20
birləşmişdir. Bu təşkilatlar az və çox dərəcədə birliyə və üzvlərini
idarə etmək qabiliyətinə malikdirlər. Bu təşkilatlar az və çox
dərəcədə elan olunmuş funksiyalarını yerinə yetirir, lakin gerçəklikdə
əsas funksiyaları onları yaratmış olan bir, ya bir neçə hegemonun
siyasi iqtisadi dominanlıq aləti rolunu oynamaqdır. Bu səbəbə görə
onların müxtəlif hadisələrə eyni münasibətini deyil, müxtəlif və
yalnız həmin hegemona sərf edən mövqeyini, yəni subyektiv
mövqeyini görmək adi işdir. Bu hegemonlar başqlarına etibar
etməyərək, məhz öz mənafeləri üçün dünyada konfliktləri yaradır və
sönməyə qoymur, silahlanmanı artırır; bütün əxlaqi ya qeyri- əxlaqi
vasitələrdən istifadə edərək yalnız öz dominantlığına çalışır. Bu isə
bütün bəşəriyyət üçün ümidsiz bir bəla mənbəyidir. Misal üçün,
İsraili müdafiə və idarə edərək ABŞ ondan Ərəb ölkələrinə qarşı,
onları parçalayaraq, diktatorluğu İslam ölkələrində müdafiə edərək
öz mənafeyinə uyğun idarə edir. Baxmayaraq ki, İran tabe olmur –
ona qarşı da müxtəlif təzyiqlər edir. Rusiya isə Ermənistanı öz
təsirinə bağlayaraq və idarə edərək, Qafqazda öz dominantlıq və o
xalqları öz mənafeyinə uyğun idarədə saxlayaraq NATO - ya qarşı
istifadə edir. BMT–nin Ermənistandan aqressiyanı dayandırmaq və
qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq haqda dörd
qətnaməsi (N 822, 853, 874,884) olduğuna baxmayaraq, bu icra
edilmir və beynəlxalq aləm hərbi qüvvə tətbiq etmir. Lakin
Kosovoda Nato bu qüvvəni tətbiq etdi. Başqa misal: 2008 il BMT-
nin 62 –ci (Aprel) sessiyasında yalnız 38 dövlət Azərbaycanın ərazi
bütövlüyünə səs vermişdir. Habelə həmin sessiyada OSCE-
nin(ATƏT) üzvləri ABŞ, Fransa və Rusiya da ərazi bütövlüyü
əleyhinə səs vermişdir. Belə sual meydana çıxır ki, əgər sülhü
müdafiə etmirlərsə və ədaləti qorumurlarsa, BMT və ya NATO
nəyə lazımdır? Nəyə görə zəiflər hegemonlara əzilmək, istifadə
olunmaq aləti olmalıdırlar? Halbuki zəif dövlətlərin qarşısında real
və daha sərfəli birləşmə və resurslarını tam emal edib satmaq
vasitəsilə yüksək inkişafa çatmaq strategiyası vardır. Belə və digər
hədsiz misallar, dünya ölkələrinin həqiqi dostlar və tərəfdaşlar
bayrağı altında yenidən qruplaşmalara ayrılmasına əsas səbəbdir.
Çünki hər bir ölkə digərlərindən qorunmaq, effektiv inkişaf üçün
sərfəli qruplarda birləşməyə məcburdur. Yeni bloklardan ən çox
ehtimal ediləni həqiqi güclü İslam ittifaqının yaranmasıdır. Çünki
məhz İslam ölkələri hegemonlar tərəfindən parçalanaraq, effektiv
istismar olunur, lakin haqları müdafiə olunmur. İslam ölkələri üçün
İslamı reforma etmək və demokratiyanı geniş tətbiq etməklə, kral və
21
dini diktatorların könüllü hakimiyyətdən əl çəkməsi vasitəsilə vahid
İslam dövlətləri ittifaqı yaratmaq strategiyası bu gün aktualdır. Xalqı
dini diktatorlar deyil, xalqın özü özünü demokratik metodlarla, ən
yaxşısı yeni Rasional Cəmiyyət prinsiplərilə idarə etməsi daha
yaxşıdır. Yalnız bu strategiya İslam xalqlarını xarici dağıdıcı,
istismarçı təsirdən xilas edər və onları yüksək inkişafa çatdırar və
dünyada layiqli yer tutmağa səbəb olar.
6. Dünyada yenidən sosializmə, lakin bu dəfə ağılla idarə
edilən demokratik sosializmə qayıdış baş verəcəkdir. Yenidən
Marksın ideyaları öyrənilməyə başlanacaqdır. 2008 dünya maliyyə
və iqtisadi böhranı Marksın nə qədər düz dediyini sübut edir.
Ölkələrdə fəhlə və sosialist, leyborist partiyalarının hakimiyyətə
gəlməsi sosialist prinsiplərinin həyata keçirilməsinə səbəb olacaqdır.
Burada ictimai mənafe kapitalistin şəxsi mənafeyindən üstün
tutulacaqdır. Deprivatizasiya, bankların , böyük təbii ehtiyatların,
neft qaz boru xətlərinin, elektrik stansiyaların, torpaqların, əvvəllər
də ictimai olmuş sənaye müəsisələrinin milliləşdirilməsi, torpaq
sahiblərinin könüllü birləşib koperativlər yaratması baş verəcəkdir.
Dövlətin azad bazarı məhdudlaşdırması hesabına, qiymətlərə
nəzarəti, kapitalistin rasional norma və tələblərə əməl etməsi,
dövlətin təşkilatı, elmi, təhsildə, səhiyyədə idarə rolu artacaqdır.
7. Yeni Rasional Cəmiyyət sivilizasiyasının yaranışı.
Yaxşılığa doğru inkişafın davam etməsi fonunda Yeni insan
zəkasının və ağlının yüksək səviyyəsinin yaranmasının katalizator
təsiri nəticəsində 21 –ci əsrdə dünyada yeni kamil - Rasional
cəmiyyət sivilizasiyası yaranışı prosesi başlayır. Daha dəqiqi daim
gedən bu prosesin yeni yüksək dalğası başlayır. Başqa sözlə,
dünyaya seçkilər və partiyalar olmadan, yeni ictimai idarəetmə
sistemi ilə idarə olunan və rasional həyat tərzi ilə yaşayan elmi
rasionalist dünya baxışlarına sahib olan yeni sivilizasiya gəlir.
Kamil – rasional cəmiyyətlə bərabər kamil - rasional insanın
yaranması və ona Böyük keçid baş verəcəkdir. Bu yeni
sivilizasiyanı, başqa sözlə, rasional sosializm adlandırmaq olar .
Sosialist – ictimai dəyərlərinin qəbulu ilə iqtisadiyyatın şəxsi sektoru
ilə yanaşı ictimai sektorun aktiv və sürətli yaradılması və ictimai
idarə edilməsi baş verəcəkdir. Çin rasional - sosializm inkişaf yoluna
qismən misal ola bilər.
Bəşəriyyətin - ölkələrin, ölkə birliklərinin, regionaların təşkilini
idrak və ağıl əsasında rasional cəmiyyət prinsipləri ilə yenidən
qurmaq ehtiyacı vardır. Keçid üçün bir neçə fundamental məsələnin
22
həlli yeni cəmiyyət konstruksiyasında tapılmalıdır. Məsələn,
kapitalist prinsipləri əsasında əllərə toplanmış artıq pulların
bəşəriyyətin - yəni konkret ölkələrin, xalqların inkişafına sərf
etməyin optimal və rasional yolu tapılmalıdır. Ya insanlar fərdi
əməkləri sayəsində artıq pulları əllərinə almaqdan və onları idarə
etməkdən nəyinsə əvəzində - məsələn, özü və ailəsi üçün dövlətdən
xoş həyat şəraiti qarantiyası almaq altında - imtina etməlidir, və ya
onlar həmin pulları cəmiyyətin inkişafına sərf etməklə bərabər idarə
edici, nəzarətçi fuksiyalar – hüquqlar əldə etməlidir. Misal üçün, hər
hansı milyarderə hər hansı şəhəri, ölkəni - insan hüquqlarını, yaşayış
şəraitini, inkişafı təmin etməklə və ictimai nəzarət altında pulunu
investisiya edərək idarəetmə tapşırıla bilər.
Elə bir fəaliyyət və nemətlərin əldə edilməsi və bölünməsinin,
kollektiv əməyin elə təşkili və nəticələrinin bölünməsi tapılmalıdır
ki, insanlar artıq pullardan israfçılıq üçün deyil, onu yenə həmin
icmanın (regionun, dövlətin, bəşəriyyətin) rasional inkişafına
xərcləsin, lakin işləmək stimulu azalmasın.
Aşağıda Rasional cəmiyyətin tarixi, nə olması, necə baş
verəcəyi məsələsi araşdırılır.
Bəşəriyyət ən qədim zamanlardan bəri, kamil cəmiyyət
quruluşunu arzu etmişdir. Çox misallar çəkmək olar. Qədim
Yunanıstanda Polibiy, Platon (4-cü əsr b.e.ə.), Azərbaycanda 12 -ci
əsrdə Nizami Gəncəvi, Nəsirəddin Tusi; Fransada Russo, İtaliyada
Makiavelli; Böyük Britaniyada Tomas Mor, Adam Smit;
Almaniyada İmmanuel Kant, Karl Marks və ən son mütəffəkirlərdən
olan və indi də yaşayan Alman filosofu Yurgen Habermas kimi
dahilər kamil cəmiyyətin müxtəlif görünüşünü, müxtəlif əlamətlərini
təklif etmişlər. Lakin tam və səlis konstruksiya edilmədiyi üçün və
insan zəkasının lazımı səviyyəyə çatmaması və texnologiyaların,
xüsusilə ünsiyyət - müzakirə üzrə elektron texnologiyanın olmaması
səbəbilə; güclü maraqlı insani qüvvələrin, təşkilatçının olmaması;
ideyanın geniş yayılması və öyrənilməməsinin səbəbilə; habelə
onların davamçılarının bu nəzəriyyəni səhv anlaması və şəxsi eqoist
məqsədləri üçün istifadə edilməsi və düzgün həyata keçirilməməsi
səbəbilə tam formada həyata keçməmişdir. Digər tərəfdən, kamil
cəmiyyətin yaranmamasına qarşı mövcud kapitalistlərin ağalıq
etdiyi təşkilat və dövlətlər çıxırlar. Məsələn, Almaniyada yerləşən
Marşall planı ofisi mənim ona yazdığım məqaləni öz bülletenində
nəşr etməkdən imtina edərək onların maraqlarına uyğun olmamasını
bildirmişdir. Nə səbəbə? Baxmayaraq ki, bu missiya hər il dünyada
Dostları ilə paylaş: |