Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə163/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   159   160   161   162   163   164   165   166   ...   181

 

371


5. Bank zəmanəti 

Bəzən bir, ya bir neçə  şəxs, müştərək olaraq dövlət, ya qeyri-dövlət 

dəstəyi ilə məktəb, klinika və yaxud körpü tikintisi kimi, layihələrin icrasını 

öz öhdəsinə götürür. Belə hallarda bəzən elə olur ki, kimin üçün iltizam 

verilibsə, iltizam verən  şəxsdən istəyir ki, bu layihənin icrasına müəyyən 

zəmanət versin və onun təyin olunmuş zamanda icra olunmadığı  təqdirdə 

dəyən zərərləri ödəsin. Öz verdiyi iltizama riayət edəcəyinə  əmin olmaq 

üçün iltizam verən şəxsdən bu barədə bir zamin də istəyir. Bu zaman iltizam 

verən şəxs, banka müraciət edir ki, zamin olmaq barəsində sənəd versin və 

onun  əsasında zamin olsun ki, iltizam verən  şəxsin qərara alınmış möhlət 

zamanında icra etmədiyi və təyin olunmuş  zərəri ödəmədiyi təqdirdə, bank 

həmin zərərləri ödəyəcək.  



Məsələ 13: Bankın iltizam verən şəxsin layihəni icra etməkdən və yaxud 

dəyən zərəri ödəməkdən boyun qaçırdığı surətdə, layihə sahibinə istədiyi 

müəyyən bir məbləği verməsi əsasında olan iltizamı bir növ zəmanətdir. Bu, 

alverin hökmlərində deyilən “terminaloji zəmanət”in müqabilində durur. 

Belə ki, bir şəxs üzərində haqqı olan başqa şəxsi çağırmaqla əlaqədar iltizam 

verir. 


Zəmanətin, zamin olmaqla fərqi bundan ibarətdir ki, zəmanətdə zamin du-

ran  şəxs, zəmanət verilən malın zamin olunmuş  şəxsin xeyrinə  təhvil veril-

məsində məsuliyyət daşıyır. Nəticədə əgər ona əməl etmədən ölsə, irsini böl-

məmişdən  əvvəl başqa borclar kimi qoyduğu  əmlakdan götürülüb ödənilir. 

Lakin belə  zəmanətlərdə zamin borclu sayılmasa da, onu ödəməsi vacibdir. 

Əgər ödəməsə və vəsiyyət də etməsə, onun qoyduğu əmlakdan götürülməz. 

Bu zəmanət müqaviləsində “təklif” və “qəbul” olmalıdır və onun “təklif”i 

iltizamı göstərən hər bir sözlə olsa, icra olunur və qəbul da razılığı bildirən hər 

bir sözlə olsa, düzgündür. Bu müqavilə iltizama dəlalət edən hər bir yazı və ya 

əməllə olsa da, yerinə yetirilər. 



Məsələ 14: Bank üçün layihənin icra olunması əsasındakı zəmanət mü-

qabilində verdiyi iltizamdan müəyyən muzd alması caizdir və bu müqaviləni 

“cüalə” kimi qəbul etmək olar. Belə ki, iltizam verən şəxs bankın zamin ol-

ması müqabilində onun üçün bir “cüalə” təyin edir və bu halda bank üçün 

həmin məbləği alması halaldır. 

Məsələ 15: Əgər iltizam verən şəxs təyin olunmuş müddət ərzində layihə-

nin icra olunmasına müxalif çıxsa, sahibkara, qəbul etdiyi zərəri ödəməkdən 

imtina etsə və onun zamini olan bank istənilən məbləğı sahibkara versə, bank 

iltizam verən şəxsə müraciət edə bilər. Çünki bankın zəmanət və iltizamı məhz 

iltizam verən şəxsin istəyi olmuşdur və o, öz verdiyi iltizamın nəticəsində banka 

dəyən zərərlərə zamindir. Buna görə də, bank ona müraciət edib zərərləri ondan 

tələb edə bilər. Səbəbi də budur ki, bankın zamin durması onun istəyi ilə 

olmuşdur və o, banka zəmanət nəticəsində dəyən zərərlərə zamindir. 




 

372


6. Səhmlərin satılması 

Bəzən səhmdar şirkətlər bankları öz səhmlərinin satılmasında bir vasitə 

qərar verirlər və banklar da müəyyən bir “ücrət” almaqla qeyd olunan 

şirkətlər tərəfindən bir nümayəndə kimi onların səhmlərini satmağa başlayır. 



Məsələ 16: Bankla bu şəkildə alver etmək caizdir. Çünki həqiqətdə ya 

icarəyə daxildir; belə ki, şirkət, bankı müəyyən etdiyi muzd müqabilində bu 

işi görməyə  əcir tutur ya da “cüalə” qismindən hesab etmək olar. Hər iki 

halda alver düzgündür və bank bu işi yerinə yetirdiyinə görə muzd (əmək 

haqqı) almağa haqqı var. 

Məsələ 17: Bu səhmlərin alınıb-satılması düzgündür. Əlbəttə,  əgər 

səhmdar şirkətlərin alış-verişi haram olsa, məsələn, şərab alverinə və yaxud 

riba tərkibli alış-verişlərə başlasalar, onun səhmlərini almaq və bu alış-veriş-

də iştirak etmək caiz deyildir. 



 

7. İstiqraz vərəqələrinin satışı

 

İstiqraz vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə 

və müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, 

rəsmi qiyməti min manat olan bir sənədi doqquz yüz əlli manata nağd olaraq 

satır, bu şərtlə ki, onu sonrakı il min manata alsın. Bəzən bank müəyyən 

muzd almaq müqabilində bu vərəqələrin satışını öhdəsinə götürür. 



Məsələ 18: Bu alver iki mümkün halda baş verə bilər: 

1. Sənədi çıxaran şəxs həqiqətdə onun alıcısından doqquz yüz əlli manatı 

(yuxarıdakı misaldakı kimi) borc alıb müəyyən müddət başa çatdıqdan sonra 

sənədi alan şəxsə min manat qaytarır. Doqquz yüz əlli manat malın əsli, əlli 

manat isə ona əlavə olunan. Bu iş riba və haramdır. 



2.  Sənədi çıxaran  şəxs min manatlıq bir sənədi (müəyyən müddətdən 

sonra ödənilə bilər) nağd olaraq doqquz yüz əlli manata satır. 

Bu hal baxmayaraq ki, həqiqətdə ribalı borc deyil, lakin qeyd olunduğu 

kimi, alverin düzgünlüyü mübahisəlidir. 

Nəticədə, rəsmi mərkəzlərin alver etdiyi bu kimi vərəqlərin satışı düzgün 

hesab etmək olmaz. 



Məsələ 19: Bankların bu kimi vərəqləri alıb-satması caiz deyildir. Həm-

çinin bu iş üçün əmək haqqı almaq da, caiz deyildir. 



 

8. Daxili və xarici həvalələr (köçürmələr) 

Məsələ 20: İslam hüquq terminologiyasında köçürmənin mənası odur ki, 

həvalə verən şəxsin üzərində olan borclar həvalə olunan şəxsin üzərinə keçir. 

Burada isə daha ümumi mənada işlənir. Bank həvalələrinin nümunələri aşa-

ğıdakılardan ibarətdir: 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə