Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə162/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   158   159   160   161   162   163   164   165   ...   181

 

369


Bunun yuxarıdakı akkreditivlə yalnız ad fərqi var. O da bundan ibarətdir 

ki,  əmtəəni ölkədən xaricə ixrac etmək istəyir, xarici alıcı onunla əlaqə 

yaratmaq üçün bankda akkreditiv açır ki, onun əsasında bank əmtəənin sə-

nədlərini alıcıya təhvil verir və onun məbləğini yuxarıdakı mərhələləri keç-

dikdən sonra malı ixrac edənə verir. 

Həqiqətdə, bu iki növ akkreditivin heç bir fərqi yoxdur; akkreditiv – istər 

idxal, istərsə də ixrac üçün olsun – bankın alıcının borcunu ödəmək barəsin-

də verdiyi iltizamından, yəni, alınmış əmtəələrin qiymətini satıcıya, sənədlə-

rini isə alıcıya vermək barədə iltizamından ibarətdir. 

Əlbəttə, bir növ akkreditiv də mövcuddur. Belə ki, əmtəə ixrac edən şəxs 

əmtəələrin keyfiyyət və kəmiyyətini göstərən bir siyahını, idxal edən şəxslə 

heç bir alış-veriş etmədən banka və yaxud onu ölkə daxilindəki  şöbəsinə 

göndərir, bank da öz növbəsində  həmin siyahını ehtimal verilən alıcılara 

göndərir. Həmin şəxs siyahıda qeyd olunan əmtəələri almaq istəyirsə, bank-

dan akkreditiv açılmasını istəyir və bank da əmtəələrin sənədlərini təhvil ve-

rib pulunu almağa başlayır. 



Məsələ 9: Banklarda, qeyd olunan akkreditivlərin açılması və bu əməliy-

yatın banklar tərəfindən icrası, caizdir.  



Məsələ 10: Bank akkreditiv sahibindən iki yolla qazanc əldə edir: 

1. Bank xidmətlərindən əldə edilən qazanc. Məsələn, borcun ödənilməsi-

nə dair verdiyi iltizam, əmtəəni ixrac edənlə əlaqə yaratmaq və onun sənəd-

lərini alıb, alıcıya təhvil vermək və s. xidmətlər. 

Belə qazanc əldə etmək caizdir, çünki o, “cüalə” müqaviləsindən hesab 

olunur. Yəni, akkreditiv sahibi, müəyyən məbləği gördüyü xidmətlər müqa-

bilində bank üçün təyin edir. Həmçinin onu – düzgün olma şərtlərinə malik 

olduqda – “icarə” müqaviləsinə də daxil etmək olar. 

2. Bank malın qiymətini müştərinin hesabından yox, öz malından ödəyir 

və müəyyən müddətə qədər müştərinin onu tələb etməməsi müqabilində ödə-

miş olduğu məbləğin məcmusundan müəyyən faizi qazanc kimi əldə edir. 

Deyildiyi kimi, bu növ qazanc əldə etməyi “cüalə” müqaviləsi əsasında 

caiz bilmək olar. Belə ki, akkreditiv sahibi bank üçün bu xidmətlər müqabi-

lində müəyyən bir məbləği təyin edir. Düzgün olma şərtlərinə malik olarsa, 

onun “icarə” müqaviləsi əsasında düzgün olması da mümkündür. 

Amma məlumdur ki, akkreditiv sahibi yalnız özünün banka olan borcun 

özünə zamindir. Deməli, bank tərəfindən onun ödənməsi üçün möhlət veril-

məsi müqabilində müəyyən qədər qazanc alınması riba və haramdır. 

Əlbəttə, əgər akkreditiv sahibi, bank tərəfindən borcun ödənilməsi mü-

qabilində borcun özünü və onun müddətli qazancını, misal üçün, iki aya 

“cüalə” ünvanı ilə  qərar verərsə, bu müqavilə “cüalə” müqaviləsinə daxil 

olacaq və bu zaman onun düzgün olması əsassız deyildir. 

Həmçinin bu alverin riba olmasından qurtarmaq və qazancın düzgün 

olması onu alver müqaviləsinə daxil etmək olar. Çünki bank malın qiymətini 




 

370


xarici pul dəyərində onu ixrac edən şəxsə ödəyir, həmin miqdar xarici pulu 

da alıcının adına keçirib ölkədə yayılmış pul məbləğınə sata bilər ki, həmin 

pulun ekvivalenti və qazancı nəzərdə tutulmuş olsun. Bu zaman ödənən və 

alınan cinslər fərqli olduğundan heç bir problem yoxdur. 

Yuxarıda qeyd olunan bütün hallar, hesab tərəfi olan bankın özəl olduğu 

təqdirdədir. Amma dövlət və müştərək bank olarsa, akredetiv istəyənin bor-

cunu sahibi bilinməyənin  əmlakından ödədiyi üçün şəxs  şəriət baxımından 

banka borclu olmur. Buna görə  də, borcun özünü onun qazancı ilə yanaşı 

ödəməyə dair iltizam vermək haram riba qəbilindən sayılmır. 

 

3. Əmtəənin saxlanması  

Bəzi vaxtlar bank, malın ixrac edəndən idxal edənə çatdırılmasında vasi-

təçi rolunu oynayır və onu idxal edənin hesabında saxlayır. Belə ki, idxal 

edənlə ixrac edən arasında müqavilə bağlandıqdan, malın qiyməti ödəndik-

dən və qəbz alındıqdan sonra bank onun sənədlərini idxal edən şəxsə göndə-

rir və onu malın çatmasından xəbərdar edir, idxal edən şəxsin malı təhvil al-

maqda təxirə yol verdiyi zaman onu həmin  şəxsin tərəfindən saxlayır və 

onun müqabilində müəyyən “ücrət” (muzd) alır. Həmçinin malı ixrac edən 

şəxs, idxal edən  şəxslə heç bir müqavilə bağlamadığı  təqdirdə bank üçün 

müəyyən mal göndərsə, bank malın göndərildiyi siyahını ehtimal verilən 

alıcılar üçün göndərir. Əgər onlar malı almasalar, onu saxlamaq müqabilində 

ixrac edən şəxsdən müəyyən qədər “ücrət” ala bilər. 



Məsələ 11: Əgər malın saxlanması bankın qazancından ixrac edən yaxud 

idxal edən şəxsin istəyi ilə olsa və ya müqavilə əsnasında şərt edilsə – hətta 

bu  şərt deyilməmiş olsa və zehnlərdə olsa belə – bank üçün həmin malları 

saxlamaq müqabilində “ücrət” almaq caizdir, əks təqdirdə, belə bir şeyi al-

mağa haqqı yoxdur. 

 

4. Tərk olunmuş malların satılması 

Mal sahibləri – bankı malın varlığından xəbərdar etdikdən sonra – onu 

təhvil almaq və banka “ücrət” verməkdən çəkinsə – bank həmin malı sataraq, 

onun qiymətindən öz haqqını götürür. 



Məsələ 12: Yuxarıda qeyd olunan halda bank üçün malı satmaq, başqa-

ları üçün isə onu almaq caizdir. Çünki aşkar şəkildə deyilmiş və yaxud zehn-

lərdə məlum olan şərtin tələbinə görə, bu kimi hallarda mal sahibləri öz ma-

lını təhvil alaraq bankın haqqını verməklə əlaqədar şərti pozduqda, bank on-

ların tərəfindən həmin malı satmağa malikdir. Əgər onun satışı caizdirsə, 

alınması da caizdir. 



 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə