295
ye inqilablarından sonra mərkəzləşmiş dövlətlərin yaranması yenidən milli
hökmdarların hərb allahı mifini aradan götürməsi ilə nəticələndi.
Napoleon, Hitler, Stalin kimi hökmdarlar
özlərinə allah səviyyəsində
pərəstiş yaratdılar. Sənaye inqilablarına qədər miflər kortəbii yarandı,
ondan sonra isə sosial miflər kimi yaranmağa başladı.
Lakin məhz hökmdar-qəhrəmanlar haqqında kitablar monoteizm
erasına məxsus müqəddəs kitabların əsası oldu. Tək Allah mifinin yaran-
ması üçün əsas tayfa hərb allahlarından birinin əvvəlcə bir necə tayfa
üçün, sonra bir çox tayfa üçün, sonda isə bütün xalqlar üçün mistik
avtoritetə çevrilməsi baş verdi. Məsələn, bütpərəst
yunanlarda epik kitab-
lardan birincisi Yeni eradan əvvəlin VI əsrinin əvvəllərində yaşamış
Sirosle Ferekidə aid edilən “Allahlar haqqında” kitabdır. Adından görün-
düyü kimi, bu kitab qədim yunanların mifik allahlarının təsvirindən və
tərənnümündən ibarət olmuşdur. Həmin dövrdə Fələstində də tayfa hərb
allahları, bütləri barədə kitablar mövcud idi.
Bu universal mistik avtoritet yəhudi allahı Yaxvenin bütün mono-
teist dinlər üçün vahid allah təliminə çevrildi və
müqəddəs kitabların
kanonikləşməsi ilə nəticələndi. Mətn mədəniyyətinə aid ilk kanonik kitab
Musa peyğəmbərin beş fəsildən ibarət Tövrat kitabı oldu. Talmudistlər
Tövrata şərh yazıb ona digər yəhudi peyğəmbərlərinə aid kitabları
(fəsilləri) də əlavə etdilər və öz bütöv müqəddəs kitablarının müəllifliyini
Allaha aid etdilər. Bununla monoteizmin yaranması tamamlandı. Müsəl-
man aləmində bu kitaba
“Əhdi-ətiq”, yəhudilər özləri isə Tora deyirlər.
Yeni eradan əvvəl ikinci əsrdə Əhdi-ətiq yunan
dilinə tərcümə edildi və bu
tərcümə də dövrümüzə qədər gəlib çatmışdır. Əhdi-ətiqin yunan variantı
Septuaqinta adlanır.
Bizim eranın dördüncü əsrində xristianlığın müqəddəs kitabı olan
Əhdi-cədidin (Evanqeliye – İncil – xoş xəbər deməkdir) kanonik variantı
Birinci Xristian Soboru (325-ci il) tərəfindən qəbul edildi və Əhdi-ətiqin
kitabına əlavə edildi. Xristianlar bunu Bibliya (kitab) adlandırdılar və mü-
qəddəs saydılar. Əhdi-ətiqdə İsanın peyğəmbər kimi gəlişi barədə çoxlu
işarələr olduğu bildirilir. Amma yəhudilər Bibliyanı qəbul etmədilər. Bunun bir
səbəbi də Xristianlığın yəhudi dinində bir sekta kimi fəaliyyətə başlamağı və
sonralar Avropaya yayılıb yəhudi dini ənənəsindən ayrılmağıdır.
VII əsrdə İslam dini meydana gəldi və üçüncü müqəddəs kitab olan
Quran yarandı. Ehkama görə, Quranın ayələri
Allah tərəfindən mələk
Cəbrail vasitəsi ilə yazı bilməyən Məhəmməd peyğəmbərə nazil olmuş-
dur. Quranı əvvəlcə ravvinlər yadda saxlayır və əzbərdən oxuyurdular.
Lakin Məhəmməd peyğəmbərin vəfatından sonra Quranın variantları top-
landı və indiki mətni tərtib edildi. Quranda yəhudilər və xristianlar kitab
296
əhli adlandırılır: bunun mənası isə onların müqəddəs kitablarının mətninin
(Əhdi-ətiq və İncil) də vahid Allah tərəfindən göndərilməsidir. Hesab
edilir ki, hər üç tək allahlıq din eyni bir Allah tərəfindən nazil edilmiş
kitablara sitayiş edir.
Müasir mənada ilk ədəbi abidələr bu üç müqəddəs kitab sayılır. Bu
kitabların mifoloji, mətn
və tarixi bünövrəsi eynidir, onlar bir-birindən
ayrılmaz və tarixilik cəhətdən fasiləsiz vahid mətn mədəniyyətini təmsil
edirlər. Bu kitablar dini, ədəbi, əxlaqi və fəlsəfi cəhətdən hələ vəhdətdədir.
Lakin müqəddəs mətnlərin əsasını təşkil etmiş yarı dini və yarı ədəbi
əhvalatlar bir çox hallarda itib batmadı.
Qəhrəman-hökmdarlar haqqın-
da kitablar müstəqim mənada nəsr təhkiyəsinin ilk nümunələri oldu. Hələ
bütpərəst yunanlarda yaranmış “İlliada” və “Odisseya” monoteizmə qədər
ortaya çıxan dastan yaradıcılığının bizə tam gəlib çatan nümunələridir.
Marksist ədəbiyyatşünaslıq bunları ədəbi abidə hesab eləsə də,
burada
yunanların öz mifik allahları ilə münasibətləri, onların yunan cəmiyyətinin
taleyindəki rolu əsas yer tutur. Bu dastanlarda tarix yox, keçmiş haqqında
mifoloji məzmunlu təsəvvürlərin ifadəsi və yunan allahlarının tərənnümü
əsas yer tutur.
Beləliklə, hələ bütpərəstlik dövründə qəhrəman-hökmdarlar haqqın-
da mifik tarixnamələrin iki variantı yaranır: şifahi və yazılı. Yazılı variant-
ların bir qismi artıq yeni eradan əvvəl ikinci əsrdə yazılı müqəddəs mətn-
lər statusu aldı. Qədim Allahların tərənnümünə uyğun müasir hökmdar
qəhrəmanlar haqqında da kitablar yazılmağa başladı. Bu, müasir tarixçi-
lərin hökmdarlar barədə bioqrafiyalar kimi qəbul etdikləri əsərlər idi.
Amma onlar qələmə alınan zamanda bunlar
qədim mifik Allahlar barədə
yazılara təqlid idi, müasir hökmdarlara onların statusunu vermək təşəbbü-
sü idi. Bu mənada bütpərəstlik dövründə yaranan bioqrafiyalar qismən
müəllif mifyaratmasının məhsulu idi. Bir qədər də təbii mif idi, çünki
bütpərəstlik dövründə qalib sərkərdələr mifləşdirilirdi. Lakin belə mifya-
ratmanın predmeti
də hökmdar qəhrəmanlar idi, onlara allahlıq statusu
vermək təşəbbüsləri idi. Beləliklə bütün qədim bioqrafik mətnlər müəyyən
mənada
mistik allahquruculuq fəaliyyətinin nəticəsi idi.
Lakin müqəddəs mətnlərə daxil olmayan yazılı qəhrəmanlıq bioqra-
fiyaları da tamam itib-batmadı: onları mərasim ayinlərinin əsas fiquru olan
söyləyicilər, şamanlar, kahinlər öz yaddaşlarında saxlayıb
yeni nəsillərə
ötürdülər. Qədim dillərdə yaranan şifahi dastan yaradıcılığı həmişə yazılı
mətnin şifahi davamı idi, onun variantı idi. Bir-iki nəsildən sonra ilkin
qədim mətn unudulur və dastanın (mifin, nağılın, təmsilin, məsəlin və s.)
şifahi həyatı da davam edir. Bu şifahi ənənə söyləyicilərin sayı qədər yeni
variantların yaranması kimi davam edir. Bu şifahi dastançılıq da dünyanın