163
Peyğəmbər (s) buyurmuşdur: İki səs lənətlənib və Allah onlara
nifrət edir: müsibət vaxtı ahuzar edib şivən qoparmaq və nemət
vaxtı (məstliyindən) səslər çıxarmaq. Yəni, hələ çəkmək və
batil mahnılar oxumaq.
Peyğəmbərin (s) «Gecə namazı nurdur» sözünü eşitdiyim
vaxtdan gecə namazını tərk etmədim. İbn Həvva soruşdu:
«Hətta hərir gecəsi də?» Buyurdu: «Bəli, hətta hərir gecəsi də.»
Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab
altındadır.
Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda
olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin
əvvəlində qibtə edir, lakin gecənin axırında onun halına
ağlayırlar.
Pəhrizkarlığın bəlası qənaətin azlığıdır.
Pisliyə yaxşılıqla cavab verməyən böyük insanlardan deyil.
Pis qadınlardan qorxun və onların yaxşılarından çəkinin. Əgər
sizi bir xeyir işə çağırsalar qulaq asmayın ki, haramda və pis
işlərdə itaət etməyinizə tamahlanmasınlar.
Pis əməl sahibini (və ya sənə pislik edəni) yaxşı əməlin ilə
düzəlt və onu xoş və gözəl danışığınla xeyir və yaxşılığa
istiqamətləndir.
Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz
qalmasına səbəbdir.
Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar
olar.
Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz
ixtiyarına almışdır.
Pis adamlarla yoldaşlıq, yaxşı insanlara münasibətdə
bədgümanlıqla nəticələnər.
164
Pisliklərdən çəkinmək yaxşılıq etməkdən üstündür.
Parçanı geymək üçün toxuyan, ancaq ona kəfən olan, yaşamaq
üçün ev tikən, ancaq qəbri olan qafil nə qədər də çoxdur.
Paltarları yumaq qəm-qüssəni aparar.
Padşahların işi, qoşunundan əvvəl öz siyasəti və tərbiyəsi ilə
məşğul olmaqdır.
Padşahların eybi pis rəftar, vəzirlərin eybi isə pis fikirləridir.
Paxıllıq ruhun zindanıdır.
Paxıllıq ən pis xəstəlikdir.
Paxıllıq alçaqlıqların başıdır.
Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir.
Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün
nemət bilər.
Paxılın çəkdiyi ona bəsdir.
Paxıl çox təəssüflənər və günahları ikiqat artar.
Paxıl ağalıq etməz.
Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə
paxılın mükafatıdır.
Pislik edən, pislikdən daha pisdir.
Pis tədbir tökmək viran olmağın səbəbidir.
Pis yerlərə get-gəl edən şəxs pis güman və töhmətə məruz qalar.
Pis əməllərdən çəkindirin və özünüz də ondan çəkinin. Çünki
sizə əvvəlcə özünüzün çirkin əməllərdən çəkinib sonra
başqalarını çəkindirməniz əmr olunmuşdur.
Pis əməllər törədənə ürəyi, əli və dili ilə etiraz etməyən dirilər
arasında bir ölüdür.
165
Pərdələr də açılsa (Allahtanımada) mənim yəqinliyimə heç nə
artmayacaqdır.
Paklıq, günahdardan uzaq olmaqdır.
Padşahlar yer üzündə Allahın gözətçiləridir.
Pislik ilə qalib gələn şəxs məğlubdur.
Pislik edənə yaxşılıq etməklə əziyyət ver.
Paxıllıq və dar gözlük ardır.
Pərişanlığı aşkar edən özünü xar edər.
Padşahlarla ehtiyatsızlıq qığılcım kimi yandırıcıdır.
Pis xəbəri heç kimə çatdırma.
Pis işi təxirə sal, çünki istədiyin vaxt edə bilərsən.
Padşahların verdiyi az hədiyyə başıucalıq və iftixardır. Amma
alçaq adamların çox hədiyyəsi insan üçün ar və xəcalət gətirər.
Paxıl adamın rahatlığı olmaz.
Paxıl adam, günahsız adama də qeyzli olar.
166
– R–
Rəhbərliyin əlaməti sinənin (ürəyin) genişliyidir.
Rəhbərlərin (idarəçilərin) bəlası siyasi acizlikdir.
«Riyazətin (zahidliyin) bəlası adətin hakim olmasıdır.»
«Rəiyyətin bəlası itaətsizlikdir.»
Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə
ölçülər.
Ruzi bölünmüşdür, həris isə məhrumdur.
Rəhm et ki, sənə rəhm etsinlər.
Razılıq necə də gözəl yoldaşdır.
Razılığın kökü, Allaha könül şadlığı ilə etimad etməkdədir.
Razılıq qəmi aparar.
Rəhbərlərin dəyəri və fəziləti ibadətin gözəlliyindədir.
Riyakarın üç nişanəsi var: insanları görəndə sevincək olar, tək
qalanda halsız və tənbəl, hər bir işdə də təriflənməyini istər.
Ruzinin azalıb çoxalmasının ixtiyarı ruzi verən Allahdan başqa
heç kəsin əlində deyil.
Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zamin olunmuşdur.
Ruzi, onu axtarmayanın sorağındadır.
Ruzi iki növdür: birinci, sənin onun dalınca getdiyin ruzi, ikinci
də onun sənin arxanca gəldiyi ruzi. Əgər sən də onu
axtarmasan, özü sənin yanına gələcək.
Ruzi iki cürdür: birini sən axtarırsan, ikincisi isə səni axtarar.
167
Ruzini sədəqə verməklə başınızın üzərinə endirin.
Rəhbərlər yer üzündə Allahın hökmlərini qoruyanlardır.
– S–
Sübhan olan Allahı yad edən kəs, Onunla yoldaşdır.
Sənə Allahı yad etməyi tövsiyyə edirəm. Çünki O, qəlblərin
nurudur.
Sübhan olan Allah özünü yad etməyi qəlbləri cilalayan vasitə
etmişdir; qəlblərin ağır eşidən qulaqları Allahı yad etməklə
açılar, qəlblərin zəif gözləri onun vasitəsilə işıqlı və iti görən
olar, inadkar və dava axtaran qəlblər Allahı yad etməklə ram
olarlar.
Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar
(məysir) sayılır.
Səni Allahın zikrindən yayındıran hər bir şey şeytandır.
Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm
özləri azıblar,həm də başqalarını azdırırlar, özləri büdrəyiblər
və başqalarını da büdrədərlər.
Sənin dilin, səndən elə adət etdiyini istər,nəfsin isə ona
öyrəşdiyi şeyi dilər.
Siyasətin ən mətini adətləri dəyişməkdir.
Sənin elçin sənin ağılının göstəricisi və məktubun ən aydın
danışan carçındır.
Sizinlə möminin arasında qəflətdən pərdə var.
Sizlərdən kim gözəl bir qadın görsə və ondan xoşu gəlsə, gedib
öz xanımı ilə yaxınlıq etsin. Çünki gördüyünün bənzəri sənin
öz xanımında da var. Şeytana öz qəlbinə girmək üçün yol
Dostları ilə paylaş: |