Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə168/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   164   165   166   167   168   169   170   171   ...   181

 

382


mağa heç bir haqq gətirmir. İcarə müddəti qurtardıqdan sonra həmin yeri bo-

şaldaraq malikinə təhvil verməsi vacibdir. 

Əgər icarəçi dövlət qanunundan (belə ki, bu qanun malikin icarəçini zor-

la icarə etdiyi yeri boşaltmağa məcbur etməsinin və yaxud icarə müddətinin 

qarşısını alır) istifadə etsə və həmin yeri boşaltmaqdan, yaxud icarə haqqını 

artırmaqdan imtina etsə, onun bu işi haramdır və onun həmin yerdə maliki-

nin razılığı olmadan istifadə etməsi qəsb sayılır. Əgər həmin yeri boşaltmaq 

müqabilində müəyyən məbləğ alarsa, haramdır. 



Məsələ 42: Əgər malik bir yeri, məsələn, bir il müddətində on manata 

icarəyə versə, bundan əlavə, əlli manat məbləğində ondan alsa və müqavilə 

əsasında şərt etsə ki, hər il həmin məbləği artırmadan onun icarə müddətini 

uzatsın, yaxud həmin məbləğə icarəçinin həmin yeri həvalə etdiyi şəxsə 

(ikinci icarəçiyə) icarəyə versin, həmçinin ikinci şəkildə üçüncü icarəçiyə və 

s. Belə olan halda caizdir ki, icarəçi malikə verdiyi məbləğ  qədər və ya 

ondan çox, yaxud ondan az məbləğ alaraq belə bir şərtdən  əldə olunan 

razılaşma əsasında həmin yeri başqasına həvalə etsin. 



Məsələ 43: Əgər malik bir yeri müəyyən bir şəxsə müəyyən müddət ər-

zində icarəyə versə və icarə müqaviləsinin əsasında özü ilə şərtləşsə ki, mü-

əyyən bir məbləğ almaqla, yaxud almamaq müqabilində müddət sona çatdıq-

dan sonra onun icarəsini birinci ildə razılaşdıqları surətdə  və ya hər il adi 

qayda ilə uzatsın və təsadüfən, digər bir şəxs icarəçiyə müəyyən bir məbləğ 

versə ki, o təkcə icarə yerini boşaltsın, belə ki, daha onun orada qalmaq haq-

qı olmasın və malik oranı boşaltdıqdan sonra həmin yeri istədiyi kimi icarə-

yə versin, belə olan halda icarəçinin razılaşdırılan məbləği alması caizdir. Bu 

icarə müqaviləsi, icarəçinin istifadə haqqının ikinci şəxsə  təhvil verilməsi 

müqabilində deyil, yalnız oranın boşaldılması üçün olacaqdır. 



Məsələ 44: Malikə, müqavilə əsnasında öz şərtinə sadiq qalması vacib-

dir. Belə ki, 42-ci məsələdə fərz olunan halda, malikə həmin yeri icarəçiyə

yaxud icarəçinin onun xeyrinə olaraq kənara çəkildiyi üçüncü bir şəxsə icarə 

haqqını artırmadan icarəyə vermək vacibdir. Həmçinin 43-cü məsələdə fərz 

olunduğu kimi, malikə icarə müddətini icarəçinin qalmağa meyilli olduğu 

müddətə qədər həmin əvvəlki icarə miqdarında, yaxud adi qaydada (şərt olu-

nan hər növdə) uzatmaq vacibdir. 

Malik öz şərtinə əməl etməzsə və icarə müddətini uzatmaq istəməsə, ica-

rəçi  şəriət hakiminə  və yaxud başqasına müraciət etməklə onu öz şərtinə 

əməl etməyə məcbur edə bilər. Lakin hər hansı bir dəlilə görə onu öz şərtinə 

əməl etməyə məcbur edə bilməsə, malikin razılığı olmadan icarə yerində isti-

fadə etmək caiz deyildir. 



Məsələ 45: Əgər şərt 42 və 43-cü məsələlərdə fərz olunduğu kimi, icarə-

nin müddətini uzatmaq şərti ilə deyil, nəticənin şərti əsasında, icarənin vaxtı-

nın uzadılması şərt olunsa, belə ki, icarəçi maliklə şərtləşsin ki, o, ya da onun 

birbaşa, yaxud müəyyən yollarla müəyyən etdiyi şəxs həmin yerdə, istifadə 




 

383


etmək haqqını illik müəyyən məbləğ vermək müqabilində, yaxud hər ildə adi 

qaydada verilən qiymət müqabilində olsun, bu halda icarəçi və yaxud icarəçi-

nin təyin etdiyi şəxs malikinin razılığı olmadığı məkanda istifadə etmək haq-

qına malikdir və malikin yalnız razılıq olan məbləği tələb etməyə haqqı vardır. 



 

17. “İqrar” və “Təqas” qaydası barəsində 

müəyyən məsələlər 

Bəzi müqavilələr, “iyqa”lar (talaq kimi bir tərəfli olan müqavilələr) və 

hüquq məsələlərinin hökmləri fərqlilik təşkil edır. Bu barədə şiə alimlərinin 

rəyi digər  İslam məzhəbləri ilə  bəzi hallarda cüzi, bəzi hallarda isə ümumi 

şəkildə  fərqlənir. Buna görə  də, bu məsələlərlə  əlaqədar  şiələrin qeyri-

şiələrlə rəftarı barəsində sual olunur və son əsrlərdə yaşamış fəqihlər (Allah 

onlardan razı olsun!) bu məsələnin hökmünü “ilzam qaydası”, yəni,  şiə ol-

mayan şəxsləri öz məzhəblərinin hökmlərinə vadar etmək əsasında bəyan et-

miş və cavab vermişlər. Lakin bizim nəzərimizdə bu qayda sübuta yetmədi-

yindən, bu məsələni “ilzam qaydası”nı əvəz edən müxtəlif qaydalarla, məsə-

lən, “təqas” qaydası (yəni, onların adət-ənənə  və hökmləri  əsasında sizdən 

aldıqları kimi, siz də onlardan alın), yaxud “iqrar” qaydası  (şiə olmayan 

şəxslərlə, onların öz məzhəb hökmlərinə əsasən rəftar edərək onları öz məz-

həb qanunlarına vadar etmək) uyğunlaşdırılır və onların hökmü bəyan edilir. 



Məsələ 46: On iki imamçı şiələrin fiqhinə əsasən nikah müqaviləsi şahid 

olmadan düzgündür. Lakin əhli-sünnə məzhəbləri arasında bu məsələ ixtilaf-

lıdır. Onların bəziləri şiələrlə müvafiq, bəziləri isə hənəfilər, şafeilər və hən-

bəlilər kimi, şahid tutmadan nikahı batil hesab edirlər. Malikilər də  məxfi 

halda baş verən nikahı batil hesab edirlər. Bunun batil olduğunu iddia edən-

lər özü də iki dəstəyə ayrılır: 

Malikilər, eləcə də hənbəlilərin əksəriyyəti düzgün və ya batil olmasında 

fikir ayrılığı olan bu sayaq nikahlarla bağlı bu fikirdədirlər ki, heç kəsin bu 

qadınla (yəni, şahid tutulmadan kəbini oxunan qadınla) evlənmək haqqı yox-

dur. Nikah kimin adına oxunubsa yalnız onun həmin qadına talaq verməsin-

dən yaxud nikahı ləğv etdikdən sonra həmin qadının ərə getməyə haqqı var-

dır. Deməli,  ər bu iki məzhəbdən birinin davamçısı olsa, belə bir qadınla 

evlənə bilməz, yalnız talaq versə və yaxud nikahını ləğv etsə yenidən onunla 

öz məzhəbinə uyğun evlənə bilər.  

Şafeilər və  hənəfilər bu kimi nikah barəsində deyirlər ki, belə qadınla 

evlənmək olar və talağa və yaxud nikahın ləğvinə ehtiyac yoxdur. 

Buna əsasən, ər bu iki məzhəb davamçısı olarsa, “ilzam qaydası”na əsa-

sən, ər öz məzhəbinin hökmlərinə vadar edilməlidir. Belə ki, əgər qadın on-

ların nəzərində “iddə” saxlamağa ehtiyaclı olarsa, ən aşkar nəzərə görə, iddə-

si qurtardıqdan sonra onunla evlənmək caizdir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə