59
ədəbiyyat tarixlərinin öyrənilməsinə üstünlük verilir, Fransada isə
müqayisəli ədəbiyyatşünaslığın nəzəri mərkəzi yerləşir.
A.Veselovski tarixi poetika yaratmaqla əslində dünya ədəbiyyatı-
nın inkişaf təcrübəsini ümumiləşdirmək və ona janr və süjetlərin, ədəbi
dillərin inkişafı baxımından yekun vurmaq istəyirdi. Alimin bu layihəsi
əslində müasir və konkret elmi faktlara əsaslanan ədəbiyyat nəzəriyyəsi
yaratmaq təşəbbüsü idi. A.Veselovski bu təşəbbüslə ənənəvi, Aristoteldən
gələn poetikanın sərhədlərini dağıdıb bu elmi müasirləşdirmək və ədəbi
nəzəriyyəni tarixilik prinsipi ilə yazmaq istəyirdi. Əslində ədəbiyyat
nəzəriyyəsinin müasir kursu elə bundan ibarətdir.
1.7.2. Bioqrafik məktəb
Ədəbi və bədii yaradıcılığın allahlardan ilham almış seçmə şəxslərlə
bağlılığı ideyası ədəbiyyat nəzəriyyəsinin tarixində qədimlərdən mövcud-
dur. Bu konsepsiya dini ədəbiyyatşünaslıqdan gəlir və ədəbi istedadın ila-
hi mənşəyini ilk sıraya çəkir. Bioqrafik məktəb təxminən eyni konsepsiya-
nın materialist variantı idi. Burada istedadın qeyri-adiliyi ideyası qalır,
onun ilahi xüsusiyyətləri və mənşəyi isə aradan çıxırdı. Bioqrafik məktə-
bin yarandığı XIX əsrin ortalarında Qərbi Avropada və Fransada müəllif
ədəbi yaradıcılığı kütləvi xarakter almış və bədii kitab çapı biznesin
sahələrindən birinə çevrilmişdi.
Belə bir vaxtda Fransada müəllif probleminə və onun yaradıcılığı-
nın psixoloji və sosioloji problemlərinə geniş maraq yarandı. Balzak, Jorj
Sand, Viktor Hüqo, Aleksandr Düma kimi yazıçıların həyati macəralarla
dolu idi. Bioqrafik metodun yaradıcısı olan Sent Böv (1804-1869) bu
şəxsləri yaxından tanıyır və bəziləri ilə dostluq münasibətləri vardı. O, üç
cildlik “Ədəbi portretlər”ində və sonrakı əsərlərində yazıçıları adi canlı
adamlar kimi təqdim edir, oxucu təsəvvüründəki romantik yazıçı obrazını
aradan götürməyə çalışırdı. O, yazıçını bütün adamlar kimi müəyyən
vərdişlərlə, simpatiya və antipatiyalarla yaşayan adamlar kimi göstərir,
onların məişətini belə xırda detallarına qədər təqdim edirdi.
Bunda əsas məqsəd yazıçının yazdığı əsərlərlə onun şəxsi bioqrafi-
yasının adi, təsadüfi faktları arasında olan bağları aşkarlamaq idi. O, yazı-
çıların qalın romanlarındakı əhatəli həyat materialının yazıçının məişətin-
də, mənzilində, tanışları ilə münasibətlərində tapırdı. Sent Böv yaradıcılıq
prosesini və psixologiyasını gözəl bilirdi və bu yolla müasiri olduğu fran-
sız yazıçılarını araşdırır və təqdim edirdi. Şübhəsiz ki, yazıçının mövzula-
rının, qəhrəmanlarının, təsvir etdiyi yerlərin onun şəxsi həyatı ilə bağlılığı
60
ideyası doğru idi. Hər bir yazıçının fikir və material baxımından əsas
bazası onun öz bioqrafiyası, mənəvi həyat tarixçəsidir.
Yada salaq ki, nəsrin əsas və ən qədim janrlarından biri bioqrafiya-
lardır. İmperatorların və hökmdarların bioqrafiyasını, həyat tarixçəsini
yazmaq antik dövrdə artıq var idi. Sonralar bu dini ədəbiyyata keçərək
xristianlıqda müqəddəslərin həyatı janrına çevrilmiş və dini prozanın əsas
janrı – aqioqrafiya janrı olmuşdur. İncilin ilk dörd fəslinin İsa Məsihin tə-
fərrüatlı bioqrafiyası olduğu məlumdur. Müsəlmanlıqda da “Tarixi-
ənbiya” janrı eyni xarakter daşıyır. XIX-XX əsrlərdə bioqrafik janr istər
roman, istər publisistik, istərsə elmi məzmun daşımaqla nəsrin aparıcı bir
forması olaraq qalır.
XX əsrdə fransız yazıçısı Andre Morua yazıcıların bioqrafiyasını
dəqiq faktlar əsasında yazmaqla qədim bioqrafiya janrının yeni roman
formasını yaratdı. Bu məşhur yazıcıların bioqrafiyasını faktiki cəhətdən
sənədli, təhkiyə cəhətdən isə bədii şəkildə təqdim edən romanlar idi. Onun
Balzak, Hüqo, Jorj Sand, Düma, Flober və b. haqqında yazdığı bioqrafiya-
lar bədii roman kimi oxunub bütün dünyaya yayıldı. Hazırda məşhur
siyasət və sənət adamlarının, pop-ulduzların bioqrafiyası televiziya və ra-
dionun əsas janrlarından birinə çevrilib. Əyani materiallardan, sənədli
çəkilişlərdən istifadə ilə belə tele-bioqrafiyalar böyük maraqla baxılır və
həm də ciddi idraki və informativ əhəmiyyət kəsb edir. Azərbaycanda
yazıcıların həyatından bəhs edən bioqrafik roman janrının yaradıcısı Əzizə
Cəfərzadə idi. O, Seyid Əzim Şirvani, Abbas Səhhət, Ələkbər Sabir və b.
haqda silsilə romanlar yazmışdır.
Bioqrafik ədəbiyyatşünaslıq ilk dəfə olaraq ədəbi yaradıcılığı və
yaradıcılıq psixologiyası elmini əlaqələndirərək ədəbiyyatın təhlilinə yö-
nəldirdi. Bu metodun əsas uğuru idi. Yazıçının məişəti üzərində müşahidə
aparmaq metodu şübhəsiz ki, dövrün hakim elmi məktəbi olan darviniz-
min təsiri idi. Ədəbi təhlildə psixoloji müşahidə metodlarından istifadə bir
qədər sonra özünü müstəqil ədəbi təhlil məktəbi kimi – psixoloji məktəb
kimi təqdim etdi.
1.7.3. Mədəni-tarixi məktəb
Mədəni-tarixi məktəb Qərbi Avropada XIX əsrin ortalarında İppolit
Ten (1828-1893), Herbert Spenser kimi pozitivist filosofların fəaliyyəti ilə
yaranıb. Pozitivistlər xalis, təmiz, obyektiv elmi biliklər yaratmaq tərəf-
darı kimi çıxış edirdilər. Onlar hesab edirdilər ki, əsil təmiz elm siyasət-
dən, partiyalardan, subyektiv təsirlərdən uzaq olmalıdır. Bunun üçün isə
61
nəzəriyyə və məktəblərə yox, dəqiq tarixi, mədəni faktlara əsas fikir veril-
məlidir. Belə müddəaları pozitivistlər, xüsusilə İ.Ten özü dörd cildlik
“İngilis ədəbiyyatı tarixi” əsərində və “İngilis pozitivizmi” kitabında tət-
biq edirdilər. Mədəni-tarixi məktəb əslində sırf tarixilik mövqeyində dur-
maq iddiasında idi. Amma tarix siyasi və dini çəkişmələrlə dolu olduğun-
dan onlar burada seçmə aparmağı, ədəbi-mədəni prosesin məğzini təşkil
edən pozitiv faktları ayırmaq təklif edirdilər. Siyasi, dini məsələlər, inqilablar
onların fikrincə mədəni-ədəbi prosesi başa düşmək üçün əhəmiyyətsizdir.
Darvinizmin təsiri ilə pozitivistlərdə ədəbi hadisələrin mənşəyini,
qanunauyğunluqlarını, tarixi şərtlərin mədəni mühitini izah etmək istəyi
aparıcı idi. Bunun üçün çoxlu faktlar cəlb olunurdu və faktçılığın özü ten-
densiyasızlıq və obyektivlik kimi izah edilirdi. Bu obyektivliyi təmin et-
mək üçün pozitivistlər yarıdıcılıq psixologiyası və yazıçı şəxsiyyəti ilə
bağlı məsələlərə xüsusi diqqət yetirirdilər. Bu halda onlar bioqrafik meto-
dun üstünlüklərindən istifadə edirdilər. Yazıcının irqi mənsubiyyəti onun
temperamentində axtarılır, yaradıcının mədəni mühitinə və ətrafına, hətta
içində yaşadığı iqlimə belə mühüm əhəmiyyət verilirdi.
Mədəni tarixi məktəb Avropa və rus ədəbiyyatşünaslığında öz
ardıcıllarını yaratmışdır. Vaxt keçdikcə bu məktəbin əsas əlaməti görkəmli
yazıcı və sənət adamlarını onların mədəni mühiti fonunda araşdırmaq
üsulunda özünü göstərir. Belə tədqiqatları xüsusi ədəbiyyatşünaslıq janrı
da saymaq olar. Azərbaycan ədəbiyyatşünaslığında M.F.Axundovun yetiş-
diyi Tiflis mədəni mühitinə, Mirzə Ələkbər Sabirin, C.Məmmədquluza-
dənin yaxın müasirləri ilə münasibətlərinə həsr olunmuş araşdırmalar
kitab şəklində çap olunmuşdur.
Mədəni tarixi məktəb öz tədqiqat üsulları baxımından eklektik
xarakter daşıyırdı. Lakin ədəbiyyatşünaslıq elmində tarixilik prinsipinin
dərinləşməsində onların xüsusi rolu olmuşdur. Yazıçılarım mühitinə və
dövrünə əsas diqqət verməklə yazılan ədəbiyyatşünaslıq araşdırmalarını
bu məktəbin müasir davamı kimi də qəbul etmək olar.
1.7.4. Ədəbiyyatşünaslıqda sosiologizm və estetçilik
Qərbi Avropada burjua inqilabları epoxası başlanan vaxtdan,
təxminən XVI əsrdən müxtəlif ədəbiyyatlarda inqilablara münasibət prob-
lemi ortaya gəlib. Bəzi yazıçılar inqilaba tərəfdar olub və onu tərənnüm
ediblər. Digərləri isə müxtəlif səbəblərdən inqilabı ziyanlı sayıb və onun
tənqidini verən bədii və publisistik əsərlər yazıblar. Sözün geniş mənasın-
da sosiologizm ədəbiyyata belə gəlmişdir. Ədəbiyyatın siyasətlə məşğul
Dostları ilə paylaş: |