Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

 
83
qurdu. Onun izzəti ilə digər dinləri xar etdi və onu ucaltmaqla 
başqa məzhəbləri aşağı endirdi. 

Hər kimə isməti ilham olunarsa, büdrəyişlərdən amanda 
qalacaqdır. 

Hikmətin özü bir ismətdir. İsmət isə bir nemətdir. 

Hər kim camaatdan kənara dursa, zərərlərindən amanda qalar. 

Həqiqi qardaş  və yoldaşlarını qoru. Çünki onlar asayiş 
dövrünün ehtiyatı, bəla günlərinin qalxanıdırlar. 

Hansısa bir işə görə  səninlə dostluq edən kəs həmin işə nail 
olduqdan sonra sənə arxa çevirər. 

Hər səhvə görə qardaşlarından ayrılan kəsin dostları azalar. 

Həqiqətən, Allahın möminə qarşı qeyrəti var. Belə isə qeyrətli 
şəxs də qeyrətli olsun. Çünki qeyrətsiz adamın ürəyi alt-üstdür. 

Heç bir dərd ürək üçün günahlar qədər ağrılı deyil. 

Həqiqətən, Allahdan qorxu sizin qəlblərinizin dərdinin 
dərmanıdır. Qəlblərinizin gözünü açan bədənlərinizin 
xəstəliklərinə  şəfa verən, sinələrinizin puçluğunu aradan 
götürən canlarınızdakı çirkinlikləri təmizləyən və gözlərinizdən 
korluğu siləndir. 

Həsəd çəkən  şəxs qədər məzluma daha çox oxşayan zalim 
görmədim. Onun canı yorğun, qəlbi narahat və  qəm-qüssəsi 
daimi olar. 

Hövsələsizlik etməkdən çəkin ki, o ümidü kəsər, əməli zəiflədər 
və qəm gətirər. 

Heç bir xəzinə qənaət qədər zəngin deyil. 

Heç kəsi qorxutmayan kəs, heç vaxt qorxmaz. 

Hər qəlbi olan ağıllı, hər qulağı olan eşidən və gözü olan görən 
olmaz. 


 
84

Heç bir xəzinə ağıl qədər deyil. 

Hər kim öz gününü axirətin qəm-qüssəsi ilə başlayarsa, 
imkansız olsa da imkanlı olar, kimsəsiz olsa da tənha qalmaz
eli-obası olmasa da qüdrətli olar. 

Hər bir kişi öz tabeliyində olanlara və ailəsinə görə sorğu-sual 
olunacaq. 

Haqq sözü danışmaqdan, ya ədalətli yol göstərməkdən 
çəkinməyin. Çünki ixtiyar sahibi olan böyük Allah məni hifz 
edib qorumasa,  xəta və səhvdən amanda qalmaram. 

Heyrətlənirəm o kəsə ki, özündən yuxarıdakının rəhminə  və 
mehribanlığına ümidvar olur, amma necə  də özündən aşağı 
olanlara rəhm etmir. 

Heç bir qulağın kənara atmadığı  və heç bir xeyrin onunla 
bərabər ola bilmədiyi öyüd, danışan dilin susması əməl dilinin 
danışdığı öyüddür. 

Heç bir vacib əməldə  səhlənkarlıq, heç bir müstəhəbdə isə 
məcburiyyət olmamalıdır. 

Hərislik, qarınqululuq və simiclik cahilliyin nəticəsidir. 

Həqiqətən, nadan o kəsdir ki, nəfsi istəkləri onu özünə qul 
etmişdir. 

Hər bildiyin şeyi danışma, bu nadanlığın nişanəsidir. 

Hər bir kəs bilmədiyi şeyi pisləyər. 

Həqiqətən, ilahi təqva sizin qəlblərinizin dərdinin dərmanı.… 
və nəfslərinizin çirkinliklərini təmizləyəndir. 

Həqiqətən, fitnələrin başlanğıc nöqtəsi nəfsi istəklərə tabe 
olmaq və hökmlərdə bidət qoymaqdır. 

Hikmət (ağıl) hər nə qədər güclənsə şəhvət və nəfsi istəklər bir 
o qədər zəifləyər. 


 
85

Hər hansı bir eybdən pak və uzaq olmaq şəhvət və  nəfsi 
istəklərə hakim olmaqla mümkündür. 

Hər bir haqq işdə bir həqiqət var, hər bir düz işdə bir nur. 

Hər gün ömrünün və canının azaldığını görən və bununla belə 
ölümə hazırlaşmayan kimsəyə heyrət edirəm. 

Hökmdarların  ən yaxşısı, öz nəfsinə hökmran olanı  və  ədaləti 
yayandır. 

Hər kim öz hakimiyyətini dininə xidmətinə çevirsə, hər sultan 
ona müti olar. Kim öz dinini hakimiyyətinə xidmətə çevirsə, hər 
insan ona tamah salar. 

Hakimiyyət  ədalət üzərində qurularsa və  ağıl sütunlarına 
söykənərsə Allah onu sevənlərə kömək olar, düşmənlərini isə 
kimsəsiz qoyar. 

Hər kim Allahın onunçün təqdir etdiyinin onun əlinə 
yetişəcəyinə əmin olarsa, qəlbi rahatlıq tapar. 

Həqiqi alicənab odur  ki, elmi və biliyi ona böyüklük bəxş etsin. 
Həqiqi rəhbər öz Allahından qorxandır. 

Hər canlının öz ruzisi var. 

Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər. 

Hər kəsə günahlarının bağışlanmasını diləmək verilibsə, əfvdən 
məhrum qalmaz. 

Hərgah düşmənindən qüdrətli olsan, ona güzəştini ondan 
qüdrətli olmağının şükrünə çevir. 

Haqq-Cənnət yoludur, batil od yolu və  hər bir yolun üzərində 
dəvət edən var. 

Həya pisliyə mane olar. 

Həya iffətliliyin səbəbidir. 


 
86

Həzrət Adəmə kimi insanların hamısı bir-biri ilə bərabərdilər. 

Həya libasını gey və vəfadarlıq zirehini əyninə keçir. Qardaşlığı 
saxla və qadınlarla az söhbət et  ki, yüksək məqamın 
kamilləşsin. 

Həyatın ləzzəti sağlamlıqla dadılır. 

Həqiqətən, siz bir-birinizə qarışacaq və (sonra) xəlbirdən 
keçiriləcəksiniz ki, aşağıda olan üzə çıxsın və yuxarıda olan alta 
getsin, geridə qalanlar qabağa keçsinlər və qabağa keçənlər 
geridə qalsınlar. 

Hər bir çətinlik və müşkül zamanı «Uca və Böyük Allahdan 
başqa bir güc və qüdrət yoxdur» de. (Belə deyəndə) həmin 
çətinlik aradan qalxır. 

Hörmət edilib, sayılan hər adsız-ünvansız bəndənin xoşa halına! 
O, camaatı tanıyır, camaat isə onu tanımır. Allah onu Özündən 
razı kimi tanıyır (Allaha razı  bəndədir). Belə insanlar doğru 
yolun çıraqlarıdır. 

Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə 
siyasətlə davranmalıdır. 

Haqqı tapdığım andan bəri Onda şəkk etməmişəm. 

Heç bir ixlası bəndə şübhəyə düçar olmadı və heç bir yəqin əhli 
şəkkə düşmədi. 

Həqiqətən, şücaətin bir həddi var. Əgər onu aşsalar qorxmazlıq 
olar. 

Hər bir nemətin  şükrü Allahın haram etdiklərindən 
çəkinməkdir. 

Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı 
başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini 
üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə