Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
49
nəcibliyi böyük dənizlər kimi hədsiz, ümmanlar kimi sahilsiz
idi.
Mahmud Ağadan bəhs edən müəlliflər bir faktı da qeyd
edirlər ki, o, ömrünün bir gününü də musiqisiz keçirməz, necə
deyərlər, «Şüştərlə» yatıb, «Osmanlı» ilə oyanırmış. Görəsən
niyə? Mirzə Məhəmməd Həsənin «Şuru», «Cahargah»ı,
Zülfüqarın «Gəray»ısı, Çopur Nəcəfqulunun «Humayın»ı,
Cabbarın «Orta Mahuru», Haci Hüsnünün «Kürdü-
Şahnaz»ından doymayan Mahmud Ağa nəyə görə axşam
yatanda ancaq «Süştər»in sədaları altında uyğu tapar, sübhün
şirin yuxusundan «Osmanlı» avazı ilə oyanırmış? Çox musiqi
bilicilərindən soruşanda, cavablar müxtəlif və təxminən, belə
oldu: «şakəri olub», «o muğamları çox sevirmiş», «bəlkə özü
də həmin muğamları yaxşı ifa edə bilirmiş».
Haşiyə: Məlum olduğu kimi, «Süştər» Azərbaycan musi-
qisinin yeddi əsas məqamlarından biridir, əsasən, «Bərdaşt»,
«Əmiri», «Şüştər», «Tərkib» şöbələrindən ibarətdir. «Şüştər»
həm də vaxtilə «Humayın» məqamında «Feli» ilə «Tərkib» ara-
sında ifa olunurdu.
Qədim «Şüştər»dən söz açan professor Fərahim Sa-
dıqov yazır: «Bu muğamın... «Sarənc», «Məsnəvi», «Mənəvi»,
«Əfşari», «Heydəri», «Osman-Gəraylı», «Qara kürd», «Mani»,
«Keşişoğlu» kimi şöbələri də olmuşdur» (52-187-188).
Fikrimizcə, XIX əsrdə də başqa muğamlar kimi, «Şüştər»
muğamı geniş və klassik variantda ifa olunurmuş. Deməli,
Mahmud Ağa bu məqamın bütün şöbələrini bəyənir, sevirmis.
Göründüyü kimi, muğam iki hissədən ibarət imiş. Bir hissəsini
klassik muğamın – «Tərkib» (Təkibi-bidad), «Feli», «Məs-
nəvi», - o biri hissəsini isə zərb-muğamlar – «Heydəri», «Os-
man-Gərayi», «Əfşari», «Mani» təşkil edirmiş. Deməli, «Şüş-
tər» muğamı oxunanda Mahmud Ağa (muğam məqamlarında)
yuxuya gedər, zərb muğamları oxunanda oyanarmış. Sonralar
belə qərara gəlir ki, yatanda «Şüştərin» məqam şöbəsini («Tər-
kib-bidadi»), səhər ayılanda isə «Osmanlı» - «Gərayı» («Os-
Seyfəddin Qəniyev, Səadət Veysova
50
manlı»nı) ifa etsinlər. Maraqlıdır ki, Şirvan klassik aşıq havala-
rından biri də «Gərayı»dır.
Bu hava aşıqdan zilxanlıq tələb edir. Bütün bunlara görə
ustad Aşıq Bilal vaxtilə Mahmud Ağanın adına xüsusi gərayı
bəstələyib adını da «Mahmud Ağa gərayısı» qoymuşdur.
Haşiyə: Aşıq Barat deyərdi ki, ustadımız Aşıq Abbas
Mahmud Ağa və Mirzə Məhəmməd Həsəndən çox danışardı.
Həmin əhvalatları da ustadı Bilaldan eşitdiyini söyləyirdi.
Ustad Bilal Mahmud Ağa məclisinin iştirakçıları, oradakı
xanəndələrinin ifalarından da bəhs edərdi.
Özü də ustadı Aşıq Bilalın Mahmud Ağanın adına bəstə-
lədiyi «Gərayı»nın tarixindən, Sabir və Səhhətlə dostluğundan
şirin-şirin danışar, sonra həmin «Gərayı»nı da xüsusi şövqlə ifa
edərdi. Onun oxuduğu, yəni Mahmud Ağanın sevdiyi,onun
adına bağladığı «Gərayı» bizim hazırda oxuduğumuz zil
«Gərayı»dan bir qədər də «zil» idi.
Aşıq Bilal (ortada) sənətkar dostları ilə.
1928-ci il.
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
51
Aşıq Barat onu da deyərdi ki: Ustadım Bilal oxuduğu
«Gərayı »nın ortasında bir döndərmə boğaz edirdi ki, bu da hər
oxuyanın hünəri deyildi. Ustadın orada etdiyi boğaz, «Mahur»
muğamında oxunan zil boğaz idi. Aşıq Barat belə söyləyirdi:
«Gərayı»da ifa etdiyi şeiri də vaxtilə onun yaddaşından yazıya
almışam:
Ruhum hərrac-bazar oldu,
Yar camalın görən yerdə.
Qollarımdan bəndə düşdüm,
Zülflərini hörən yerdə.
Vəsli-halı yaxşı billəm,
Mətləb qanmağa qailəm,
Kafər olsam dinə gəlləm,
Sinəsini görən yerdə.
Bilalam yanmaz imanım,
Ölsəm də halaldı qanım,
Olsun yara fəda canım,
Qoşa narı dərən yerdə.
***
Mahmud Ağanın sarayında Şirvanşahlar sarayında olduğu
kimi xüsusi rəqqasələr dəstəsi fəaliyyət göstərmişdir.
Rəqqasələr gələn qonaqları əyləndirərək feyziyab edəndə,
xanəndələr dincələr, istirahət edərdilər. Bir sözlə, sarayda mu-
siqi ilə yanaşı, incəsənətin bu maraqlı növü də təbliğ olunar,
xalqımızın bu qədim rəqs sənəti əcnəbilərə də əyani şəkildə
təqdim edilərdi.
Məclisin şahidi olan qonaqların xatirə və qeydlərində rəq-
qasələr haqqında, onların geyimləri, ifaları və hətta adları ba-
rədə maraqlı məlumatlar verilir.
Seyfəddin Qəniyev, Səadət Veysova
52
Bu xatirə və qeydlərdə XIX əsrdə Şamaxıda bütün-
lükdə mədəniyyətin inkişafı barədə günümüzədək geniş mə-
lumatlar gəlib çatmışdır. Belə maraqlı məlumatlardan biri
də knyaz, rəssam Qaqarinin kətana köçürdüyü rəqqa-
sələrin tablosudur. Bundan savayı Şamaxı rəqqasələrindən
Nisə, Rəna, Sona, Səkinə, Məleykə və rəqqas Hikmətin ad-
ları çəkilən mənbələrin də günümüzədək qalması sevindirici
haldır.
Knyaz Qaqarinin o dövrdə çəkdiyi rəsm əsərində həm ifa-
çıların alətləri, həm də rəqs edən, oxuyan xanımlar aydınca gö-
rünür. Tamaşaçı keçmişə dönə bilir, onun gözləri önündə Mah-
mud Ağanın bənzərsiz sarayı bütün gözəlliyi ilə canlanır. Şa-
maxı mədəniyyətinin keçmişini araşdırarkən bir günü də mu-
siqisiz keçməyən Mahmud Ağanın bir şəhərlə məhdudlaş-
madığını, Azərbaycanın hər yerindən ustad sənətkarları ətrafına
toplamasının, onları himayəyə götürməsinin şahidi oluruq.
Məşhur sənətkarların Şamaxı kimi musiqi məbədində səxavətli
xeyriyyəçinin başına toplanması Azərbaycan mədəniyyətinin,
Azərbaycan xalq musiqisinin inkişafında əvəzsiz rol oyna-
mışdır. Məhz bu nəcib addımlar sayəsində xalqımızın qədim
mənəvi sərvəti təbliğ edilmiş, qorunmuş və geniş yayılmışdır.
Özü də görkəmli musiqişünasın sarayına hər zaman yaxşıların
yaxşısı, bir sözlə, ustad sənətkarlar dəvət olunmuşlar. Onlar bö-
yük ehtiramla qarşılandıqları kimi, böyük hörmətlə, hədiyyə-
lərlə də yola salınardılar.
Mahmud Ağa Sadıqcan üçün qızıldan tar düzəltdirmişdi.
Əfsus ki, o tar bizə gəlib çatmadı. O, Qaryağdıoğlu Cabbar
üçün də qızıldan qaval sifariş vermişdi. Həmin qavalı Cabbar
1913-cü ildə Şəmsi Əsədullayevin qızının toyunda Seyid Şu-
şinskiyə bağışlayıb. Sonralar bu qaval da itib, gəlib bizə çat-
mayıb (1-63). Mahmud Ağanın muğam ustadları, müsabiqə qa-
libləri, şair və aşıqlar, rəqqasələrə verdiyi hədiyyələrin tükən-
məyən siyahısını saymaqla qurtarmaq olmaz: qızıldan hazırla-
nan təsbehlər, üzüklər, saatlar, camlar, bazubəndlər, kə-
Dostları ilə paylaş: |