1
TOFIQ MEHDI
RASİONAL
CƏMIYYƏTƏ DOĞRU
***
Rasionallaşma Strategiyaları
*
Gələcək araşdırmaları elmi mövqeyindən
futuroloqun baxışı
Bəşəriyyətin gələcəyi.
Kamil - rasional cəmiyyətin yaranışı
Azərbaycanın yaxşı gələcəyinin axtarışında
Gələcəyin 55 strategiyası
Rasional cəmiyyətin mədəniyyəti və baxışları.
Rasional əxlaq kodeksi
Ailədə davranış
Əhvali ruhiyyənin idarə edilməsi
Tanrı nədir?
Görünməz dünya
2
RASİONAL CƏMIYYƏTƏ DOĞRU. Rasionallaşma
strategiyaları
Gələcək araşdırmaları elmi mövqeyindən futuroloqun baxışı
Tofiq Mehdi keçmiş mühəndis, ixtiraçı və futuroloqdur. O
beynəlxalq mətbuatda gələcək haqda məqalələrlə çıxış edir.
İ Bölmədə müasir trendlər əsasında dünyada baş verə biləcək
müxtəlif 7 ssenari təsvir edilir. Onların içərisində biri –
Rasional
cəmiyyətin yaranmasıdır.
İİ Bölmədə Azərbaycan gələcəyinin mümkün 3 ssenarisi təsvir
olunur. Azərbaycanın gələcək obrazı, 55 strategiya təsvir edilir.
İİİ
Bölmədə Azərbaycan Rasional cəmiyyəti, rasional insanın
mədəniyyəti, toy və yas mərasimləri, adətləri, rasional əxlaq kodeksi,
ailədə davranış, nəzakət və ünsiyyət kodeksi, əhvali
- ruhiyyənin
idarə edilməsi təsvir edilir.
İV Bölmədə Tofiq Mehdinin kəlamları təqdim olunur;
neorasionalizm mövqeyindən dünyanin sirləri və tanri anlayişi,
görünməz dünya araşdırılır. Göstərilir ki, mövcud tək allah üzərində
qurulmuş dinləri xeyli keyfiyyət dəyişməsi və ya şüurlardan tədricən
itməsi gözləyir, onların yerində bütün material və görünməz dünyanı
əhatə edən vahid rasionalist elmi din meydana gələcəkdir.
©“Səda” nəşriyyatı, 2009
©Müəllif hüquqları qorunur
Çapa imzalanıb: 03.14.2009
Format 60x84 1/16. Həcmi15,5 ç.v.
Tiraj 500 nüsxə
--------------------------------------------------
3
Kitabın
tərkibi
Müəllifin giriş sözü ............................................................ 4
Giriş ................................................................................... 8
Birinci bölmə
Bəşəriyyətin gələcəyi. Rasional cəmiyyətə doğru .......... 10
Yeni
Rasional Cəmiyyət sivilizasiyasının yaranışı. ......... 21
İkinci bölmə
Azərbaycanın yaxşi gələcəyinin axtarişi.
Rasionallaşma üçün səbəblər . ......................................... 35
Dövlətin ümumi sistem analizi. ...................................... 67
Düzgün strategiyalar uğurun açarıdır ........................... 81
Azərbaycan üçün ssenarilər ............................................ 94
Azərbaycanın arzu edilən gələcək obrazı,
hədəfləri və missiyasi .................................................... 105
2025 -2050 illər üçün
Azərbaycanın yaxşı gələcəyi üçün strategiyalar ............ 107
Üçüncü bölmə
Mədəniyyət və baxışların təkmilləşdirilməsi... .............. 139
Mərasimlər ..................................................................... 144
Ailənin qurulması və toy mərasiminin təsviri. .............. 145
İnsanın vəfatı və dəfninin təşkili mərasimi ................... 148
Rasional cəmiyyətdə adlar, əxlaq,
ünsiyyət, nəzakət, universal dəyərlər ............................ 154
Ailədə davranış və birgəyaşayış qaydaları .................... 165
Rasional insan haqda anlayiş ......................................... 168
Əhvali ruhiyyənin idarə edilməsi ................................... 173
Hər bir Azərbaycanlıya .................................................. 177
Dördüncü bölmə
Tofiq Mehdinin kəlamları .............................................. 187
Görünməz dünya,
yaxud ruhi dünya haqda
neorasionalist nəzəriyyə ................................................. 205
Allah varmı? .................................................................. 217
Müəllif haqda ................................................................. 242
4
Müəllifin giriş sözü
Mən bu kitabı zəmanənin tələbi ilə dünya bəşəriyyətinə və
Azərbaycan xalqına və hər bir insana bir xeyir vermək məqsədi ilə
yazıram. Görürəm ki, insanların bi ideyalara kəskin ehtiyacı var,
lakin onlara bu fikirləri deyən yoxdur. Bəşəriyyət və ölkəmin
insanları onlara sırınan sistemdən kənar heç nə düşünə bilmirlər.
Onlar müti qul kimi onlara hakimlik edən siniflərin və ya qrupların
ideyalarını;
təyin etdiyi həyat tərzlərini, davranışları qəbul etməyə
məcbur edilirlər. Onların başı cari yaşamaq problemlərilə elə qatılır
ki, onlara azad düşünməyə və nəticələr çıxarmağa imkanlar verilmir.
Onlar ancaq bir həqiqəti qəbul edirlər-yaşadıqları mühitin və
baxışların təbii tanrı tərəfindən onlara bəxş edildiyini və onun
dəyişdirilə və səmərələşdirilə bilinməzliyini. Lakin düşünmürlər ki,
bu mühit, hansı ki onlar onun daxilində bataqlıqda qalan adamlar
kimi batırlar, o yaxşı qurula bilər və daim yeniləşməlidir. İnsan ağlı
buna qadirdir. Zaman və imkanlar boşuna buraxılmaya bilər..
Bu mühit qeyri - bərabərliyin təkrar istehsalı, bazarın vəhşi idarəsi,
güclünün qalib olması, ədalətsizliyin, müharibələrin
və konfliktlərin
daim saxlanması prinsiplərilə yaradılmışdır. Məhz güclü siyasi
(iqtisadi, dini, hərbi) siniflər tərəfindən, onların məhz həmişə güclü
qalması məqsədilə. Bu, bəşəriyyətə - 90 % insanlara lazım deyil.
Iqtisadi (fiziki) güc hegemon olandan bəri bəşəriyyət
bədbəxtçiliyə düçar olmuşdur. Lazımdır ki, ağıl hegemon olsun .
Mənim məqsədim bəşəriyyəti və Azərbaycan xalqını xoşbəxtliyə
çatdırmaqdır, onlara öz vəziyyətlərini başa salmaq və yaxşı yolu
onlara göstərməkdir.
Bu yol kamil, ağıllı, yəni rasional cəmiyyət
quruluşuna keçməkdir. Bu barədə beynəlxalq mətbuatda artıq bir
neçə məqalə çap etdirmiş və internet səhifədə təsvir etmişəm.
Azərbaycan oxucusu üçün bu mənim yazdığım ikinci kitabdır ki,
dünyanın gələcəyi, rasional cəmiyyət haqda, Azərbaycan ölkəsinin
yaxşı inkişafı üçün strategiyalar, mədəniyyətin təkmilləşdirilməsi,
yeni rasional azərbaycanlı yetişdirilməsi
və bir çox digər ideyalar
haqda məlumat verir.
Oxuculara bildirirəm ki, burada nə yazmışamsa, onlar yalnız öz
gördüyüm, eşitdiyim mənbələrdən, düşünməkdən çıxartdığım
sərbəst mülahizələrdir, burada köçürmə, plaqiat yoxdur. Burada heç
bir qərəz yoxdur. Lakin buradakı bəzi ideyalar başqalarının da ağlına
gələ bilər. Bu təbiidir və ideyanın obyektivliyini təsdiq edir. Mən
buna şad olardım.
Lakin mümkündür ki, müəyyən fikirlər gerçəkliyi