Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə165/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   161   162   163   164   165   166   167   168   ...   181

 

375


Məsələ 22: Həvalənin qisimləri və onun şəriət hökmlərində qeyd olu-

nanlar eynilə şəxslərə verilən həvalədə də doğrudur. Belə ki, şəxs müəyyən 

bir məbləği bir şəxsə verib, ondan başqa bir şəhər üçün həvalə ala bilər və 

yaxud müəyyən bir məbləği bir şəxsdən alıb, onu başqa bir şəxsə həvalə ve-

rərək, bunun müqabilində də əmək haqqı alsın. 

Məsələ 23: Qeyd olunanlarda həvalənin borclu şəxsə, ya qeyrisinə olma-

sı arasında heç bir fərq yoxdur. Birincisi belə ola bilər ki, həvalə edilən şəx-

sin yanında maliyyə hesabı olsun, ikincisi odur ki, belə olmasın. 

 

9. Bank mükafatları 

Bəzən banklar ona əmanət olaraq qoyulan pul sahibləri arasında püşk atır 

və onları banka daha çox pul qoymağa təşviq etmək üçün adları çıxan şəxslərə 

müəyyən mükafat və hədiyyələr verir. Bankların bu işi düzgündürmü? 



Məsələ 24: Bu məsələnin bir qədər izaha ehtiyacı vardır. Belə ki, əmanət 

qoyan şəxslər əmanət qoyma işini püşk atmaqla şərt etməyiblərsə və banklar 

sadəcə olaraq onların təşviq edilməsi, banklara daha çox pul qoyulması  və 

başqalarının hesab açmağa təşviq edilməsi üçün bu işi görmüşdürsə, həm bu 

işi, həm də püşkdə adları çıxanların həmin mükafatları alması caizdir. Amma 

müştərək, yaxud dövlət bankları olarsa, onları alıb istifadə etmək üçün şəriət 

hakimindən icazə almalıdır. Lakin bank xüsusi olarsa, hədiyyələri alıb onlar-

dan istifadə etmək caizdir və şəriət hakiminə müraciət etməyə ehtiyac yoxdur. 

Amma banka pul qoyanlar öz pul qoymalarını borc müqaviləsi və bu 

kimi müqavilə  əsnasında püşk atmaqla şərt etsələr, bank da bu şərti icra 

etmək məqamında püşk atarsa, bu iş caiz deyildir. Eləcə də bu halda adına 

püşk çıxmış  şəxsin hədiyyələri alması  şərtə sadiq qalmaq ünvanı ilə olsa, 

caiz deyil, amma bu şərt olmasa, caizdir. 

 

10. Vekselin köçürülməsi 

Bank xidmətlərindən biri də öz alıcısının nümayəndəsi olaraq vekselin 

hesaba köçürülməsidir. Belə ki, onun vaxtı çatmazdan əvvəl bank, vekseli 

imza edən şəxsin vaxtın çatmasından və onun miqdarından xəbərdar edir ki, 

onu ödəmək üçün hazırlaşsın. Bank vekselin məbləğini əldə edəndən sonra 

onu öz alıcısının hesabına köçürür və yaxud nağd olaraq ona verir, əvəzində 

isə əmək haqqı alır. Həmçinin bank öz alıcısının nümayəndəsi kimi, qəbzin 

hesaba köçürülməsi ilə əlaqədar onun şəhərində, yaxud başqa şəhərdə bu işi 

görür, qəbz  əlində olan şəxs onun hesaba köçürülməsini istəmədiyi vaxt 

onun tərəfindən nümayəndə kimi hesaba köçür və bu xidmətin müqabilində 

muzd alır. 

Məsələ 25: Vekselin hesaba köçürülməsi və bunun müqabilində  əmək 

haqqı almasının bir neçə surəti vardır: 




 

376


1. Vekselden istifadə edən onu həvalə edilməyən banka verir, müəyyən 

qədər əmək haqqı vermək müqabilində həmin məbləğin hesaba köçürülməsi-

ni istəyir. 

Zahirən, bu xidmət və onun müqabilində əmək haqqı almaq caizdir; bu 

şərtlə ki, bank yalnız vekseli hesaba köçürsün. Lakin onun ribalı qazancını 

hesaba köçürmək caiz deyildir. Bu iş müqabilindəki əmək haqqını fiqhi (hü-

quqi) baxımdan “cüalə” hesab etmək olar ki, bunun əsasında tələbkar öz tələ-

binin hesaba köçürülməsini bank yolu ilə istəyir. 



2.  Vekseldən istifadə edəni onu həvalə edilən banka təqdim edir, lakin 

bank onu imza edən şəxs qarşısında borclu deyil və yaxud ona həvalə edilən 

puldan başqa bir pul borcludur. 

Belə olan halda, bankın bu həvaləni qəbul etməsi müqabilində (əvvəlki 

halda qeyd olunan şərtlərlə yanaşı) əmək haqqı alması caizdir. Çünki borclu 

olmayan şəxsin həvaləni qəbul etməsi və yaxud həvalədə qeyd olunan şey-

dən başqa bir cinsə borclu olsa, vacib deyildir. Buna görə də, bu haqdan gü-

zəştə getmək və xidmət işlərini yerinə yetirmək üçün bir şey almağın eybi 

yoxdur. 

3. Vekseli imza edən şəxs həmin pulu bankın nəzdində olan hesabından 

verməyə işarə edərək onu banka həvalə edir ki, vaxtı çatdıqda, onun hesabın-

dan çıxılsın və həmin məbləğ vekselə malik olan şəxsin hesabına köçürülsün 

və yaxud nağd olaraq ona verilsin. Burada vekseli imzalayan öz tələbkarını 

özünün borclu olduğu banka həvalə etmiş olur. Həvalə edilənin (bankın) bu 

həvalə ilə razılaşması lazımdır və bank tərəfindən onun qəbul olunmadığı 

halda, nüfuzlu deyildir. Deməli, banka bu həvalənin, eləcə də həvalə verənin 

borcunu ödəmək müqabilində müəyyən qədər zəhmət haqqı alması caizdr. 

 

11. Xarici valyutaların alış-verişi 

Bankların işlərindən biri də xarici valyutaların alış-verişi, eləcə də öz alı-

cılarının, xüsusilə xarici mal gətirən alıcıların ehtiyaclarını təmin etmək üçün 

kifayət qədər valyuta dəyişdirmək və valyuta alverini icra etməkdir ki, nəti-

cədə valyutanın alış  və veriş qiymətlərinin fərqli olmasından qazanc əldə 

edir. 


Məsələ 26: Valyutanın bazar qiymətinə və yaxud ondan az, ya da daha 

artıq qiymətə alveri istər nağd olsun, istərsə də müddətli (nisyə), düzgündür. 

 

12. Artıq götürmək 

Bankda cari hesabı olan hər bir şəxs, qoyduğu puldan artıq olmayan 

məbləği oradan götürə bilər. Bəzən bank etimad etdiyi bəzi hesab sahiblərinə 

malik olduqları puldan artıq götürməyə icazə verir. Bu işə “artıq götürmə” –

deyilir. Bank bu yolla özü üçün müəyyən məbləğdə qazanc nəzərdə tutur. 



 

377


Məsələ 27: Artıq götürmək, həqiqətdə əlavə qazanc qaytarmaq məqsədi 

ilə bankdan borc götürməkdir və  nəticədə ribalı  və haram borcdur. Bankın 

əlavə məbləğdən tələb etdiyi qazanc ribalı və haram qazanclardan sayılır. 

Əlbəttə, əgər bank müştərək və ya dövlət bankı olsa, onların əlavə götür-

mək borc ünvanı ilə yox, əksinə şəriət hakiminin icazəsi ilə sahibi bilinmə-

yən malını əldə etmək məqsədi ilə olsa, eybi yoxdur. 



 

13. Barat vekseli 

Bir neçə müqəddimə:  

 

Birinci müqəddimə: Alverin borc ilə müxtəlif fərqləri vardır, o cümlə-

dən: 


1. Alver bir əvəz müqabilində malın özünü alıcının mülkiyyətinə keçir-

məkdir. Halbuki borc “misli” olduqda malın mislini, “qiymət”i olduqda isə 

qiymətini ödəməyə iltizam verməsi müqabilində malı mülkiyyətə keçirməyə 

deyilir.


1

 

2. Ribalı alver ümumiyyətlə batildir, amma ribalı borcda onun əsli düz-

gün, artıq alınan hissə isə batildir. 

3. Borcda əlavə alınması şərt olunan hər bir şey riba və haramdır. Amma 

alverdə belə deyildir, ölçü və çəki ilə satılan əşyalarda (peymanə və yaxud 

çəki ilə alış-veriş olunan əşyalarda) əgər bir cinsdən olsalar, artıq alınan müt-

ləq şəkildə haramdır. Əgər cinsləri müxtəlif olsa, yaxud ölçü və çəki ilə satı-

lanlardan olmasa, bu halda alış-veriş nağd olarsa, artıq alınan riba deyil və 

alış-veriş düzgündür. Lakin alış-veriş müddətli olsa, məsələn, 100 yumurtanı 

sonradan təhvil verəcəyi 110 yumurtaya satsa, yaxud 20 kq düyünü bir aydan 

sonra təhvil alacağı 40 kq buğdaya satsa, bu alış-verişin ribalı olmaması mü-

bahisəlidir, vacib ehtiyata əsasən, ondan uzaq olmaq lazımdır. 

İkinci müqəddimə:  Əskinaslar sayılanlardan hesab olunduğuna görə 

onların artığına, ya əskiyinə satılması, yaxud dəyişdirilməsi bir cinsdən ol-

madığı təqdirdə, nağd və nisyə olarsa, caizdir. Lakin bir cinsdən olarsa, onla-

                                                             

1

 Bəzən iddia olunur ki, alverin borcla digər cəhətdən də fərqi vardır. Belə ki, alverdə əvəz və 



onun qarşısında verilən mal müxtəlif olmalıdır və onsuz alver gerçəkləşmir. Halbuki borcda belə 

bir fərq lazım deyildir. Nəticədə digər bir şəxs 100 manatı 110 manata müştərinin adına satırsa, o 

ikisinin arasında fərq olmalıdır. Məsələn, fərz edək ki, biri Azərbaycan manatı, digəri isə Türk-

mənistan manatı olsa, əgər hər ikisi Azərbaycan manatı və hər ikisi eyni növdən və eyni çapdan 

olarsa, alver formasında olan borcdur. Bir cinsdən olduqlarına görə artıq alınan haram sələmdir. 

Lakin bu söz aydın deyildir. Çünki əvəz olaraq verilən iki şeyin arasında fərqin gerçəkləşməsi 

üçün alverin inşa olunması zamanı bu ikisinin fərqli olması kifayətdir. Məsələn, malın əvəzində 

verilən  şəxsə onun əvəzi isə boynunda külli ola bilər. Bundan əlavə, bu nəzər 20 kq buğdanı 

nisyə surətində olan alverin düzgün olmasını lazım tutur. Halbuki bunun ribasız borc olduğu 

iddia olunur, baxmayaraq ki, alver surətində olsa da, deyənin sözü bunu etiraf etdiyi kimi, bu hal 

iki misldən birini hökmdən olandan artığa satmaqdır ki, bu da riba və haramdır. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə