Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə166/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   162   163   164   165   166   167   168   169   ...   181

 

378


rın artığına satılması, yalnız nağd olduqda caizdir. Onların nisyə satılması isə 

yuxarıda qeyd olunduğu kimi, mübahisəlidir. 

Buna əsasən, misal üçün, on Azərbaycan manatını borc verən şəxs öz bor-

cunu ondan az, məsələn, doqquz nağd manata sata bilər. Həmçinin onu öz qiy-

mətindən az olan başqa pula, məsələn, doqquz Türkmənistan manatına nağd 

olaraq satması caizdir, nisyə satması isə caiz deyildir. Bu şərtlə ki, onun tələb 

vaxtı çatsın. Çünki vaxtı çatmamış tələbi müəyyən borca satmaq caiz deyildir. 

Üçüncü müqəddimə:  Ticarətçilər arasında geniş yayılmış veksellərin 

(əskinaslar kimi) maliyyə etibarı yoxdur və sadəcə olaraq borcu isbat edən 

sənəd hesab olunur və bunu göstərir ki, onda dərc olunan məbləğ onu imza 

edən şəxsin üzərində və verkselin adına çıxarılan şəxsə aiddir. Buna əsasən, 

alış-verişlər onların üzərində cərəyan etmir, əksinə, həmin malların üzərində 

cərəyan edir ki, bu vərəqlər onların göstəricisidir. Həmçinin əgər alıcı satıcı-

ya barat, yaxud veksel versə, malın qiymətini ödəmiş olur. Buna görə  də, 

əgər həmin sənəd itsə, yaxud satıcının yanında tələf olsa, onun malından tə-

ləf olmur və alıcı borcdan xilas olmur. Amma əskinas versə, onun hər qiy-

mətini ödəmişdir və tələf olduqda da, satıcının malından tələf olur. 



Məsələ 28: Vekseller iki növdür:  

 

1. Həqiqi borcları göstərən vekseller; belə ki, onu imzalayan şəxs vekse-

lin adına yazıldığı şəxsə borclu olur. 



2. Qeyri-həqiqi (zahiri) borcu göstərən veksellər. 

Birinci halda tələbkar borclunun boynunda olan öz müddətli tələbini 

nağd olaraq ondan az məbləğə sata bilər. Məsələn,  əgər onun alacağı 100 

manat olsa və onu 90 manata nağd olaraq satsa (əlbəttə, onun müddətli satışı 

caiz deyildir, çünki borcun borca satışı qəbilindən sayılır) və bundan sonra 

bank və yaxud başqa  şəxs borcludan (vekseli imzalayandan) almağa haqqı 

olduğu zaman onun qiymətini tələb edə bilər. 

İkinci halda isə qeyri-həqiqi (zahiri) olan tələbkar üçün vekseli satmaq 

caiz deyildir. Çünki həqiqətdə heç bir borc mövcud deyil və onu imzalayan 

şəxsin “zimməsi” də  məşğul deyil, sadəcə olaraq endirmə  məqsədi daşıyır. 

Odur ki, “dostluq vekseli” adı ilə məşhurdur. 

Bununla belə, onun endirilməsini başqa şəkildə qanuni hesab etmək olar. 

Belə ki, vekseli imzalayan şəxs istifadə edən  şəxsi vəkil edir ki, vekselin 

miqdarını imzalayanın “zimmə”sində başqa pula və onun qiymətindən ucu-

zuna satsın. Məsələn, əgər veksel 50 İraq dinarı dəyərində olsa və onun həqi-

qi dəyəri 1100 manat olsa, istifadə edən imzalayan şəxsin tərəfindən vəkil 

olaraq 50 İraq dinarı onun zimməsində 1000 manata satır. Bu alverdən sonra 

vekseli imzalayan şəxsin zimməsi 50 İraq dinara məşğul olur və imzalayanın 

mülkü olan 1000 manatdan istifadə edən onu alır. Sonra istifadə edən şəxs 

1000 manatı imzalayanın vəkili olaraq öz boynunda olan 50 İraq dinarın mü-

qabilində onun özünə satır. Nəticədə onun zimməsi imzalayan şəxs üçün 

imzalayanın banka borclu olduğu 50 İraq dinar miqdarında borclu olur. 




 

379


Lakin bu yolun az faydası vardır. Çünki yalnız o yerdə faydalıdır ki, en-

dirim xarici valyuta ilə baş versin. Ölkə daxilində  işlənən pullara gəldikdə 

isə heç bir təsiri yoxdur. Çünki onun alverlə təshih olunması – sayla alverdə 

artığına satmağın iradlı olduğuna diqqət yetirməklə – mümkün deyildir. 

Amma bankda zahiri vekselin qiymətinin borc olaraq endirilməsi belədir 

ki, borc alan və vekseldən istifadə edən vekselin rəsmi qiymətindən az olan 

bir məbləği bankdan borc alsa və bankı vekseli imzalayana (ki, borclu deyil-

dir), onun bütün qiymətinin hamısını köçürmək üçün həvalə etsə, bu riba və 

haramdır. Çünki bankın vekselin məbləğinin bir miqdarının azaldılması şərti 

həqiqətdə artıq qazanc almaqdır və bu, haramdır. Hətta bu artıq alınan hissə 

möhlət müqabilində olmasa, əksinə borcun qeydə alınması  və onun əldə 

edilməsi kimi, müəyyən bank əməliyyatlarının icrası müqabilində olsa belə, 

haramdır. Çünki borc verənin borc alana haqqı yoxdur ki, onun üçün maliy-

yə gəliri olan şərt qoysun. 

Yuxarıdakı hökm xüsusi banklara aiddir. Müştərək və yaxud dövlət 

banklarına gəldikdə isə, ribadan xilas olmaq üçün belə etmək olar ki, istifadə 

edən vekseli endirim edərkən satış və borc məqsədində olmasın, əksinə onun 

məqsədi sahibi məlum olmayan bir mal əldə etmək olsun. Bu halda şəriət ha-

kiminin icazəsi ilə onu almaq, sonra istifadə etmək olar. Hər zaman müddə-

tin axırında bank vekseli imzalayana müraciət etsə  və onun qiymətini ödə-

məyə vadar etsə, imzalayan da ödədiklərinin  əvəzini almaq üçün istifadə 

edənə müraciət edə bilər; əgər onun istəyi ilə imzalamış olsa.  



 

14. Bankda işləmək 

Bank əməliyyatı iki qisimdir: 

 

1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların 

icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və ala-

nın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin 

ribalı alış-verişlər olan şirkətlərin alış-verişləri ilə  əlaqədar  əməliyyatlar və 

yaxud şərab ticarəti ilə məşğul olanlar, onların paylarını satmaq, onlar üçün 

akredetiv açmaq haram əməliyyatlardan hesab olunur.  

Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyil 

və zəhmət haqqı almaq da olmaz. 



2.  Yuxarıda qeyd olunan əməliyyat müstəsna olmaqla, caiz olan bank 

əməliyyatlarında işləmək və əmək haqqı almaq caizdir. 



Məsələ 29: Əgər ribalı alış-verişdə artıq verən müsəlman olmasa, istər 

xarici bank olsun, istərsə də başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq 

hissəni almaq müsəlmana caizdr. Nəticədə belə ribalı alış-verişin icrası ilə 

əlaqədar bank əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizdir. 



Məsələ 30: İslam ölkələrindəki dövlət banklarında və yaxud müştərək 

banklarda mövcud olan əmlak sahibi bilinməyən  əmlak sayılır ki, şəriət 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə