Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   36   37   38   39   40   41   42   43   44

 
180

Şəriətin davamlılığı yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək 
və (ilahi) hüququndan gözləməklədir. 

Şəkk və istəklərin üstün gəlməsi yəqinliyi zay edər. 

Şücaətin zəkatı Allah yolunda cihaddır. 

Şükür etmək dövlətliyə zinətdir. 

Şəhərlər vətənpərvərliklə abadlaşar. 

Şücaət, zillətdən utanmağın qədərincədir. 

Şücaətin bəlası uzaqgörənliyi tərk etməkdir. 

Şükr var dövlətin zinəti, səbr çətinliyin zinətidir. 
 
 T– 
 

Tövbə etmək ruzini artırar. 

Tövbə edin ki, ruzi verilsin. 

Təğvadan yüksək heç bir başıucalığ yoxdur. 

Təqva kimi alicənablıq və kəramət yoxdur. 

Tündməzaclığı  kənara qoy, səbəbini fikirləş, özünü boş  və 
mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan. 

Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları 
doğru, geyimləri orta səviyyəlidir. 

Tovhid (tək Allahlıq) cana həyat bəxş edəndir. 

Tezliklə Müaviyə sizə hakim olacaq deyə, Mövla Əli buyurdu. 
Dedilər: Bəs onda onunla nə üçün vuruşuruq? Buyurdu: 
Camaata bir hakim lazımdır, istər yaxşı  əməl sahibi olsun, 
istərsə də pis! 


 
181

Təvazökarlıq dua üçün necə də gözəl köməkçidir. 

Tənhalıq ibadət əhlinin asayişidir. 

Təqdir hesab-kitabımıza o qədər üstün gələr ki, uzaqgörənlik və 
çətinliyə səbəb olar. 

Tez qaçacağına görə qorxağın müharibəyə getməsi rəva deyil. 
Əksinə, nə ilə  vuruşmaq istəməsinə baxmalı və onu başqasının 
ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşcünün əcr və 
savabı qədər savab qazanar və onun (döyüşcünün) əcrindən də 
heç nə azalmaz. 

Təzə ən böyük imkan ağıldır, ən böyük kasıblıq isə ağılsızlıqdır. 

Tərifləyəndə müxtəsər, pisləyədə də qısa et 

Tamahkarlıq əbədi köləlikdir. 

Tamahkar xarlığa düçar olandır. 

Tamahkardan zəlil adam yoxdur. 

Təqva və tamahkarlıq bir yerə sığmaz. 

Tanımaq qəlbin işığıdır. 

Tanımanın son həddi qorxudur. 

Tovhid ruha həyat bəxş edəndir. 

Tovhid elə bir şeydir  ki, onu təsəvvürə (qavrayışa) 
gətirməyəsən. 

Təcrübələr qazanılan elmlərdir. 

Təkəbbürlü insan bəhrəsiz dostlardandır. 

Təqva əxlaq və xislətlərin başcısıdır. 

Təqva Allahın öz bəndələrindən razılığının son həddi və 
yaratdıqlarından olan istəyidir. 

Təqvadan əziz lütf yoxdur. 


 
182

Təqvanın dünyaya vurğun qəlbdən yerləşməsi haramdır. 

Təqva insanın onu günaha sürükləyən hər bir şeydən 
çəkinməsidir. 

Tələskənlik büdrəməyə səbəb olar. 

Tələskənlikdə büdrəyişlər çox olar. 

Təmiz paltar qəm-kədəri aradan aparır və namazın 
paklıqlarındandır. 

Tənbəllikdən uzaq duran həmişə canlı və çalışqandır. 

Tənbəllik axirəti puç edər. 

Tənbəllik süstlükdən törəyər. 

Tərslik düşüncəni kəsər. 

Tərs adamın fikri və düşüncəsi yoxdur. 

Tərs adamın uzaqgörənliyi olmaz. 

Tərslik müharibələr törədər və qəlbləri kinli edər. 

Tərslikdən çəkin  ki, üzü üstə düşməkdən xilas olasan. 

Tərslik edən və bu tərslikdə israrlı olan, Allahın qəlbinə 
(qəflətdən) pərdə  çəkdiyi, başının üstünü ağır hadisələrin 
haqladığı bəxtidönmüşdür. 

Ticarət işləri ilə  məşğul olun ki, ticarət sizi başqalarının 
malından ehtiyacsız edər. Allah-Təala işində doğru olan peşə 
sahibini sevər. 

Təvazökarlıq kimi şərəf yoxdur. 

Təvazökarlıq fəzilətlərin (camaat arasında) yayılmasına səbəb 
olur. 

Təvazökar ol! Çünki o ibadətlərin ən böyüklərindəndir. 


 
183

Təvazökarlığın səmərəsi məhəbbət, təkəbbürlüyün səmərəsi isə 
söyüş eşitməkdir. 

Təvazökarlıq sənə vüqar və əzəmət paltarı geyindirər. 

Təvazökarlıqla işlər qaydasına düşər. Təvazökarlıq fəziləti 
yayar, təkəbbür isə alçaqlığı üzə çıxarar. 

Təvazökarlığa yalnız sinənin salamat olması (və pak qəlbi) ilə 
çatmaq olar. 

Təvazökarlıq elmin səmərəsidir. 

Təvəkkül hikmətin qalasıdır. 

Tövbə günahları təmizləyər və qəlbi yuyar. 

Tövbə (etmək uğuru) verilmiş  şəxs onu qəbul edilməsindən 
məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş  şəxs isə 
bağışlanmaqdan məhrum qalmaz! 

Tövbə dörd sütun – qəlbdə peşmançılıq (keçirmək), dil ilə 
bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) 
qayıtmamaq qərarı üzərində dayanmışdır. 

Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük 
təhlükə qarşısındadır. 

Töhmətə səbəb olan və barəsində pis günahlar edilən məclislərə 
getməkdən çəkin. Çünki pis dost öz yoldaşını aldadar. 

Töhmətə  səbəb olan yerlərdə dayanan kəs onun barəsində pis 
gümana düşən şəxsi məzəmmət etməməli, qınamamalıdır. 

Təcrübənin qorunması müvəffəqiyyətdəndir (amillərindəndir). 

Toxluq pəhrizkarlığı kor edər. 

Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır. 

Təvəkkül etmək yəqinliyin qüvvətindəndir. 

Tamahkar xar və zəlildir. 


 
184

Tamahkar əbədi quldur. (tamahın quludur) 

Təəccüb edirəm  o adama ki, başqalarının ölümünü görə-görə 
öz ölümünü yada salmaz. 

Təəccüb edirəm o adama ki, danışığı  nə dünyada faydalı olar, 
nə də axirəti üçün savab yazılar. 

Tez-tez görüşməklik inciklik gətirər. 

Tamahkarlığı şüar edən özünü kiçildər. 

Tünd xasiyyət dəliliyin əlamətidir, ona görə tünd xasiyyət adam 
peşman olar. Əgər peşman olmasa, onda dəliliyi  yerindədir 
(dəlidir). 

Tikdiyi  əzəmətli bina ilə dövlətlilər pullarının başlarını 
ucaltdılar (aşkar etdilər). 

Ta yəqin etməsən başqa adamdan eşitdiyini söyləmə, yalançı 
olarsan. 

Təkəbbürlü adamı, heç kəs tərif etməz. 

Tamahkar adam, haramdan əl çəkməz. 

Tövbədən yaxşı şəfaətedici yoxdur. 

Tamahkar adam yaramaz olar. 

Tamahkar adamın həyası olmaz. 

Tamah olan başda, ağıl olmaz. 
 
 
 U– 
 

Uca olan Allahla görüşü sevən dünyanı yadından çıxarar. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə