Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə172/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   168   169   170   171   172   173   174   175   ...   181

 

390


dərdir. Əgər rüşeyimə ruh daxil olmayıbsa və nütfə halındadırsa, diyə olaraq 

yüz  əlli misqal gümüş,  əgər rüşeyim qandırsa, iki yüz misqal gümüş,  əgər 

ətdirsə, üç yüz əlli misqal gümüş,  əgər  ətə sümük gəlibsə, dörd yüz iyirmi 

misqal və əgər bədən üzvləri kamil olubsa, beş yüz iyirmi beş misqal gümüş-

dür. Vacib ehtiyata əsasən, nə  qədər ki, ruh bədənə daxil olmayıb, oğlanla 

qız arasında fərq yoxdur. 



Məsələ 73: Qadın oruc, həcc mərasimi və bu kimi bəzi vacib əməlləri ta-

mamlamaq üçün aybaşı vaxtını təxirə salan dərmanlardan istifadə edə bilər; 

lakin bir şərtlə ki, bu işin ona mühüm bir zərəri olmasın. Əgər bu dərmanlar-

dan istifadə etdiyi halda ardıcıl olmayan qan görsə, aybaşı günlərində olsa 

belə, heyz hökmləri ona aid olmayacaqdır. 

 

22. Dövlət tərəfindən inşa edilmiş prospekt və küçələrin hökmləri 

Məsələ 74: Əvvəllər camaatın şəxsi əmlakı olan, sonradan dövlətin mül-

kiyyətinə keçərək yola çevrilən küçə və prospektlərdə hərəkət etmək caizdir. 

Əlbəttə,  əgər bir kəs bu yerlərdən xüsusi bir yerin dövlət tərəfindən zorla, 

onun sahiblərinə dəyən zərəri ödəmədən, yaxud onları razı salmadan istifadə 

etdiyini bilərsə, qəsbi yerlər hökmünü daşıyacaq və orada hər növ istifadə, 

hətta həmin yerdən ötüb-keçmək belə caiz deyildir. Amma onun malikini, 

yaxud qəyyumunu (atası, babası, yaxud onların tərəfindən təyin edilən qəy-

yumu) razı salsa, eybi yoxdur. Əgər malikini tanımasalar, sahibi bilinməyən 

əmlak hökmünə malik olacaq və bununla əlaqədar şəriət hakiminə müraciət 

etmək lazımdır. Buradan bu kimi torpaqların yerdə qalan hissələrinin də hök-

mü aydınlaşır; belə ki, malikinin icazəsi olmadan onlardan istifadə etmək 

caiz deyildir. 



Məsələ 75: Məscid, “hüseyniyyə”, qəbiristan və yol üzərində salınmış 

ümumi “vəqf” yerlərində yol getmək, oturmaq və bu kimi istifadələr caizdir. 

Lakin belə istifadələr mədrəsə, məktəb və bu qəbildən olan məkanların əra-

zisi kimi xüsusi “vəqf” olunmuşlardan olarsa, onlardan vəqf olunmuş şəxs-

lərdən başqasının istifadə etməsi mübahisəlidir və vacib ehtiyata əsasən, on-

dan çəkinmək lazımdır. 



Məsələ 76: Prospekt və küçələrdə yerləşən məscidin  ərazisi “vəqf”dən 

xaric olmasa da, məscid ünvanına aid hökmlərə malik deyildir; misal üçün, 

onu nəcis etməyin haram olması  və  nəcis olduqda onu təmizləməyin vacib 

olması, cənabətli, heyzli və nifaslı qadınların orada dayanmasının haramlığı 

kimi hökmlər ona aid olmur. 

Amma məscidin qalan yerləri məscid ünvanından xaric olmayıbsa, məs-

cidlə bağlı bütün hökmlər onlara aid olacaq. Lakin məscid ünvanından xaric 

olubsa, məsələn, zülmkar bir şəxs onu dükan, məkan, yaxud evə çeviribsə, 

məscidin hökmləri ona aid olmaz və ondan bütün halal faydalar caizdir. 

Amma qəsbin təsbit olunmasına səbəb olarsa, caiz deyildir. 




 

391


Məsələ 77: Məscid uçurulduqdan sonra ondan qalan əsərlər – daş, taxta və 

dəmirləri, habelə çıraqları, isitmə və soyutma cihazları kimi ləvazimatlar – əgər 

həmin məscidə  vəqf olunmuşsa, onları başqa məscid üçün istifadə etmək 

vacibdir.  Əgər bu iş mumkün olmasa, ümumi mənafelər üçün istifadə edil-

məlidir. Onları satmaqdan başqa yolla istifadə etmək mümkün olmasa, xadim 

(məscid işlərini öhdəsinə götürən şəxs), yaxud onlardan istifadə etmək haqqına 

malik olan bir şəxs onları satıb, başqa məscidlər üçün istifadə etməlidir. 

Məscidin yerdə qalmış avadanlıqları onun mülkü olarsa, məsələn, məsci-

də vəqf olunmuş malın özünün mənfəətindən alınmışsa, onların başqa məs-

cidlər üçün istifadə olunması vacib deyildir. Əksinə, xadimin, yaxud onlarda 

istifadə etmək hüququna malik olan şəxs məsləhət gördüyü təqdirdə, onları 

satıb, pulunu başqa məscid üçün xərcləyə bilər. 

Təfsilatı ilə qeyd olunan hökm yol üstündə yerləşən “məktəb” və “hü-

seyniyyə” kimi ümumi vəqf yerlərinə də aiddir. 



Məsələ 78: Yol üzərində yerləşən, şəxsi əmlak və ya ümumi vəqflərdən 

olan müsəlman qəbiristanlığının hökmü də qeyd olunanlardan aydınlaşır. Bu 

o haldadır ki, qəbiristan torpağında gediş-gəliş müsəlman ölülərinin hörmət-

sizliyinə səbəb olmasın, əks halda, orada gediş-gəliş caiz deyil. Lakin qəbi-

ristan şəxsi əmlak və yaxud vəqf olmasa, hörmətsizliyə səbəb olmadığı təq-

dirdə, hər növ istifadə etməyin eybi yoxdur. 

Bu məsələdən qəbiristalığın yola salınmayan hissələrinin hökmləri də 

aydınlaşır. Belə ki, birinci halda (şəxsi əmlak olduqda) onlardan istifadə et-

mək və ya onları satmaq sahibinin icazəsi olmadan caiz deyildir. Onun pulu 

sair müsəlman qəbiristanlıqlarında istifadə edilməlidir. Vacib ehtiyata əsa-

sən, yaxında olan qəbiristanlıq bu iş üçün daha üstündür. Üçüncü halda bir 

kəsin icazəsinə ehtiyac duyulmadan ondan istifadə etmək caizdir; bir şərtlə 

ki, bu iş xarab olmuş qəbirlərin əsərləri kimi başqalarının mülkündən istifadə 

etməyə səbəb olmasın. 



 

23. Namaz və orucla bağlı müxtəlif məsələlər 

Məsələ 79: Əgər oruc tutan şəxs gün batandan sonra öz şəhərində iftarını 

açmadan təyyarə ilə qərb istiqamətinə səfər etsə və günəşin hələ batmadığı 

bir yerə çatsa, həmin yerdə gün batana qədər oruc qalması vacib deyildir, 

amma müstəhəb ehtiyata əsasən, orucunu açmasın. 



Məsələ 80: Əgər insan öz şəhərində sübh namazını  qıldıqdan sonra qərb 

istiqamətinə səfər edib sübhün açılmadığı bir yerə çatsa və sübh açılana qədər 

orada qalsa; yaxud zöhr namazını öz vətənində qıldıqdan sonra günorta olmadı-

ğı bir yerə  səfər etsə  və günorta daxil olana qədər orada qalsa, yaxud şam 

namazını öz şəhərində qıldıqdan sonra səfərə çıxsa və hələ günəş batmadığı bir 

yerə çatıb gün batana qədər orada qalsa, bütün bu fərziyyələrdə namazı yenidən 

qılmaq vacib deyil, amma müstəhəb ehtiyata əsasən, onu yenidən qılsın. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə