159
Öz nəfsini ibadət etmək üçün aldat, onunla mülayim rəftar et
onu zorla ibadətə vadar etmə. Yalnız sənə vacib edilmiş
ibadətlərdən başqa, onu asudə və şad vaxtı ibadətə tut. Belə ki,
vacibləri vaxtında yerinə yetirməli və onlardan ehtiyatlı
olmalısan.
Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü
çox yad edin ki, müsibətlər sizə asan olsun.
Öz şəxsiyyətinə hörmət qoyan kəs, xar olmaz.
Özünə hörmət qoyan kimsənin gözündə nəfsi istəklər dəyərsiz
olar.
Öz şəhvət və nəfsi istəklərinin ixtiyarı əlində olmayan kəs öz
ağlının da sahibi olmaz.
Özün tərəfindən özünə nəzarətçi, gözətçi təyin et ki, özünün və
dilinin mühafizə edən olsun.
Öz dini, fikri, əxlaqı və tərbiyəsindəki nöqsanları hesablamaqla
onları öz sinəsində, ya da yazılı surətdə toplayıb və aradan
götürülməsi şəxsin öhdəsinə düşür.
Öz ordusuna kömək etməkdən əl çəkən şəxs düşmənlərinə
kömək edib.
Ölümlə dünya başa çatır.
Ölüm axirətin darvazasıdır.
Ölüm üçün hazırlıq görün. Çünki ölüm öz kölgəsini başınızın
üstünə tutmuşdur. Elə bir dəstə kimi olun ki, onların üstünə
qışqırdıqda yuxudan ayıldılar və dünyanın onların sarayı
olmadığını başa düşdüklərinə görə də onu (başqa dünya ilə)
dəyişdilər.
Ölümdən və onun çətinliklərindən əvvəl bir iş görün və o
çatmamış, onun hazırlığını görün. O aşağı enməmiş hazır olun.
160
Ölümün vəsf edilməkdən, ya da dünya əhlinin ağlı ilə
ölçülməkdən xaric çətinlikləri var.
Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu
Allaha ibadət yolunda keçirəsən.
Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin
fikrini çək.
«Özünü göstərməkdən Adəm övladına nə? Başlanğıcı nütfə və
sonu murdar ətdir. Nə özünə ruzi verə bilər, nə də ölümünün
qarşısını ala bilər».
Öz nəfsini fəzilətləri qəbul etməyə məcbur et. Çünki fəzilətlər
sənin təbiətində qoyulmuşdur.
Öz rəyində inadkarlıq edən məhv olar, böyüklərdən məsləhət
alan isə onların ağıllarına şərik olar.
Öz etimad etdiyin kəsdən başqa heç kimə sirr vermə.
Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini
saxlamağa qüdrəti çatmaz.
Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə
verməklə müalicə edin.
Övladlarınıza kimin süd verdiyinə diqqət yetirin. Çünki körpə
ona süd verənin təbiəti ilə inkişaf edir.
Öz körpənizi əxlaqsız və dəli qadınların südündən uzaqlaşdırın.
Çünki süd öz təsirini göstərir.
Özünüdərk ən faydalı tanımadır.
Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni
qazanmışdır.
Özünü tanımayan kimsə başqasını necə tanıyacaq?.
Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.
Özünü tanıyan Allahı da tanıdı.
161
Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.
Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.
Özünə əminlikdən çəkin. Çünki bu şeytanın ən böyük
tələlərindən biridir.
Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyüyən
itaətkardan daha yaxşıdır.
Öz əlində olanı qorumağın, məndən ötrü başqasının əlində olanı
istəməyindən yaxşıdır. Ümidini kəsmək də camatdan
istəməkdən yaxşıdır.
Özünü dostluqda sadiq et. Özünü camaatın zəhmətlərinə (və ya
xiffətlərinə) dözməyə vadar et.
Öz nəfsini yumşaqlıqla ibadətə vadar və onunla mülayimliklə
rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa,
onunla güclə danışma və sakit, şad olan vaxtı ibadət et. Belə
hallarda onları yerinə yetirməli və vaxtında əda etməlisən.
Ölkələr vətən sevgisi ilə abad olublar.
Öz yaxşılığını öldürməklə (və unutmaqla) onu dirilt.
Öz yoxsul qardaşlarınızı təhqir etməyin. Çünki mömini həqir
saysa, o, tövbə etməyincə Allah onların ikisini cənnətdə bir
araya gətirməz.
Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan
kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.
Öz mallarınızı zəkat verməklə qoruyun.
Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və zəiflik heç vaxt. Azla
kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç
vaxt.
Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz
problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir.
162
Öz qəlbindən pisliyi sildiyin kimi, başqasının da qəlbindən sil.
Özünü bəyənmək ağlın azlığına dəlalət edir.
Özünü bəyənmək şərəf və fəzilətin qarşısını alır.
Öz qədrini bilən adama, ölüm qorxulu deyil.
Özündən razı olan, istəyinə çatmaz.
– P–
Pak və müqəddəs Allahın kərəmi onun hikmətinə zidd deyil.
Buna görə hər dua qəbul olunmur.
Pak olan Allah ədaləti camaatın (həyatına) güc qüvvə verəninə,
haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, islamda
asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir.
Pak və Uca Allaha pənah gətirənlərin istifadə etdiyi ən yaxşı
vasitə Allaha, onun Rəsuluna iman, günahları pak edən gizli
sədəqə eləcə də pis ölümün qarşısını alan aşkar sədəqədir.
Pak və Uca olan Allahı tanımaq biliklərin ən üstünüdür.
Pak və müqəddəs Allahın bəndələr üzərində qoyduğu haqqı
bəndələrin Ona itaət etməsidir. Bunun müqabilindəsə fəzl və
lütfü ilə onlar üçün öz mükafatını dəfələrlə artırmağı onların
haqqı etmişdir.
Peyğəmbərimizin Əhli-Beytinə baxın, onların yol və
üslubundan ayrılmayın. Onlardan qabağa keçməyin ki, yolu
azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız.
Peyğəmbər (s) bir kişinin göyərçin uçurtduğunu gördü.
Buyurdu: «Şeytan şeytanın dalınca gedər».
Peyğəmbərin (s) gülüşü təbəssüm idi.
Dostları ilə paylaş: |