Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

 
102

İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar. 

İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu 
bir neçə dəfə artar. 

İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir. 

İmam Əli (ə) İmam Həsənə (ə): yeniyetmənin qəlbi, səpilən hər 
bir  şeyi qəbul edən boş yer kimidir. Buna görə  də  mən sənin 
qəlbin bərkiməmiş  və zehnin (başqa  şeylərlə) məşğul olmamış 
səni tərbiyə etməyə başladım. 

İmam  Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından) : 
Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir. 
İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona 
hörmət məsələsində həmrəydirlər. 

İmanın  ən üstünü əmanətdarlıq,  ən pis xislət isə 
xəyanətkarlıqdır. 

İmam  Əli (ə)  İbn Mülcəm onu yaraladıqdan sonra övladları 
Həsən və Hüseynə  (ə) buyurdu: «Bu əsiri zindana salın, ona 
yemək və su verin və əsirlikdə onunla xoş davranın». 

İmam  Əli (ə) (Mömini vəsf edərkən): «Boş vaxtı olmaz» 
buyurmuşdur. 

İnsanlar qəzəb və  bəlalar nazil olanda, nemətlər  əllərindən 
çıxanda doğru niyyətlərlə, müştaq qəlblərlə Allaha pənah 
aparsalar, heç şübhəsiz, (Allah) əllərindən çıxan hər bir şeyi 
geri qaytarar. Onlar üçün hər bir fəsadı islah edər. 

İmam  Əli (ə) (Qusəm ibn Abbasa məktubundan): «Səhər və 
axşam onlarla əyləş və səndən hökm, sual soruşanlara fətva ver, 
nadanı öyrət və bilikli ilə elmi söhbət apar». 

İnsaflı olmaq fəzilətlərin ən üstünüdür. 

İşlər öz zamanlarının girovlarıdır. 


 
103

İki nemətin qədrini onu əldən verən  şəxsdən başqa bir kimsə 
bilməz: cavanlığın və sağlamlığın. 

İnsanların, dostlarının ürəklərini  ələ almaları  və düşmənlərinin 
qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla 
qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları 
ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etməlidir. 

İnsanın gümanı onun əqli qədərdir. 

İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında) 
: «Həqiqətən, xəsislik, qorxaqlıq və  hərislik kökündə dayanan 
Allaha bədgümanlıq ayrı-ayrı xasiyyətlərdir». 

İman bədgümanlıqla uyğun gəlməz. 

İmam  Əli (ə)  ən böyük (kəbirə) günahlar barədə verilən suala 
cavabında: «Allahın məkrindən (möhlət və  əzabından) qafil 
olub özünün amanda olduğunu sanmaq, Allahın köməyindən 
məyus olmaq və Allah rəhmətindən ümidinü üzmək». 

İmam  Əli (ə) (uşaqların xəstəliyi barədə): onların - ata və 
analarının günahlarının kəffarəsidir. 

İnsanların günahlardan ən çox çəkinəni, yalvarıb-yaxarmaqdan 
uzaq olanıdır. 

İlahi! Məryəm oğlu İsa xaçpərəstlərdən bezdiyi kimi mən də öz 
haqqımda ifrata varanlardan bezmişəm. İlahi! Onları həmişəlik 
tənha və köməksiz qoy və onların heç birinə kömək yetirmə. 

İmam Əli (ə) (Qazi Şureyhə xitabən): «Ey Şureyh! Sən elə bir 
yerdə oturmusan ki, orada peyğəmbər, peyğəmbərin vəsisi 
oturur. Amma sənin kimi bədbəxt birisindən başqa qeyri kimsə 
əyləşməz. 

İmam  Əli (ə) (Malik Əştərin Misirə hakimlik təyinatı barədə 
fərmanından): Camaata hakimlik üçün, rəiyyət içində  ən yaxşı 
və  ən üstün saydığını seç! Elə birisi olsun ki, işlər onu 
karıxdırmasın (ixtilafların həllində aciz qalmasın), iddia 


 
104
tərəfləri (mübarizələri) onu öz rəyində  tərsliyə  və inadkarlığa 
məcbur etməsin. Ayağı büdrəməsin və haqqı tapdayanda (öz 
hökmünün səhv olduğunu anladıqda) haqqa qayıtmaqdan 
çəkinməsin.  Özünü tamahın uçurumuna atmasın və işlərin səthi 
dərki ilə kifayətlənməsin, onu dərindən və dəqiq başa düşməyə 
çalışsın.  Şübhəli hallarda hamıdan artıq ehtiyatlı olsun. 
Hamıdan daha çox dəlil və sübut axtarsın.  Şikayətçilərlə 
üzləşməkdən bezməsin, iddialardakı  həqiqətləri  tapmaqda 
hamıdan dözümlü olsun. Həqiqət aydınlaşdıqda (hökm 
çıxarmaqda) hamıdan daha artıq qətiyyət göstərsin. Elə insan 
olsun ki, mədh və sitayiş onu aldadıb xudbinləşdirməsin, təşviq 
və  təhrik onu hansısa səmtə meyilləndirməsin.  Əlbəttə belə 
insanlar azdır. Onda özün onun hakimliyinə çox nəzarət et. 

İmam  Əli (ə) (Şureyhə xitabən): Müsəlmanlara qarşı 
baxışlarında, danışığında, oturub-durmağında bərabərliyə riayət 
et ki, yaxınların sənin müdafiənə  və (zülmünə) ümidvar 
olmasın, düşmənlərin sənin ədalətinə ümidlərini itirməsin.  

İmam  Əli (ə) (Əbu  əl-Əsəd Doəliyə «xəyanət və cinayət 
törətmədiyim halda, məni qazılıqdan niyə uzaqlaşdırırsınız?» 
sualına cavabında) «Çünki gördüm ki, sən səsini qarşı  tərəfin 
üstünə qaldırırsan». 

İmam  Əli (ə) (Şureyhə xitabən): Məbada hakimlik iclasında 
yorğunluğunu və narahatlığını bildirəsən. Bu elə bir yığıncaqdır 
ki, Allah onda mükafar qərar vermiş, düzgün hakimlik edən 
üçün gözəl ehtiyat nəzərdə tutmuşdur. 

İmam Əli (ə) (Şureyhə xitabən): qəzavət yığıncağında kiminləsə 
pıçıldaşma,  əgər  əsəbləşsən, dur get və  qəzəbli halda heç vaxt 
hakimlik etmə. 

İmam Əli (ə) (Şureyhə xitabən): Nəsə bir şey yeməmiş qəzavət 
məclisində əyləşmə. 


 
105

İmam Əli (ə) oğlu Hüseynə (ə) tövsiyələrindən: Sənə dövlətli və 
yoxsul vaxtında Allahdan qorxmağı,  şad və  qəzəbli olanda da 
haqqı deməyi tövsiyə edirəm. 

İmam kiməsə  cəza verdikdən sonra onu həbs edərsə, bu zülm 
olar. 

İmam  Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: Sizi 
Allaha and verirəm!  Sizi Allaha and verirəm!   Rəbbinizin 
evinin haqqına riayət edin. Nə  qədər ki, sağsınız. Həcci 
nəzərinizdən buraxmayın.  Əgər həcc tərk olunarsa, sizlərə 
verilməyəcək. 

İstəyirsinizmi ki, Allah və Onun peyğəmbəri yalançı 
sayılmasın?! Onda camaatın başa düşdüyü hədisləri söyləyin və 
onlara dərk edə bilmədikləri, inkar etdikləri  şeyləri 
söyləməkdən çəkinin. (Əks halda, hədisi inkar edəcəklər və 
onun inkarı Allahı, peyğəmbəri və imamı yalançı hesab etmək 
kimidir. 

İmam  Əli (ə) «Hərislik nədir?» - sualının cavabında: Çoxu 
əldən verməklə azı əldə etmək. 

İnsanların ən ağıllısı onların ən həyalısıdır. 

İmam  Əlinin (ə) oğlu Həsənə  (ə) buyurduqlarından: Gözləri 
naməhrəmləri görməsin deyə, qadınları  pərdə arxasında saxla. 
Çünki, nə qədər çox pərdə arxasında qalsalar, sənə və onlara bir 
o qədər yaxşıdır.  Onların kənara çıxması  əmin olmadığın 
kişiləri onların olduğu yerə gətirməyindən daha pis deyil. Əgər 
bacarsan elə et ki, onlar səndən başqa heç bir kişi tanımasınlar. 

İnsanın dəyəri, onun himməti qədərdir. 

İmam  Əli (ə) münafiqləri təsvir etdiyi xütbəsindən: Onlar 
şeytan dəstəsi və cəhənnəm alovunun şöləsidir. Onlar şeytanın 
qoşunudur. Bilin ki, şeytana tabe olanlar məğlublar və ziyana 
uğrayanlardır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə