Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə169/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   165   166   167   168   169   170   171   172   ...   181

 

384


Həmçinin qadın şiə, əri isə bu iki məzhəb davamçısı olarsa, belə ki, on-

ların nəzərində “iddə” saxlamağa ehtiyac olsa, “iddə” qurtardıqdan sonra ev-

lənə bilər. Amma hər iki halda, şübhədən xaric olmaq və ehtiyata riayət et-

mək üçün daha yaxşı olar ki, kişinin qadına talaq verməkdən imtina etdiyi 

halda, şəriət hakiminin vasitəsilə olsa belə, onun talağını versinlər. 

Məsələ 47: Əhli-sünnə alimlərinin nəzərində bir qadınla onun qardaşı 

qızı, yaxud bir qadınla onun bacısı qızını bir yerə cəm etmək caiz deyildir; 

belə ki, əgər hər ikisini eyni zamanda (bir nəfərə) kəbinə daxil etsələr, hər iki 

kəbin batil olar. Əgər kəbinin birini digərindən sonra oxusalar, ikinci kəbin 

batil olar. 

Lakin on iki imamçı şiə fiqhi nəzərində bir qadının kəbini bacısı qızının 

kəbinindən sonra oxunsa, mütləq  şəkildə caizdir. Həmçinin bir qadınla ev-

ləndikdən sonra onun qardaşı qızı ilə evlənmək və  ya bir qadınla evləndik-

dən sonra onun bacısı qızı ilə evlənməyin şərti budur ki, kəbindən əvvəl hə-

min qızın bibisi və xalası razılıq versin və ya kəbindən sonra razılıq versələr 

də caizdir. 

Buna əsasən, əgər sünni məzhəbindən olan bir qadınla onun qardaşı qızı-

nı, yaxud başqa bir qadınla onun bacısı qızını cəm etsələr, kəbinləri cəm ol-

duğu təqdirdə, onların məzhəbinə əsasən, hər iki kəbin batil olar. Lakin on 

iki imamçı şiələrin nəzərinə görə, onlardan hər biri ilə və ya qızın bibisi və 

ya xalası razı olduğu surətdə hər ikisi ilə evlənmək caizdir. Əgər sünni məz-

həbindən olan kişinin kəbini eyni zamanda olmasa, qeyd olunan fərziyyədə 

ikinci arvadının kəbini onların məzhəbinə görə batildir və  şiə olan bir kişi 

onunla evlənə bilər. Hər ikisi on iki imamçı şiə olduğu zaman həmin iki qa-

dının hər biri barəsində bu hökm caridir. 



Məsələ 48: Şiə məzhəbinə əsasən, talaq verilmiş “yaisə” və “səğirə” qa-

dının yaxınlıq edilmiş olsa da belə, iddəsi yoxdur. Lakin əhli-sünnə məzhəb-

lərinin nəzərinə görə, (səğirə  qız uşağı üçün iddə saxlamağın  şərtlərindəki 

ixtilaflarla yanaşı) onlara iddə saxlamaq vacibdir. Əgər ər sünni olsa, yaisə 

və ya səğirə olan arvadına – səğirə qadın üçün iddə saxlamağın lazım olma-

sına etiqad edərək – talaq versə, öz məzhəbinin talaq verilmiş qadının bacısı-

nın və iddə dövründə bir yerə cəm edilməsi haram olan qadınların nikahının 

haram olması kimi qanunlarına riayət etməsi vacibdir. 

Şiə olan kişiyə gəldikdə isə, vacib ehtiyata əsasən, iddəsi qurtarmamış-

dan  əvvəl belə qadınla evlənməsin.  Əgər həmin qadın da şiə olsa, yaxud 

(sonradan) şiəliyi qəbul etsə, iddəsinin axırına qədər evlənməməlidir. Həmçi-

nin vacib ehtiyata əsasən, iddə dövründə öz ərindən nəfəqə (xərclik) almasın, 

baxmayaraq ki, ərinin məzhəbinə görə onun nəfəqəsi vacibdir. Amma şərtlə-

ri mövcud olduğu zaman bir növ “təqas” qaydasını icra etmək qəbilindən 

olsa, həmin nəfəqəni ala bilər. 

Məsələ 49: Şiə fiqhinə əsasən, talağın düzgün olmasının müxtəlif şərtləri 

vardır ki, digər  İslam məzhəbləri nəzərindən onun heç biri, yaxud bəziləri 




 

385


talağın düzgünlüyündə şərt sayılmır. Buna görə də, əgər şiə olmayan bir şəxs 

öz qadınına onun məzhəbində düzgün sayılan qaydada talaq versə, amma 

həmin talaq bizim məzhəbimizdə batil olsa, şiə  məzhəbinin ardıcılı üçün 

qarşı  tərəfi öz məzhəbinin hökmlərinə  əməl etməyə vadar etmək qanununa 

əsasən, həmin qadının iddəsi qurtarandan sonra, əgər öz məzhəbinə əsasən, 

iddə saxlamalı olan qadınlardan olsa, onunla evlənə bilər. Həmçinin talaq ve-

rilmiş qadın şiə olsa, başqası ilə evlənə bilər. 

On iki imamçı  şiələrin fiqhinə  əsasən, talağın düzgün olmasının bəzi 

şərtləri aşağıdakılardan ibarətdir. Lakin digər məzhəblərin nəzərində onların 

heç biri, yaxud bəzisi şərt deyil: 



1. Qadına, onunla yaxınlıq edilməmiş bir paklıq dövründə talaq verilməlidir. 

2. Talaq qəti olmalı və heç nə ilə şərt edilməməlidir. 

3. Talaq yazmaqla deyil, deməklə olmalıdır. 

4. Talaq məcburiyyət üzündən deyil, ixtiyarla olmalıdır. 

5. Talaq iki ədalətli şahidin iştirakı ilə olmalıdır. 

Məsələ 50: Şafei məzhəbinə əsasən, şəxs, alınmış əşyanı aldıqdan sonra 

görsə, hətta həmin  əşya qeyd olunan xüsusiyyətlərə uyğun olsa belə,“röyət 

ixtiyarı”ndan istifadə edə bilər. Halbuki şiə  məzhəbinin nəzərində müştəri 

fərz olunan halda “röyət ixtiyarı”ndan istifadə edə bilməz. Deməli,  şafei 

məzhəbi şiə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri şafei məzhəbindən ol-

sa, bu kimi hallarda şiə məzhəbindən olan satıcıya qarşı bu ixtiyardan istifa-

də edə bilər, şiə olan müştəri də bunun əvəzini çıxa bilər və bir növ “təqas” 

qaydasına, şafei məzhəbindən olan satıcı barəsində bu qaydadan istifadə edə 

bilər. 

Məsələ 51: Əbu Hənifə  və  Şafei “məğbun”un (alverdə aldanan şəxs) 

“ğəbn” ixtiyarına malik olduğuna inanmırlar. Lakin on iki imamçı  şiələrin 

fiqhinə əsasən, bu ixtiyar sübuta yetmişdir. Zahirən, bu ixtiyar haqqının sü-

but olub-olmaması həmin aldanmış şəxsin qərarı qiymətə diqqətsizlik, malın 

hər qiymətə satılıb-alınması olduğu hallara şamil olmur. Bu fərziyyədə za-

hirən, “ğəbn” ixtiyar haqqı sübuta yetmir. Həmçinin alış-veriş edən iki tərə-

fin nəzəri artıq qiymətə deyil, bazar qiymətinə uyğun olaraq alış-verişdədir 

və aldanmış şəxs də aldadan şəxsin qiymətin yuxarı olmamasına dair iddiası-

na əhəmiyyət verdiyi hallara şamil olmur. Çünki zahirən hamının nəzərində 

bu kimi yerdə (alveri pozma) ixtiyarı satıcının aldatması baxımından sabit-

dir. Həmçinin bu haqq, xüsusi ürfün nəzərində zehndə olan şərt əsasında – 

“fəsx” haqqından başqa – qiymət fərqini tələb etmək kimi başqa haqqın 

mövcud olduğu hala aid olmur. 

Hər halda şiə məzhəbinin nəzərində hər yerdə “ğəbn” ixtiyarı sübut olsa 

və sünni məzhəbləri onu inkar etsələr,  şiə  məzhəbindən olan şəxs üçün bir 

növ əvəzçıxma qəbilindən caizdir ki, sünni məzhəbindən olan şəxsi “ğəbn” 

ixtiyarının olmamasına vadar etsin. Bu o yerdədir ki, əhli-sünnə məzhəbi ha-

mıya, həmçinin şiə məzhəbinə mənsub olan şəxsə də nüfuzlu və cari olsun. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə