Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə170/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   166   167   168   169   170   171   172   173   ...   181

 

386


Məsələ 52: Hənəfi məzhəbinin fiqhinə əsasən, sələm (riba) müqaviləsi, 

satılan  əşyanın müqavilə zamanı mövcud olması ilə  şərtlənir. Halbuki şiə 

fiqhinə əsasən, belə bir şərt mötəbər deyildir. Deməli, əgər hənəfi məzhəbi 

şiə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri hənəfi məzhəbindən olsa və satı-

cını bu müqaviləni batil etməyə vadar etsə, şiə məzhəbindən olan müştəriyə 

caizdir ki, bir növ “əvəzçıxma” (təqas) qaydasının tələbinə uyğun olaraq hə-

nəfi olan satıcını bu müqaviləni batil etməyə  məcbur etsin. Halbuki ondan 

sonra müştəri şiə məzhəbindən olarsa da, eyni hökmü daşıyır. 



Məsələ 53: Əhli-sünnə fiqhinə  əsasən, varislərin irs payından artıq qa-

lanlar meyitin qardaşı kimi “əsəbə”sinə verilir. Lakin şiə məzhəbinin fiqhin-

də bunun əksinədir. Məsələn, əgər bir kişi ölsə, yalnız bir qızı və bir qardaşı 

olsa, şiə fiqhinə əsasən, irsin yarısı qıza irs payı adı ilə, qalanını isə ona qay-

tarmaq adı ilə verilməlidir və meyitin qardaşı irs aparmır. Lakin əhli-sünnə 

fiqhinə əsasən, bu fərziyyədə meyitin irsinin yarısı onun qardaşına verilməli-

dir. Çünki o, meyitin “əsəbə”sindən sayılır. Belə ki, əhli-sünnə məzhəbindən 

olan bir şəxs şiə məzhəbindən olan bir şəxsin varisinə nüfuzlu olarsa və irs 

paylarından artıq qalan ona verilməsə, əgər meyitin “əsəbə”si şiə məzhəbin-

dən olsalar, bir növ “əvəzçıxma” qaydasına uyğun olaraq irsdən artıq qalan 

payları əhli-sünnə məzhəbindən olan varisindən ala bilərlər. 

Məsələ 54: Əhli-sünnə fiqhinə  əsasən, qadın öz ərinin irsinin (əmlakı-

nın) hamısını, istər daşınan əmlak olsun, istərsə də torpaq sahəsi kimi daşın-

maz  əmlak, irs aparır. Halbuki şiə  məzhəbinin nəzərinə görə, qadın yerin 

özünü, yaxud onun qiymətini irs aparmır. Yalnız bina və ağacların qiymətini 

irs apara bilər, lakin onların özündən irs apara bilməz. Buna əsasən,  əgər 

sünni məzhəbindən olan şəxs şiəyə nüfuzlu olsa, belə ki, sünni məzhəbindən 

olan bir qadın yeri, binanın və ağacların özünü irs aparsa və başqa varisi də 

şiə  məzhəbindən olsa, şiə  məzhəbindən olan qadın da digər sünni varislər 

kimi, torpaq sahəsi, bina və ağacların özündən ona çatan payı ala bilər. 

 

18. Meyitin bədənini yarmağın hökmləri 



Məsələ 55: Ölmüş müsəlmanın bədənini yarmaq caiz deyildir. Bu işi 

görən şəxsə – “Diyə” kitablarında qeyd olunan təfsilata əsasən – diyə vacib 

olar. 

Məsələ 56: Ölmüş kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə, 

əgər sağlığında qanı toxunulmaz olmasa, caizdir. Lakin “zimmi” kafir olarsa

vacib ehtiyata əsasən, onun bədənini yarmaqdan çəkinsinlər. Əlbəttə, əgər öz 

şəriətində onun bədəninin yarılmasına icazə verilirsə, istər mütləq  şəkildə, 

istərsə  də sağlığında bu işə icazə vermişsə  və ya ölümündən sonra onun 

qəyyumu icazə vermişsə, bu kimi hallarda onun bədənini yarmaq caizdir. 

Əgər kafirin qanının həyatında toxunulmaz olmasında şəkk edilsə və bu 

barədə heç bir nişanə olmasa da, onun bədənini yarmaq caizdir. 




 

387


Məsələ 57: Əgər bir müsəlmanın canının qorunması başqa bir müsəlma-

nın cəsədinin yarılmasına (və ondan müəyyən üzvün götürülməsinə) bağlı-

dırsa, imkan daxilində qanı toxunulmaz olmayan, yaxud şəkkli olan bir kafi-

ri, əgər bu da mümkün olmasa, ondan başqa (ölmüş) bir kafiri yarmalıdırlar. 

Əgər bu da mümkün olmasa, ölmüş müsəlmanın cəsədini yarmaq caizdir. 

Elmi təcrübə və başqa məqsədlə müsəlmanın cəsədini yarmaq caiz deyil-

dir. Amma bir müsəlmanın, hətta gələcəkdə belə canının qorunması buna 

bağlıdırsa, caizdir. 



 

19. Orqanların köçürülməsi ilə bağlı hökmlər 

Məsələ 58: Ölmüş müsəlmanın bədən üzvlərini, məsələn, gözünü, əlini 

və s. diri bir şəxsin bədəninə köçürmək üçün yarmaq caiz deyildir. Bu işi 

görən şəxs, diyə verməlidir. Kəsilmiş üzvün dəfn edilməsi vacibdir. Amma 

köçürmədən sonra həmin üzv diri insanın bədən üzvü sayılarsa, onu yenidən 

kəsmək vacib deyildir. 

Məsələ 59: Əgər bir müsəlmanın həyatının qorunmasını ölmüş müsəl-

manın bədən üzvünün kəsilməsinə bağlıdırsa, onun kəsilməsi caizdir. Lakin 

onu kəsən  şəxsə diyə vermək vacib olur. Həmin üzv diri insanın bədəninə 

köçürülsə, onun bir hissəsi sayılır və diri şəxsin bədənində olan hökmlər ona 

da aid olur. 

Məsələ 60: Qeyd edilən məsələlərdə meyit dedikdə, ürəyinin və  ağ 

ciyərinin iş funksiyası tamamilə dayanmış  şəxs nəzərdə tutulur. Amma beyin 

toxmaları ölən, ürək və ağ ciyəri isə tibbi cihazla işləyən şəxs, meyit (ölü) sa-

yılmır və onun bədən üzvlərini kəsib diri bir insana köçürmək əsla caiz deyildir. 



Məsələ 61: Diri insanın bədənindən hər hansı bir üzvü köçürmək üçün 

kəsmək, həmin üzvün kəsilməsi insana mühüm bir ziyan yetirərsə – göz, əl, 

ayaq və bu kimi üzvləri kəsmək kimi – caiz deyildir. Amma dərisinin bir 

hissəsi və yaxud başqa böyrəyinin sağlam olacağı təqdirdə, böyrənin birinin 

götürülməsi kimi mühüm ziyanı olmasa, sahibi də razılıq verərsə, habelə 

uşaq və dəli olmasa, caizdir. Əks təqdirdə, əsla caiz deyil və hər zaman onu 

köçürmək caiz olsa, onun müqabilində pul almaq da caizdir. 

Məsələ 62: Ehtiyacı olanlara qan vermək, eləcə də bunun müqabilində 

pul almaq caizdir. 



Məsələ 63: Qanı toxunulmaz olmayan, yaxud şəkkli olan ölmüş kafirin 

bədən üzvünü müsəlmana köçürmək üçün kəsmək caizdir. Köçürmədən 

sonra müsəlmanın bədəninin hökmləri həmin üzvə də aiddir. Çünki onun bə-

dəninin bir hissəsi hesab olunur. Həmçinin it kimi zatən nəcis olan heyvanın 

bədən üzvlərindən birini kəsib müsəlmanın bədəninə köçürməyin eybi yox-

dur. (Peyvənd edildikdən sonra) müsəlmanın bədəninin hökmləri ona da 

aiddir. Çünki həmin bədən üzvü, diri şəxsin bədən üzvündən hesab olunur və 

həmin hissədə həyat var və müsəlmanın bədəninin hökmləri ona şamil olur. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə