Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə164/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   160   161   162   163   164   165   166   167   ...   181

 

373


1.  Bank öz müştərisinə  həvalə  çıxarmaq  əvəzində  qəbul edir ki, onun 

ölkənin daxilində, yaxud xaricdə olan vəkilindən müəyyən bir məbləğı müş-

tərinin hesabına – əgər bankda cari hesabı olsa – köçürsün və onun müqabi-

lində müəyyən qədər əmək haqqı alsın. Zahirən, bu cür əmək haqqını almaq 

caizdir. Çünki bankın haqqı var ki,  bankdan qeyri yerlərdə öz borcunu müş-

təriyə verməsin. Buna əsasən, öz haqqından keçmək və başqa bir yerdə bor-

cu ödəmək müqabilində əmək haqqı almaq caizdir. 

2.  Bank elə bir şəxsə bir həvalə verir ki, onun əsasında  şəxs müəyyən 

məbləği başqa bir bankdan – daxildə  və ya xaricdə müştərinin onda cari 

hesabı olmadığı bir vaxt borc adı ilə götürsün. Bank da bu işin müqabilində 

müəyyən qədər muzd alır. 

Zahirən, bankın bu cür həvalə verməsi müqabilində muzd alması caizdir. 

Çünki birinci bank ikinci bankın hesabındakı mal-dövlətdən, ya hesabından şəxsə 

borc verməsi müqabilində vəkil etmək üçün zəhmət haqqı əldə edir. Bu da məhz 

borc verməyin müqabilində zəhmət haqqı almaq deyil ki, haram olsun. Əksinə, 

borc verməkdə başqasını  vəkil etmək müqabilində  əmək haqqı vermək onunla 

əlaqədar deyil, əksinə borcda vəkil tutmaq üçündür, buna görə də, eybi yoxdur. 

Əgər həvalədə qeyd olunan məbləğ xarici pul olsa, bank üçün başqa 

haqq da yaranır. Belə ki, həvalədə qeyd olunan xarici pulun dəyərini ödəmək 

borclu şəxsin öhdəsində qalır və o, onu ödəməyə iltizamlıdır. Buna görə də, 

əgər bank bu haqdan keçsə  və borclunun onun dəyərində ölkə daxilindəki 

pullardan verməsini qəbul etsə, öz haqqından belə güzəştə getməsi müqabi-

lində müəyyən məbləğdə pul alması caizdir. Həmçinin onu, artıqlaması ilə 

ölkə daxilindəki pula çevirə bilər. 

3. Şəxs müəyyən bir məbləği, məsələn, Nəcəf şəhərindəki bir banka təh-

vil verib həvalə alır ki, onun əsasında həmin məbləği və yaxud onun dəyərini 

(bərabərini) Kərbəlada yaxud Livan kimi xarici bir ölkədə başqa bir bankdan 

alsın. Bank bu xidmət müqabilində müəyyən qədər zəhmət haqqı alır. Bu 

fərziyyə iki cür təsəvvür olunur: 

a) Şəxs ölkə daxilində işlənən pulun müəyyən məbləğini öz pulunun də-

yərində olan xarici pul məbləğinə satır və həvalə almaq və bank xidmətləri 

üçün müəyyən qədər  əmək haqqı da ödəyir. Belə olduqda, eybi yoxdur və 

bunun oxşarı yuxarıda qeyd olundu. 

b)  Şəxs müəyyən bir məbləği banka borc verərək  şərt edir ki, daxildə ya 

xaricdəki başqa bir banka həvalə çıxarmaq müqabilində müəyyən əmək haqqı 

ödəsin. Bu halda olan problem bundan ibarətdir ki, həvalə vermək möhtərəm bir 

əməldir və maddiyyətə malikdir. Onun borc verən  şəxs tərəfindən borc alan 

şəxsə icrası eynilə maddi dəyəri olan və şəriət baxımından haram sayılan şərtə 

bənzəyir. Lakin hədislərdən belə başa düşülür ki, borc verən  şəxs borc alan 

şəxslə şərt edə bilər ki, borcunu başqa yerdə ödəsin. Deməli, həvalə verməyi də 

şərt edə bilər. Əgər bu şərt pulsuz və əvəzsiz olaraq caizdirsə, müəyyən qədər 

əmək haqqı vermək müqabilində də, sözsüz ki, caizdir. 




 

374


4.  Bir şəxs misal üçün, Nəcəf şəhərində yerləşən bankdan müəyyən bir 

məbləğ götürüb, onun müqabilində banka həvalə verir ki, ödənəcək pulun 

bərabərini daxildə və ya ölkə xaricində olan başqa bir bankdan götürsün və 

bank da bu həvaləni qəbul etmək müqabilində əmək haqqı alır. 

Bu fərziyyədə iki cür təsəvvür olunur: 

a) Bank bir şəxsə ölkə daxilində işlənən müəyyən bir məbləğ pulu onun 

dəyərində xarici pulu əlavə olaraq əmək haqqı ilə birgə satır və alıcı da bankı 

həmin pulu almaq üçün başqa bir banka həvalə edir. Bu surətdə caizdir. 

b) Bank müəyyən bir məbləği bir şəxsə borc verir və onun borcunu baş-

qasının öhdəsinə köçürmək və başqa bir yerdə həmin məbləği almaq müqa-

bilində müəyyən qədər əmək haqqı almasını şərt edir. Çünki bu iş, borcdan 

artıq almağı şərt etmək qəbilindəndir, hətta həvalə vermə əməliyyatı müqabi-

lində olsa belə, ribadır.  

Əlbəttə, əgər bu hadisə əvvəldən şərtsiz olarsa, belə ki, əvvəlcə şəxs bank-

dan müəyyən qədər borc alsın, ona əvvəlcədən pul verən şəxsi başqa bir banka 

həvalə etsin və bank bu həvalə vermək müqabilində əmək haqqı tələb etsin. 

Bu zaman onun verilməsi caizdir. Çünki bankın, borcu başqa bir banka köçür-

mək və borc alanın şərtini qəbul etməkdən imtina etməyə haqqı var. Buna görə 

də, bu haqdan güzəştə getmək əvəzində müəyyən məbləğ ala bilər. Bu, tələb-

karın öz pulunu təxirə saldığı üçün aldığı məbləğ qəbilindən deyildir ki, riba 

olsun;  əksinə, bank bu məbləği başqasının cari hesabına köçürmək və onu 

başqa bir yerdə almaq müqabilində alır, buna görə də, eybi yoxdur. 



Məsələ 21: Bəzən bir həvalə iki həvaləni əvəz edir. Məsələn, borclu şəxs 

öz tələbkarını onun adına bir qəbz yazmaqla banka həvalə edir və bank da 

həmin qəbzdə qeyd olunan məbləği tələbkarın yaşadığı  şəhərdəki  şöbəyə, 

yaxud başqa bir banka göndərir ki, tələbkar qeyd olunan məbləği oradan 

alsın. Burada həqiqətdə iki həvalə ilə rastlaşırıq: 

Birinci həvalə budur ki, borclu şəxs öz tələbkarını banka həvalə edir, be-

ləliklə də, bank həmin şəxsə borclu sayılır. 

İkinci həvalə budur ki, bank qeyd olunan məbləği almaq üçün tələbkarı 

öz şöbələrindən birinə və yaxud başqa bir banka göndərir. 

Birinci həvalədəki bankın rolu həvaləni qəbul etmək, ikincidə isə həvalə-

ni çıxarmaqdır. Hər iki həvalə  də  şəriət baxımından düzgündür, lakin əgər 

bankın öz bankına həvalə verməsi eynilə həvalə verən bankın öhdəsinə alsa, 

İslam hüquq terminologiyasında ona həvalə deyilməz, çünki onda borcu bir 

yerdən başqa yerə köçürmək baş vermir, əksinə həqiqətdə bank öz vəkilin-

dən istəmişdir ki, şəxsin tələbini nəzərdə tutulan yerdə ödəsin. 

Hər halda, bankın yuxarıdakı  işləri yerinə yetirdiyi üçün, hətta bankda 

cari hesabı olan şəxsin həvaləsini qəbul etmək qarşısında belə, əmək haqqı 

tələb etməsi caizdir. Çünki bu həvalə borcluya həvalə vermək qəbilindədir 

ki, onu qəbul edə bilər. Bu halda əmək haqqı almağa icazəsi var. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə