360
Məsələ 2713: Əgər meyitin varisi yalnız
ata tərəfdən olan bir olan
babası, yaxud nənəsi və ana tərəfdən olan bir babası və yaxud nənəsi olsa,
mal üç yerə bölünəcək; onun iki hissəsini ata tərəfdən olan baba, yaxud nənə,
bir hissəsini isə ana tərəfdən olan baba, yaxud nənə aparacaq.
Məsələ 2714: Əgər meyitin varisi ata tərəfdən olan baba-nənəsi və ana
tərəfdən olan baba-nənəsi olsa, mal üç yerə bölünəcək; onun bir hissəsini ana
tərəfdən olan baba-nənəsi öz aralarında bərabər şəkildə böləcəklər, iki hissə-
sini isə ata tərəfdən olan baba-nənəsinə veriləcək və baba nənədən iki dəfə
çox irs aparacaq.
Məsələ 2715: Əgər meyitin varisi yalnız arvadı, ata tərəfindən olan baba
və nənəsi, eləcə də ana tərəfdən olan baba və nənəsi olsa, arvad öz irsini son-
radan qeyd ediləcək izahla aparacaq. Malın əslinin üç hissəsindən bir hissəsi
ana tərəfdən olan baba və nənəyə veriləcək ki, öz aralarında bərabər şəkildə
bölsünlər. Qalanı isə ata tərəfdən olan baba və nənəyə veriləcək və baba nə-
nədən iki dəfə çox irs aparacaq. Əgər meyitin varisi əri, baba və nənəsi olsa,
əri malın yarısını, baba və nənəsi isə keçən məsələlərdə qeyd edilən göstərişə
əsasən, öz irsini aparacaq.
Məsələ 2716: Qardaşın yaxud bacının və yaxud qardaşların və bacıların
baba, ya nənə ilə və yaxud babalar, ya nənələrlə birlikdə olduqda irs aparma-
larının bir neçə surəti vardır:
1. Baba yaxud nənənin hər biri, qardaş və yaxud bacısı hamılıqla ana tə-
rəfdən olsunlar: bu halda irs onların arasında, hətta onların bəzisi kişi, bəzisi
isə qadın olsa belə, bərabər bölünəcək.
2. Onların hamısı ata tərəfindən olsunlar: bu halda hamısı kişi və yaxud
hamısı qadın olduğu təqdirdə, mal onların arasında bərabər şəkildə bölünə-
cək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi qadınla müqayisə-
də iki pay çox aparacaq.
3. Baba və yaxud nənədən hər biri ata tərəfdən olsun, bacı və yaxud qar-
daş ata-anadan bir olsun. Bunun hökmü keçən surətin hökmü kimidir və
məlum oldu ki, meyitin atadan bir bacısı, yaxud qardaşı əgər ata-anadan bir
bacısı, yaxud qardaşı ilə birlikdə olsa, yalnız atadan bir olanlar irs aparmaz.
4. Babalar, yaxud nənələr və yaxud hər ikisi ata tərəfdən olsun, həm ana
tərəfdən, qardaşlar, yaxud bacılar və yaxud hər ikisi də belə olsun: bu halda
ana tərəfdən qohum olan qardaşlar, bacılar, babalar, nənələr malın üçdə biri-
ni kişi ilə qadınlar arasında bərabər şəkildə böləcəklər, ata tərəfdən qohum
olanlara isə malın üçdə iki payı düşür və hər kişiyə qadınla müqayisədə iki
pay çox verilər. Əgər onların hamısı kişi, yaxud hamısı qadın olsa, onların
arasında bərabər şəkildə bölünər.
5. Ata tərəfdən olan baba, yaxud nənə, ana tərəfdən olan qardaş, yaxud
bacı ilə birlikdə olsun: bu halda qardaş, yaxud bacı təkdirsə, malın altıda
bir payını aparacaq, əgər çoxdursa, onun üçdə bir payını öz aralarında
361
bərabər şəkildə böləcəklər, qalanı isı baba və yaxud nənəyə məxsusdur.
Əgər baba, yaxud nənə hər ikisi olsa, baba nənə ilə müqayisədə iki pay çox
aparacaq.
6. Baba, yaxud nənə, yaxud hər ikisi ana tərəfdən, qardaş, yaxud qaraş-
lar ata tərəfdən olsunlar; bu halda baba, yaxud nənəyə malın üçdə bir payı
çatır. Əgər hər ikisi sağ olsa, üçdə bir qədərini bərabər şəkildə böləcək,
onun üçdə ikisi isə qardaş yaxud qardaşlara aiddir. Əgər baba, yaxud nənə
ilə ata tərəfdən bacı olsa, tək olan halda, malın yarısını götürəcək, əgər çox
olsalar, üçdə ikisini götürəcəklər. Hər halda, baba və yaxud nənə malın
üçdə birini götürəcək. Buna əsasən, əgər bacı tək olsa, meyitin malının altı-
da biri artıq qalır və bunun da bacıya verilməsi və yaxud baba ilə nənə ara-
sında bölünməsində tərəddüd var və vacib ehtiyata əsasən, bir-biriləri ilə
razılaşmalıdırlar.
7. Babalar və yaxud
nənələr hər ikisi həm ata, həm də ana tərəfdən olsun
və onlarla ata tərəfdən bacı yaxud qardaş olsun, istər tək olsun, istərsə də
çox; bu halda ana tərəfdən olan baba və yaxud nənə malın üçdə birini götürə-
cək. Əgər çox olsalar, bəziləri kişi, bəziəri isə qadın olsalar da, irs bərabər
şəkildə bölünəcək. Ata tərəfdən olan baba, yaxud nənə və ata tərəfdən olan
bacı, yaxud qardaş qalan malın üçdə ikisini götürəcək və kişilər qadınlarla
müqayisədə iki pay çox götürəcək. Əgər babalar, yaxud nənələrlə anadan bir
olan bacı və yaxud qardaş olsalar, anadan bir olan babaya, yaxud nənəyə,
anadan bir bacı, yaxud qardaşla birlikdə üçdə bir pay düşəcək və bu onların
arasında bərabər şəkildə bölünəcək, hətta bəziləri kişi, bəziləri isə qadın olsa
və ata tərəfdən olan baba və yaxud nənə üçün üçdə iki qədər və baba nənə ilə
müqayisədə iki pay artıq çox götürəcək.
8. Qardaş və yaxud bacıların bəzisi ata bir, bəzisi isə anadan bir olsun
və onlarla ata tərəfdən olan baba, yaxud nənə olsun; bu surətdə, anadan bir
bacı yaxud qardaş tək olduqda, malın üçdə bir qədərini götürəcək və onu öz
aralarında bərabər şəkildə böləcəklər. Atadan bir bacı, yaxud qardaş üçün
ata tərəfdən olan baba, yaxud nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba,
yaxud nənə üçün anadan bir bacı qardaşla birlikdə malın üçdə bir qədəri
verilər və bunu öz aralarında bərabər şəkildə bölərlər, atadan bir bacı,
yaxud qardaş malın üçdə ikisini irs aparar. Kişi qadınla müqayisədə iki pay
çox götürər.
Məsələ 2717: Meyitin qardaşı və bacısı olduğu təqdirdə, meyitin qarda-
şının və yaxud bacısının uşağına çatmaz. Lakin bu hökm qardaşın və yaxud
bacının övladlarının qardaş və bacının irsinə bir maneə yaratmadığı hala aid
deyil. Məsələn, əgər meyitin atadan bir qardaşı və ana tərəfindən olan babası
malın üçdə birini götürəcək. Bu halda, meyitin anadan bir qardaşı oğlu olsa,
onun qardaşı oğlu babası ilə malın üçdə birində şərik olur.