Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

 
150

Nadan adamın dostu əziyyət və çətinlik içindədir. 

Nadanlığın zirvəsi camaatla düşmənçilikdir. 

Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin 
onlara hakim olmasından saxlayın. 

Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır. 

Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar. 

Nadanlıq edən şəxsin nəsihət götürməyi az olar. 

Necə də çox ibrət, necə də az ibrət götürən var. 

Nicat və xilas ixlasdadır. 

Nə qədər ki düşməndir, sına! 

Nadanlığına dair dəlil gətirə bilmədiyiniz bir kimsəyə itaət 
etmədiyinizi sizə tövsiyə edirəm. 

Nə çox qardaşın var ki, onları sənin anan doğmayıb. 

Nadan əl çəkməz heç bir qadağa və çəkindirmə ona təsir etməz 
və öyüd-nəsihət ona xeyir verməz. 

Nə çox başqalarını pis işlər görmələrinə mane olan ki həmin 
işlərdən özü çəkinmir və  nə çox öyüd verən ki, özü öyüd 
götürmür. 

Nadanlıq ən böyük dərddir. 

Nadanlıq dirilərin ölümü və bədbəxtliyin əbədiyyətidir. 

Nadanlıq hər şeyi puç edər. 

Nadanlıq bütün pisliklərin köküdür. 

Nadanın öz eyb və nöqsanından xəbəri olmaz, xeyirini istəyənin 
nəsihətini qəbul etməz. 

Nadan zahirən diri olsa da, ölüdür. 


 
151

Nadan öz nəfsi istəklərinə  və batil düşüncələrinə aldanan 
kimsədir. 

Nadan öz nəfsinin quludur. 

Nadanın işi ziyana, elmi isə azğınlığa səbəb olar. 

Nadanın ən pisi odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək, 
pisi yaxşı və xeyirxahı düşmən kimi qələmə verən zaman onun 
sözlərinə aldana. 

Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir. 

Nadanların  ən böyüyü o adamdır ki, öz məqam və  şənindən 
agah olmasın. 

Namaz Allahın rəhmətini yerə endirər. 

Namaz hər bir təqvalı üçün Allaha yaxınlaşmaq vasitəsidir. 

Namaz vaxtı səni yuxu aparanda namazını saxla və yat. Çünki 
belə halda özünə dua, yoxsa lənət etdiyini bilmirsən. 

Nemət içində olan şəxs çətinliyin qədrini bilməz. 

Nemətlər sizdən ayrılmamış onlar üçün yaxşı yoldaş olun. 
Çünki nemətlər gedirlər və yoldaşının onunla rəftarı barədə 
şəhadət verirlər. 

Nemətləri hürküdüb qaçırtmaqdan çəkinin. Çünki hər qaçan 
geri dönmür. 

Nə  qədər çox nemət verilmiş  şəxs var ki, tədricən Allahın 
qəzəbinə yaxınlaşır və nə çox bəlaya düçar olmuş şəxs var ki, 
həmin bəla ilə ona yaxşılıq edilmişdir. 

Nemət təvazökarlıqla kamilləşər. 

Nəfslərinizlə daim cihad etməklə onlara hakim olun. 

Nəfsinə arxa çevirməklə özünə üz tut. 

Nəfsin istəyi ibadət edilən tanrı, ağıl isə tərif edilən dostdur. 


 
152

Nadan, öz nəfsi istəyinin quludur. 

Nəfsi istək qəlbin kor olmasının şərikidir. 

Nəfsi, onun istəklərindən saxlamaq böyük cihaddır. 

Nəfsi istəyə, düşmən düşməninə qalib gəldiyi kimi qalib gəl və 
onunla düşmən kimi vuruş. 

Nicat şəhvətin əleyhinə olmaqda, ona qarşı çıxmaqdadır. 

Nəsihət qəbul etməkdən boyun qaçıran şəxs məhv olar. 

Niyyət işin təməlidir. 

Nifaq, şirkin qardaşıdır. 

Nə tez ötür ömür günün saatları, nə tez keçir ayın günləri, nə 
qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri. 

Nəhayət, Allah Mühəmmədi (s) şahid, müjdəçi və qorxudan 
kimi göndərdi. Uşaqlığında insanların  ən yaxşısı, orta 
yaşlarında yaradılmışların ən nəcibi idi. Əxlaq və xisləti bütün 
paklardan pak idi. Səxavətlilik və  əliaçıqlığı  səxavətlilərdən 
daha çox və daha davamlı idi. 

Nəsihətdən təsirli moizə yoxdur. 

Nə  qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının 
hamısını onun ayağı altına atma. 
Nə qədər söz var ki, yürüşdən daha kəsərlidir. 

Nə dünyasına xeyiri olan, nə də axirətində onunçün əcr yazılan 
sözlər danışan insandan heyrətə gəlirəm.  

Nadan, qoca olsa da uşaqdır. Alimsə, yeniyetmə olsa da 
böyükdür. 

Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl 
yoldaşdır. 

Nəfsin yoxsulluğu, ən pis yoxsulluqdur. 


 
153

Nəfsinin istəklərinin ardınca  gedənlərlə yoldaşlıq etmək imanın 
unudulması və şeytanın (insanın yanında) hazır olmasına səbəb 
olar. 

Nə çox yuxular var  ki, gündüzün qərarlarını bir-birinə vurub. 

Nə qədər çox zarafat var  ki, mübahisə ilə nəticələnir. 

Nə gözəldir o insan ki, aza razılaşa bəxşişi çox ola. 

Nadanlar, Allah bağışlayar deyibən günah edirlər, tövbə etməyi 
də ona görə təxirə salırlar. 

Nadanlıqdan pis yoldaş yoxdur. 

Nadandan uzaq olmaq, aqillə birləşmək deməkdir. 

Nadanlıqdan betər dərd yoxdur. 
 


 
154
 O– 
 

Ondan Allahın anılmadığı hər bir söz puçdur. 

Onun yanında özünün ehdiyaclı olmasından  şikayətlənən 
kişiyə-« Bil ki, sənə dünya malından qüvvəndən və 
ehtiyacından artıq nə yetişsə, sən onu yalnız başqası üçün 
saxlayan xəzinədarsan. 

«Onun (divarın) altında ikisinə (iki yetimə) çatacaq bir xəzinə 
var idi» Mübarək ayəsi haqda buyurub: « Həmin xəzinə, 
üzərində  aşağıdakı sözlər yazılmış bir qızıl lövhə idi: Mən, 
dünyanın və onun əhlinin hallarını dəyişkənliyini görən və yenə 
də  qəlbini ona bağlayan kimsəyə təəccüb edirəm.» 

Ona görə Allahın yanında narahat olacağın günah, 
xudpəsəndliyə  qürura dücar edəcək yaxşı əməldən yaxşıdır. 

Ona yaraşmayanı kənara qoymaq, insanın kamalındandır. 

Ona dözməli olduğun kəs sənin qardaşın deyil. 

Oğru müharibi (yəni,  əlində silah oğurluqla məşğul olan kəsi) 
öldur və narahat olma, onun qanı mənim boynumadır. 

Ona qadağan edilmiş işi yerinə yetirməsi insana nadanlıq üçün 
kifayətdir. 

Ordunun bəlası başçılara itaətsizlikdir. 

Oruc insan yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan 
da uzaqlaşmalıdır. 

O Həzrət nə vaxt iki işlə qarşılaşsaydı, onun daha çətinini 
götürərdi. 

Onun sülaləsi və  ən yaxşı sülalə,  şəcərəsi  ən yaxşı  şəcərədir. 
Həmin  şəcərənin qol-budaqları taraz, meyvələri asılmışdır. 
Doğulduğu yer Məkkə, hicrət etdiyi yer isə Teyyübədir (gözəl 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə