemətə. 

Qüvvəndən və bacarığından nə istifadə etdinsə o sənindir, 
başqasının deyil. 

Qiymətsiz elm dillərdə yer tutar, qiymətli elm bədəndə. 

Qənaət elə bir sərvətdir ki, heç vaxt tükənməz. 

Qardaşların pisi odur  ki, ona görə əziyyətə düşəsən. 

Qorxaqlıq naqislikdir. 

Qorxu ziyanın, xəcalət ümidsizliyin yoldaşıdır. 

Qocanın rəy və fikrini cavan dilavərin qüvvəsindən artıq 
sevirəm. 

Qiyamət günü üçün ən pis azuqə insanlara zülm etməkdir. 

Qəribədir: başqalarının dövlətinə, vəzifəsinə  həsəd çəkirlər, 
lakin onların sağlamlıqlarına heç həsəd çəkmirlər. 

Quşlardır  ki, böyüməmiş möhkəmlənməmiş tük gətirərlər. 
(qanad gətirməmiş uçarlar).  

Qan aldırmaq bədəni sağlam və ağılı möhkəm edər. 

Qafillik-nadanlıq yol itirməklikdir. 

Qəlbi çətin işlərə məcbur etsən kor olar. 

Qənaət et, ta əziz olasan. 
 


 
140
 L– 
 

Ləzzət qəflətə (Allahın və axirətin unudulmasına) səbəb olur. 

Layiqli həmdəm tapmaq gözəl səadətdir. 
 
 M– 
 

Müharibədə düşməninizlə qarşı-qarşıya gələndə,az danışın və 
Allahı çox yad edin. 

Mən Allahla görüşün müştağıyam, gözüm yolda, ümidim isə 
Onun yaxşı mükafatınadır. 

Mən öz Allahımdan nə xoş sima övladlar istədim nə də boylu-
buxunlu uşaq. Allahımdan Allaha itaət edən, Ondan qorxan 
övladlar istədim ki, onlara baxanda Allaha itaət etdiklərini 
görüm və gözlərim işıqlansın. 

Malına  ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha 
əliaçıq olanlardır. 

Mənə beyət etmək üçün gölməçənin  ətrafına toplaşan susuz 
dəvələr kimi zövqilə ətrafıma toplaşdınız. 

Məşvərətin bəlası nəzərləri bir-birinə vurmaqdır. 

Müsəlman cünub halında yatmaz və yatağına yalnız pak gedər. 
Əgər su tapmasa torpaqla təyəmmüm etsin. 

«Müsəlman özünü yalnız xəstəlik onun sağlamlığına qalib gələn 
zaman müalicə edər.» 

(Malik  Əştəri misirə vali təyin etdiyi fərmandan) Camaatın 
arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar 
camaatdan  ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın 
(istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə