378
rın artığına satılması, yalnız nağd olduqda caizdir. Onların nisyə satılması isə
yuxarıda qeyd olunduğu kimi, mübahisəlidir.
Buna əsasən, misal üçün, on Azərbaycan manatını borc verən şəxs öz bor-
cunu ondan az, məsələn, doqquz nağd manata sata bilər. Həmçinin onu öz qiy-
mətindən az olan başqa pula, məsələn, doqquz Türkmənistan manatına nağd
olaraq satması caizdir, nisyə satması isə caiz deyildir. Bu şərtlə ki, onun tələb
vaxtı çatsın. Çünki vaxtı çatmamış tələbi müəyyən borca satmaq caiz deyildir.
Üçüncü müqəddimə: Ticarətçilər arasında geniş yayılmış veksellərin
(əskinaslar kimi) maliyyə etibarı yoxdur və sadəcə olaraq borcu isbat edən
sənəd hesab olunur və bunu göstərir ki, onda dərc olunan məbləğ onu imza
edən şəxsin üzərində və verkselin adına çıxarılan şəxsə aiddir. Buna əsasən,
alış-verişlər onların üzərində cərəyan etmir, əksinə, həmin malların üzərində
cərəyan edir ki, bu vərəqlər onların göstəricisidir. Həmçinin əgər alıcı satıcı-
ya barat, yaxud veksel versə, malın qiymətini ödəmiş olur. Buna görə də,
əgər həmin sənəd itsə, yaxud satıcının yanında tələf olsa, onun malından tə-
ləf olmur və alıcı borcdan xilas olmur. Amma əskinas versə, onun hər qiy-
mətini ödəmişdir və tələf olduqda da, satıcının malından tələf olur.
Məsələ 28: Vekseller iki növdür:
1. Həqiqi borcları göstərən vekseller; belə ki, onu imzalayan şəxs vekse-
lin adına yazıldığı şəxsə borclu olur.
2. Qeyri-həqiqi (zahiri) borcu göstərən veksellər.
Birinci halda tələbkar borclunun boynunda olan öz müddətli tələbini
nağd olaraq ondan az məbləğə sata bilər. Məsələn, əgər onun alacağı 100
manat olsa və onu 90 manata nağd olaraq satsa (əlbəttə, onun müddətli satışı
caiz deyildir, çünki borcun borca satışı qəbilindən sayılır) və bundan sonra
bank və yaxud başqa şəxs borcludan (vekseli imzalayandan) almağa haqqı
olduğu zaman onun qiymətini tələb edə bilər.
İkinci halda isə qeyri-həqiqi (zahiri) olan tələbkar üçün vekseli satmaq
caiz deyildir. Çünki həqiqətdə heç bir borc mövcud deyil və onu imzalayan
şəxsin “zimməsi” də məşğul deyil, sadəcə olaraq endirmə məqsədi daşıyır.
Odur ki, “dostluq vekseli” adı ilə məşhurdur.
Bununla belə, onun endirilməsini başqa şəkildə qanuni hesab etmək olar.
Belə ki, vekseli imzalayan şəxs istifadə edən şəxsi vəkil edir ki, vekselin
miqdarını imzalayanın “zimmə”sində başqa pula və onun qiymətindən ucu-
zuna satsın. Məsələn, əgər veksel 50 İraq dinarı dəyərində olsa və onun həqi-
qi dəyəri 1100 manat olsa, istifadə edən imzalayan şəxsin tərəfindən vəkil
olaraq 50 İraq dinarı onun zimməsində 1000 manata satır. Bu alverdən sonra
vekseli imzalayan şəxsin zimməsi 50 İraq dinara məşğul olur və imzalayanın
mülkü olan 1000 manatdan istifadə edən onu alır. Sonra istifadə edən şəxs
1000 manatı imzalayanın vəkili olaraq öz boynunda olan 50 İraq dinarın mü-
qabilində onun özünə satır. Nəticədə onun zimməsi imzalayan şəxs üçün
imzalayanın banka borclu olduğu 50 İraq dinar miqdarında borclu olur.
379
Lakin bu yolun az faydası vardır. Çünki yalnız o yerdə faydalıdır ki, en-
dirim xarici valyuta ilə baş versin. Ölkə daxilində işlənən pullara gəldikdə
isə heç bir təsiri yoxdur. Çünki onun alverlə təshih olunması – sayla alverdə
artığına satmağın iradlı olduğuna diqqət yetirməklə – mümkün deyildir.
Amma bankda zahiri vekselin qiymətinin borc olaraq endirilməsi belədir
ki, borc alan və vekseldən istifadə edən vekselin rəsmi qiymətindən az olan
bir məbləği bankdan borc alsa və bankı vekseli imzalayana (ki, borclu deyil-
dir), onun bütün qiymətinin hamısını köçürmək üçün həvalə etsə, bu riba və
haramdır. Çünki bankın vekselin məbləğinin bir miqdarının azaldılması şərti
həqiqətdə artıq qazanc almaqdır və bu, haramdır. Hətta bu artıq alınan hissə
möhlət müqabilində olmasa, əksinə borcun qeydə alınması və onun əldə
edilməsi kimi, müəyyən bank əməliyyatlarının icrası müqabilində olsa belə,
haramdır. Çünki borc verənin borc alana haqqı yoxdur ki, onun üçün maliy-
yə gəliri olan şərt qoysun.
Yuxarıdakı hökm xüsusi banklara aiddir. Müştərək və yaxud dövlət
banklarına gəldikdə isə, ribadan xilas olmaq üçün belə etmək olar ki, istifadə
edən vekseli endirim edərkən satış və borc məqsədində olmasın, əksinə onun
məqsədi sahibi məlum olmayan bir mal əldə etmək olsun. Bu halda şəriət ha-
kiminin icazəsi ilə onu almaq, sonra istifadə etmək olar. Hər zaman müddə-
tin axırında bank vekseli imzalayana müraciət etsə və onun qiymətini ödə-
məyə vadar etsə, imzalayan da ödədiklərinin əvəzini almaq üçün istifadə
edənə müraciət edə bilər; əgər onun istəyi ilə imzalamış olsa.
14. Bankda işləmək
Bank əməliyyatı iki qisimdir:
1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların
icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və ala-
nın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin
ribalı alış-verişlər olan şirkətlərin alış-verişləri ilə əlaqədar əməliyyatlar və
yaxud şərab ticarəti ilə məşğul olanlar, onların paylarını satmaq, onlar üçün
akredetiv açmaq haram əməliyyatlardan hesab olunur.
Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyil
və zəhmət haqqı almaq da olmaz.
2. Yuxarıda qeyd olunan əməliyyat müstəsna olmaqla,
caiz olan bank
əməliyyatlarında işləmək və əmək haqqı almaq caizdir.
Məsələ 29: Əgər ribalı alış-verişdə artıq verən müsəlman olmasa, istər
xarici bank olsun, istərsə də başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq
hissəni almaq müsəlmana caizdr. Nəticədə belə ribalı alış-verişin icrası ilə
əlaqədar bank əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizdir.
Məsələ 30: İslam ölkələrindəki dövlət banklarında və yaxud müştərək
banklarda mövcud olan əmlak sahibi bilinməyən əmlak sayılır ki, şəriət